Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   14   15   16   17   18   19   20   21   22

 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
80
Ona dərman verərlər
Dərman xəstələnər. 
Sənin loğmanın olam, 
Mənim məktəbsiz balam.
77
 
 
Əli Kərimin bəzən bir dördlüyü, bəzən bir şeiri, 
bəzən bir poeması bəşəri faciəni əks etdirir, əsərin həcmin-
dən asılı olmayaraq, bir dünyalıq dərd danışır bizə. Bəzən 
bir  şeirin ikicə misrasında  şairin bir dünyalıq ağrısını 
görürük. Əli Kərim şeirdə gülməyi bacardığı kimi ağlamağı 
da bacarır. Onun gülüşü xəfif bahar küləyi kimi, ağlayışı isə 
payız yağışı kimidir. Çünki bu, bəşəri ağlayışdır... 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
81
 
 
 
 
“SƏNİNKİ ŞEİRDİR, SƏNİNKİ SƏNƏT” 
 
Şeirə, sənətə hörmət, məhəbbət bütün şairlərin ya-
radıcılığında  əks olunub. Hərə öz sevgisini, hörmətini, 
hüsn-rəğbətini bir cür bildirib. Hərə öz istiqamətini bir 
mənbədən götürüb. Kiminin yolu həqiqətin uzun yolu olub, 
kiminin yolu nadanlığın kəsə yolu. Uzun yol keçənlər 
həqiqətə yoldaş olub və uzunömürlü sənət əsərləri yaradır-
lar. Digərlərinin yaratdığı isə beşgünlük olur. 
Əli Kərimin “Sənət eşqi” adlı maraqlı bir şeiri var. 
Müəllimi Akif Süleymanova həsr etdiyi bu şeirdə müəl-
lifin sənətə gəlişi öz əksini tapıb. Şeir belə başlayır: 
 
Sən dedin könlünün sənət eşqini 
Arzu aləmində diqqətlə yoxla. 
Sən onu min hissin içində ara, 
Qoyma küsüb gedə, uça, yox ola. 
Getsə, çağırsan da qayıtmaz geri, 
Deyək, lap qayıtdı, harda qalacaq? 
Geri qayıdanda sənin o arzun, 
Yerini başqası tutmuş olacaq. 
Arzular hamısı əzizdir bizə, 
Amma onların da bir şahı olur. 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
82
O sənin könlünün ən uca səsi, 
Ömrünün bu günü, sabahı olur. 
Sən onu tapmadan, bütün nəğmələr 
Eyni bir hüsndə, ahəngdə olur. 
Təbiət itirir rəngarəngliyi, 
Bütün yer kürrəsi bir rəngdə olur.
78
 
 
Şair burada müəlliminin müdir olduğunu, bir dər-
nək açdığını bildirir və qeyd edir ki, dərnəyin rəhbəri bir 
tərəfdə qalır, müdir özü dərnəyə  rəhbər olur, hamıya yol 
göstərir. Əliyə “...Möhkəm ol, Əli, səninki şeirdir, səninki 
sənət!” deyir. Şair bu sözləri əsas tutaraq, Füzulinin qapı-
sını döydüyünü bildirir. Etiraf edir ki, əgər müəlliminin o 
sözləri olmasaydı, bəlkə də hardasa sərgərdan idi və başqa 
bir sənətin hücrələrində bir qərib kimi qısılıb qalmışdı. 
Amma indi o şeir dünyasında qərib deyildir. Hər  şeir 
yazanda da müəlliminin o sözlərini xatırlayır. 
Füzulinin qapısını döyərək xeyir-dua istəyən sənət-
kar yaradıcılığının hansı  məqamındasa  şairi vəsf edir. 
Onun “Füzuli”adlı şeirində “Dünya səni qocaltdı, yaşıdın 
olsun deyə” sözə başlayan  şair qranit dağların belə tab 
gətirə bilməyəcəyi dərdləri daşıyan Füzulinin zəmanəsinə 
səyahət edir. Yanana od verən, donana buz verən, batana 
dərya bəxş edən zəmanənin övladı olan Füzulinin od tutub 
yandığını, bu odun Şərqin hər yerindən göründüyünü bil-
dirir.  Şeirin epiqrafında “Fələklər yandı ahimdən” yazan 
şair şeirini belə tamamlayır: 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
83
 
Dedilər ki, fələklər  
      yaratmışdır bu odu, 
fəqət bu oda yanan  
        fələklər özü oldu. 
Baxıram ucalardan  
        gəlir Füzuli səsi, 
görünür ucalarda  
      onun nurlu izləri. 
O ulduzlar  
Füzuli yanğısının gözləri, 
O günəş də  
Füzuli odunun nişanəsi.
79
 
 
Əli Kərimin Xətaiyə həsr olunmuş bir poeması var-
dır. Şairin kitabına o poemadan kiçik bir hissə salınmışdır. 
Burada Xətainin sənətkarlığından deyil, vətənpərvərliyin-
dən söz açılır. 
Əli Kərimin  şairlərlə bağlı  şeirləri o qədər də çox 
deyildir. Bəlkə də yaşasaydı, bu əsərlərin sayı çoxalacaqdı. 
Kim bilir, bəlkə  də  şair elə özü bu qədər yazmağı lazım 
bilib. Amma onun “Şair” adlı bir şeiri var ki, bu şeirdə de-
mək olar ki, bütün şairlərdən söz açılır.  Şeir xalq şairi 
Rəsul Rzanın anadan olmasının 50 illiyinə  həsr olunub. 
Şeir həm məzmunca diqqəti çəkir, həm də  sənətkarlıq 
baxımından güclü təsir bağışlayır. Əli Kərim burada bütün 
şairləri bir neçə qrupda təqdim edir və sonra Rəsul Rza ilə 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
84
fikrini yekunlaşdırır. Bu şeirdən hər hansı bir parçanı ver-
mək mümkün deyildir. Çünki, bu şeiri bölmək, parça-
lamaq olmaz. Bunu elə beləcə bütöv oxumaq lazımdır: 
 
Dünyada çoxdur şair, 
Necə sayım onların  
        hamısını birbəbir? 
Şair var ki, ömrünü  
      başlamamış bitirir, 
Cansız əsəriylə bir  
        ömrünü də itirir. 
Şair var ki, ümüdü   
        qafiyəyə, vəznədir, 
Şair var ki, özünü  
       başqasına bənzədir. 
Amma şair də var ki,  
     zamanın doğma oğlu, 
İdrakın zirvəsindən,  
      hissin yanğınlarından 
           keçir şeirinin yolu. 
Əsrin ahəngi–vəzni, 
Müqəyyəd qafiyəsi  
     gah qovuşan cüt ürək... 
gah da ki, orkestrin  
    toqquşub şaqqıldayan  
         qoşa zərb aləti tək... 
Misraları gah aydın,  


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə