Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə83/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   79   80   81   82   83   84   85   86   87

 
 
 
216 
12.1.6.  əməliyyatın  həyata  keçirilməsinin  dayandırılması  ilə  əlaqədar 
meydana çıxa biləcək problemlərin həlli istiqamətində tədbirlər;  
12.1.7.  bu  Qanunla  tələb  olunan  qaydaların  monitorinq  iştirakçıları  və 
monitorinqdə  iştirak  edən  digər  şəxslər  tərəfindən  tətbiq 
olunmasının səmərəliliyini yoxlayan daxili audit mexanizmi;  
12.1.8.  hüquqi  şəxs  olan  monitorinq  iştirakçılarında  və  monitorinqdə 
iştirak edən digər şəxslərdə rəhbərlik, habelə struktur bölmələrinin 
rəhbərliyi  səviyyəsində  cinayət  yolu  ilə  əldə  edilmiş  pul 
vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılması  və 
terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  fəaliyyət  üzrə  daxili 
qayda  və  prosedurların  həyata  keçirilməsinə  nəzarət  etməyə, 
maliyyə  monitorinqi  orqanı  ilə  məlumat  mübadiləsini  həyata 
keçirməyə,  həmçinin  monitorinq  olunmalı  əməliyyatlarla  bağlı 
müvafiq  hesabatları  hazırlamağa  və  təqdim  etməyə  məsul  şəxsin 
təyin edilməsi;  
12.1.9.  fəaliyyət  xüsusiyyətindən  asılı  olaraq,  işə  qəbul  və  işçilərin 
yoxlanması  mexanizmlərinin,  habelə xarakteri  şübhə doğuran hər 
hansı  əməliyyatın  aşkarlanması,  qarşısının  alınması  və  lazımi 
məlumatların  bu  Qanunun  11-ci  maddəsinə  əsasən  maliyyə 
monitorinqi  orqanına  təqdim  olunması  üzrə  digər  mexanizm  və 
qaydaların hazırlanması.  
12.2.  Hüquqi  şəxs  olan  monitorinq iştirakçılarının  və  monitorinqdə iştirak 
edən  digər  şəxslərin  strukturu  daxilində  bu  Qanunun  12.1.8-ci 
maddəsində  qeyd  olunmuş  məsul  şəxs  yalnız  hüquqi  şəxsin 
rəhbərliyinə hesabat verməlidir.  
12.3.  Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən 
digər şəxslər daxili nəzarət sistemlərini maliyyə monitorinqi orqanının 
tələblərinə uyğun olaraq hazırlamalıdırlar.  
12.4.  Rüblük dövriyyəsi əlli min manatdan az olan monitorinq iştirakçıları 
və  monitorinqdə  iştirak  edən  digər  şəxslər  daxili  nəzarət  sisteminin 
hazırlanması tələbindən azaddırlar.  
 
Maddə 13. Nəzarət orqanları tərəfindən məlumatların maliyyə 
monitorinqi orqanına təqdim edilməsi 
 
Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasının  və  terrorçuluğun  maliyyələşdirilməsinin  qarşısının 
alınması  məqsədi  ilə  maliyyə  monitorinqi  orqanı  məlumat  əldə  etmək  üçün 
nəzarət  orqanlarına  sorğu  ilə  müraciət  edə  bilər.  Bu  zaman  müvafiq 
məlumatlar maliyyə monitorinqi orqanına təqdim olunmalıdır.  
 


 
 
 
217 
Maddə 14. Monitorinq olunmalı əməliyyat barədə məlumatın təqdim 
edilməsinə görə məsuliyyətdən azad olunma 
 
Monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər  şəxslər, 
onların  əməkdaşları,  habelə  nəzarət  orqanlarının  əməkdaşları  monitorinq 
olunmalı  əməliyyatlar  barədə  məlumatları  bu  Qanunun  tələblərinə  uyğun 
olaraq maliyyə monitorinqi orqanına təqdim etdikdə, bank sirri və ya qanunla 
qorunan  digər  sirrin  yayılmasına,  eləcə  də  məlumatın  yayılması  nəticəsində 
dəymiş maddi və mənəvi ziyana görə məsuliyyətə cəlb oluna bilməzlər.  
 
Maddə 15. Əməliyyatın həyata keçirilməsi ilə əlaqədar məsuliyyətdən 
azad olunma 
 
Ə
gər  monitorinq  olunmalı  əməliyyat  həyata  keçirilmişdirsə  və  həmin 
ə
məliyyatın icrasına sərəncam  vermiş  monitorinq  iştirakçılarının səlahiyyətli 
şə
xsləri  və  ya  monitorinqdə  iştirak  edən  digər  şəxslər  ilə  müştəri  və  ya 
benefisiar  arasında  cinayət  törətmək  üçün  sövdələşmə  mövcud  deyildirsə, 
eləcə də monitorinq olunmalı əməliyyat haqqında məlumat bu Qanunun 11-ci 
maddəsinə  müvafiq  qaydada  maliyyə  monitorinqi  orqanına  təqdim 
olunmuşdursa,  monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər 
şə
xslər, habelə onların əməkdaşları məsuliyyətə cəlb oluna bilməzlər.  
 
Maddə 16. Məlumatın verilməsindən imtina olunmasının qadağan 
edilməsi 
 
16.1.  Bank sirrinin və  ya  qanunla qorunan digər sirrin qorunması rejiminə 
ə
saslanaraq  bu  Qanunun  11.1-ci  maddəsində  göstərilən  məlumatların 
maliyyə  monitorinqi  orqanına  təqdim  edilməsindən  imtina  oluna 
bilməz.  
16.2.  Bu  Qanunun  tələbləri  dövlət  sirrini  təşkil  edən  məlumatlara  şamil 
edilmir.  
 
Fəsil 3. MAL YYƏ MON TOR NQ  ORQANININ FƏAL YYƏT N N 
TƏŞK L  
 
Maddə 17. Maliyyə monitorinqi orqanı 
 
17.1.  Maliyyə monitorinqi orqanının  səlahiyyətlərini həyata keçirən dövlət 
orqanını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  
17.2.  Maliyyə  monitorinqi  orqanı  monitorinq  iştirakçıları,  monitorinqdə 
iştirak  edən  digər  şəxslər,  nəzarət  orqanları  və  bu  Qanunun  8.1-ci 


 
 
 
218 
maddəsində  nəzərdə  tutulan  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən təqdim olunan məlumatları toplayır və təhlil edir.  
17.3.  Maliyyə  monitorinqi  orqanı  monitorinq  olunmalı  əməliyyat  barədə 
mənbəyi  məlum  olan  məlumat  aldıqda,  araşdırma  məqsədi  ilə 
müvafiq 
sorğu 
göndərməklə 
monitorinq 
iştirakçılarından, 
monitorinqdə  iştirak  edən  digər  şəxslərdən,  nəzarət  orqanlarından  və 
bu  Qanunun  8.1-ci  maddəsində  nəzərdə  tutulmuş  müvafiq  icra 
hakimiyyəti  orqanından  bu  Qanunun  11.1-ci  maddəsində  nəzərdə 
tutulmuş  məlumatları  əldə  etmək,  habelə  öz  səlahiyyətləri  daxilində 
aparılan təhlil zamanı zərurət yarandığı halda onlardan və digər dövlət 
orqanlarından əlavə məlumat almaq hüququna malikdir.  
17.4.  Maliyyə monitorinqi orqanı təqdim olunmuş məlumatların məxfiliyini 
və  yalnız  bu  Qanunla  nəzərdə  tutulmuş  məqsədlərin  həyata 
keçirilməsi  üçün  istifadəsini  təmin  etməli,  habelə  bu  məlumatların 
təhlükəsizliyinin təmin olunması sistemini təşkil etməlidir.  
17.5.  Maliyyə  monitorinqi  orqanı  aparılmış  təhlil  nəticəsində  həyata 
keçirilən əməliyyatda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və 
ya 
digər 
ə
mlakın 
leqallaşdırılması 
və 
ya 
terrorçuluğun 
maliyyələşdirilməsinin  əlamətlərini müəyyən  etdikdə cinayət  yolu ilə 
ə
ldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması ilə 
bağlı 
məlumatları 
prokurorluq 
orqanlarına, 
terrorçuluğun 
maliyyələşdirilməsi  ilə  bağlı  məlumatları  müvafiq  icra  hakimiyyəti 
orqanına təqdim etməlidir.  
17.6.  Maliyyə  monitorinqi  orqanı  öz  vəzifə  səlahiyyətlərini  icra  edərkən 
monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər  şəxslər 
tərəfindən  bu  Qanunun  tələblərinə  əməl  edilməməsinə  dair  məlumat 
ə
ldə  edərsə,  həmin  məlumatı  göstərilən  şəxslərə  qarşı  inzibati  və  ya 
qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  tədbirlərin  tətbiq  edilməsi 
üçün müvafiq nəzarət orqanına təqdim edə bilər.  
17.7.  Maliyyə monitorinqi orqanının səlahiyyətləri bu Qanunla və müvafiq 
icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən  Əsasnamə  ilə 
müəyyən edilir.  
 
Maddə 18. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 
ə
mlakın leqallaşdırılması və ya terrorçuluğun 
maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statistik 
məlumatların toplanması 
 
18.1.  Statistik  məlumatların  mərkəzləşdirilməsi  məqsədi  ilə  müvafiq  icra 
hakimiyyəti  orqanı  və  prokurorluq  orqanları  öz  səlahiyyətləri 
daxilində  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə