Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə24/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   20   21   22   23   24   25   26   27   ...   87

 
55 
 
Uzunmüddətli perspektivdə PY 
saat mexanizmi ilə işləyən bir bombadır.
155
 
 
 
lk olaraq qeyd etməliyik ki, PY sxemləri müxtəlif ola bilər, məhz bu 
cür  müxtəlifliyə  görə  hər  bir  ayrı  PY  sxemi  ölkənin  müxtəlif  sektorlarında 
özünə  xas  nəticələrə  səbəb  ola  bilər;  hər  bir  PY  sxemi  özünəməxsus 
nəticələrlə  səciyyələnir; nəticələr  müsbət  və ya  mənfi  ola bilər. Mənfi və  ya 
müsbət məfhumların özləri də nisbi anlayışlardır; bir şey kimin üçünsə mənfi, 
kimin  üçünsə  müsbət  ola  bilər.
156
 Bununla  belə,  nəticələrin  müsbət,  yoxsa 
mənfi  olaraq  qiymətləndirilməsi  nəzərdə  tutduğumuz  müddətin  uzun  və  ya 
qısa olmasından asılıdır. 
Ümumiyyətlə,  PY-yə  görə,  ölkə  iqtisadiyyatının  birdən-birə 
dəyişilməsi  və  ya  başqa  istiqamətdə  inkişaf  etdirilməsi  qısamüddətli 
perspektivdə ölkə əhalisinin  müəyyən  təbəqələri üçün zərərli ola  bilər; lakin 
uzunmüddətli  perspektivdə  belə  zərərlər  əvvəlkindən  də  artıq  faydalarla 
ə
vəzlənə  bilər.  PY  nəticəsində  iqtisadiyyat  üçün  proqnozlaşdırılan  bütün 
mənfi  nəticələr  yalnız  ona  görədir  ki,  şəxslər  pulları  yuyarkən  mənfəət  əldə 
etmək  məqsədi  güdmürlər,  iqtisadi  cəhətdən  adekvat  olmayan  məkana 
(sektora)  sərmayə  olaraq  qoyduqları  pulları  iqtisadi  cəhətdən  adekvat 
olmayan zamanda onları yenidən geri götürə (çəkə) bilər. 
PY-nin  cəmiyyətə  birbaşa  zərərlər  vurub-vurmaması  barədə 
ə
dəbiyyatda müzakirələr gedir.
157
 Deyilir ki, PY-nin birbaşa zərəri onda ifadə 
olunur  ki,  “PY  nəticəsində  iqtisadi  güc  qanunlara  əməl  edən  vergi 
ödəyicilərindən  cinayətkarlara  keçir
”,
158
 “qurbanlar  zərər  çəkir, 
                                          
155
 Brigitte  Unger  və qeyrilərThe amounts and the effects of  money laundering
Report for Ministry of Finance of Netherlands, 16.02.2006, s.8. 
156
 Burada  bu  anlayışlardan  hər  hansı  ayrı  bir  şəxs  və  ya  şəxslər  qrupu  deyil,  bir 
ölkənin  sahibkarlıqla  məşğul  olmayan  istehlakçılarının  əksəriyyəti  baxımından 
istifadə edəcəyik. 
157
 Daha  ətraflı  bax:  Peter  J.Quirk,  Money  Laundering:  Mudding  the 
Macroeconomy
,  BVF-ın  sənədi  96/66,  1997;  The  effects  of  money  laundering
http://money.howstuffworks.com/money-laundering3.htm, 03.10.2008. 
158
 Mackrell,  N.,  Economic  Consequences  of  Money  Laundering,  1997,  Graycar 
A.,  Grabosky,  P.,  Money  Laundering  in  the  21st  Century:  Risks  and 
Countermeasures,
  Australian  Institute of Criminology, Research and Public Policy 
Series, 1996, s.3. 


 
56 
cinayətkarlar qazanır
”.
159
 Məsələnin kökünə baxanda isə görəcəyik ki, bu cür 
zərər  çəkmə-qazanma  heç  də  PY  nəticəsində  deyil,  predikativ  cinayətlər 
nəticəsində  baş  verir.  Predikativ  cinayətlər  nəticəsində  əldə  edilmiş  varidat 
yuyulmasa  da,  faktiki  olaraq  cinayətkara  xeyir  gətirə,  yəni,  iqtisadi  güc 
cinayətkara keçə bilər; PY isə bu cür qazanmanın ardınca labüd şəkildə gələn 
bir  əməl  deyildir.  Bir  sözlə,  cinayət  nəticəsində  əldə  edilmiş  varidatın 
yuyulub-yuyulmamasından  asılı  olmadan,  zərərçəkən  artıq  zərər  çəkmiş, 
cinayətkar isə artıq qazanmış  olacaqdır. PY nəticəsində cinayətkar, bəlkə də, 
daha çox qazanar, amma zərərçəkən birbaşa daha çox zərər çəkməz. 
PY-nin  səbəb  ola  bildiyi  bütün  digər  nəticələr  barədə  ədəbiyyatda 
formalaşan  ümumi  fikir  ondan ibarətdir  ki,  bütün  bu  nəticələr  birbaşa  deyil, 
dolayı  yolla  ortaya  çıxacaqdır. Bu  mənfi  nəticələri isə  iki əsas  kateqoriyaya 
bölmək olar: iqtisadi və ictimai-siyasi nəticələr. 
 
PY demokratiya prosesinin özəyini 
sarsıdacaq qədər təhlükəli ola bilər.
160
 
a.  qtisadi nəticələr 
Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  pulları  yuyanın  məqsədi  pulu 
leqallaşdırmaqdır.  Bunun  üçün  o,  daha  az  effektiv  və  məhsuldar,  işsizliklə 
səciyyələnən  və  daha  çox  riskli  iqtisadiyyatın  sektorlarına  sərmayə  qoya 
bilər.  Bununla  əlaqədar  deyilir  ki,  PY  sərmayənin  qeyri-optimal 
qoyuluşuna  səbəb  olur.
161
 Lakin  nəzərə  alınmalıdır  ki,  həmişə  belə  olmaya 
da  bilər.  Məhsuldarlıq  və  ya  məhsuldarlıq  ehtimalı  qısamüddətli  deyil,  həm 
də  uzunmüddətli  əsaslarda  qiymətləndirilməlidir.  Riskli  və  az  məhsuldar 
sektorlara  sərmayələrin  qoyuluşu  onları  zamanla  daha  çox  məhsuldar  edə 
bilər. 
                                          
159
 Camdessus,  M.,  Money  Laundering:  the  importance  of  International 
Countermeasures
,  Plenary 
meeting  of  the  FATF,  Paris,  10.02.1998 
(http://www.imf.org/external/np/speeches/1998/021098.htm, 18.11.2008). 
160
 Tanzi,  V.  ,  Macroeconomic  Implications  of  Money  Laundering,  Harwood 
Academic Publihers, 1997, s.99. 
161
 Tanzi,  V.  ,  Macroeconomic  Implications  of  Money  Laundering,  Harwood 
Academic  Publihers,  1997,  s.99;  Daha  ətraflı  bax:  Bartlett  B.  L.,  The  negative 
effects of  money laundering on economic development,
  “Platypus” jurnalı,  No. 77, 
Dekabr 2002, s.19. 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə