Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
47
lığı  uğrundakı vuruşlarda igidlik göstərmiş azərbaycanlı 
Əsgər Cəmil oğlu  Əhmədovun qəhrəmanlığından bəhs 
eləyən “Heykəlin qardaşı” poeması daxil edilmişdir. Yük-
sək sənətkarlıq, sözün bədii qüdrətindən məharətlə istifadə 
etmək, vətənə, torpağa bağlılıq  Əli Kərim poeziyasının 
başlıca xüsusiyyətidir”.
46
 
Kitab  şairin məşhur “Vəsiyyət”  şeiri ilə açılır. 
Ümumiyyətlə, kitabdakı  şeirlərin böyük əksəriyyəti bizə 
tanışdır. Kitabla eyniadlı şeirdə şair yazır: 
 
O endi yerə  orbitdən–  
Nəhayətsizlik ilğımlarından. 
Ona xeyli balaca, 
      yöndəmsiz,  
            gözəl göründü cahan. 
Gəncin döşündə əlvan üfüqlər, 
Gözlərindəsə 
          yerdən çox böyük 
                           ulduzlar qatı. 
Görüş, öpüşmə... 
Şirin yorğunluq... 
Getdi...uzandı...yatdı. 
Evdə? Eyvanda? Xeyr! 
Yoxdu vaxt, məkan; 
Neçə ömürdən  
     uzaq bir səfər edən  
         adam üçün yoxdu bunlar. 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
48
Məsafəsizlik ,   
     çəkisizlik üzərindəcə  
                 uzanmışdı oğlan.
47
 
 
*** 
Şairin növbəti kitabı məktəb yaşına çatmamış uşaq-
lar üçün nəzərdə tutulub. “Gənclik” nəşriyyatının 1973-cü 
ildə çapdan buraxdığı bu kitab “Tənbəl ayı balası” adlanır. 
Rəssam Əliəşrəfin əsərə çəkdiyi şəkillər əyani vəsait kimi 
çox dəyərlidir.  Əsərin maraqlı süjeti vardır. Ayı balası 
vitrindəki ayı balalarını görüb onlara qarışır. Zooparkın 
işçiləri onu axtarırlar. Amma mağazanın qapıları bağlı 
olduğundan, səhər də istirahət günü olduğundan ayı balası 
oyuncaq ayılar kimi ac-susuz gün keçirməli olur. 
 
*** 
Azərbaycan Dövlət nəşriyyatı 1974 və 1975-ci il-
lərdə  Əli Kərimin ikicildliyini çapdan buraxır.  İkicildliyi 
şairin həyat yoldaşı Elza xanım nəşrə hazırlayıb. Tərtibçi 
birinci cildə Asif Əfəndiyevin “Bənzərsizlik” adlı ön 
sözünü vermişdir. Müəllif  şair haqqındakı sözünə belə 
başlayır:”Şeiriyyət təbii və  zəruri bənzərsizlikdir.  Əsil 
poetik istedadda həyata, dünyaya yeni, orijinal baxış təbii 
şəkildə meydana çıxır. 
Bənzərsiz olmaq və  bənzərsiz olmağa çalışmaq 
başqa-başqa şeylərdir! 
Şeiriyyətdə bənzərsizlik gözəllik ilə həmahəngdir! 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
49
Qeyri-təbiilik, sünilik və eybəcərlik hökm sürən 
yerdə poetik bənzərsizlik yoxdur. 
Əsil istedad “Mən bənzərsiz olmalıyam” demir. 
Bənzərsizliyi planlaşdırmır,  əlinə  qələm alan kimi dahi-
yanə, misilsiz, görünməmiş poetik kəşf edəcəyinə inanmır. 
Sənətdə  bənzərsizlik poetik təfəkkürün çox adi və 
normal cəhəti kimi meydana çıxır. Ona görə də orijinallıq 
istedada yaraşır. Bahar seli çaya, qəriblik qürub çağına, 
məğrurluq dağa, dalğa dənizə yaraşan kimi! 
İstedadsızlara bənzərsizlik yaraşmır. Faciə komiz-
mə, böyüklük kiçikliyə, yüksəklik bəsitliyə yaraşmayan 
kimi. 
Əli Kərim adlı bir sənətkar var (var idi yox). Bən-
zərsiz bir şair. effektli odalar əvəzinə o, zərif və  həzin 
məhəbbət nəğməsi oxudu. Səsi uzaqlardan eşidildi. 
Məhəbbət lirikasında o, ştrixlərə, detallara qayıtdı. 
Poetik üslubda parlaq ornamentdən çəkindi. 
Əlamətdən daha çox mahiyyətə vardı. Zahiri 
bəzəyə ehtiyac duymadı”.
48
 
Kitabın birinci cildindəki  şeirlər “Mavi nəğmə 
qanadında”, “Qayıt!, “İlk  şeirlər”, “Uşaqlar üçün şeirlər” 
adlı bölümlərdə verilmişdir. Burada şairin ilk şeirləri 
diqqəti cəlb edir. Bu şeirlərin böyük əksəriyyəti sevgi 
şeirləridir. Hamısında səmimiyyət, alov, atəş, arzu, hicran, 
vüsal həsrəti  əks olunub. Burada bir adsız  şeir diqqətimi 
daha çox çəkir: 
 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
50
Mən səni istərəm, sən özgəsini, 
Özgəsi özgəsini, özgə də məni. 
Mən sevəndə sən sevmədin
Mən gələndə “gəlmə” dedin. 
Mən gedəndə “getmə” dedin. 
Mən öləndə “ölmə” dedin. 
Mən yaşadım–istəmədin... 
Bu dünyada gəzmə dedin, 
Ürəyimi üzmə dedin... 
Baş açmadın bu sevdandan, 
Gördüm ki, bu hökmünlə sən 
Bu dünyanın hakimisən. 
Köçüb getdim bu dünyadan, 
Sən ağladın, mən gülmədim. 
Sükutuma bir söz dedin– 
Aldat görüm ölümü sən.
49
 
 
İkinci cildə  “İlk simfoniya”, “Heykəl və heykəlin 
qardaşı”, “Üçüncü atlı”, “O mənə danışdı ki”, “Bir santi-
metr haqqında ballada”, Uşaqların loğmanı”, “Paşa, ulduz-
lar və uşaqlar”, “Dənizdə şəhər” poemaları daxil edilmişdir. 
“Ulduz” jurnalı  ikicildlik haqqında Cabir Novruzun 
“Əlinin ikicildliyini oxudum” adlı geniş  məqaləsini  çap 
etmişdir. Həmin yazıdan bir neçə hissəni burada veri-
rik: ”Düzü, Əlinin ikicildıiyini görəndə iki hiss, iki duyğu 
məni bürüdü. İlk növbədə sevinc, fərəh hissi. – Fərəhləndim 
ona görə ki, sağ ikən fərli-başlı şeir kitabını görməyən, dəftər 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə