Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
55
lələri daxil edilmişdir. Tofiq Hacıyev “Şeirində də, nəsrin-
də də psixoloq” adlı ön sözündə Əli Kərim yaradıcılığına 
bir qədər də başqa aspektdən yanaşmış, müəllifin nəsr 
əsərlərini təhlil edərək, sənətkarlıq xüsusiyyətlərindən söz 
açmış, fikirlərini ümumi şəkildə oxucularla bölüşmüşdür. 
Tofiq müəllim  Əli Kərimə olan sonsuz sevgisini bütün 
yazılarında olduğu kimi burada da səmimi fikir və 
düşüncələri ilə, dəyərli fikirləri ilə bizə çatdırır. Məqalənin 
sonunda yazır: ”Bu kitab Əlinin poetikası haqqındakı 
təsəvvürümüzü bütövləşdirir. Aydın olur ki, onun sənət 
karlığı və müasirliyi firtrətindəki şairlik vergisi ilə zəngin 
bədii və elmi-fəlsəfi mütaliəsinin vəhdətidir. Bu kitab 
təsdiqləyir ki, şeirin də olduğu kimi, Ə.Kərim nəsrində də, 
hətta məqalələrində də psixoloqdur. Həmin bədii-psixoloji 
yaradıcılıq ovqatı ilə  Ə.Kərim oxucularının ürək yadda-
şına kövrək, ancaq bütöv və kamil bir sevgi bəxş edib bu 
dünyadan köçmüşdür. 1981-ci ildə 50 illik yubileyi onsuz, 
qədirbilən oxucularına məhəbbətlə baxan şəklinin iştirakı 
ilə qeyd edilərkən, “Braziliya stadionu kimi dolu” salonda 
bir daha bunun şahidi oldum. Ə.Kərim bu salonu dolu şeir 
və  nəsrdən, ssenari və dramlardan, ədəbi-tənqidi məqa-
lələrdən ibarət kamil və zəngin irsi ilə qazanmışdır”.
55
 
Biz hələ əvvəllərdə Əli Kərimin “Pillələr” romanın-
dan onu bir nasir kimi də tanımışdıq. Tələbə  həyatından 
bəhs edən, dövrün ictimai vəziyyətyətini dolğun əks etdi-
rən, sinifsiz cəmiyyətdə “siniflər” arasındakı fərqi diqqətə 
çatdıran bu əsər yəqin ki, hamının yadındadır. Əli Kərim 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
56
nəsrinin növbəti nümunəsi kimi eyni adlı kitaba daxil 
edilmiş “Mavi nəğmənin sahilində” povesti də öz detalları 
ilə diqqəti çəkir. Povestin “Ulduz” jurnalında çap olunmuş 
variantını oxuyan Sabir Mustafa “Ədəbiyyat və incəsənət” 
qəzetində çap etdirdiyi eyniadlı  məqaləsində  əsər haq-
qında dəyərli fikirlərini oxucularla belə bölüşür: ”Bizi 
vaxtsız tərk etmiş istedadlı  şairimiz  Əli Kərimin “Mavi 
nəğmənin sahilində” povestində müharibədə qurban get-
miş  gəncliyin həyatından bir parça təsvir edilir. Əsərdə 
bilavasitə cəbhəni görmürük. Hadisə müharibədən uzaqda, 
rayon mərkəzlərindən birində cərəyan edir... 
Əsər təmkinli, sakit bir üslubda yazılmışdır.  Əli 
Kərimin özünəməxsus şirin və şairanə təsvirləri bizu uzun 
müddət həyəcanlandırır. 
Müharibə illəri haqqında  ədəbiyyatımızda çox ya-
zılmışdır. Bu, Əli Kərimə mane olmayıb. Yazıçı cəbhədən 
uzaqda kiçik bir əyalət  şəhərində yaşayan cavanları  əsə-
rinə  qəhrəman seçmiş, onların həyat və psixologiyasında 
ictimai hadisələrin necə  əks-səda doğurduğunu qələmə 
almışdır. Bu da povesti oxunaqlı, maraqlı edən səbəblər-
dəndir”.
56
 
“Mavi nəğmənin sahilində” kitabının sonunda mə-
qalələr də verilmişdir. Əli Kərimin ən çox diqqətimi çəkən 
məqaləsi “Azərbaycan gəncləri” qəzetinin 1969-cu il, 15 
aprel tarixli sayında oxuduğum “İntellekt və poeziya”dır. 
Müəllif yazını belə başlayır: ”İndiki mürəkkəb bir dövrdə 
hər şair, xüsusən ədəbiyyata mübarək qədəmlər atan şair, 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
57
çox çətin problemlər qarşısında qalır. Bunu lazımınca dərk 
edənlər, gələcəkdən də o yana bir gələcək görür, arxasın-
dakı zəngin keçmişi də götürüb irəli gedə bilir. Eynşteynin 
bir sözü məni həmişə heyrətləndirir və ruhlandırır. Sual 
veriləndə ki, “bu elmi zirvəyə çatmağın üçün sənə kim 
daha çox kömək etmişdir”, o deyib:”Ostrovski”. Qəribədir, 
alim yox, yazıçı. 
Mən çox götür-qoydan sonra belə qərara gəldim ki, 
bu böyük alimin sözlərində  əsil səmimiyyət və elmi əsas 
vardır. Bu, təkcə  ədəbiyyatdan estetik zövq almaq məsə-
ləsi deyil. Istilik nəzəriyyəsinin kəşfi zamanı alimə  təsir 
eləyən böyük Ostrovski psixologizmindəki ruhi zəncir 
reaksiyası; kompozisiya paralelləri və polifoniya olub. Bəs 
biz elmin kəşflərindən nələr götürürük? Təəssüf ki
bundan çox zaman az istifadə edirik. Bu, xüsusən tələm-
tələsik yaradıcılığa girişmiş cavanlara aiddir. 
Elm təkcə formalizmlər cəngəlliyi, şeir – qafiyələr, 
rədiflər, bəndlər, beytlər yığnağı deyil. Bu cür şeiri  əlif-
banı bilən hər adam yaza bilər. 
Iztirabdan, narahatlıqdan yoğrulmuş  şeir başqa 
şeydir, tamam başqa! 
Intellektlə həyat birləşəndə, daha doğrusu, intellek-
tin həyati əsası olanda əsil şeir yarana bilər. 
Elələri olur ki, elmi də var, savadı da, lakin yazıla-
rında möhkəm quraqlıq var. Mən bütün bunlarla dərs 
demək istəmirəm:söylədiklərim bizi düşündürən məsələ-
lərdir, amma təkrar olunmasına çox ehtiyac var...”
57
   


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
58
*** 
Azərnəşr 1991-ci ildə Əli Kərimin ikicildliyini çap-
dan buraxmışdır. Birinci cildə şairin şeir və poemalarından 
nümunələr, ikinci cildə isə nəsr əsərləri daxil edilmişdir. 
 
*** 
1999-cu ildə Yazıçılar Birliyinin “Yurd” nəşriyyatı 
Əli Kərimin “Neyləyim,  şeirlə  dərd söyləyirəm” adlı 
şeirlər kitabını çap etmişdir. Kitabın adı adsız bir şeirin bir 
misrasından götürülmüşdür: 
 
Şair ən balaca bir ölkə imiş
Misra məhdudluğu, qafiyə səddi. 
Qəm adlı möhtəşəm bir məmləkətin 
Ora sığışmazmış hüdudu, həddi. 
 
Neyləyim, şeirlə dərd söyləyirəm. 
Qəmim azlıq edir elə bilirsən. 
Şeirimlə azalmış dərdi görərək, 
Yoxsa ki, dəryaca mənə gülürsən?
58
 
    
Kitabda Anarın geniş ön sözü verilmişdir. Ümu-
miyyətlə,  Əli Kərim haqqında qısa yazmaq mümkün de-
yildir.  Əlinə  qələmi götürürsən, elə istəyirsən ki, fikrinni 
yekunlaşdırasan, yeni bir fikir gəlir, fikir fikrə calanır, bir 
də görürsən ki, düşündüyündən çox-çox böyük həcmə 
gedib çıxmısan. Anarın “Əli Kərim təbəssümü”adlı bu 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə