Birinci söz: İslam inqilabının şəfəq ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı: 6 fevral 1991



Yüklə 0,66 Mb.
səhifə1/12
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8041
  1   2   3   4   5   6   7   8   9   ...   12


İslam oyanışı

haqda on İKİ söz

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xamenei

Birinci söz: İslam inqilabının şəfəq ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı: 6 fevral 1991



Bismillahir-Rəhmanir-Rəhim

Əvvəldə siz qardaş və bacıların hamısına, İslam Respublikasının əziz qonaqlarına xoşgəldin deyirəm. Ümidvaram ki, dünya müsəlmanları arasında uca Quran təlimlərinə əsaslanan qardaşlıq və səmimiyyət günbəgün möhkəmlənsin.


İnqilabın sözlərinin dünyada sübuta yetməsi

Bu günlər İran xalqı, həmçinin bu böyük inqilabın əsl mahiyyətini dərk edən və onu yüksək dəyərləndirən bütün insanlar üçün çox böyük və xatirəli günlərdir. Həmin parlaq günlərdən on iki il ötür. Bizim əzəmətli rəhbərimizin və böyük imamımızın başçılığı ilə bu məmləkətdə Quran prinsipləri və İslam təməlləri əsasında baş verən inqilab günbəgün genişlənmiş və onun sözləri bu on iki ilin sınaqlarında bir-birinin ardınca sübuta yetmişdir.


İnqilabın ilk sözü: Mənəvi dəyərlərin hakimiyyətinin başlanması

Bu inqilabın birinci sözü bu idi ki, mənəvi dəyərlərin hakimiyyət dövrü başlanmışdır. O zaman bu sözü anlayan, ona inanan az idi. Çünki materialist dalğalar və materializmə əsaslanan qüvvələr dünyanı bürümüşdü. Bu gün isə bu həqiqəti tam dərk edib anlayan şəxslər çoxdur. Bu gün dünyanın hər yerində mənəvi dəyərlər yenidən dirçəlmək üzrədir və onların çoxu dirçəlmişdir. Müxtəlif formalarda - istər marksist təfəkkürlər formasında, istər ondan təhlükəli formada olan, yəni pulla, güclə və təbliğatla silahlanmış, qlobal hegemonizmdə və hamısından çox ABŞ hökumətində görünən materiyanın hakimiyyəti formasında olan materializm öz uğursuzluğunu və acizliyini göstərmişdir.


İnqilabın ikinci sözü: İnsanların iradəsi ilə mübarizədə maddi güclərin acizliyi

İnqilabın digər mesajı bu idi ki, materialist güclər mənəvi dəyərlərlə, insanların hərəkət və iradəsi ilə mübarizədə acizdirlər. Bu gün dünyada bu həqiqəti anlamayan insan azdır. Yalnız dünya hadisələrini diqqətlə izləməyənlər bunu anlamazlar. Materialist gücə arxalanan hegemon qurumların zəifliyinə ən böyük əlamət budur ki, bu inqilab, bu quruluş və əsl İslam müsəlman İran ölkəsində qaldı, günbəgün gücləndi və möhkəmləndi. Dünyada bir İslam quruluşunun yaranıb qala və günbəgün güclənə bilməsi materialist güclərin puçluğunun, acizliyinin əlamətidir. Çünki bacarsalar, dözməz, onu yaşamağa qoymaz və var qüvvələri ilə çalışıb məhv edərlər.

On iki ildir hegemon qurumlar bütün mümkün vasitələrlə inqilabçı İslama və İslam inqilabına qarşı mübarizə aparırlar. Bu gün Qərbin və sionizmin təbliğatına lazım olduğuna görə bizə qarşı səkkizillik müharibənin çoxlu sirləri açılır. Bu gün hamı etiraf edir ki, qonşumuzun İslam Respublikasına təcavüz etdiyi səkkiz il boyu müxtəlif vasitələrlə ona kömək etmişlər. Biz müharibə boyu deyirdik ki, bütün hegemon güclər təcavüzkarın arxasında dururlar. Amma bu gün bu iddia onların özləri tərəfindən təsdiq olunur.

Bütün bunlara baxmayaraq, İslam Respublikası, İslam inqilabı və İslamın sözü qaldı, gücləndi və yayıldı. Siz bu gün Asiyada, Afrikada və digər regionlarda müsəlmanların İslam təməllərinə qayıdışa güclü həvəs və rəğbət göstərdiklərini görürsünüz. Bunun mənası odur ki, hegemon cəbhə mübarizəyə qadir deyil.


Bütün müsəlmanların İslam naminə fədakarlığına ehtiyac

Lakin bu kifayət etmir. Mən siz qardaş və bacılara, bütün müsəlmanlara, xüsusən də ictimai rəyə təsir göstərə bilən şəxslərə deyirəm: Bu gün elə bir gündür ki, İslamın xalqların fədakarlığına və hərtərəfli fəaliyyətinə ehtiyacı var. Bu gün elə bir gündür ki, hegemonluq özünün ən xəbis və ən alçaq siması ilə xalqların qarşısına çıxır. Bu gün elə bir gündür ki, hegemonluq tam qürurla xalqları və ölkələri öz tamahına qurban verməyə hazırdır.

Siz görün Fars körfəzi regionunda Qərb dövlətləri nə edirlər. Onlar öz maraqlarını təmin etməkdən ötrü insana, heyvana, təbiətə, suya - heç bir şeyə rəhm etmirlər. Bu gün hegemon ABŞ hökuməti dünyanın bütün xalqları üçün ciddi təhlükə olmuşdur. Bu elə hökumətdir ki, özünü dünyanın bütün məsələlərinə, ölkələrin daxili işlərinə, müxtəlif regionlarda baş verən hadisələrə müdaxilə edib zorla və quldurcasına sözünü yeritməyə haqlı bilir. Dünya miqyasında belə bir quldur normal və qanuni tanındıqda xalqların yaşamaq imkanı qalmır. Bunlar heç nə ilə qane olmur və heç bir həddə dayanmırlar. Öz sayələri altında leşyeyən kərkəsləri və müti kölələri xalqların əleyhinə hazırlamışlar, hazırlayırlar və bundan sonra da hazırlayacaqlar. Buna qarşılıq olaraq xalqlar Allahdan yardım diləyərək onların qarşısında dayanmalıdırlar.
İslam dünyasının iki vəzifəsi: Hegemonizmin təhlükəsini anlamaq və ona qarşı mübarizə gücü hiss etmək

İslam dünyası qlobal hegemonizm və birinci növbədə ABŞ tərəfindən onun varlığını, heysiyyətini, İslamını, həyatını və müstəqilliyini həmişəkindən daha artıq təhdid edən çox böyük və ciddi təhlükəni hiss etməlidir. Bunlar bu gün keçmişdəkindən daha pis, daha vəhşi və daha təzavüzkar olublar, daha da artıq olacaqlar. İslam dünyası bu təhlükəni duymalıdır. Sionistlər, onların əlində və qanadları altında olan rejimlər, həmçinin öz maraqlarını ABŞ, qlobal hegemonizm və Qərb hakimiyyəti ilə birləşməkdə görən kral və prezidentlərin çoxu İslam dünyasının bu gün aktual düşmənləridirlər, müsəlman xalqlar və İslam dünyası üçün böyük təhlükə sayılırlar. Əlbəttə, Allaha şükür olsun ki, İslam dünyası oyanmışdır və bu gün bu təhlükəni yaxşı hiss edir.

İkinci məsələ budur ki, müsəlmanlar istəsələr, bu təhlükəni dəf edə və dayandıra bilərlər. Böyük güclər belə təsəvvür yaratmışdılar ki, onların iradəsi qaçılmazdır. Bir dəfə bizim inqilabımızda, bir dəfə səkkizillik məcburi müharibədə və dəfələrlə müxtəlif hadisələrdə aydın şəkildə bəlli oldu ki, bu iddia puçdur. Böyük güclər öz güclərinin qeyzi, heybəti və əzəməti ilə işlərini irəliyə aparırlar. Lakin həqiqi və real güc baxımından əgər bir xalq istəsə və iradə ilə çalışsa, onları nakam qoya bilər.

Bu gün Fars körfəzində başqa bir təcrübə yaşanır. Bəlli oldu ki, ABŞ güman və iddialarının əksinə olaraq, bir neçə gün ərzində işini bitirə bilmədi. Bir neçə ay gözlədi, indi də həftələrdir müharibə gedir. Bəlli olur ki, bunların gücü təbliğat apardıqları, göstərməyə çalışdıqları və hamının inanmasını istədikləri kimi deyil. Bunlar daha zəifdirlər. Buna əsasən, Afrikanın, Asiyanın və digər yerlərin xalqları, hökumətləri, ölkələri və hətta azlıqda olan müsəlmanlar da ABŞ-ın qarşısında dayana və onun boyunduruğundan çıxa bilərlər.


İslamın dirçəlişi və müstəqillik naminə müsəlmanların ayağa qalxmasının zəruriliyi

Müsəlman xalqlar İslamı dirçəltmək, onun praktiki həyatını yenidən bərpa etmək, düşmənin təsirini azaltmaq, öz müstəqilliklərini təmin etmək, böyük İslam birliyini və müsəlman xalqların əzəmətli qüdrətini yaratmaq naminə ayağa qalxmalıdırlar. Bu gün bu, bütün ümmətin, xüsusən də alimlərin, ziyalıların, natiqlərin, ayıq və sayıq gənclərin və bu yolda rol oynaya bilən bütün insanların üzərinə düşən vəzifə və məsuliyyətdir.


İslam Respublikasının təcrübələrinin xalqları həvəsləndirməsi

İslam Respublikası göstərdi ki, hərəkət etmək və duruş gətirmək mümkündür. Dünyanın bütün qüvvələri bizim mərhum və əzəmətli imamımızın önündə dayandı. O isə Allaha arxalandı, Allaha təvəkkül etdi və xalqının dəstəyi ilə təkbaşına onların hamısını məğlub edib dünyada İslamı və İslam inqilabını ucalda bildi. Xalqlar bacararlar, İslam və müsəlmanlar inkişaf edə bilərlər. Bu gün bizim üzərimizə düşən vəzifə və məsuliyyət budur. İslam Respublikası bu yolu davam etdirmişdir və etdirəcəkdir. Bizim parlaq, həyəcanlı və uğurlu təcrübələrimiz bu ümməti Allahın, İslamın və Quranın yolunu davam etdirməyə həvəsləndirir.

Ümidvarıq Allah-Taala bizim hamımıza, bütün müsəlman xalqlara uğur bəxş etsin, müsəlman xalqların iradəsi, cihadı və qüdrətli mübarizəsi düşmən təxribatlarını dəf etsin və müsəlmanlar bir-birləri ilə daha mehriban olsunlar!

Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə