Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
51
qalınlığında cəmi 3-4 məcmuəsi buraxılan bir şairin birdən-
birə ikicildliyi buraxılmışdır. Fərəhləndim ona görə ki, 
yaradıcılığı ilə pərakəndə şəkildə tanış olan oxucular indi Əli 
Kərim barədə tam təsəvvür alacaq, onun keçdiyi maraqlı 
poeziya yolu ilə bütövlükdə tanış olacaqlar. 
Cildləri  əlimə alanda, mənə tanış olan şeirləri bir 
daha nəzərdən keçirəndə elə bil ki, Əlinin özünü gördüm. 
Elə bil ki, üz-üzə oturub canlı  Əli ilə söhbət etdim. 
Doğrudan da cildlərə daxil olan əsərlər o qədər diri, canlı, 
müəllifinə oxşar  şeirlərdir ki, sanki hər sözün arxasında 
Əlinin özü dayanmışdır. Əlinin ikicildliyi çıxdı. Onun iki 
balaca heykəli ucaldı... 
Əli dünyada hər şeydən çox həyatı, insanları sevirdi, 
şeir yazmağı, aya, ulduza, günəşə, adamlara baxmağı. Ciyər-
dolusu nəfəs alıb yaşamağı xoşlayırdı... Fikri iti, gözləri 
sərrast, fəhmi, zənni dəqiq idi. O yaşamaq, yenə də yaşamaq 
arzusunda idi. Lakin ölümdən də qorxmurdu. Ölümdən 
söhbət düşəndə həmişə zarafat ilə deyərdi: ”Bir canımız var, 
onu da bir gün almışıq, bir gün də təhvil verəcəyik. Bir az da 
yaşayaq, görək başımıza nə  gələcək” Lakin o, yaşamağa 
“Allaha təvəkkül” kimi baxmırdı, o həyatı çox sevirdi... 
O poeziyanı təkcə söz, misra, qafiyə düzmək üçün, 
şeir yazmaq mənasında başa düşmürdü. Onun poeziya 
anlasyışı genişdi. Poeziya onun üçün tale idi, ömür idi, 
sevgi idi, məhəbbət idi, zəhmət idi, yaşayanlara, ölənlərə, 
vaxtsız gedənlərə hörmət idi, yersiz qalanlara, artıq görü-


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
52
nənlərə laqeyd olub, duyğusuz, məsləksiz yaşayanlara 
nifrət idi”.
50 
*** 
Əli Kərimin növbəti kitabı “Pillələr” adlanır. “Gənc-
lik” nəşriyyatının 1978-ci ildə çapdan buraxdığı bu kitaba 
müəllifin eyniadlı romanı daxil edilmişdir. Müəllif kitabı 
həm atası Paşanın  əziz xatirəsinə, həm də  oğlu Paşaya 
ithaf etdiyini qeyd edir. 
Kitabın  əvvəlində müəllifin daha bir qeydi var-
dır: ”Bəziləri övladını özü üçün, bəziləri övladını övladının özü 
üçün, bəziləri də övladlarını hamı üçün böyüdür. Böyüyürlər. 
Rastlaşırlar. Onların haqqında sizə danışmaq istəyirəm”.
51
 
Əli Kərimin “Pillələr” romanı 1987-ci ildə yenidən 
“Yazıçı” nəşriyyatında çap olunur. Əkrəm  Əylislinin” 
Novruzgülünün nəğməsi” adlı ön sözündə oxuyuruq:  ”...Biz 
Əlini  şair kimi tanıyırıq və sevirik. Əlinin nəsri isə bizdən 
ötrü onun şair həyatının bir hissəsidir. Və məhz buna görə 
maraqlıdır. 
“Pillələr” müasir nəsrimizin fonunda sənət nöqteyi-
nəzərindən bəlkə də elə bir əsaslı əhəmiyyət kəsb eləmir. 
Ancaq bu əsərin də  hər sətrində, hər sözündə gözlərini 
gen-gen açıb, bu dünyaya uşaq heyranlığı  və vurğunluğu 
ilə tamaşa eləyən  Əli Kərimin sadəlövh, saf və  sədaqətli 
ürəyi döyünür”.
52 
*** 
Əli Kərimin növbəti kitabı yenə də uşaqlara hədiy-
yədir. “Gənclik” nəşriyyatının 1979-cu ildə  nəşr etdiyi 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
53
“Qız və  kəpənək” adlı kitaba “Uşaqlar və ulduzlar” kita-
bında çap olunmuş “Qardaşımın cavabı”, “Güclü qoca, 
“Adam”, “Çinar və gilənar”, “On bir yaşında” adlı  əsər-
lərdən başqa bütün şeirlər və poemalar daxil edilmişdir. 
“Qız və kəpənək” 1992-ci ildə yenidən şəkilli jurnal 
kimi çap olunmuşdur. Şəkilləri Əliəşrəf Məmmədov çəkmiş, 
kitabın redaktoru isə  Məmməd Namazdır. Jurnalda əvvəlki 
çap tarixi nədənsə 1979 əvəzinə 1971-ci il yazılmışdır ki, bu 
da “Uşaqlar və ulduzlar” kitabının çap tarixidir.... 
 
*** 
“Yazıçı” nəşriyyatı 1983-cü ildə Əli Kərimin “Qa-
yıt” adlı kitabını dərc edir. Kitabı şairin oğlu Paşa Əlioğlu 
tərtib etmiş, professor Tofiq Hacıyev kitaba geniş bir ön 
söz yazmışdır. “Yenilikçi poeziya” adlanan bu yazıda 
müəllif çox uzaqdan başlayaraq, Əli Kərimin etirafını sitat 
gətirir və  şairin yaradıcılığına keçir. Müəllifin digər 
məqalələrində olduğu kimi burada da şairin yaradıcılığına 
hərtərəfli baxış,  Əli Kərim  şeirinin mövzusu, ideyası, 
yaratdığı obrazlar, poetik üslubu, bədii təsvir və ifadə 
vasitələri üzərində təhlil diqqəti çəkir. Müəllif fikrini belə 
yekunlaşdırır: ”Əli Kərim axtardı, öyrəndi, bədii dil-üslub 
sistemində beləcə örnək kimi qaldı. Getdi. Getdi, ancaq 
nəsil-nəsil oxucularla, yeni-yeni oxucu nəsillərinin zövqü 
ilə  təzədən sənət  şəklində qayıdır, qayıdıb zövqləri “sah-
mana salır”, oxucuları ilə  mənən yaşayır, söhbət edir, 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
54
tərənnüm etdiyi ideal zirvəyə — gələcəyə doğru bizimlə 
birgə addımlayır”.
53
 
Kitabda şairin seçilmiş şeirləri və poemaları topla-
nıb. Burada ən çox xoşuma gələn  şeirlərdən biri birinci 
misrası dillər əzbəri olan adsız bir şeirdir” 
 
Nə xoşbəxt imişəm bir zaman, Allah, 
Xəbərim olmayıb bu səadətdən. 
Nə xoşbəxt imişəm,  
                 nə xoşbəxt,  
                               xoşbəxt! 
Bu gün eşitmişəm bunu həsrətdən. 
Niyə yazmamışam o zaman, Allah, 
Əlimə qələm də gəlməyir indi. 
De, niyə aradan küləklər əsir? 
Aramız, de, niyə belə sərindir? 
İçdiyim o su da səadət imiş
İşə getməyim də, qayıtmağım da. 
Ona baxmağım da xoşbəxtıik imiş, 
Onu yuxusundan oyatmağım da. 
Dünya başdan-başa səadət imiş, 
Mənsə bu dünyanın qoynundayammış...
54
 
 
*** 
“Yazıçı” nəşriyyatı 1991-ci ildə Əli Kərimin “Mavi 
nəğmənin sahilində” adlı kitabını çapdan buraxır. Kitaba 
müəllifin eyniadlı povesti, hekayələri, iki pyesi və məqa-


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə