Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə82/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   79   80   81   82   83   84   85   86   87

 
 
 
213 
9.13.1.  hesabların və  işgüzar əlaqələrin yoxlanması və ya digər üsullarla 
ə
məliyyatın  həyata  keçirilməsi  məqsədinin  və  əməliyyatın 
mahiyyətinin aydınlaşdırılması;  
9.13.2.  hüquqi  şəxs  olan  müştərinin  səhmdarlarının  və  onların  iştirak 
paylarının öyrənilməsi;  
9.13.3.  digər  etibarlı  mənbələr  vasitəsilə  müştəri,  benefisiar  və  əgər 
mümkündürsə  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  mənbəyi 
barədə daha dəqiq məlumatların əldə edilməsi və üzləşdirilməsi.  
9.14.  Əməliyyatın  tərəflərini  bu  Qanunla  müəyyənləşdirilmiş  qaydada 
dəqiq  eyniləşdirmək  mümkün deyilsə  və  ya  müştəri  və  ya  benefisiar 
barədə  eyniləşdirmə  məlumatlarının  təqdim  edilməsindən  imtina 
edilirsə,  monitorinq  iştirakçıları  müvafiq  əməliyyatı  həyata 
keçirməməlidirlər.  
9.15.  Monitorinq iştirakçılarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq 
müştərinin  və  benefisiarın  eyniləşdirilməsi  üçün  qanunla  müəyyən 
edilmiş qaydada əlavə sənədlərin təqdim olunması tələb edilə bilər.  
9.16.  Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan 
və  ya  qiymətli  metallardan  hazırlanmış  zərgərlik  və  ya  digər  məişət 
məmulatlarının  alqı-satqısı  ilə  məşğul  olan  hüquqi  şəxslər  və 
daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidməti göstərən hüquqi 
şə
xslər bu maddədə nəzərdə tutulmuş eyniləşdirmə tədbirlərini yalnız 
limitdən  yuxarı  məbləğdə  nağd  şəkildə  aparılan  əməliyyatlar  həyata 
keçirilərkən tətbiq etməlidirlər.  
 
Maddə 10. Eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla 
ə
məliyyatlara dair sənədlərin saxlanması öhdəliyi 
 
10.0.  Monitorinq  iştirakçıları  bu  Qanunun  9-cu  maddəsində  qeyd  olunan 
eyniləşdirmə  sənədlərinin  və  pul  vəsaitləri  və  ya  digər  əmlakla 
ə
məliyyatlara  dair  sənədlərin  qanunvericiliklə  daha  uzun  müddət 
nəzərdə  tutulmayıbsa,  aşağıda  göstərilən  müddət  ərzində  məlumat 
daşıyıcılarında və  ya elektron formatda saxlanmasını təmin  etməli və 
həmin  sənədləri  zərurət  yarandığı  təqdirdə  maliyyə  monitorinqi 
orqanına təqdim etməlidirlər:  
10.0.1.  müştərinin,  benefisiarın  və  ya  səlahiyyətli  nümayəndənin 
eyniləşdirmə  sənədləri  -  müştərinin hesabının  bağlanmasından  və 
ya  müştəri  ilə  hüquq  münasibətlərinə  xitam  verildikdən  sonra  ən 
azı beş il;  
10.0.2.  müştəri  tərəfindən  həyata  keçirilmiş  pul  vəsaitləri  və  ya  digər 
ə
mlakla  əməliyyatlara  dair  sənədlər  (hesabdan  çıxarışlar, 
ə
məliyyatların  aparılması  üçün  əsas  və  s.)  və  bu  Qanunun  11-ci 


 
 
 
214 
maddəsi  üzrə  hazırlanan  məlumatlar  -  əməliyyat  başa  çatdıqdan 
sonra ən azı beş il.  
 
Maddə 11. Monitorinq iştirakçıları tərəfindən məlumatların maliyyə 
monitorinqi orqanına təqdim olunması 
 
11.1.  Monitorinq  iştirakçıları  bu  Qanunun  7-ci  və  9.12-ci  maddələrində 
göstərilən hallarda aşağıdakı məlumatları maliyyə  monitorinqi orqanı 
tərəfindən müəyyən edilmiş qaydada ona təqdim etməlidirlər: 
11.1.1.  əməliyyatın növü;  
11.1.2.  əməliyyatın həyata keçirilmə tarixi;  
11.1.3.  həyata keçirilən əməliyyatın məbləği;  
11.1.4.  əməliyyatı  həyata  keçirən  hüquqi  və  ya  fiziki  şəxsin 
eyniləşdirilməsi  üçün  monitorinq  iştirakçıları  tərəfindən  bu 
Qanunun  9.3-9.5-ci  maddələrinə  əsasən  alınmış  zəruri 
məlumatlar;  
11.1.5.  benefisiar haqqında məlumatlar;  
11.1.6.  əməliyyatın  mahiyyətini,  məqsədini,  o  cümlədən  xronologiyasını 
təsvir edən məlumatlar;  
11.1.7.  əməliyyatın şübhəli olmasını şərtləndirən əsaslar.  
11.2.  Bu  Qanunun  7.1-ci  maddəsində  göstərilən  əməliyyatlara  dair 
məlumatlar  həmin  əməliyyatın  icra  olunması  haqqında  sifarişin 
(tapşırığın) alınmasından sonra 3 iş günü ərzində təqdim edilməlidir.  
11.3.  Bu  Qanunun 7.2-ci və 9.12-ci maddələrində göstərilən əməliyyatlara 
dair  məlumatlar  həmin  əməliyyatın  icra  olunmasından  əvvəl  təqdim 
edilməlidir.  Əməliyyatın  icra  olunmaması  mümkün  deyildirsə  və  ya 
ə
məliyyatın  icra  olunmamasının  benefisiarın  müəyyənləşməsinə 
maneə  yaradacağı  məlumdursa,  monitorinq  iştirakçıları  əməliyyatın 
icrasından  dərhal  sonra  maliyyə  monitorinqi  orqanına  məlumat 
verməlidirlər.  
11.4.  Monitorinq  iştirakçıları  pul  vəsaitləri  və  ya  digər əmlakla  əməliyyat 
barədə  bu  Qanunun  7.2-ci  və  9.12-ci  maddələrində  göstərilən 
ə
məliyyatlara  dair  məlumatı  maliyyə  monitorinqi  orqanına  təqdim 
etdiyi  vaxtdan  iki  iş  günü  ərzində  həmin  əməliyyatı  icra 
etməməlidirlər. Bu müddət ərzində əməliyyatın dayandırılması barədə 
maliyyə  monitorinqi  orqanının  göstərişi  daxil  olmazsa,  monitorinq 
iştirakçıları əməliyyatı icra edirlər.  
11.5.  Bu  Qanunun 11.1-ci maddəsində qeyd olunan  məlumatlar vəziyyətin 
təxirəsalınmazlığı  nəzərə alınaraq,  şifahi şəkildə maliyyə  monitorinqi 
orqanına  verilə  bilər.  Həmin  məlumatların  dərhal  yazılı  şəkildə 
maliyyə monitorinqi orqanına təqdim olunması təmin edilməlidir.  


 
 
 
215 
11.6.  Bu Qanunun tələblərinə əsasən maliyyə monitorinqi orqanına verilən 
məlumatlar  məxfi  saxlanılır.  Monitorinq  iştirakçılarından  göstərilən 
məlumatlar yalnız cinayət prosesini həyata keçirən orqanlar tərəfindən 
cinayət  təqibi  ilə  əlaqədar  tələb  edilə  bilər.  Bu  halda  göstərilən 
məlumatlar  yalnız  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı 
ə
sasında verilir.  
11.7.  Azərbaycan  Respublikasının  qanunlarında  nəzərdə  tutulmuş  hallar 
istisna  olmaqla,  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya 
digər 
ə
mlakın 
leqallaşdırılmasına 
və 
terrorçuluğun 
maliyyələşdirilməsinə  qarşı  həyata  keçirilən  tədbirlər  haqqında 
müştərinin  və  ya  digər  şəxslərin  məlumatlandırılması  qanunla 
müəyyən edilmiş məsuliyyətə səbəb olur.  
 
Maddə 12. Hüquqi şəxs olan monitorinq iştirakçılarının və 
monitorinqdə iştirak edən digər şəxslərin cinayət yolu ilə 
ə
ldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə 
qarşı fəaliyyət üzrə daxili nəzarət sistemi 
 
12.1.  Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən 
digər şəxslər cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 
ə
mlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə 
qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Bu 
sistem ən azı aşağıdakılardan ibarət olmalıdır:  
12.1.1.  cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 
leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı 
fəaliyyət üzrə daxili qayda və prosedurların hazırlanması;  
12.1.2.  müştərilərin, 
onların 
adından 
çıxış 
edən 
səlahiyyətli 
nümayəndələrin, benefisiarların, əməliyyatların eyniləşdirilməsinə 
və  verifikasiyasına  imkan  verən  daxili,  mərkəzləşdirilmiş  arxivin 
yaradılması;  
12.1.3.  məlumatların  sənədləşdirilməsi  və  məxfiliyin  təmin  edilməsinə 
dair qaydaların hazırlanması;  
12.1.4.  cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 
leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı 
fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsi;  
12.1.5.  monitorinq  iştirakçılarının  və  monitorinqdə  iştirak  edən  digər 
şə
xslərin 
fəaliyyətinin 
xüsusiyyətləri 
nəzərə 
alınmaqla, 
monitorinq  olunmalı  əməliyyatların  aşkarlanması  meyarlarının 
müəyyən edilməsi;  


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə