Əli Kərim
35
“vəznsiz şeir” bəlkə də var, lakin vəznsiz, musiqisiz misra
yoxdur. Yüksək dərəcədə yığcamlıq, təbiilik və səmimiy-
yət, vüsətli və dinamik bir düşüncə tərzi onun sərbəst şeir
ədasını başqalarından fərqləndirir”.
35
Kitabdakı şeirlərdə adamı tutan, içindən keçib,
səninkiləşən obrazlara rast gələndə düşünürsən ki, Əli
Kərim bir adam, beş adam olmayıb. “Sənət eşqi” bölü-
mündəki şeirlərdə daha doğma hisslər çəkir səni. “Sözlər”
şeirində “Dostum sözlər! Bəsdir daha dözdüm, sözlər. Nə
vaxt bəs sizinlə verib çiyin-çiyinə, hücum edəcəyik
mənaların çiyninə”, adsız bir şeirindəki “Qələmimdəki
mürəkkəb məni yandırır. Qəlbimdə qalan söz kimi”, başqa
birində “Nöqsanlar...Günahlar...Ağır qüsurlar...Bəzən əvə-
zimə onlar yazırlar”, digərində “Şairi yaşadır hər şeydən
əvvəl Məna ənginliyi, söz kislorodu”, nəhayət bapbalaca
bir şeir diqqətimi daha çox çəkir:
Bir mövzu çıxdı yadımdan bu gün,
Çox araşdırdım yaddaşı bütün.
Tapa bilmədim, dinmə, ey kədər!
O, doğmadırsa, qayıdıb gələr.
36
Kitabın “Heç-heçə” bölümündə eyniadlı şeir, “Uşaq-
ların nəğməsi məhkəmədə”, “Gördüm heş doğulmamış”,
“Epiqramlar” və dörd adsız şeir var. Hamısında da Əli
Kərim düşüncəsi, şairin fikir dərinliyi, yenilik və səmi-
miyyət. Tənqidlərində də səmimidir şair...
Sona Xəyal
36
“Son şeirlər” bölümü daha çox maraq doğurur.
Burada müxtəlif mövzularda yazılmış şeirlərlə rastlaşırıq.
Gül-çiçək də, bulaq da, hava da, yağış da, “Göydəmir at”
da, ağrıya, ölümə meydan oxuyan misralar da diqqəti
çəkir. Xəlil Rza “Şairin ikinci həyatı” adlı məqaləsində
yazırdı: ”Son yazılarında Əli Kərimin bizə çox-çox əziz,
doğma olan şəxsiyyəti: vüqarı, insanpərvərliyi, onu həm
gözdən yayındıran, həm də ucalığa qaldıran hədsiz təvazö-
karlığı parlaq ifadəsini tapmışdır. Əslində Əli Kərim kimi
şair olduqdan sonra ölüm qorxulu deyil, çünki, onun
qarşıda ikinci, daha etibarlı, uzun həyatı var. Ancaq görün
şair özü nə deyir: ”Heyf, bu yaşda heç nə, heç nə edə
bilmədim” Əlbəttə, bu sözləri təvazökarlıq kimi, sənətə
uca bir ideal zirvəsindən baxan, deyə biləcəklərinin çoxu-
sunu özü ilə apardığını hiss edən sənətkarın qənaəti kimi
anlamalıyıq. Əslində, Əli Kərim çox iş görmüş, şəraitin və
36 yaşın verdiyi imkandan bacarıqla istifadə etmişdir”.
37
Əli Kərimin vəfatından sonra onun yradıcılığı
haqqında yazılmış məqalələrlə yanaşı, onunla bağlı anları
özündə əks etdirən xatirə yazılar da çap olunub. Şairin
gənclik dostu, onunla bir yerdə təhsil alan, bir yerdə
yataqxanada qalan yazıçı Əli Səmədli hələ 1970-i ildə
“Ulduz” jurnalının oxucuları ilə bölüşdüyü dost kədərinə
bir qədər də şirin-şəkər qatıb. Bəli, Əli Kərim elə insan,
elə şair, elə dost olub ki, olmayanda da haqqında sağ kimi
danışılır. Bəlkə də onun ölümünə inanmamaqdan, ya nə-
dənsə, onun haqqında danışanlar kədərlə başlasalar da,
Əli Kərim
37
sonda nikbin nota köklənirlər. Əli Səmədlinin “Xatirəyə
dönən məktublar” adlı yazısından kiçik bir hissəni veririk:
”Şeirlə yatardı, şeirlə durardı. Səhər gözünü açan kimi ilk
sözü şeir olardı,-Yuxuda çoxlu şeir yazmışam-deyərdi.
Gözəl şeirlər idi. Heyf ki, yadımda qalmayıb. Adda-budda
misralar söyləyərdi. Hər gün şeir yazardı. Amma hamısını
mənə oxumazdı. İki-üç günə şeirlə dolmuş şagird dəftərin-
dən iki-üç şeir oxuyardı. “Hər yazılan şeir deyil” deyərdi.
Üç ildən artıq idi ki, şeir yazırdı. Onlarla tutarlı,
çapa layiq şeirləri var idi. Ancaq bir dəfə də olsun nə yerli
radio qovşağının, nə də rayon qəzeti redaksiyasının qapı-
sını açmamışdı. Mərkəzi qəzetlərə də şeir göndərmirdi.
Çox qəribə təbiəti var idi”
38
“Qaytar ana borcunu” kitabını başdan-ayağa oxu-
dum. Elə-belə yox, misra-misra, söz-söz oxudum. Nəinki
yeni şeirlər, hətta təkrar çap olunan şeirlərdə də yeni nəsə
tapdım. Ən əsası odur ki, Əli Kərim şeirini oxuyanda, Əli
Kərimin özünü tapa bilirsən. Lap ölüm ayağında belə Əli
Kərim yenə də Əli Kərimdir. Bəlkə elə ona görə də ölüm
belə onu bizdən ayıra bilməyib.
Ey mənim yerimdə
yatan qardaşım,
Bəzi məsləhətə ixtiyarım var.
Dəmir yaddaşında bu çarpayının
Qalar o çəkdiyim sonsuz ağrılar.
Sona Xəyal
38
Can vermək təcrübəm,
sancı vuruşum,
qızdırma yanğınım,
üşütmə qışım,
icazə verir ki,
ağır halına
bircə qədəm atım,
azca qarışım.
39
Şair burada sanki özünün çəkdiklərini başqasının
çəkməsini istəmir və onu xəbərdar eləməyi özünə borc
bilir. Şairin fikrincə, hər şeyin əvvəli qorxudan başlayır,
qorxu ürəyə yol tapanda, insan ölümə doğru yol başlayır.
Qorxu ölümə yol açır. Şeirin sonunda isə şair məsləhət
verir ki, iynə-dərmana fikir ver, o zaman qorxu onlara
qarışıb gedər və qorxudan qorunmaq mümkünsə, o zaman
ölüm də baş götürüb gedər. Buradan belə çıxır ki, şair
özünə diqqət yetirməmiş, xəstəliyinə fikir verməmiş, başa
düşəndə isə artıq gec imiş. Amma bu başa düşməyin də
xeyri bu imiş ki, şair özündən sonra gələnləri xəbərdar
eləyə bilir. Görünür, Əli Kərimin də qismətinə xəbərdar
edilmək yox, xəbərdar etmək düşübmüş.
Kitabda “Ölüm xəstəxanada zəhləmi tökdü mənim”
misrasıyla başlayan şeir də maraqlıdır. Ümumiyyətlə, bu
kitabdakı bütün şeirlər maraqlıdır, amma adamı yandıran
odur ki, bu kitab Əli Kərimin vəfatından sonra çap olunub.
Dostları ilə paylaş: |