Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə81/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   77   78   79   80   81   82   83   84   ...   87

 
 
 
210 
vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatlar monitorinq 
iştirakçıları tərəfindən maliyyə monitorinqi orqanına təqdim olunur.  
7.2.  Məbləğindən asılı olmayaraq aşağıdakı pul vəsaitləri və ya digər əmlak, 
onlarla  əməliyyatlar  və  ya  belə  əməliyyatların  aparılmasına  cəhdlər 
monitorinq olunur:  
7.2.1.  pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi 
və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və 
ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar;  
7.2.2.  bu  Qanunun  7.3-cü  maddəsində  nəzərdə  tutulan  dövlətlərin 
(ərazilərin)  vətəndaşları ilə,  qeydiyyat,  yaşayış  və  ya  əsas  fəaliyyət 
yeri  həmin  dövlətdə  (ərazidə)  olan  şəxslərlə,  eləcə  də  göstərilən 
dövlətlərdə  (ərazilərdə)  qeydiyyatdan  keçmiş  bankda  hesaba  malik 
olan  şəxslərlə əlaqədar pul  vəsaitləri  və ya digər  əmlakla hər  hansı 
ə
məliyyatlar;  
7.2.3.  xarici  dövlətlərin  siyasi  xadimlərinin  bank  hesablarından  həyata 
keçirilən əməliyyatlar;  
7.2.4.  Azərbaycan  Respublikasının  yurisdiksiyasından  kənardakı  anonim 
hesabdan  pul  vəsaitlərinin  daxil  olması  və  ya  Azərbaycan 
Respublikasının  yurisdiksiyasından  kənara  anonim  hesaba  pul 
vəsaitlərinin köçürülməsi.  
7.3.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasında,  terrorçuluğun  maliyyələşdirilməsində,  transmilli 
mütəşəkkil  cinayətkarlığı,  habelə  silahlı  separatizmi,  ekstremizmi  və 
muzdluluğu  dəstəkləməsində,  narkotik  vasitələrin  və  ya  psixotrop 
maddələrin  qanunsuz  dövriyyəsində  iştirakı  ehtimal  olunan,  maliyyə 
ə
məliyyatlarının  aparılması  zamanı  eyniləşdirmə  məlumatlarının 
açıqlanması  tələb  olunmayan  dövlətlərin  siyahısı  maliyyə  monitorinqi 
orqanı tərəfindən müəyyənləşdirilir.  Həmin  siyahı maliyyə  monitorinqi 
orqanı tərəfindən  birbaşa  və  ya  müvafiq  nəzarət  orqanlarının  vasitəsilə 
monitorinq  iştirakçılarına  və  monitorinqdə  iştirak  edən  digər  şəxslərə 
göndərilir.  
 
Maddə 8. Valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi 
və ya Azərbaycan Respublikasından çıxarılmasının 
monitorinqi 
 
8.1.  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aşağıdakı 
ə
məliyyatlar barədə məlumatları dərhal maliyyə monitorinqi orqanına 
təqdim etməlidir: 


 
 
 
211 
8.1.1.  bu  Qanunun  7.2.2-ci  maddəsində  göstərilən  şəxslər  tərəfindən 
valyuta  sərvətlərinin  Azərbaycan  Respublikasına  gətirilməsi  və  ya 
Azərbaycan Respublikasından çıxarılması;  
8.1.2.  ilkin  çıxış  məntəqəsi  bu  Qanunun  7.3-cü  maddəsində  göstərilən 
dövlət  (ərazi)  olan  valyuta  sərvətlərinin  hər  hansı  şəxs  tərəfindən 
Azərbaycan  Respublikasına  gətirilməsi  və  ya  Azərbaycan 
Respublikasından çıxarılması. 
8.2.  “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa 
ə
sasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən 
valyuta sərvətləri barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
təqdim olunan məlumatlar həmçinin maliyyə monitorinqi orqanına 
göndərilir.  
8.3.  Bu Qanunun 8.1-ci maddəsində göstərilən məlumatların tərtib olunma 
forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.  
 
Maddə 9. Müştərilərin və benefisiarların eyniləşdirilməsi 
 
9.1.  Monitorinq  iştirakçıları  aşağıdakı  hallarda  müştərinin  və  benefisiarın 
eyniləşdirilməsi üçün tədbirlər görməlidir:  
9.1.1.  işgüzar münasibətlər yaradılmasından əvvəl;  
9.1.2.  limitdən  artıq  məbləğdə  həyata  keçirilməsi  gözlənilən  hər  hansı 
birdəfəlik əməliyyatdan əvvəl;  
9.1.3.  hesab  açılmadan  həyata keçirilməsi  gözlənilən  pul köçürməsindən 
ə
vvəl.  
9.2.  Əməliyyatın  ümumi  məbləği  əməliyyatın  icra  olunmasından  əvvəl 
məlum deyilsə, müştərinin  və benefisiarın eyniləşdirilməsi  əməliyyatın 
məbləğinin limitdən artıq olduğu müəyyənləşdiyi anda həyata keçirilir.  
9.3.  Hüquqi  şəxsin  eyniləşdirilməsi  onun  nizamnaməsinin  və  dövlət 
qeydiyyatına  alınması  haqqında  sənədin  notariat  qaydasında  təsdiq 
olunmuş surəti əsasında aparılır.  
9.4.  Fiziki  şəxsin  eyniləşdirilməsi  şəxsiyyəti  təsdiq  edən  sənəd  əsasında 
aparılır.  
9.5.  Hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki 
şə
xsin  eyniləşdirilməsi  şəxsiyyəti  təsdiq  edən  sənəd  və  müvafiq  vergi 
orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında aparılır.  
9.6.  Müştərinin  adından  çıxış  edən  səlahiyyətli  nümayəndələr  onların 
səlahiyyətlərini  təsdiq  edən  sənədləri,  habelə  müştərinin  fiziki  və  ya 
hüquqi  şəxs  olmasından  asılı  olaraq,  bu  Qanunun  9.3-9.5-ci 
maddələrində nəzərdə tutulan sənədləri təqdim etməlidirlər.  
9.7.  Eyniləşdirmə üçün təqdim olunan şəxsiyyəti təsdiq edən sənədin surəti, 
habelə  müvafiq  vergi  orqanı  tərəfindən  verilmiş  şəhadətnamənin, 


 
 
 
212 
nümayəndənin  səlahiyyətlərini  təsdiq  edən  sənədin,  hüquqi  şəxsin 
nizamnaməsinin  və  dövlət  qeydiyyatına  alınması  haqqında  sənədin 
notariat  qaydasında  təsdiq  olunmuş  surətləri  monitorinq  iştirakçısında 
saxlanılmalıdır.  
9.8.  Monitorinq iştirakçıları bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan 
hallarda etibarlı mənbələr vasitəsilə müştəri və benefisiar barəsində əldə 
olunmuş  eyniləşdirilmə  məlumatlarının  verifikasiyası  üçün  tədbirlər 
görməlidir.  
9.9.  Hüquqi şəxsin verifikasiyası üçün tətbiq edilən tədbirlər aşağıdakılardır:  
9.1.4.  hüquqi  şəxsin  təqdim  etdiyi  məlumatların  hüquqi  şəxslərin dövlət 
reyestrinə daxil edilən məlumatlarla üzləşdirilməsi;  
9.1.5.  hüquqi şəxsin fəaliyyəti barədə kütləvi informasiya vasitələrindən, 
internet  informasiya  ehtiyatlarından  və  ya  rəsmi  nəşrlərdən 
məlumatların əldə olunması;  
9.1.6.  əldə  olunan  yeni  məlumatların  əvvəllər  təqdim  edilmiş 
eyniləşdirmə məlumatları ilə üzləşdirilməsi.  
9.10.  Fiziki  şəxsin  verifikasiyası  üçün  tətbiq  edilən  tədbirlər 
aşağıdakılardır:  
9.1.7.  doğum  haqqında  şəhadətnamə,  pasport,  sürücülük  vəsiqəsi  və  ya 
digər rəsmi sənəd əsasında doğum tarixinin təsdiqlənməsi;  
9.1.8.  mənzil-kommunal  xidməti  və  ya  qeyri-yaşayış  sahələrindən 
istismar  haqqı üçün  mədaxil qəbzləri, yaxud mülkiyyət hüququnun 
dövlət  qeydiyyatına  alınması  haqqında  daşınmaz  əmlakın  dövlət 
reyestrindən  çıxarış,  order, icarə  və  ya  kirayə  müqaviləsi  əsasında 
yaşayış yeri üzrə qeydiyyatın təsdiqlənməsi.  
9.11.  Monitorinq  iştirakçıları  müştərinin  işgüzar  münasibətləri  və  həyata 
keçirilmiş  əməliyyatlarına dair əldə olunmuş  məlumatların  mütəmadi 
qaydada yeniləşdirilməsi üzrə tədbirlər görməlidir.  
9.12.  Monitorinq  iştirakçıları  müştərinin  və  benefisiarın  eyniləşdirilməsi 
üçün  aşağıdakı  hallarda  əlavə  eyniləşdirmə  tədbirlərini  tətbiq  etməli 
və  bu  Qanunun  11-ci  maddəsinə  uyğun  olaraq  maliyyə  monitorinqi 
orqanına məlumat verməlidirlər:  
9.12.1.  bu Qanunun 7.2-ci maddəsində nəzərdə tutulan hallarda;  
9.12.2.  müştəri  və  ya  benefisiarla  bağlı  əvvəllər  təqdim  edilmiş 
eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlandıqda;  
9.12.3.  müştərinin  öz  adından  fəaliyyət  göstərməməsi  və  ya  üçüncü 
şə
xsin  adından  çıxış etməsi  barədə  şübhə üçün kifayət  qədər əsas 
yarandıqda.  
9.13.  Monitorinq  iştirakçıları  tərəfindən  tətbiq  olunan  əlavə  eyniləşdirmə 
tədbirləri aşağıdakılardır:  


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə