Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə80/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   76   77   78   79   80   81   82   83   ...   87

 
 
 
207 
Fəsil 2. C NAYƏT YOLU  LƏ ƏLDƏ ED LM Ş PUL VƏSA TLƏR N N 
VƏ YA D GƏR ƏMLAKIN LEQALLAŞDIRILMASININ VƏ YA 
TERRORÇULUĞUN MAL YYƏLƏŞD R LMƏS N N QARŞISININ 
ALINMASI 
 
 
Maddə 3. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 
ə
mlakın leqallaşdırılmasına və terrorçuluğun 
maliyyələşdirilməsinə qarşı tədbirlər 
 
3.0.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı 
tədbirlərə aşağıdakılar aiddir:  
3.0.1.  monitorinq;  
3.0.2.  hüquqi  şəxs  olan  monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak 
edən  digər  şəxslər tərəfindən  daxili nəzarət sisteminin  hazırlanması 
və tətbiq edilməsi;  
3.0.3.  cinayət yolu  ilə əldə edilmiş  pul vəsaitlərinin və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı 
həyata keçirilən tədbirlər haqqında müştərinin və ya digər şəxslərin 
məlumatlandırılmasının qadağan olunması;  
3.0.4.  Azərbaycan 
Respublikasının 
qanunları 
və 
Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələri  ilə 
müəyyən edilmiş digər tədbirlər. 
 
Maddə 4. Monitorinq iştirakçıları 
 
4.0.  Monitorinq iştirakçıları aşağıdakılardır:  
4.0.1.  kredit təşkilatları;  
4.0.2.  sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri;  
4.0.3.  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  olan  brokerlər, 
qiymətli  kağızların  idarə  olunması  üzrə  peşəkar  fəaliyyəti  həyata 
keçirənlər;  
4.0.4.  lizinq xidmətləri göstərən kredit təşkilatları;  
4.0.5.  pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən 
müəssisələr və digər təşkilatlar;  
4.0.6.  lombardlar;  
4.0.7.  investisiya fondları;  
4.0.8.  qiymətli  daşların,  qiymətli  metalların,  o  cümlədən  qiymətli 
daşlardan  və  ya  qiymətli  metallardan  hazırlanmış  zərgərlik  və  ya 


 
 
 
208 
digər  məişət  məmulatlarının  alqı-satqısı  ilə  məşğul  olan  hüquqi 
şə
xslər;  
4.0.9. 
öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və 
ya  vəsait  köçürən  hər  hansı  qeyri-hökumət  təşkilatı  və  ya  dini 
təşkilat;  
4.0.10.  lotereya təşkilatçısı;  
4.0.11.  daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən 
hüquqi şəxslər.  
 
Maddə 5. Monitorinqdə iştirak edən digər şəxslər 
 
5.1.  Vəkillər, notariuslar, hüquqi xidmət göstərən digər şəxslər və ya auditor 
xidməti  göstərən  şəxslər  öz  müştərilərinin  aşağıdakı  əməliyyatlarının 
aparılması  zamanı  bu  Qanunun  müştərinin  və  benefisiarın 
eyniləşdirilməsi, 
verifikasiyası, 
məlumatın 
sənədləşdirilməsi, 
saxlanılması  tələblərinə  və  bu  Qanunun  7.2-ci  maddəsində  nəzərdə 
tutulmuş  məlumatların  təqdim  edilməsi  ilə  bağlı  tələbinə  riayət 
etməlidirlər:  
5.1.1.  daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlar;  
5.1.2.  müştərinin  pul  vəsaitlərinin,  qiymətli  kağızlarının  və  ya  digər 
ə
mlakının idarə olunması ilə əlaqədar əməliyyatlar;  
5.1.3.  müştərinin  bank  və ya  qiymətli kağız  hesablarının  idarə olunması 
ilə əlaqədar əməliyyatlar;  
5.1.4.  hüquqi  şəxslərin  yaradılması,  onların  fəaliyyətinin  təmin  və  idarə 
edilməsi,  bu  məqsədlərlə  pul  vəsaitlərinin  toplanmasının  təşkil 
edilməsi,  habelə  hüquqi  şəxslərin  alqı-satqısı  ilə  əlaqədar 
ə
məliyyatlar.  
5.2.  Maliyyə  monitorinqi  orqanına  məlumat  vermiş  vəkillər,  notariuslar, 
hüquqi  xidmət  göstərən  digər  şəxslər  və  ya  auditor  xidməti  göstərən 
şə
xslər bu barədə informasiyanı yaymamalıdırlar.  
5.3.  Bu  Qanunun  5.1-ci  maddəsinin  müddəaları  vəkil  və  ya  peşə  sirrini 
təşkil edən məlumatlara şamil edilmir.  
 
Maddə 6. Nəzarət orqanları 
 
6.1.  Nəzarət orqanlarına aşağıdakı orqanlar daxildir:  
6.1.1.  kredit  təşkilatları,  həmçinin  lizinq  xidmətləri  göstərən  kredit 
təşkilatları üçün - Azərbaycan Respublikasının Milli Bankı;  
6.1.2.  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  olan  brokerlər, 
qiymətli  kağızların  idarə  olunması  üzrə  peşəkar  fəaliyyəti  həyata 
keçirənlər, lotereya təşkilatçısı,  investisiya  fondları  üçün  -  qiymətli 


 
 
 
209 
kağızlar  bazarına  nəzarəti  həyata keçirən  müvafiq  icra  hakimiyyəti 
orqanı;  
6.1.3.  sığortaçı,  təkrarsığortaçı  və  sığorta  vasitəçiləri,  qiymətli  daşların, 
qiymətli  metalların,  o  cümlədən  qiymətli  daşlardan  və  ya  qiymətli 
metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının 
alqı-satqısı  ilə  məşğul  olan  hüquqi  şəxslər  üçün  -  müvafiq  icra 
hakimiyyəti orqanı;  
6.1.4.  poçt  xidməti  göstərən  müəssisələr  üçün  -  poçt  xidməti  göstərən 
müəssisələrə  nəzarəti  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti 
orqanı;  
6.1.5.  öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya 
vəsait  köçürən  qeyri-hökumət  təşkilatları  və  dini  təşkilatlar  üçün  - 
müvafiq icra hakimiyyəti orqanları;  
6.1.6.  notariuslar və hüquqi xidmət göstərən digər şəxslər üçün - müvafiq 
icra hakimiyyəti orqanı;  
6.1.7.  vəkillər  üçün  -  öz  səlahiyyətləri  daxilində  Azərbaycan 
Respublikasının Vəkillər Kollegiyası;  
6.1.8.  auditor  xidməti  göstərən  şəxslər  üçün  -  öz  səlahiyyətləri daxilində 
Azərbaycan Respublikasının Auditorlar Palatası.  
6.2.  Monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin 
fəaliyyətinə nəzarət edən orqan nəzərdə tutulmadığı halda, bu Qanunun 
tələblərinin  yerinə  yetirilməsinə  nəzarət  maliyyə  monitorinqi  orqanı 
tərəfindən həyata keçirilir.  
6.3.  Nəzarət orqanları monitorinq iştirakçıları və monitorinqdə iştirak edən 
digər  şəxslər  tərəfindən  bu  Qanunun  9-12-ci  maddələrinin  tələblərinə 
ə
məl  edilməməsini  aşkar  edərsə,  onlara  qarşı  inzibati  və  ya 
qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  tədbirləri  tətbiq  etməli  və  bu 
barədə maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.  
6.4.  Lisenziya  əsasında  fəaliyyət  göstərən  monitorinq  iştirakçıları  və 
monitorinqdə iştirak edən digər şəxslər tərəfindən bu Qanunda nəzərdə 
tutulmuş 
tələblərin 
pozulması 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada  onların  lisenziyasının 
dayandırılması  və  ya  ləğv  edilməsinə,  yaxud  Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  digər tədbirlərin 
tətbiq olunmasına səbəb ola bilər.  
 
Maddə 7. Monitorinq olunmalı pul vəsaitləri və ya digər əmlakla 
ə
məliyyatlar 
 
7.1.  Siyahısı  və  ümumi  məbləğinin  minimal  həddi  (bundan  sonra  -  limit) 
Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən pul 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə