Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə84/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   79   80   81   82   83   84   85   86   87

 
 
 
219 
ə
mlakın  leqallaşdırılması  və  ya  terrorçuluğun  maliyyələşdirilməsi  ilə 
bağlı  hüquqpozmalar  barədə  statistik  məlumatları  altı  ayda  bir  dəfə 
maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.  
18.2.  Bu  Qanunun  18.1-ci  maddəsində  göstərilən  məlumatların  təqdim 
olunma forması müvafiq dövlət orqanları ilə razılaşdırılmaqla maliyyə 
monitorinqi orqanı tərəfindən müəyyən olunur.  
 
Maddə 19. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 
ə
mlakın leqallaşdırılmasına və ya terrorçuluğun 
maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatın icrasının 
dayandırılması 
 
19.1.  Maliyyə  monitorinqi  orqanı  cinayət  yolu  ilə  əldə  edilmiş  pul 
vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  ya 
terrorçuluğun  maliyyələşdirilməsinə  şübhə  yaradan  əməliyyat 
haqqında ona təqdim edilmiş məlumatlar əsasında həmin əməliyyatın 
icrasının  dayandırılması  barədə  iki  iş  günü  ərzində  əsaslandırılmış 
qərar  qəbul  edə  bilər.  Bu  halda  maliyyə  monitorinqi  orqanı  dərhal 
həmin əməliyyatı icra edən monitorinq iştirakçılarına və monitorinqdə 
iştirak edən digər şəxslərə müvafiq göstəriş göndərir.  
19.2.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  və  ya  terrorçuluğun  maliyyələşdirilməsinə  dair 
ş
übhə  yaradan  əməliyyatın  icrası  maliyyə  monitorinqi  orqanı 
tərəfindən 72 saatdan artıq olmayan müddətə dayandırıla bilər.  
19.3.  Maliyyə  monitorinqi  orqanı  əməliyyatın  icrasının  dayandırılması 
barədə  qərar  qəbul  etdikdə  həmin  qərarı  və  müvafiq  sənədləri dərhal 
cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitləri  və  ya  digər  əmlakın 
leqallaşdırılması  və  ya  terrorçuluğun  maliyyələşdirilməsi  sahəsində 
cinayət  təqibini  həyata  keçirən  orqanlara  göndərməlidir.  Həmin 
orqanlar  bu  Qanunun  19.2-ci  maddəsində  nəzərdə  tutulan  müddət 
ə
rzində əməliyyatın icrasının daha uzun müddətə dayandırılması üçün 
cinayət-prosessual  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 
tədbirlər görə bilərlər.  
19.4.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  və  ya  terrorçuluğun  maliyyələşdirilməsinə  dair 
ş
übhə  yaradan  əməliyyatın icrasının  dayandırılmasına  dair  müştəriyə 
məlumat verilməməlidir.  
 


 
 
 
220 
Maddə 20. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 
ə
mlakın leqallaşdırılmasına və terrorçuluğun 
maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq 
ə
məkdaşlıq 
 
20.1.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı 
mübarizə  sahəsində  fəaliyyət  göstərən  dövlət  orqanları  Azərbaycan 
Respublikasının  qanunvericiliyinə və  ya Azərbaycan  Respublikasının 
tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  müvafiq  olaraq  xarici 
dövlətlərin  müvafiq  səlahiyyətli  orqanları  ilə  cinayət  yolu  ilə  əldə 
edilmiş  pul  vəsaitləri  və  ya  digər  əmlakın  leqallaşdırılması, 
terrorçuluğun  maliyyələşdirilməsi,  habelə  həmin  pul  vəsaitləri  və  ya 
digər  əmlakın  əldə  edilməsi  üçün  törədilən  cinayətlər  barədə 
məlumatların mübadiləsi, cinayət təqibi və məhkəmə qərarlarının icra 
olunması sahəsində əməkdaşlıq edirlər.  
20.2.  Maliyyə 
monitorinqi 
orqanı 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq  müqavilələrə  müvafiq  qaydada  bu  Qanunun  20.1-ci 
maddəsində  qeyd  olunan  məlumatlara  dair  xarici  dövlətin  müvafiq 
səlahiyyətli orqanlarına sorğular verə, habelə onların müvafiq sorğusu 
və ya öz təşəbbüsü əsasında göstərilən məlumatları təqdim edə bilər.  
20.3.  Məlumat  xarici  dövlətin  müvafiq  səlahiyyətli  orqanına  yalnız 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  ziddiyyət  təşkil 
etmədiyi və  milli  maraqlarına zərər  vurmadığı  halda, belə  məlumatın 
verilməsi  xarici  dövlətin  müvafiq  səlahiyyətli  orqanına  cinayət 
təqibini  başlamağa  və  ya  müvafiq  sorğunu  göndərməyə  əsas 
yaratdıqda verilə bilər.  
20.4.  Məlumat xarici dövlətin müvafiq səlahiyyətli orqanına o şərtlə verilir 
ki, həmin məlumatdan sorğuda göstərilməyən məqsədlər üçün istifadə 
olunmayacaqdır.  
20.5.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılması və  ya terrorçuluğun  maliyyələşdirilməsi ilə əlaqədar 
hüquqi  yardım  haqqında  müvafiq  sorğuların  icrası,  habelə  bu  sahədə 
xarici  dövlətlərin  məhkəmələrinin  qərarlarının  tanınması  və  icrası 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun 
olaraq həyata keçirilir.  
20.6.  Bu  Qanunun  20.5-ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının 
ə
razisində  müsadirə  edilmiş  pul  vəsaitləri  və  ya  digər  əmlak 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və  Azərbaycan 


 
 
 
221 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun 
olaraq  tam  və  ya  qismən  müvafiq  məhkəmə  qərarının  çıxarıldığı 
dövlətə verilə bilər.  
 
Fəsil 4. YEKUN MÜDDƏALAR 
 
Maddə 21. Qanunun pozulmasına görə məsuliyyət 
 
Bu  Qanunun  tələblərini  pozan  şəxslər  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.  
 
Maddə 22. Qanunun qüvvəyə minməsi 
 
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.  
 
Azərbaycan Respublikasının 
     Prezidenti   
 
 
 
   lham Əliyev  
 
 
Bakı şəhəri, 10 fevral 2009-cu il. 
     № 767-IIIQ 
 
«Azərbaycan» qəzetində dərc edilmişdir 
(25 fevral 2009-cu il, № 44). 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə