Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
31
Bu abzaslar şairin ölümündən sonra çap olunmuş 
“Qaytar ana borcunu” adlı kitabına yazılmış ön sözdəndir. 
Kitab 1970-ci ildə “Gənclik” nəşriyyatında buraxılıb. 
Kitabda “Kürə yağış yağırdı”, “Babəkin qolları”, “Mavi 
nəğmə qanadında”, “Analar ağlar”, “Sənin gözlərin”, “Nəğ-
mələrin yuvası”, “Sənət eşqi”, “Heç-heçə”, “Son şeirlər”, 
bölmələrində  şeirlər və sonda isə “Üçüncü atlı” poeması 
verilmişdir. Kitabı vərəqləyirəm. Birinci bölümdə “Mənim 
ömrüm”, “Qaytar ana borcunu”, “Kosmik arzu”, “Yeraltı 
dünyada”, “İnsan tək deyil” və s. şeirlər istər bədii dəyə-
rinə, istərsə  də mövzu rəngarəngliyinə görə diqqəti çəkir. 
Şairin Kürlə bağlı  şeirləri də maraqlıdır, “Fraqmentlər”i 
də... Burada diqqətimi çəkən bir “Ana” adlı şeir də var: 
 
Demirəm göy kimi ucadır adın, 
Yox-yox, alçalmasın söhbətin, sözün. 
Sən ki, yaranışdan oxşar olmadın, 
Ancaq özün kimi böyüksən özün. 
Əyilib alnından öpəndə hərdən 
Könül dodağıma “bir də öp” deyir.. 
Ağarmış saçına əl vuranda mən, 
Əlim Şah dağının başına dəyir. 
Mən səni bağrıma basanda bərk-bərk, 
Gör nələr düşünüb, nələr duyuram: 
Elə bil Göyçaydan Kamçatkayadək 
Vətən torpağını qucaqlayıram.
32
 
 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
32
Şair var sağlığında haqqında çox yazılır, şair də var, 
dünyasını dəyişəndən sonra da unudulmur. Hətta sağlığın-
da olduğundan daha çox xatırlanır.  Əli Kərim ikincilər-
dəndir. Onun haqqında ölümündən sonra daha çox məqa-
lələr yazılmışdır.  
Xalq  şairi Xəlil Rza “Ədəbiyyat və incəsənət” qə-
zetində  dərc etdirdiyi “Şairin ikinci həyatı” adlı  məqalə-
sində yazır: ”Əli Kərimin şairlik gücü bir də xarakter ya-
ratmağındadır. Onun hər hansı  şeirində lirik qəhrəmanın, 
ya da konkret bədii obrazın aydın xarakterini görürük... 
Müasir Azərbaycan poeziyasında  Əli Kərim  şeiri 
musiqiyə ən çox yaxınlaşdıran şairdir, — desək, zənnimcə 
yanılmarıq. Bu fikri sübut etmək üçün onun bir sıra 
şeirlərini gərək bütünlüklə misal gətirəsən.  Şeirdə musiqi 
dedikdə, biz fikir və duyğuların qaynar axarını, bəzən dilə 
çətin gələn hisslərin zəifliyini, dərinliyini verə bilməyi 
nəzərdə tuturuq”.
33
 
Kitabın “Babəkin qolları” adlı bölümündə  Nəsi-
miyə, Füzuliyə, Babəkə, Habilə, Bülbülə, muğama həsr 
olunmuş  şeirlər verilmişdir. “Mavi nəğmə qanadında” 
bölümündə isə sadə insanlara həsr olunmuş şeirləri oxuyu-
ruq. “Analar ağlar”da Xirosima dərdi, qədim daş, bomba 
üstündə ev dəhşətlərini hiss edirik. “Sənin gözlərin”də 
şairin lirik şeirləri, bu şeirlərdəki həyəcan, hiss-duyğu səni 
uzaq, çox uzaq bir aləmə, rəngarəng bir dünyaya aparır. 
Buradakı  şeirlərin  əksəriyyəti adsızdır və bu adsız  şeir-
lərdən birini şair həyat yoldaşı Elza xanıma ithaf edib: 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
33
 
Baxışın üzümdədir  
         hər zaman şəfəq kimi. 
Məhəbbətin sinəmdə  
       hər vaxt var ürək kimi. 
Sözlərin bir-bir axır  
           sinəmə ulduz kimi. 
Təbəssümün evimdə  
      qaranlıq gecədəki  
          şimşəklər kimi çaxır. 
Qovur çölün düzünə  
              sükutu şirin səsin. 
Gülüşün otağımda  
                   bir işıq şəlaləsi. 
Oğlanların sevincin  
                   ayıq keşikçiləri. 
Gözlərində açılır  
            ömrümüzün səhəri. 
Hərarəti  
     o incə,  
        o həssas əllərinin  
                      əlimdədir,  
                            qüvvədir! 
Sanıram ki, bu axşam  
Sənə, bax, bu şeirimi  
     öz əlimlə yazmışam...
34
     
 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
34
Kitabda “Nəğmələrin yuvası” bölümündə  şairin 
uşaq dünyası ilə üz-üzə qalırıq. “Sənət eşqi”ndəsə söz, 
sənət, elm, insan idrakı, şairin axtarışları və s. bizi düşün-
dürür. Yaşar Qarayev “Azərbaycan” jurnalındakı “Yenə 
səfərdədir” adlı  məqaləsində  Əli Kərim  şeirinin ecazkar 
gücündən, qəlbə birbaşa sirayət edən təsirindən, bədii-
fəlsəfi qüvvəsindən, özünəməxsus cəhətlərindən,  söz açır, 
şairin axtarışlarını  hərtərəfli təhlil süzgəcindən keçirir, 
düşüncələrinin mahiyyətinə varır və  dəyərli fikirlərini 
oxucularla bölüşür. Müəllif yazır: ”Əli Kərim bizim şeiri-
mizə, bu şeirin müəyyən mərhələsinə məxsus xüsusiyyət-
ləri qabarıq ifadə edən bir şair  kimi daxil olur. İndi yaxın 
on ilin poeziya mənzərəsini  Əlisiz təsəvvür etmək qeyri-
mümkündür. 
Əlinin  şeirlərində romantik və rassional bir ruh, 
bədii-fəlsəfi ümumiləşdirməyə meyl qüvvətlidir.  Şairi 
ayrılıqda anın və  dəqiqənin, faktın təfərrüatı maraqlan-
dırmır. O həmişə yalnız iti bir fikri, nüfuz edə bildiyi gizli
daxili, həqiqi mahiyyətin kəşfi, icadı üçün axtarışa çıxır, 
ən adi real həyati süjetə  və fakta da simvolik bir məna 
verir. Bu ikinci mənadan–simvolik mənadan məhrum 
obraz və hadisələr bu poeziya üçün qeyri-səciyyəvidir... 
Əlvan, polifonik vəzn, müxtəlif ritmik vahidlər və 
formalar, söz materialının məharətlə seçilməsi, orijinal 
qafiyə, bənzətmə  və ifadə sistemi–bütün bunlar Əlinin 
üslubunda sözün enerjisini, onun bədii zərbə qüvvəsini, 
təsir və sirayət gücünü artırır, kəskinləşdirir. Burada 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə