Əli Kərim
59
məqaləsini hardasa oxumuşam. Məqalədə vaxtsız ölümdən
doğan kədər və böyük istedaddan məmnunluq hissi qa-
barıqdır. Müəllif Əli Kərimin təkcə təbəssümünü xatır-
lamır, eyni zamanda Əli Kərim qəlbinin güzgüsünə düşən
bütün təbəssümləri–istər şirin olsun, istər acı–xatırlayaraq
yazır: ”Şairin qəlb aləmi, daxili duyğu təcrübəsi müxtəlif
insanların iç dünyasıyla, geniş həyatla qırılmaz tellərlə
bağlıydı. Lirik məni o qədər zəngin, mürəkkəb və əhatəli
idi ki, şairin ən xəfif duyğuları böyük dünyanın geniş
mənzərələrini əks etdirirdi və eyni zamanda ən uzaq, ən
kənar bir məsələyə toxunanda belə Əli Kərim oxucuya öz
ürəyini açırdı, öz duyduqlarını bəyan edirdi”.
59
***
Əli Kərimin sonuncu kitabı Prezidentin fərmanı ilə
latın qrafikasında çap olunmuş kitablar sırasındadır...
***
Əli Kərimin kitabları sırasında bir də tərcümə kitabı
var: Canni Rodarinin “Telefonla danışılan nağıllar” adlı
kitabı. Kitab 1969-cu ildə “Gənclik” nəşriyyartında çap
olunub. Burada 39 nağıl verilmişdir. Əsərlər “Molodaya
qvardiya” nəşriyyatında 1967-ci ildə çap olunmuş kitab-
dan götürülmüşdür.
Sona Xəyal
60
HƏQİQƏTƏ SÖYKƏNƏN, SEVGİLƏRƏ
BƏLƏNƏN POEZİYA
Haqqa söykənməyən şair, şair deyil, sevilməyən
misralar poeziya deyil. Hər bir şairin böyük-kiçik auditori-
yası olur. Amma bəzi şairlərin auditoriyası şeirsevənlər
aləmi boyda olur. Onu hamı sevir. Bəlkə də müasir
Azərbaycan ədəbiyyatında Əli Kərim qədər çox sevilən,
Əli Kərim qədər geniş oxucu auditoriyasına sahib olan
ikinci bir şair tapmaq çətindir. Bu da bir ilahi qismətidir.
Əli Kərim poeziyası nə qədər rəngarəng olsa da,
onun ən qabarıq görünən mövzuları vardır. Amma hər
mövzunun da qabarıq rəng çalarları, zəngin musiqi notları,
ifadə olunduğu sözlər, deyimlər var. Hələ 1953-cü ildə
Məsud Vəliyev "Ədəbiyyat və incəsənət" qəzetindəki
“Yeni duyğular”adlı məqaləsində yazırdı: “Orijinal üslub,
təzə fikir, yeni duyğu–Əli Kərimovun şeirlərində birinci
müsbət cəhətlər bunlardır”.
60
1958-ci ildə isə Məmmədəli Əsgərov “Azərbaycan”
jurnalındakı “Gənc şairin ilk poeması” adlı məqaləsində
yazırdı: “Əli Kərimov az, lakin yaxşı yazan, ilhamla yara-
dan, əsl sənət üçün qüvvəsini sərf edən gənclərdəndir. Onun
şeirləri öz ideallığı, bədii dəyəri etibarilə poeziyamızda
diqqəti cəlb etməkdədir. O, öz yaradıcılıq xüsusiyyəti ilə
Əli Kərim
61
fərqlənən şairdir. Əlinin şeirlərində hisslərin coşqunluğu ilə
yanaşı bir sakitlik, mülayimlik, səmimiyyət nəzərə çarpır”.
61
Əli Kərim haqqında onlarla, bəlkə də yüzlərlə məqalə
yazılıb. Bu iş bu gün də davam edir. Hardasa hər hansı bir
mətbuat orqanında Əli Kərim haqqında yeni məqaləyə rast
gəlirik və bu məqalələrin müəilifləri gün-gündən artır,
imzalar yeniləşir, amma Əli Kərim elə öz əvvəlki ucalığında,
öz əvvəlki çəkisində, özü də eyni sevgi notlarına bələnmiş
halda yenidən bizimlə görüşə gəlir. Adətən şairlər yubiley-
dən-yubileyə xatırlanır, bir də kimlərə görəsə xatırlananlar
vardır. Amma Əli Kərim təkcə yubiley şairi deyildir. О hər
zaman, hər yerdə, hər qələmdə görünür. Özü də məhz özünə
görə sevilir, özünə görə xatırlanır. Əli Kərim bütün zamanlar
üçün Əli Kərimdir. Əli Kərim haqqında təkcə məqalələr,
kitablar yazılmır. Şairə həsr olunmuş şeirlər, poemalar çap
olunub ki, hətta oğlu Paşa onların sayını bilmir. Bir dəfə söh-
bətimizdə Paşa müəllimdən soruşdum və dedim ki, bu
şeirləri bir yerə yığıb, bir kitab şəklində çap etmək gərəkdir.
Kim bilir bəlkə də yaxın gələcəkdə bu iş həyata keçəcəkdir.
Şairə həsr olunmuş şeirlər içərisində daha doğrusu mənim
oxuduğum şeirlər içərisində ən çox xoşuma gələni mərhum
şairimiz, öz ədəbi irsi və insanlığı ilə sevilən, ölümündən
sonra da tez-tez xatırlanan İsa İsmayılzadənin "Bir şair
yaşayırdı" adlı əsəridir:
Bir şair yaşayardı
Yerlə göy arasında
Sona Xəyal
62
Hamımızdan xəbərsiz.
Bir ölüm yaşayardı
Ayla gün arasında.
Qələmini daşa vurdu,
Qəlpələndi sözü, səsi,
Qəlpələndi xatirəsi.
62
“Bir şair yaşayardı” və о şair indi də yaşayır. 38 il
bundan əvvəl, 38 yaşında dünyasını dəyişən Əli Kərim
bugün də “avtoqraflı xatirələr” işığında yad edilir. 38 il
varlığı ilə, 38 il yoxluğu ilə yaşayan şairin iki 38 illik
ömründə bir Əli Kərim var. Bəlkə də Əli Kərim yeganə
şairdir ki, məhz özünə görə, öz yaradıcılığına görə bu
dünayadakı ömründə necə sevilirdisə, necə oxunurdusa, о
biri dünyadakı ömründə də о cür sevilir, о cür oxunur.
“Müasirlərim” seriyasından olan şairlər haqqında
kitab yazarkən adətən yaradıcılığındakı ilk qabarıq möv-
zunu – vətən, xalq, millət, torpaq sevgisi mövzusunu işlə-
mişəm. Amma Əli Kərim yaradıcılığından danışarkən,
"vətən", "xalq", "millət", "torpaq" sözləri işlənmiş çox az
şeirə rast gəldiyimdən onu ayrıca mövzu kimi işləməyin
mümkünsüzlüyünü anladım. Kim bilir, bəlkə də Əli Kərim
bunun üçün çox sevilir ki, onda sadəcə "söz" yoxdur.
Əli Kərim poeziyasında ən qabarıq görünən "İN-
SAN"dır. Bu böyük hərfli insanın sevməsi, nifrət etməsi
fəlsəfi düşüncələrlə idrakın üfüqlərinə qalxması, həmçinin
körpə məsumluğu ilə uşaq dünyasına enməsi var.
Dostları ilə paylaş: |