Vakansiyalar xəZƏr aiLƏ TƏLİm və konsultasiya məRKƏZİ



Yüklə 242,5 Kb.
tarix01.09.2018
ölçüsü242,5 Kb.
#66295



VAKANSİYALAR
XƏZƏR AİLƏ TƏLİM VƏ KONSULTASİYA MƏRKƏZİ
Hilfsverk Avstriya Beynəlxal Təşkilatı “Himayədar qayğının və ailə əsaslı xidmətlərin tətbiq olunmasında Yerli Hakimiyyət orqanları və QHT-lər arasında əməkdaşlıq modelinin hazırlanması” layihəsin çərçivəsində Bakının Xəzər rayonunda yeni yaradılmış Xəzər Ailə Təlim və Konsultasiya Mərkəzi üçün aşağıdakı vakansiyalar üzrə mütəxəssislər axtarışındadır. Bütün vəzifələrin Xəzər rayonunda olacaqdır. İşə başlama tarixi mümkün qədər tez.
Xəzər Ailə Təlim və Konsultasiya Mərkəzinin məqsədi
Xəzər Ailə Təlim və Konsultasiya Mərkəzinin məqsədi uşaqlara, gənclərə, ailələrə, icmalara və fərdi şəxslərə həyatlarında müsbət dəyişikliklər etməkdə köməklik göstərməklə, eləcə də sağlam və effektiv qərar verməklə onların həyati keyfiyyətlərini artırmaqdan ibarətdir. Mərkəz benefisiarlara fərdi və ailə həyatı daxilində psixoloji çətinlikləri effektiv şəkildə həll etmələrində yardım edəcək. Mərkəzin ən əsas məqsədi icmanın ehtiyaclarına uyğun olaraq uşaq və yeniyetmələrin inkişafı ilə bağlı təlimlər təşkil etməklə uşaq-valideyn münasibətlərini inkişaf etdirməkdir. Mərkəz ixtisaslaşmış himayədar ailələr üçün peşəkar təlim kursları və valideynlər üçün xüsusi təlim kursları təşkil etməklə bu istiqamətdə çalışacaq. Mərkəz, eyni zamanda, ailə və uşaqları psixoloji terapiyalarla təmin edəcəkdir. Bundan əlavə, Mərkəz psixi və psixoloji təhlükəsiz mühitdə rifah və özünə ehtiram hissini artıran icma dəstəyi və xidmətlərə yönləndirmə xidmətlərinə malik olacaqdır.

MƏRKƏZ TƏRƏFİNDƏN TƏKLİF OLUNAN XİDMƏTLƏR


  1. Himayədar qayğı ilə bağlı peşəkar təlim (60 saat)

  2. Analara uşaq inkişafı üzrə təlim proqramı

  3. Atalara uşaq inkişafı üzrə təlim proqramı

  4. Ailə psixoloji terapiyası

  5. Uşaq/yeniyetmə psixoloji terapiyası

  6. Xidmətlərə yönəltmə xidməti


TƏLƏB OLUNAN MÜTƏXƏSSİSLƏR

*****************************************************************************



  1. VƏZİFƏ: DİREKTOR/BAŞ TƏLİMÇİ


Direktor/Baş Təlimçi 2 işi aparacaqdır.
Mərkəzin idarə olunması işi ilə əlaqədar Direktor:


  • Mərkəzin Strateji planını hazırlayır və onun həyata keçirilməsinə nəzarət edir.

  • Müvafiq elmi müəssisələr də daxil olmaqla, yerli səviyyədə qrumlarla, səlahiyyətli orqanlar, yerli və beynəlxalq təşkilatlar iş birliləri və peşəkar əlaqələr qurur.

  • Mərkəzin inkişaf tempinə nəzarət edir.

  • Mərkəzin işçi götürür

  • Müqavilələr hazırlayır və imzalayır.

  • Kontraktlar, iş təsvirləri, ofis qaydaları, təlimatlar və tələb olunan idarəetmə və ya administrativ formaların/sənədlərin hazırlanması.

  • Büdcə hazırlayır və xərclərə nəzarət edir.

  • Bütün bank sənədlərini, mədaxil/məxaric sənədlərini və əmrləri imzalayır.

  • Fand reyzinglə məşğul olur.

  • Qrant almaq üçün layihələr yazır.

  • Eyni tipli yerli və ya xaricdə yerləşən mərkəzlərlə/təşkilatlarla əlaqələr qurur və birgə layihələrdə iştirak edir.

  • Əlaqədar yerli və ya beynəlxalq mütəxəssislər ilə əlaqələr qurur.

  • Buznies strukturları ilə əlaqələr qurur.


Təlim baxımından Direktor Baş Təlimçi kimi:


  • Təlim proqramlarının hazırlanmasında iştirak edir.

  • Təlim keçirir.

  • Təlimçilər üçün təlim də iştirak edir.


Tələb olunan keyfiyətlər:


  • Sosial elmlərdə, xüsusilə də, sosial iş və ya psixologiya sahəsində universitet dərəcəsi

  • Menecer kimi minimum 2 illik təcrübə daxil olmaqla, QHT-də minimum 5 illik peşəkar iş təcrübəsi

  • Təlim keçmə bacarıqları və təcübəsi

  • Əla idarəçilik bacarıqları.

  • Güclü liderlik bacarıqları.

  • Əlaqələr qurma, yaxşı ünsiyyət və əməkdaşlıq bacarıqları

  • Qrant layihələri yazmaq bacarıqları

  • İngilis, azərbaycan və rus dillərində səlist danışma və yazma.

  • Əla kompyuter bacarıqları


ƏMƏK HAQQI: 500 AVRO VERGİ DAXİL OLMAQLA

Işə başlama mümkün qədər tez tələb olunur
*****************************************************************************


Vəzifələrə müraciət etmək üçün zəhmət olmasa aşağıdakı e-mail ünvanına CV və əlaqədar peşəkar iş təcrübəsi haqqında qısa məktub (cover letter) 20 Sentyabr 2011-ci il tarixinə qədər aşağıdakı e-mail ünvanına göndərəsiniz:

hilfswerk.vacancies@gmail.com


Hilfsverk Avstriya Beynəlxalq www.hilfswerk.org.az

Yüklə 242,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə