Əli Kərim
67
Göydə günəş sönər, sönmərəm yenə,
Məhəbbət yolundan dönmərəm yenə.
Кöçəгəm dünyadan, ölmərəm yenə,
Səsim torpaqdan da gələcək mənim.
65
Əli Kərimin məhəbbət lirikası özü bir kitabın möv-
zusudur. Bu şeirlərin məzmununu açmaq olar, lirik qəhrə-
manın hisslərini, duyğularını araşdırmaq olar, Əli Kərim
şeirini başqa şairlərin lirikası ilə müqayisə etmək olar. Bu
şeirlərdəki obrazlardan uzun-uzadı danışmaq olar, bədii
təsvir və ifadə vasitələrindən söz açmaq olar. Əli Kərim
sözünün sehrini açıqlamaq olar. Şairin poeziyasından
danışan hər bir müəllif onun məhəbbət şeirlərindən bəhs
edib. Hələ uzun illər bundan sonra da səsi torpaq altından
da gələn şairin sönməyən məhəbbəti, dönməyən qəlbinin
hərarəti, ölməyən arzularının işığı onu sevənləri yaşamağa
səsləyəcək, isidəcək, yollarını işıqlandıracaqdır.
Sona Xəyal
68
PİSLƏRİN GÜLÜŞÜ YAXŞI ADAMLARIN
AĞLAMAĞIDIR”
Əli Kərim şeirində məhəbbətlə yanaşı nifrət də
vardır. Bu dünyanın gözəlliklərini sevən şair eybəcərliklə-
rinə nifrət edir, yaxşıları, aqilləri axtaran şair pisləri, cahil-
ləri rədd edir. Bu dünyaya şər toxumu səpmək üçün
gələnləri tənqid hədəfi seçən şair dünyanı hər cür çirkin-
liklərdən uzaq, insanları şərdən, şeytandan uzaq görmək
istəyir. Şairin kiçik bir şeiri diqqəti cəlb edir:
Yaxşıya pis desələr,
pisə yaxşı desələr,
bunu görcək, qəzəblənib
yaxşılar lap
pis olmaq istəsələr…
nə deyim sənə,
vay o günə,
o günə!
66
Bu bir haraydır. Şair bir gün yaxşıların da bezib
yaxşı olmaqdan əl çəkəcəyindən qorxur. Bu şeirin yazıl-
Əli Kərim
69
masından neçə on il keçib. Amma bu günün özündə də nə
qədər müasir səslənir. Son illər bizə bunu sübut elədi.
Yaxşılar daha da yaxşı oldular. Pislər daha da pis oldular.
Amma bir çox “yaxşılar” da pis oldular. Təbii ki, zatında
pislik olmayan, heç vədə yolundan azmır. Amma hardasa
mühitin tərbiyəsilə yaxşı olanlar, mühit dəyişən kimi soy-
kökündəki eybəcərliyi büruzə verir. Və elə Əli Kərim də
bundan qorxurdu. Şairin dediyi həmin “bir gün”ü biz
həyatımızda yaşadıq, həmin o yaxşıların dönüb pis olma-
sını gözümüzlə gördük.
Şairin nifrət etdiyi ən böyük günahlardan biri böh-
tandır. İslam şəriətində də kəbirə günah kimi qeyd olunan
böhtanın mövcud olduğu yerdə mütləq bir nahaq atəşi
alovlanır. Şairin adsız bir şeirində böhtanı “həqiqət” pal-
tarına bürüyüb insanlara təqdim edən, çoxunu inandıran
böhtançı təqdim olunur:
O elə böhtanlar deyə bilər ki,
Yanında heç olar hər sənəd onun.
Canından,
qəlbindən,
bağrından qopur,
canı tək sevdiyi bu sənət onun.
67
Şair burada böhtançıya inanmağın səbəbini də
açıqlayır. Qeyd edir ki, ona, ona görə inanırlar ki, dediyi
böhtanlar onun varlığındakı bütün hissləri qovub və bir
Sona Xəyal
70
“həqiqət” kimi onda qərar tutmuşdur. Sən demə. Böhtan-
çılıq da sənət olarmış.
Bəzən ürəyi sancanda, kədər güc gələndə şair yaxşı
adamları xatırlayır, təsəlli tapır. Şairin fikrincə, “Pislərin
gülüşü, acı gülüşü, Yaxşı adamların ağlamağıdır”. Yaxşı-
ya yaxşı, pisə pis olduğunu qeyd edən şair bu dünyada hər
ikisinə sağlıq arzulayır.
Digər bir şeirindəsə riyakarlıqdan bəhs edir Əli
Kərim:
Könül, riyakarlıq sənət olubdur,
Bütün sənətlərə ordan keçirlər.
Hər bir şərəf oğlu, vüqar övladı
Məhv olur,
gözündə namuslu kədər.
Könül, bəlkə sən də…
sən də
sən də riyakar…
Onda get…
Onda get…
Boş qalsın sinəm.
68
Şair şərəfsizliyin isti, boğucu qoynuna sinmək istə-
mir, yalan cənnətindənsə, düzlük cəhənnəmində yanmaq
istəyir. Xəbislərin üzünə nifrətlə tüpürən şair, onların üzü-
nə gülməkdənsə, bir gün mayası təmizlik olan əbədi
heçliyə qovuşmağı daha üstün tutur.
Əli Kərim
71
Şairin “Maska” adlı şeirində də maraqlı obrazlar
var. Peredelkinoda klubda bir karnaval gecəsindən aldığı
təəssüratı qələmə alan şair orada maska taxmayan bir qızın
hamıya maska payladığını qeyd edir. Şair diqqət edir ki,
bəzən bir ayüzlüyə meymun maskası düşür, bəzən isə elə
tülkünün özünə tülkü maskası verilir. Burada maraqlı olan
odur ki, bəzən hər gün üzü maskalı olan yeni bir maska alır,
ya da birisi öz sifətini alır, amma qəzəblənib maskanı qay-
tarır. Karnaval qurtaranda hamı bir-bir maskanı gətirib
qaytarır, amma naxələf çıxanlar, evinə üzündə maska qayı-
danlar da olur. Şair burada neçə cürə adamı təqdim edir.
Şairin “Azad adam” şeirində nifrət etdiyi azad adam
obrazı vardır. Küçədə gur səslə danışan, birinin pıçıltısını,
birinin fikir dolu sükutunu kəsən bu adam kimdir?–
Mərifətdən azad,
hörmətdən azad,
Hər şeydən azad,
hər şeydən xali,
danışır ali-ali.
Qışqırır qazlı-qazlı
nadanlığın bu sevimli,
bu hürr balası.
69
Əli Kərimin bir nifrət hədəfi də sənətdəki riyakar-
lıqdır. Həyatda olmayan bir sənətkarın əsərlərini öz adına
çap etdirən də, sənət dostunun paxıllığını çəkən də, həqiqi
Dostları ilə paylaş: |