Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
39
Nə qədər onun ölümsüzlüyünü düşünsək də, yenə də fakt 
faktlığında qalır... 
İsa  İsmayılzadə  “Ədəbiyyat və incəsənət” qəzetin-
dəki “Duyğular poeziyası” adlı  məqaləsində yazır: ”Mən 
Əlinin şeirlərini çoxdan “tanıyıram”. Onları mənə heç kəs 
təqdim etməyib və  təbliğ etməyib, heç kəs oxumağı 
məsləhət görməyib. Qəribə də olsa, hərdən mənə elə gəlir 
ki, o şeirlər mənim yaxın həmdəmim, tay-tuşlarım və 
dostlarımdır, istədiyim vaxt onlarla “bölüşə” bilərəm. On-
lar evdə də, səfərə çıxanda da yanımda, gözümün önündə 
olur. Mübaliğəsiz deyirəm ki, Əli Kərim yaradıcılığı 
mənim poeziya dərsliyimdir. 
“Şairin kitabxanası” seriyasından bu yaxınlarda 
çapdan çıxmış “Qaytar ana borcunu” kitabı  məni bir də 
ona görə sevindirdi ki, burada Əli Kərimin  ən yaxşı 
şeirləri toplanıb. Əgər belə demək mümkünsə, bu kitab Əli 
Kərim  şeirlərinin “kitabxanası”dır. Ancaq şeirlər rəflərə 
düzülməyib, səhifələrə yerləşdirilib.  İndi “dostlarım”  əli-
min altındadır,-ən çox sevdiklərimin səhifəsini də  əzbər 
bilirəm. 
Kitab xalq şairi Rəsul Rzanın ürək yanğısı ilə 
yazdığı “Şair Əli Kərim” məqaləsi ilə açılır.  
Əli Kərim şeirlərinin arxasında çox maraqlı, böyük 
ürəkli, qibtə ediləcək dərəcədə həssas, kövrək, istiqanlı bir 
insan durur. Tənqidçilərin “lirik qəhrəman” adlandırdıqları 
bu insan təəssüfü də  şair təəssüfüdür, sevgisi də, nara-
hatçılığı da, etirafı da. Biz misraların arxasında onu açıq-


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
40
aydın görür, səsini eşidir, nəfəsini duyuruq. O, əl-qolunu 
ölçmədən, hay-küy qaldırmadan, məsləhət, hökm vermə-
dən, təmkinlə söhbət edir, bizi səmimiyyətinə inandırır. 
Amma bu təmkin də şair təmkinidir”.
40
 
“Qaytar ana borcunu” kitabında  Əli Kərimin ma-
raqlı  şeirlərindən biri də “Ağrıya bir-iki söz”dür. Elə bu 
şeiri oxuyanda da İsa  İsmayılzadənin yuxarıda dediklə-
rinin əksini görmək olar: 
 
Ağrı, yaxın gəlmə, girmə araya. 
Get, yoxdur ölümdən çəkinəcəyim. 
Həyatı qorxmadan necə alıbsa, 
Elə də verəcək mənim ürəyim. 
Dəyişmə rəngləri, qaraltma günü, 
Ölümün gözünün içinə baxım. 
Kimdir vəkil edən səni, bilmirəm. 
Çəkil, get, avara, üzlü qonağım!... 
Doğrusu, ölüm də yadımdan çıxıb– 
Soxulub girmisən aramıza sən. 
De, bu nə hay-küydür, de, qoruyursan 
Mənimi ölümdən, onumu məndən? 
Qoy görüm kişinin sifətini bir
Qoy baxım, anlayım kimdir düşmənim. 
Görüm ölümü də olduğu kimi, 
Düzlüyün vurğunu–könlümdür mənim.
41
 
 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
41
Əli Kərimin bu kitabı haqqında yazılan dəyərli 
resenziyalardan biri də Tofiq Mahmudun  “Kommunist 
qəzetindəki “Ölməz misralar” adlı yazısıdır. Məqalənin 
başlanğıcını  və sonluğunu burada veririk: ”Hər bir şairin 
yeni kitabı oxucuya sevinc gətirir. Əli Kərimin də “Gənc-
lik” nəşriyyatı tərəfindən bu yaxınlarda buraxılmış “Qay-
tar ana borcunu” adlı yeni kitabını gördükdə çox sevindik, 
ancaq bu sevincdə azacıq kədər də vardı. Kitabı oxuduqca, 
şeirdən  şeirə keçdikcə bu kədər hissi tamam yox olur, 
ürəyimizdə  işıq yanır, inam oyanır, məhəbbət oyanırdı. 
Bizə elə  gəlirdi ki, həzin, kövrək, mətin, sərt, güclü 
sətirlərin müəllifi yenə də bizimlədir... 
Əli Kərim  şöhrət pilləsini asan yolla fəth etmək 
istəyənlərdən deyildi. O elə saf, təmiz idi ki, orijinal poe-
madan tutmuş, kiçik bir şeirin tərcüməsinə  qədər sənətə 
böyük sədaqət göstərir və bu sədaqətlə yaşayırdı. Unudul-
maz şairin çiçək kimi təravətli əsərləri çiçək kimi müvəq-
qəti deyildir, əbədidir və heç zaman solmayacaqdır”.
42 
 
*** 
Əli Kərim poeziyasında körpə dünyası daha ma-
raqlıdır, daha diqqətçəkicidir. “Laylay”dan tutmuş “Vəsiy-
yət”ə  qədər bütün şeirlərində körpə  təmizliyi, uşaq dün-
yasının mücərrəd obrazları öz əksini tapıb.  Şair  əsasən 
uşaqlıqla bağlı düşüncələrini öz uşaqlığındakı məqamlarda 
görüb-götürdüyü uşaq fantaziyasının, körpə  məsumluğu-
nun varlığından yoğrulur. Azər, Paşa, Orxan Əli Kərimin 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
42
yaratdığı  uşaq dünyasının ümumiləşmiş  qəhrəmanlığıdır. 
“Gəl Azərim”, “Paşanın ilk uçuşu”, “Nəğmələrin yuvası”, 
“Qardaşın cavabı”, “Sənin adın”, “Xətlər variasiyası” və s. 
şeirləri oxuduqca şairin həm övladlarına olan münasibəti. 
Həm də ümumiyyətlə uşaq dünyasına olan marağı diqqəti 
çəkir.  Əli Kərim üçün uşaq kimdir? Balaca cüssəsilə 
böyük-böyük  şeylət istəyən, boyundan böyük hökmlər 
verən və ətrafındakıları öz hökmü, istəyi ilə mat qoyan bu 
varlığın hər addımını izləyən  şair onu bizə belə  təqdim 
edir: ”Uşaq deyir ki, mənə Bir ovuc dəniz verin. Bir stə-
kan Kür verin, Araz verin, tez verin. Bircə qurtum su verin, 
Bir çıxımlıq dağ verin, Uşaq üçün dünya ev, Göy də mavi 
bir tavan. Uşaq üçün hissi tək Bütövdür, safdır cahan.” 
Şair bu sadədilliyi dühayla tən tutur. Adi insanı 
dahi eləyən bu sadədillik  şairi çağırır. “Uşaq” adlı  şeirdə 
uşaqlığına qayıtmaq istəyən  şairi  əlini qaşının üstünə 
qoyub uşaqlığına boylanan görürük. Bu uşaqlıqdakı 
cənnət bağ da, dəcəl çəpiş  də  şairin xatirələrində olduğu 
kimi qalıb.  Şair öz uşaqlığını  səsləyir, amma yuxularda 
olduğu kimi səsi çıxmır, birdən uşaq çevrilib ağ saçlı 
adamı görür və qaçır. Daha sonra həmin uşaq  şairin 
ürəyində  qəhqəhə  çəkir və ona dərddən azad olmağın 
yolunu, yenidən uşaqlığa qayıtmağın yolunu göstərir. 
Bu  şeirlər  Əli Kərimin balalara hədiyyə etdiyi 
“Uşaqlar və ulduzlar” adlı kitabındandır. 1971-ci ildə 
“Gənclik” nəşriyyatında çap olunan kitab iki bölümdən 
ibarətdir:  şeirlərin daxil edildiyi “Suallar və cavablar” və 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə