Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   14   15   16   17   18   19   20   21   22

 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
76
Başqasıdır müəllim!   
Elmi, dərdi, sevinci 
Onlar ilə bir bölən, 
Onların adlarını  
Adı tək əzbər bilən 
Məhəmmədin nəvəsi, 
Əlövsət oğlu Qara! 
73
 
 
Burada bir müəllimdən danışan şair, əslində müha-
ribədə əsir düşən, sinəsi nömrəli bütün insanların taleyinə 
acıyır.  İnsanları bu hala salan  müharibənin dəhşətlərinə 
nifrət edir. 
“Coğrafiya müəlliminin  şəhadət barmağı haqqında 
ballada”da daha bir dəhşətin şahidi oluruq. Müharibə gedir. 
Torpaqlar alınır. Müəllim dərs keçir. Əlini xəritənin üstündə 
gəzdirir, sərhədi göstərmək istəyir. Amma həmin anda hə-
min yerdə döyüş gedir. Müəllim bilmir ki, barmağını harada 
gəzdirsin. Ordu geri çəkilir, osa dayanıb. Şair burada müəl-
limin barmağı altında dayanan böyük bir ölkənin taleyini 
izləyir. Ona elə gəlir ki, müəllimin barmağı üstündən tanklar, 
nallı çəkmələr keçir, lakin o barmaq düşmənin üstanə atılır. 
Şeirin sonunda isə artıq müəllimin canlı coğrafiya dərsi 
keçdiyinin şahidi oluruq. Şair şeiri belə bitirir: 
 
Düşmən tərəfləri göstərən zaman 
Həmin barmağını güllələr biçdi. 
Bu gün dərs deyirdi, bozardı rəngi, 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
77
Onu çox yandırdı kəsilmiş qolu. 
O dərdli barmağı yoxdur, göstərə, 
Böyük bir ölkəni, keçdiyi yolu.
74
 
 
Burada bir müəllimin deyil, minlərlə qolunu, qıçını 
itirmiş insanların ağrı-acısı var və şair bütün bunlara səbəb 
olanları nifrət hissi ilə anır, bu acılara qəlbən yanır və bu 
yaşantılardan  şeir yaranır.  Əli Kərim  şeiri həmişə  həqiqi 
yaşantının nəticəsi kimi yaranıb. O nədən yazırsa-yazsın, 
onu içindən keçirir, hissində, duyğusunsda yoğurub yapır. 
“Alman əsir” şeirində şair daha təsirli bir lövhə yarat-
mışdır. Göyçaydan Mingəçevirə dəstə-dəstə əsirlər aparırlar. 
Birdən bir mavi gözlü bir uşağı görüb dayanır. Şair burada 
diqqəti bir təzada yönəldir. Dünənə qədər cəllad olan bir əsir, 
mavi gözlü uşağı görərkən yadına yəqin ki, öz uşaqları düş-
müş və sanki ildırım vurmuş kimi yerindəcə donmuşdur. Onu 
haraylayırlar, çağırırlar, amma o sanki eşitmir, uşaqdan ayrıla 
bilmir. Diqqəti çəkən bir obraz var burada: ”Tökülürdü o 
cəllad gözdən insan baxışı, mehribanlıq yağışı”. Dünən cəllad 
kimi qantökən, bu günsə  əsir olan alman hər  şeydən  əvvəl 
insandır. Burada artıq şairin nifrəti almana qarşı deyildir. Bu 
anda alman düşmən deyildir. Dünən düşmən olan  bu gün bir 
insandır, övladını anan bir atadır. Allah-təala insanı yaradanda 
onun içində bilqüvvə  şəklində bütün yaxşı  və pis cəhətləri 
yaratmışdır. Amma insan müəyyən anda onlardan hər hansını 
istəsə felə çevirə bilir. Əli Kərim bu şeirdə  həmin mənanı 
açıqlamaq istəmişdir. 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
78
Maraqlı  şeirlərdən biri də “Bomba üstündə ev”dir. 
Müharibə dövründə bir bomba partlamamış, təsadüfən 
olduğu kimi torpağın altında qalıbmış. Sonralar onun 
üstandə ev tikilmiş, bura ailələr köçmüş, yaşamış, burda 
toy-nişan da olmuş, amma bomba partlamamışdır.  Şair 
burada bombanın illərlə insanları güddüyünü, onların hər 
bir hərəkətini izlədiyini, partlamağa məqam gözlədiyini, 
amma donub qaldığını və bir gün insanların qazıntı aparan 
zaman onu tapıb, “onun dəmir içalatını ağzından çıxardı-
ğını” təsvir yolu ilə bizə danışır.  Şeirin mövzusu maraq-
lıdır, amma burada şairin əsas məqsədi başqadır, şair onu 
sonuncu cümlədə açıqlayır: 
 
Bomba özüldə deyilmiş
Yoxsa göstərərmiş özünü. 
Qoruyaq  
     dünyamızın özülünü.
75
 
 
“Analar ağlar” adlı şeirdə daha mürəkkəb mənzərə 
ilə qarşılaşırıq. Sapunqarada anaların gəlib göz yaşı tök-
düyü məkan var. Bu məkanda bayatılar, ağılar göz yaşında 
yuyunar. Haçansa döyüş meydanı olan bu yerdə ümumi 
bir məzarıstan var. Analar gəlib burada ağlar, amma bil-
məz ki, kimin meyidi üstündə ağlayır. Şair burada qəribə 
lövhələr yaradır. Bir ana bəlkə  də boş bir torpağı qucaq-
layıb fəğan edir. Şeirin sonunda isə Sapunqarada olan bu 
məzarın tək olmadığını, dünyanın başqa yerlərində də bu 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
79
cür məzarların olduğunu diqqətə çatdırır: 
 
Anam, 
         Sapunqarada ,  
Bir də ki, görmədiyim 
Neçə eldə, obada 
Ağlar, 
         analar ağlar.
76
 
 
Burada bu günümüz yada düşür. Vətənimizin hər 
rayonunda, hətta bəzi kəndlərində belə “Şəhidlər Xiyaba-
nı” saldıq. Amma işğal altında olan torpaqlarımızda neçə-
neçə irili-xırdalı adsız məzarıstanlar var... 
Yaponiyadakı atom bombasının sınağından törənən 
faciə bütün şairlərimizin qələmindən keçib. Sovet dövrün-
də yaşayıb-yaradan şairlərin hamısı bu mövzuya müraciət 
edib. Amma Əli Kərimin “Xirosimada məktəbsiz uşaq” 
adlı  şeiri tamam başqa bir haraydır. Hamı bu faciədən 
yazıb, onun dəhşətlərini təsvir edib, yaşantılarını  qələmə 
alıb. Amma Əli Kərimin şeirində sadəcə bir məktəbli uşaq 
var, amma o uşaq məktəbsizdir. İllər keçir, bu qızın mək-
təbə getmək arzusu gerçəkləşə bilmir. Hər zəng səsini 
eşidəndə onun xəyalı məktəbə uçur. Amma müəllim  jur-
nalı açır, onun adını çəkmir. Şair bu dərdə ağlayır: ”Bu il 
doğulan uşaq Gəlib onu keçəcək”. Sonda şairin maraqlı 
obrazı və bir arzusu var: 
 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə