Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə79/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   75   76   77   78   79   80   81   82   ...   87

 
 
 
204 
 
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digəəmlakın 
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı 
mübarizə haqqında 
 
AZƏRBAYCAN RESPUBL KASININ QANUNU 
 
Bu  Qanun  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər 
ə
mlakın  leqallaşdırılması  və  ya  terrorçuluğun  maliyyələşdirilməsi  ilə  bağlı 
hüquqpozmaların  aşkar  edilməsi  və  qarşısının  alınması  üçün  hüquqi 
mexanizmin  yaradılmasına,  belə  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılması  və  terrorçuluğun  maliyyələşdirilməsi  məqsədi  ilə  maliyyə 
sistemindən istifadə olunması imkanlarını istisna edən şəraitin yaradılmasına, 
bu sahədə dövlətin və cəmiyyətin maraqlarının qorunmasına yönəlmişdir.  
 
Fəsil 1. ÜMUM  MÜDDƏALAR 
 
Maddə 1. Əsas anlayışlar 
 
1.0.  Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:  
1.0.1. 
cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitləri  və  ya  digər  əmlak
  - 
Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  təsbit  edilmiş 
cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə 
olunmuş  hər  hansı  pul  vəsaitləri,  daşınar  və  ya  daşınmaz,  maddi 
və  ya  qeyri-maddi  əmlak,  mülkiyyət  hüquqlarını  təsdiq  edən 
hüquqi sənədlərdir;  
1.0.2. 
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digəəmlakın 
leqallaşdırılması
  -  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitləri  və 
ya  digər  əmlaka  qanuni  status  vermək,  onların  əldə  edilməsinin 
həqiqi  mənbəyini  gizlətmək  məqsədilə  belə  pul  vəsaitləri  və  ya 
ə
mlakdan  istifadə  etməklə  maliyyə  əməliyyatlarının  və  ya  digər 
ə
qdlərin həyata keçirilməsidir;  
1.0.3. 
pul vəsaitləri və ya digəəmlakla əməliyyat
 -  pul  vəsaitləri və ya 
digər  əmlakla  bağlı  mülki  hüquqların  əldə  edilməsi,  həyata 
keçirilməsi,  dəyişdirilməsi  və  ya  onlara  xitam  verilməsinə 
yönəlmiş əməllərdir;  


 
 
 
205 
1.0.4. 
terrorçuluğun  maliyyələşdirilməsi
  -  pul  vəsaitlərinin  və  ya  digər 
ə
mlakın  tamamilə  və  yaxud  qismən,  birbaşa  və  ya  dolayı  yolla 
terrorçuluğun  törədilməsinə  qəsdən  yönəldilməsi  və  ya  pul 
vəsaitlərinin  və  ya  digər  əmlakın  qəsdən  həmin  məqsədlə 
toplanmasıdır;  
1.0.5. 
maliyyə  monitorinqi  orqanı
  -  cinayət  yolu  ilə  əldə  edilmiş  pul 
vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılması  və 
terrorçuluğun 
maliyyələşdirilməsinin 
qarşısının 
alınması 
sahəsində müvafiq səlahiyyətləri həyata keçirən dövlət orqanıdır;  
1.0.6. 
monitorinq
  -  pul  vəsaitləri  və  ya  digər  əmlakla  aparılmış 
ə
məliyyatlar  barədə  monitorinq  iştirakçıları,  monitorinqdə  iştirak 
edən  digər  şəxslər  və  ya  nəzarət  orqanları  tərəfindən  təqdim 
edilən,  eləcə  də  mənbəyi  məlum  digər  məlumatlar  əsasında 
maliyyə  monitorinqi  orqanı  tərəfindən  həyata  keçirilən  nəzarət 
tədbirləridir;  
1.0.7. 
monitorinq  iştirakçıları
  -  cinayət  yolu  ilə  əldə  edilmiş  pul 
vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasının  və 
terrorçuluğun  maliyyələşdirilməsinin  qarşısını  almaq  məqsədi  ilə 
bu  Qanunun  9-12-ci  maddələrində  nəzərdə  tutulmuş  tədbirləri 
həyata  keçirən,  bu  Qanunun  4-cü  maddəsində  nəzərdə  tutulan 
şə
xslərdir;  
1.0.8. 
monitorinqdə  iştirak  edən  digər  şəxslər
  -  cinayət  yolu  ilə  əldə 
edilmiş  pul  vəsaitlərinin  və  ya  digər əmlakın  leqallaşdırılmasının 
və  terrorçuluğun  maliyyələşdirilməsinin  qarşısını  almaq  məqsədi 
ilə  bu  Qanunda  nəzərdə  tutulmuş  tədbirləri  həyata  keçirən 
vəkillər,  notariuslar,  hüquqi  xidmət  göstərən  digər  şəxslər  və  ya 
auditor xidməti göstərən şəxslərdir;  
1.0.9. 
nəzarət  orqanları
  -  monitorinq  iştirakçıları  və  monitorinqdə 
iştirak  edən  digər  şəxslər  tərəfindən  bu  Qanunun  9-12-ci 
maddələrinin  tələblərinə  əməl  edilməsinə  nəzarəti  həyata  keçirən 
orqanlardır;  
1.0.10.  daxili  nəzarət  sistemi  -  hüquqi  şəxs  olan  monitorinq  iştirakçıları 
və  monitorinqdə  iştirak  edən  digər  şəxslər  tərəfindən  həyata 
keçirilən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 
ə
mlakın 
leqallaşdırılmasına 
və 
terrorçuluğun 
maliyyələşdirilməsinə  qarşı  fəaliyyət  üzrə  bu  Qanunun  12-ci 
maddəsində nəzərdə tutulan kompleks daxili nəzarət tədbirləridir;  
1.0.11.  ştəri - pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatın 
həyata  keçirilməsinə  dair  monitorinq  iştirakçıları  və  ya 
monitorinqdə  iştirak  edən  digər  şəxslərin  hər  hansı  xidmətindən 
istifadə edən fiziki və ya hüquqi şəxsdir;  


 
 
 
206 
1.0.12.  benefisiar  -  pul  vəsaitləri  və  ya  digər  əmlakla  əlaqədar 
ə
məliyyatlardan  son  nəticədə iqtisadi və  ya hər  hansı digər fayda 
ə
ldə edən fiziki və ya hüquqi şəxs, habelə xeyrinə əqdlərin həyata 
keçirildiyi  hüquqi  şəxsin  əsl  sahibi  və  ya  müştəriyə  nəzarəti 
həyata keçirən fiziki şəxsdir;  
1.0.13.  valyuta sərvətləri - nağd xarici valyuta, xarici valyutada qiymətli 
kağızlar,  qiymətli  daşlar,  qiymətli  metallar,  o  cümlədən  qiymətli 
daşlardan  və  ya  qiymətli  metallardan  hazırlanmış  zərgərlik  və  ya 
digər məişət məmulatlarıdır;  
1.0.14.  xarici  dövlətlərin  siyasi  xadimləri  -  hər  hansı  xarici  dövlətdə 
mühüm  ictimai  vəzifə  tutan  və  ya  əvvəllər  belə  vəzifəni  tutmuş 
şə
xslər  (dövlət  və  ya  hökumət  başçıları,  nüfuzlu  siyasətçilər, 
hökumət  üzvləri,  yuxarı  instansiya  məhkəmələrinin  hakimləri, 
yüksək  rütbəli  hərbi  qulluqçular,  dövlət  mülkiyyətində  olan 
müəssisələrin  rəhbər  vəzifəli  şəxsləri,  siyasi  partiya  vəzifəli 
şə
xsləri), onların ailə üzvləri və yaxın qohumları.  
 
Maddə 2. Qanunun tətbiq dairəsi 
 
2.1.  Bu  Qanun  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər 
ə
mlakın  leqallaşdırılması  və  ya  terrorçuluğun  maliyyələşdirilməsi  ilə 
bağlı  əməllərin  aşkar  edilməsi  və  qarşısının  alınması  məqsədilə  pul 
vəsaitləri  və  ya  digər  əmlakla  əməliyyat  həyata  keçirən  Azərbaycan 
Respublikasının  vətəndaşları,  əcnəbilər,  vətəndaşlığı  olmayan  şəxslər, 
hüquqi  şəxslər,  habelə  Azərbaycan  Respublikasının  ərazisində  pul 
vəsaitləri  və  ya  digər  əmlakla  əməliyyatların  aparılmasına  nəzarəti 
həyata keçirən orqanların münasibətlərini tənzimləyir.  
2.2.  Bu  Qanun  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər 
ə
mlakın  leqallaşdırılması  və  terrorçuluğun  maliyyələşdirilməsi  ilə 
ə
laqədar  olan  və  Azərbaycan  Respublikasının  yurisdiksiyasından 
kənarda  həyata  keçirilən  fəaliyyətə  münasibətdə  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  müvafiq 
qaydada tətbiq olunur.  
 
 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə