Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
43
“Poemalar”. Birinci bölümdə “Nəğmələrin yuvası”, “Lay-
lay”, “Qardaşın cavabı”, “Güclü qoca”, “Adam”, “Çinar 
və gilənar”, “On bir yaşında”, “Suallar və cavablar”, 
“Pişik”, “Gül”, “Ayaq izləri” və “Ulduzlar” adlı  şeirlər 
verilmişdir. “Poemalar”da isə “Uşaqların loğmanı”, “Paşa, 
ulduzlar və  uşaqlar”, “Komandamız”, “Dənizdə  şəhər”, 
“Qız və kəpənək”, “Qiymətlərin mübahisəsi”, “Tənbəl ayı 
balası”, “Artist çəpiş balladası” adlı  əsərlər verilmişdir. 
Kitabdakı ilk şeirdən aydın olur ki, müəllifin uşaqlara 
münasibəti necədir. Mən hələ bu vaxta kimi uşaqlara həsr 
olunmuş “Poemalar” bölümü olan kitaba rast gəlməmiş-
dim. Adətən uşaqlara aid bütün mənzumələri elə  şeirlər 
sırasında verirlər. Amma bir qədər düşünəndə doğrudan da 
bunlar poemaya daha çox yaxındır. Əli Kərimin elə uşaq 
şeirləri də  uşaqlara bir poemalıq söz deyə bilir. Şair 
kitabdakı ilk şeirdə yazır: 
 
Gecə düşür...  
       susur bütün nəğmələr,  
                susur şəhər. 
Oğlum Paşa,  
Oğlum Azər  
                   deyirlər: 
Nəğmələr harda yatır, 
Yuvaları hardadır? 
Deyirəm ki:-Ay Paşa, 
Deyirəm ki:-Ay Azər, 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
44
Sizin ürəyinizdə  
         gecələyir nəğmələr. 
Bir azdan oğlum Paşa, 
Bir azdan oğlum Azər 
Sevindirərək məni 
Yatırlar, 
 ürəklərinin başına qoyub 
             təmiz
                balaca əllərini.
43
 
 
Tofiq Mütəllibov “Azərbaycan gəncləri” qəzetin-
dəki “Şeirə dönmüş ömür” adlı resenziyasında əsərlərdən 
sitatlar verir, təhlillər aparır və  sənətkarlıq xüsusiyyət-
lərindən danışır. Yazı belə başlayır: ”Qarşımda bir kitab 
var: ”Uşaqlar və ulduzlar”. Əli Kərim bu kitabını görə 
bilmədi. Aramızdan vaxtsız getmiş istedadlı  şairin təzə 
məcmuəsi onun vəfatından sonra çap olunmuşdur. 
Kitabı  vərəqlədikcə, qulaqlarımda görkəmli sovet 
yazıçısı A.Fadeyevin sözləri səslənir: ”Şairlər ölmürlər, 
şeirlərə dönürlər, nəğmələrə dönürlər, ulduzlara dönürlər”. 
Elə bil tərtibçilər kitaba ad seçərkən bunu nəzərə 
alıblar.”Uşaqlar və ulduzlar”. Uşaqlar  şairin boya-başa 
çatmamış arzuları, ulduzlar isə parlaqlığını itirməyən 
şeirləridir.  Əli Kərim  əsasən lirik şairdir. Lakin buna 
baxmayaraq, o balaca dostlarını da unutmurdu. Şairin 
sağlığında bu şeirlərin az bir qismi çap olunub. Qalan şeir 
və poemalar nədənsə  dərc edilməmişdir. Bəli, bu, şairin 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
45
təvazökarlığından irəli gəlir. Lakin kitabda toplanan 
şeirləri nəzərdən keçirdikdə cəsarətlə demək olar ki, onlar 
uşaq  ədəbiyyatı üçün çox qiymətlidir. Bu şeirlər, quru 
nəsihətçilikdən, didaktikadan uzaqdır, bu əsərlərdə balaca-
ların arzu və istəkləri təbii boyalarla, kiçik, yaddaqalan, 
lakonik lövhələrlə əks etdirilir”.
44
 
“Lay-lay” adlı şeirdə şirin yalanlar var. Şair oğluna 
lay-lay çalır, onu yatırtmaq üçün bu yalanları danışmağa 
məcburdur. Ayın küsməsi, gedib qaranlıq yerdə yatması, 
ulduzların çoxusunun səsdən yata bilməməsi, günəşin 
inciyə bilməsi və bütün bunların olmaması üçün Paşanın 
yatması  gərəkdir. Burada yorğun oyuncaqların oyanması 
da maraqlı obrazdır. Bu şeirdə ilıq bir nəfəs duyulur. 
Burada folklordan gəlmə hərarət var: “Gecə oldu tən yarı, 
Balaca, tunbul oğlum. Yorğun oyuncaqları, Oyatma, ay 
gül oğlum.” 
Əli Kərimin vəfatından sonra onun xatirəsinin 
əbədiləşirilməsi üçün Göyçayda park salınmışdır. Sum-
qayıtda isə 1970-ci ildə Əli Kərimin adını daşıyan poeziya 
klubu yaradılmışdır. “Ədəbiyyat və incəsənət” qəzetində 
Ağəddin  Əliyevin “Şair  Əli Kərimlə görüş” adlı yazısı 
bizə bu klub haqqında məlumat verir. Müəllif yazır: ”Bu 
sərlövhə heç də  səni  şübhələndirməsin,  əziz oxucu. Düz-
dür, fikirləşə bilərsən ki, necə  yəni,  şair  Əli Kərimlə 
görüş? Axı o... Bəli, u gün Sumqayıt poeziya həvəskarları 
yenidən şair Əli Kərimlə “görüşdü”. Amma onun özü ilə 
yox, divardan asılmış, bir az da canlı, gülümsər, iri portreti 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
46
ilə.  Şirin, dadlı  şeirlərini dinlədilər. Yenə  də öz ifasında 
yox, onun qədirbilən, sənətini sevən,  şeirlərini  əzbər 
söyləyən oxucularının, qələm dostlarının dilində. 
Əli Kərim adına Sumqayıt Gənclik Poeziya Klubu 
Səməd Vurğunun adını daşıyan küçədə yerləşir. Əli Kərim 
şeiri Səməd Vurğun poeziyasından bəhrələnmiş, zaman-
zaman ucalmış, özü isə necə deyərlər  şairin ilham 
çeşməsindən su içmişdir... 
Gənclik poeziya klubunun fəxri sədri, xalq şairi Rə-
sul Rza klubun bir illiyinə həsr edilmiş ədəbi-bədii gecəni 
açıq elan edir. Sonra səmimi ürək söhbəti başlanır,— Əli 
Kərim haqqında,  şeir-sənət haqqında, onun adını daşıyan 
gənclik poeziya klubu haqqında”.
45 
 
*** 
Əli Kərimin növbəti kitabı “Səfərdən sonra” adlanır. 
Kitab 1972-ci ildə Azərbaycan Dövlət nəşriyyatı  tərəfin-
dən  çapdan  buraxılmışdır. Kitaba şairin şeirləri və poe-
maları daxil edilmişdir. Kitabın  əvvəlində verilmiş kiçik 
məlumat oxuculara kitab haqqında bilgi verir:”Azərnəşrin 
oxuculara təqdim etdiyi “Səfərdən sonra” şeirlər kitabının 
müəllifi–aramızdan vaxtsız getmiş istedadlı şair Əli Kərim 
gözəl şeirləri, poemaları və bir çox maraqlı nəsr əsərlərilə 
tanınır. 
Əli Kərim poeziyasınnın müsbət keyfiyyətlərindən 
biri, onun klassik şeirimizlə  dərindən bağlılığıdır. Bu 
kitaba  şairin son illərdə yazdığı  şeirlər və Polşanın azad-


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə