Əli Kərim
27
Xalq şairi Qabil isə öz yanıqlı ağısına belə başlayır:
”Göyçayda bir çinar budağı sındı–bir şair qəlbinin dayan-
dığını eşidən kimi... Kür çayına bənzəyən bir nəğmə —
mavi bir nəğmə qırıldı–cavan nəğməkarın cavan ömrü
kimi... Oğul nisgilli bir ana ağladı–nankor övladdan ana
borcunu tələb edən şairin qara xəbərini eşidən kimi... Bir
gözəl qız inlədi... Axı, nə üçün onun məhəbbətini həyat
qədər qiymətləndirən bir ilham, bir çağlayan qəflətən
susdu...
Mənim əziz dostum, qardaşım, abırlı, ismətli, təva-
zökar, fitri şairim Əli Kərim. Mən səndən qəzetimiz üçün
şeir istəməkdən yorulmuşdum... İki-üç gün əvvəl zəng et-
din, söz verdin ki, şeirlər gətirəcəksən. Ancaq mən nə
biləydim ki, qələm başqa şey yazacaq, sənin barəndə, son,
yanıqlı sözləri...
Əli, dilim gəlmir. Əli, sənin ölümün məni yandırıb
yaxdı. Bu nə vaxtın hicranıdır?! Mavi nəğmənin sahillərini
nə üçün belə tez, tələsik tərk etdin?!”
27
Əli Kərimin ölümünə yazılmış yazılardan, deyilmiş
ağılardan biri də Salam Qədirzadənin “Ədəbiyyat və incə-
sənət” qəzetində dərc etdirdiyi “O kağız-qələmlə getdi”
adlı mənsur şeiridir. Müəllif özünün Əli Kərim kədərini,
sənətkar ölümünə ağlayan qələmindən süzülən dərdi,
ələmi oxucularla belə bölüşürdü: ”Yaratmaq şövqü ilə
özünü pərvanə tək oda, alova çırpan şairin qanadları qar-
salanmışdı, qəlbi yanıb ahar olmuşdu. Ölüm dəhşətli ka-
Sona Xəyal
28
bus timsalında addım-addım onun ünvanına yaxınlaşdı.
Eh... ürəyində nə qədər qönçə şeirlər vardı! Axı, əcəl niyə
bu tezliklə gəldi?!
Şair sövqi-təbii ilə bir anlığa “ikinci dünya”nın fər-
qinə vardı. Əvvəllər bunu heç xatirinə gətirməmişdi. Lamə-
halə bəşərə ilahidən vəd edilən o dünya olsaydı, sinəsində
yatan misraları kağızlara düzməyə imkan tapardı...
...Təbiətin qoynunda bir məzar da artdı tər çiçəklər,
güllər içində. Üzü dağlara, yamaclara sarı. Ziyarətə
gələnlər bilirdilər ki, bu tənha məzarın qəmli sükunətində,
qərib zülmətində zəngin bir xəzinə dəfn edilmişdir. O,
şairin şirin arzularla dolu könlü idi”.
28
Xalq yazıçısı Anar Əli Kərimin 70 illiyində nəşr
olunmuş “Xüsusi buraxiıışda gedən yazısınnı belə başla-
yır: ”Bəlkə də Əlini tabutda görmədiyim üçün onu qəbirdə
də heç cür təsəvvür edə bilmirəm. Həmişə onu düşünəndə
təbəssümünü xatərlayıram.qərib təbəssümü vardı Əlinin –
mülayim, kövrək, bir qədər utancaq, eyni zamanda da
məğrur. O, məğrur şəxsiyyət idi, çünki öz qiymətini
bilirdi, öz böyük istedadından xəbərdar idi. Düzdür, hər
bir həqiqi istedad kimi, onun da öz talantından şübhələn-
diyi anlar, məqamlar olub. Amma hər halda, mənə elə
gəlir ki, Əli öz bədii imkanlarının genişliyindən agah idi.
Eyni zamanda o, ucuz şöhrət azarından çox-çox uzaq idi,
ədəbiyyatda tutduğu yeri bilmək üçün ona dolayı təsdiqlər,
əlavə formal sübutlar gərək deyildi... Gözü-könlü tox
adam idi, daxilən arxayın idi, çünki sənətkarların bu dün-
Əli Kərim
29
yada qazana biləcəyi ən yüksək mükafatı almışdı –
istedadla təltif olunmuşdu. Onun məğrurluğunun səbəbi
bu idi. Elə təvazökarlığının da səbəbi bu idi”.
29
Tanınmış tənqidçi, filologiya elmləri namizədi Va-
qif Yusifli “Şəhriyar” qəızetinin 19-25 iyun, 1997-ci il ta-
rixli sayında “Sözün Əli Kərim zirvəsi” adlı məqaləsində
yazırdı: ”Əli Kərimin fiziki ömrü 1969-cu ilin sonuncu
iyun günündə başa çatdı, amma onun şair ömrü bitmədi.
Həm bir insan kimi xatirələrdə yaşadı, həm də bir şair
kimi poeziyada adını əbədiləşdirdi. Ondan sonra gələn bü-
tün yenilikçilər “Nə etməli?” sualına Əli Kərim poeziya-
sında cavab tapdılar.
Ancaq təəssüflə olsa da deməliyəm ki, Əli Kərimin
sağlığında çoxu bu istedadı qiymətləndirə bilmədi. Yalnız
ustad Rəsul Rzadan başqa. 60-cı illərin əvvəllərində Əli
Kərimə yaxılan “eksperimentçi”, “mücərrədçi” damğala-
rından R.Rza xilas edirdi onu”.
30
***
Rəsul Rza “Şair Əli Kərim” adlı yazısına sənətkarın
doğum tarixlərinin müqayisəsi ilə başlayır. Yazır ki,
sənətkarın iki doğum tarixi var: anadan olduğu tarix
dəftərxana kitablarına, ilk əsəri ilə yenidən doğulduğu
vaxt isə tarix səhifəsinə yazılır. Göyçayda çinar yarpaq-
larının titrəşdiyi, qıjıltılı suların axdığı bir vaxtda bir oğlan
uşağı doğulanda, bəlkə də torpaq bir şairin doğulduğundan
xəbərsiz olub. Müəllif şairin ikinci doğum tarixinin “təqvi-
Sona Xəyal
30
min hansı vərəqində susub qaldığını müəyyən etməyə” də
çətinlik çəkir və bunu müəyyən etmək üçün ciddi, səbrli
tədqiqatın, təhlilin, məhəbbətli axtarışın gərəkliliyini vur-
ğulayaraq yazır: ”Mən Əli Kərimi çoxdan tanıyıram.
Məndən soruşsalar ki, Əli Kərimin şairlik tarixi, günü, ili
hansıdır? Deyə bilərəm ki, mən onu şair görmüş, şair
tanımışam. Mənə elə gəlir ki, o həmişə şair olmuşdur.
Mən deyərdim ki, o hər həqiqi sənət əsəri olan şeiri ilə
yenidən doğulur, yenidən həyata başlayırdı. O hər bir za-
man öz xarakterinə, öz manerasına, öz şairlik simasına
sadiq qalırdı. Lakin hər yaxşı şeirində yeni rəng ahəngin-
də, yeni bir təsir gücündə, yeni poetik nəfəsdə təzələşirdi.
Şair var ki, yüksəliş pillələrini dayana-dayana,
tövşüyə-tövşüyə, yazdığını təkrarlaya-təkrarlaya qalxır.
Şair də var ki, öz-özü ilə yarışda, hər əsərində bir pillə
qalxır, özünü, özgəni təkrarlamaq faciəsindən uzaq olur.
Əli Kərim ikincilərdəndir.
O deyə bilmədiklərinin, demək istədiklərinin az,
çox az bir hissəsini dedi. Bu az hissə də şair Əlinin çox
böyük poetik imkanlarını aydın göstərir.
Bir gün Əli parıltılı, iri, qara gözlərini yumdu. Üzü-
nü xəstəxana divarına tərəf çevirdi, sakit, səssiz bizdən
ayrıldı. Həkimlər “İnsan öldü!...” dedilər. Oxucular dedi:
”Yox, şair ölmədi!”. Bu necə ölümdür ki, biz bu gün də
onun ürək çırpıntılarını, hərarətini, sevinc və kədərini,
məhəbbətinin gücünü şeirlərindən duyuruq? Bu necə
ölümdür ki, şair Əli bu gün də bizim sıramızdadır?...”
31
Dostları ilə paylaş: |