Yapon dilində felin şəkilləri



Yüklə 43,56 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü43,56 Kb.
#32453


 

225


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 

 

UOT 94 “19...” 

XVIII ƏSRİN İKİNCİ YARISINDA İRƏVAN XANLIĞININ 

 İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ 

 

T.S.MƏMMƏDOV 

AMEA A.Bakıxanov adına Tarix İnstutu 

Tural baku@gmail.com 

 

Мягалядя  XVIII  ясрин  икinъи  йарысында  Иряван  ханлыьында  ящалинин  инзибати-ярази 

bölgüsü  шярщ едилир. 

 

Açar sözlər: mahal, sultanlıq, məhkəmə, yüzbaşı, hakim 

 

XVIII əsrin ikinci yarısında İ.Şopenin əsəri və «İrəvan xanlığının tarixi» 



istisna olmaqla bu barədə, demək olar ki, yazılmamışdır. Bunu nəzərə alaraq, 

xanlığın inzibati-ərazi bölgüsü barədə ayrıca yazmağı lazım bildik. 

Xanlığın ərazisi inzibati cəhətdən 15 mahala (nahiyyələrə) bölünmüşdü. 

Bölgünün  əsasında suvarma sistemi dayanırdı. Bu da kənd təsərrüfatı üçün 

həlledici əhəmiyyətə malik idi. Bu mahallar aşağıdakılar idi: 

Qırxbulaq mahalı. Bu mahal İrəvanın şimal və cənubunu əhatə edirdi. 

Cənubdan Araz çayı, şimaldan Dərəçiçək, qərbdən Gərnibasar, şərqdən-Gərni-

Vedibasar mahalları ilə həmsərhəd idi. XIX əsrin birinci rübünün mənbələrin-

də bu mahal iki mahal kimi təqdim olunur: Qırxbulaq və Zəngibasar (1,442).  



Zəngibasar mahalı. XVIII əsrin sonunda bu mahallar birləşmiş halda 

gah Qırxbulaq, gah da Zəngibasar kimi verilir. İrəvan xanı  Məhəmməd Hü-

seyn xan Qacara (1785-1803) mənsub olan mülklərin siyahısından da məlum 

olur ki, Zəngibasarın kəndlərinin çoxu Qırxbulaq mahalının içərisində 

verilmişdir

 

(1,242).  İ.Şopen Qırxbulaq mahalına məxsus 48 kənd qeydə 



almışdır və bu kəndlərdən 26-nın artıq dağıldığınını qeyd edir (1,509-510, 

543-544). C.Bornoutyan Zəngibasar mahalına mərkəzi Uluxanlı olmaqla 26 

kəndin daxil olduğunu yazır (2, 35).  

Gərni-Vedibasar mahalı. Matenadaranda saxlanılan sənədlər siyahısına 

əsasən, bəhs edilən dövrdə bu mahal birləşmiş mahal olmuş və Azad çayından 

(Gərni çay) suvarılan və Arazdan şimala tərəf olan torpaqları, həmçinin 

Vediçay və Qafan çayı hövzəsindən suvarılan vadiləri öz içərisinə almışdır. 

Şimaldan Göyçə,  şərqdən  Şərurla həmsərhəd idi. Bu mahal da sonralar iki 

yerə, Gərnibasar və Vedibasar mahallarına bölünür (1,242-243).  




 

226


Araz çayının sol sahilində yerləşən Gərnibasar mahalı  şimaldan Qırx-

bulaq, qərbdən Zəngibasar, cənubdan qismən Araz çayı və Vedibasar mahalı, 

şərqdən isə Göycə mahalını ondan ayıran yüksək dağlarla həmsərhəd idi. 

İ.Şopen Gərnibasar mahalına məxsus 95 kənd qeydə alınmışdır və bu 

kəndlərdən 43-nün artıq dağıldığını qeyd edir (1,442,510-511,547-555). 

C.Bornoutyan isə dağılmayan kəndləri nəzərdə tutaraq Gərnibasar mahalına 

mərkəzi Qəmərli olmaqla 52 kəndin daxil olduğunu yazır.  Ərazisindən axan 

Gərni çayı bütün mahalı su ilə təmin edirdi (2, 35). 



Vedibasar mahalı. Araz çayının sol sahilində yerləşən Vedibasar ma-

halı  şimaldan Gərnibasar, qərbdən Araz çayı, cənub və  cənub-şərqdən  Şərur 

mahalı və Naxçıvan xanlığı, şərqdən Göycə mahalı ilə həmsərhəd idi. Vediçay 

və Qapan çayı mahalı su ilə təmin edirdi (1, 442-443). İ.Şopen Vedibasar ma-

halına məxsus 54 kənd qeydə almışdır və bu kəndlərdən 33-nün artıq dağıldı-

ğını qeyd edir (1, 511-512,555-556). Məhz buna görə də, C.Bornoutyan mər-

kəzi Dəvəli olan Vedibasar mahalına 21 kəndin daxil olduğunu yazır (2,35). 

Şərur mahalı.  İrəvan xanlığının cənub-şərqində yerləşən bu mahal 

şimaldan Vedibasar mahalı, qərbdən Araz çayı, cənubdan və  cənub-şərqdən 

Xoy və Naxçıvan xanlıqlarına aid olan sahələri əhatə edirdi. Şərq hissəsi Arpa-

çayı vasitəsilə iki yerə bölünürdü. İ.Şopenin siyahıyaalmasında 61 kənddən 

ibarət olan bu mahalın 11 kəndi tamamilə dağıdılmışdı (1,512,555-563). 

C.Bornoutyana görə, mərkəzi  Əngiçə olan bu mahal 50 kəndə  nəzarət edə 

bilirdi. Arpaçay mahalın bütün suvarma sistemini təmin edirdi (2,35). 

Sürməli mahalı. İrəvan xanlığının cənub-qərb istiqamətini əhatə edirdi. 

Bu mahal Araz çayının sağ sahilində yerləşirdi. Mahal şimal və şimal-şərqdən 

Araz çayı ilə, qərbdən Dərəkənd-Pərçenis mahalı, cənubdan, onu Bayazid 

paşalığından ayıran, Ağrıdağ silsiləsi ilə  həmsərhəd idi. Əsas suvarma mən-

bəyi Araz çayından çəkilən arxlar olan bu mahalın, İ.Şopenin təsvirinə görə, 

78 kəndindən 28-i tamamilə dağıdılmışdı (1,443,512-513,563-567). Onun Pər-

çenis, Dərəkənd, Parnaud dərə-vadiləri vardı (1,443). sürməli  İrəvan 

xanlığının ən sıx əhalisi olan mahalı idi. Əhalisi əsasən qoyunçuluqla məşğul 

idi. C.Bornoutyan mərkəzi İğdır olan bu mahalın 49 kəndi əhatə etdiyini qeyd 

edir (2,35). Lakin İ.Şopen Sürməli mahalında 50 kəndin yararlı olduğunu 

göstərir (1, 563-567). 

Saatlı mahalı. İrəvan xanlığının ən kiçik mahalı sayılan Səədli xanlığın 

qərb qurtaracağında yerləşirdi. Arpaçay mahalı iki hissəyə ayıraraq Araz 

çayına qovuşurdu. Səədli mahalı  şimaldan Talın, qərbdən Osmanlı dövləti, 

cənubdan Dərəkənd – Parçenis, şərqdən isə Sərdərabad mahalı ilə həmsərhəd 

idi. İ.Şopen Səədli mahalına məxsus 14 kənd qeydə almışdır və bu kəndlərdən 

5-nin artıq dağıldığını qeyd edir (1,444,513,575-576). Məhz buna görə  də 

C.Bornoutyan,  əsasən, Səədli tayfasının yaşadığı  Səədli mahalının mərkəzi 

Xeyribəyli olmaqla 9 kəndi əhatə etdiyini qeyd edir (2,36). 



Tallın mahalı. İrəvan əyalətinin şimal-qərbində Alagöz dağı ilə Arpaçay 

arasında yerləşirdi. Bu mahal şimaldan  Şorəyel, qərbdən onu Qars 




 

227


paşalığından ayıran Arpaçayla, cənubdan Sərdərabad və  Səədli mahalları ilə, 

şərqdən isə Seyidli-Axsaxlı mahalı ilə həmsərhəd idi. İ.Şopen Talın mahalına 

məxsus 47 kənd qeydə almışdır və bu kəndlərdən 27-in artıq dağıldığını qeyd 

edir (1,444,513-514,575-576). C.Bornoutyan Talın mahalı  əhalisinin çox ol-

madığını və yararlı 20 kəndin olduğunu qeyd edir. Mahalın mərkəzi Talından 

keçən ticarət yolu Tiflis vasitəsilə Qara dənizə  və Rusiyaya gedirdi 

(3,150;2,36). Məşhur Talın karvansarası burada yerləşirdi. 

Seyidli-Axsaxlı.  İki tayfanın adından götürülmüş Talın mahalı  sərhəd-

lərindən Alagöz dağının cənub və  şərq hövzəsindən Abaran mahalına qədər 

yayılırdı. Cənub və  cənub-şərqdən Sərdərabad və  Qərbibasar mahalları ilə 

həmsərhəd idi (1,444). Mərkəzi Uşi (Üşü) olan bu mahal cəmi 20 kənddən 

ibarət idi. Bunlardan 11 kənd Seyidli tayfasına, 9 kənd isə Axsaxlı tayfasına 

məxsus idi. Burada dağıdılmış kənd qeydə alınmayıb (3,150;1,575-580;2,36). 



Sərdərabad mahalı. Xanlığın ən böyük mahallarından idi. Arazın şimal 

sahillərində, Sürməli mahalının qarşısında yerləşirdi. Qərbdən Səədli, cənub-

dan onu Sürməli mahalından ayıran Araz çayı,  şərqdən isə  Zəngibasar və 

Qərbibasar mahalları ilə  həmsərhəd idi. İrəvan xanı Hüseynəli xan Qacarın 

göstərişi ilə yaradılan bu mahalda 1810-cu ilə yaxın məşhur Sərdərabad qalası 

tikildi. Hüseynqulu xan Qacar burada yaşayırdı (1,255). Mərkəzi Sərdarabad 

şəhər-qalası olan mahalda 30 kənd qeydə alınmışdır. Bu kəndlərdən 8-i 

dağıdılmışdı. Qeyd etmək lazımdır ki, sonralar bu mahalda yaşayan ermənilər 

məhz Rusiya işğalından sonra buraya əsasən Bayazid paşalığından köçürülən-

lər idi (3, 151; 1, 444,514,587-584). 



Gərnibasar mahalı. Bu mahal şimaldan Seyidəli-Axsaxlı mahalı, qərb-

dən Sərdərabad, cənubdan Zəngibasar, şərqdən onu Qırxbulaq mahalından ayı-

ran zəngi çayı ilə, şimal-şərqdən isə qismən Dərəçiçək mahalı ilə həmsərhəd 

idi. Gərni çayı ilə suvarılan bütün torpaqlar bu mahala daxil idi. Gərnibasar 

mahalında 49 kənd qeydə alınmışdır. Bu kəndlərdən 9-u dağıdılmışdı (1, 445, 

514, 583-588). Gərni çayı ilə suvarılan bütün torpaqlar mahala daxil idi. Abaran-

su, Gərni çayı və Araz çaylarının qolu mərkəzi Əştərək olan Gərnibasar mahalını 

su ilə təmin edirdi. C.Bornoutyana görə, xanlığın mərkəzi İrəvan şəhəri və erməni 

katolikosluğunun dini mərkəzi Üçkilsə bu mahalda yerləşirdi (2,37).  

Abaran mahalı. İrəvan xanlığının şimal qurtaracağında yerləşən Abaran 

mahalına böyük Alagöz dağları şimala və şimal-şərqə doğru uzanan torpaqlar, 

Alagöz və  Pəmbək dağları arasına düşən  ərazi bura daxil idi. Mahal 

yüksəklikdə yerləşən torpaqları  əhatə edərək Abaran-su çayının sahilində 

yerləşirdi. Abaran mahalı şimaldan Pəmbək, şimal-qərbdən Şorəyel, cənubdan 

Seyidli-Axsaxlı,  şərqdən isə  Dərəçiçək mahalları ilə  həmsərhəd idi. İ.Şopen 

Abaran mahalına məxsus 61 kənd qeydə almışdır və bu kəndlərdən 22-in artıq 

dağıldığını qeyd edir (1,445,514-515,587-591). Mahalın ərazisinin, demək olar 

ki, daimi sakinləri az idi. Bura Gürcüstanla sərhəddə yerləşdiyindən zaman-

zaman işğalçılara qarşı  hərbi  əməliyyatlar meydanına çevrilirdi. Mahalın 39 

kəndində Böyük Çobanqara tayfası yaşayırdı. Mərkəzi Baş Abaran idi (2,37). 



 

228


Dərəçiçək mahalı. Mahal Göycə gölündən başlayaraq Zəngi çayı    və 

Misgənsu mənsəbindən Alapars kəndinə qədər uzanan dərədən ibarət idi (Mis-

gənsu çayının adı XIX əsrə aid rusdilli mənbədə Misxana çayı kimi təqdim 

olunur. (1, 445)). Dərəçiçək mahalı  Şimaldan Pəmbək, cənubdan Qırxbulaq, 

qərbdən Abaran, şərqdən Göyçə gölü bu mahala daxil idi. İ.Şopen burada qey-

də aldığı 53 kənddən 16-nin dağıdıldığını yazır (3,152;1,445,515-516,591-

596). Mülayim iqlimə malik olan bu mahal İrəvan xanlığı  əyanlarının yayda 

dincəldiyi yer idi. 37 kəndi əhatə edən Dərəçiçək mahalının mərkəzi Dərəçiçək və 

Bijni idi. Mahalın suya olan tələbatını Misgənsu və Zəngi çayları ödəyirdi (2,37). 

Göyçə mahalı.  İrəvan xanlığının  şimal-şərq hissəsində yerləşən  ən 

böyük mahal Göyçə idi. Bu mahal Göyçə gölü hövzəsindəki Azərbaycan 

torpaqlarının  əksər hissəsini (qərb torpaqları  Dərəçiçək mahalının  ərazisinə 

düşürdü – red.)  əhatə edirdi. Mahal şimaldan  Şəmsəddil sultanlığı, Gəncə 

xanlığı,  şimal-qərbdən Dərəçiçək mahalı, qərbdən Qırxbulaq və  Gərnibasar 

mahalları, cənub-qərbdən Vedibasar mahalı, cənubdan Naxçıvan xanlığı, şərq-

dən isə Qarabağ xanlığı ilə həmsərhəd idi. Ərazisinin böyük olmasına baxma-

yaraq, müharibə meydanı olduğu üçün əhalisi az idi. İ.Şopen Göyçə mahalına 

məxsus 126 kənd qeydə almışdır və bu kəndlərdən 67-in dağıldığını və onların 

çoxunun adlarının artıq unudulduğunu qeyd edir. Mahalın yalnız 59 kəndində 

yaşayış qeydə alınmışdı (3,153;1,446,515-517,595-600). Əhalisi  əsasən mal-

darlıqla məşğul olan bu mahalın mərkəzi Kəvər idi (2,37;3,153). (C.Bornout-

yan  digər  erməni  tədqiqatçıları  kimi, «Kəvər»  toponimini  saxtalaşdıraraq  et-

mənicə  «Avan» (qəsəbə)  sözü  ilə  eyniləşdirsə  də,  bu  kəndin  1829-cu  ildə 

Bayaziddən  köçürülən  ermənilərlə  məskunlaşdırıldığını  və  Nor  Bayazid 

adlandırıldığını gizlədə bilmir (2, 37-38; 3,153)). 

Dərəkənd – Parçenis mahalını Hüseynəli xan Qacar Sürməli mahalından 

ayıraraq təşkil etmişdi. Bu mahal İrəvan xanlığının cənub-qərb qurtaracağında, 

Araz çayının sağ sahilində yerləşirdi. Dərəkənd – Parçenis mahalı  şimaldan 

Səədli mahalı, cənub-qərbdən Osmanlı dövləti, şərqdən isə Sürməli mahalı ilə 

həmsərhəd  idi. Yeni mahal Bayazid sərhədlərindən Araz çayına doğru uzanan  

Parçenis, Dərəkənd, Parnaud dərə vadilərini əhatə edirdi. Dağıdılmış 8 kənd-

dən savayı, Parçenis dərəsində 26, Dərəkənd dərəsində isə 54 yararlı  kənd 

qeydə alınmışdı (3,149; 1,443,513,571-574). Məşhur Goğb (Qulp) kəndi və 

eyni adlı duz mədəni burada yerləşirdi. Bu kənd artıq mahal mərkəzinə çevril-

mişdi (2, 35-36; 3,149). 

Hər bir mahal özünü bir inzibati birləşmə, qurum kimi təqdim edirdi. 

Onları Mahal naibləri idarə edirdilər. Naiblər nəsli bəylər, məliklər və 

sultanlar idilər. İrəvan xanı bu vəzifələri adətən qeyri-müəyyən müddətə təyin 

edirdi. Lakin onlar xanın zəifliyindən, yaxud başqa məqsədli  şərtlərdən çıxış 

edərək mahalları irsi, mülklərinə çevrirdilər (3, 153; 1,446, 515-517).    

Mahal hakimlərinin üzərinə inzibati və polis vəzifələri qoyulmuşdu. 

Onlar mahallarda qayda-qanunu qorumalı, cinayətkarları həbs etməli, abadlıq 

işləri vaxtı yoldan keçənləri saxlamalı idilər və s.  




 

229


Mahal hakimlərinin heç bir siyasi məna daşımayan, məsələlər, həmçinin 

kəndlər içərisində olan müxtəlif mübahisələr barədə qərar qəbul etməyə ixtiyar-

ları vardı. Onlar yüngül cəza barədə də məhkəmə hökmü verə bilərdilər (4,82). 

Mahallar içərisində çoxlu kəndli icmaları vardı, onları minbaşıların təyin 

etdikləri nüfuzlu naiblər, seçmə  məliklər və silahlı yüzbaşılar idarə edirdilər. 

Naibləri və yüzbaşıları  məliklər yalnız müsəlman kəndlərindən və qarışıq 

əhalisi olan kəndlərdən təyin edirdilər. Kənd hakimləri inzibati və ya müəyyən 

mənada məhkəmə  səlahiyyətinə malik idilər. S.A.Eqiazarov bu münasibətlə 

yazır: «Kənd naibləri və məlikləri bir tərəfdən ayrı-ayrı icmalar, digər tərəfdən 

xan hakimiyyəti içərisində vasitəçi orqanlar idilər. Hər cür əmrlər və tələblərlə 

xanlara tabe olan orqanlar onlara müraciət edirdilər, onlar isə müstəsna 

hallarda icmaların daxili işlərinə qarışırdılar» (4, 2-3). 

 

 

ƏDƏBİYYAT 



1.  Шопен И. Исторический памятник состояния армянской области в эпоху ее присое-

динения к Российской империи, СПб: 1852, IX вып.,VI т, 1231 с . 

2.  Bornoutian G.A. The ethnic composition and the socio-economic condition of Eastern 

Armenia in the first half of the nineteenth century // Transcaucaucasia, Nationalism and 

Social change/ The University of Michigan Press, 1996 

3.  İrəvan xanlığı. Bakı: Regionların İnkişafı İctimai Birliyi,  2009, 576 s. 

4.  Егиазаров  С.А.  Исследования  по  истории  учреждении  в  Закавказье,  В 3-х  Ч.1,. 

Казань: Сельская община,1889, 291 с. 

5.  Qriqoryan V.R. XVIII əsrin sonunda İrəvan xanlığı. İrəvan: EA, 1958, 226 s. (erməni dilində)  

6.  Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и 

Армении в XVI - начале ХIХ вв. Л: Наука, 1949, 383 с. 

 

АДМИНИСТРАТИВНОЕ И ТЕРРИТОРИАЛЬНОЕ ДЕЛЕНИЕ ИРЕВАНСКОГО 



ХАНСТВА ВО ВТОРОЙ ПОЛОВИНЕ XVIII ВЕКА 

 

Т.С.МАМЕДОВ 

 

РЕЗЮМЕ 

 

В статье на основе источников и существующей литературы определены входя-



щие  во  второй  половине XVIII века  в  Иреванское  ханство  магалы  и  указаны  их  ад-

министративные значения. 



 

Ключевые слова: магал, султанство, судопроизводство, юзбашы, правитель 

 

ADMINISTRATIVE AND TERRITORIAL DIVISION OF IRAVAN KHANATE AT 

THE SECOND HALF OF THE XVIII CENTURY 

 

T.S.MAMMADOV  

 

SUMMARY 

 

This article deals with the importance of mahals (territorial divisions) of Iravan khana-



te in the II half of the XVIII century. 

 

Key words: country, sultanate, court, yuzbashi (the chief of one hundred soldiers), judge  

Yüklə 43,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə