Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   ...   14   15   16   17   18   19   20   21   22

56 

 

dayanıqlığının    səviyyəsini    qiymətləndirmək    və    müvafiq    qərar    qəbul    etmək  



mümkündür.  

Müəssisənin    maliyyə    dayanıqlığının    qiymətləndirilməsinin    əsas  

meyarlarından    birini    onun    xərclərinin    və    ehtiyatlarının    formalaşması  

mənbələrinin  onlardan  çox  olması  və  yaxud  çatışmaması  təşkil  edir,  onun  

vəsaitlərinin    əmələ    gəlmə    mənbələri    ilə    xərcləri    və    ehtiyatları    arasındakı   

fərqlə  müəyyən  olunur. (Misal) 

Müəssisənin    fəaliyyət    ritmi    və    yüksək    nəticələr    əldə    etməsi    onun  

dövriyyə    vəsaitləri    ilə    təmin    olunmasından    bilavasitə    asılıdır.  Müəssisənin  

debitor    borclarının    çox    olması    onun    resurslarının    müəssisədən    kənar  

yayındırılmasına    və    səmərəsiz    istifadə    olunmasına    gətirib    çıxarır.  Dövriyyə  

vəsaitlərinin  tərkibinə  həm  maddi,  həm  də pul  vəsaitləri  daxil  olunduğundan  

onlardan  səmərəli  istifadə  edilməsi  müəssisənin  maliyyə  dayanıqlığına  müsbət  

təsir    göstərir.  Müəssisənin    özünəməxsus    dövriyyə    vəsaitlərinin    lazım  

olduğundan    çoxluq    təşkil    etməsi    onun    ehtiyatlarının    həcminin    azalması  

hesabına    baş    verməsi    müəssisənin    maliyyə    vəziyyətinin    sabit    olmasından  

xəbər    vermir.  Müəssisə    cari    fəaliyyətini    maliyyələşdirmək    məqsədilə    borc  

vəsaitlərindən  istifadə  edə  də, etməyə  də  bilər. 

Ə

gər    təhlil    edilən    müəssisənin    dövriyyə    vəsaitləri    ehtiyatlarının  



yaradılmasına    sərf    edilibsə,  borc    vəsaitlərindən    istifadə    olunubsa,    onda  

müəssisə  böhranlı  maliyyə  vəziyyətində  ola  bilməz. Müəssisənin  vaxtı  keçmiş  

kreditor  borcunun  olmaması  onun  müflisləşmiş  müəssisə  kateqoriyasına  aid  

edilməsinə  imkan  vermir.  

Yuxarıda    göstərilən    mütləq    maliyyə    dayanıqlığı    göstəricilərilə    yanaşı  

nisbi    maliyyə    dayanıqlığı

    göstəricilərindən    də    istifadə    olunur.  Belə  

göstəriciləri  iki  qrupa  ayırmaq  olar. I  qrup  müəssisənin  dövriyyə  vəsaitlərinin  

vəziyyətini  əks  etdirən  göstəriciləri  birləşdirir. Onlara  aşağıdakılar  aid  edilir: 

- özünəməxsus  vəsaitlərlə  təmin  olunma  əmsalı; 

- özünəməxsus  vəsaitlərlə  maddi ehtiyatların  təmin  olunma  əmsalı; 

- özünəməxsus  vəsaitlərlə  manevr  etmə  əmsalı.  



57 

 

II    qrup    əsas  vəsaitlərin

  vəziyyətini    və    maliyyə    asılılığının    olmaması  

dərəcəsini  əks  etdirən  göstəriciləri  birləşdirir. Onlara  aiddir: 

- daimi  aktivlər  indeksi; 

- borc  vəsaitlərinin  uzunmüddətli  cəlb  edilmə  əmsalı; 

- köhnəlmə  əmsalı; 

- əmlakın  real  dəyəri  əmsalı; 

- maliyyə  asılılığı  dərəcəsi; 

- avtonomluq  əmsalı; 

- borc  vəsaitlərinin  özünəməxsus  vəsaitlərə  nisbəti  əmsalı. 

Bu    əmsalların    faktiki    qiymətləri    normativ    qiymətləri    ilə    müqayisə  

edilir,  keçən    hesabat    dövrünün    göstəriciləri    ilə    tutuşdurulur,  analoji  

müəssisənin    göstəriciləri    ilə    müqayisə    olunur.  Beləliklə,    müəssisənin    real  

maliyyə  vəziyyəti, güclü  və  zəif  cəhətləri  müəyyənləşdirilir. 

1. Özünəməxsus  vasitələrlə  təmin  olunma  əmsalı  müəssisənin  dövriyyə  

aktivlərinin hansı hissəsinin özünəməxsus vasitələr hesabına  maliyyələşdirilməsini  

göstərir. Bu  əmsalın  qiyməti  0,1-dən  çox  olduqda bu hal normal  sayılır. Onun  

qiymətini  tapmaq  üçün  müəssisənin  özünəməxsus  dövriyyə  vəsaitlərini  döv-

riyyə aktivlərinin dəyərinə bölmək lazımdır. 2. Özünəməxsus kapitalla (vasitələrlə



manevr  etmək  əmsalı

 müəssisənin  özünəməxsus  dövriyyə   vasitələrinin  hansı  

hissəsinin    sərbəst    şəkildə    manevr    etmək    üçün    mobil    formada    olduğunu  

göstərir. Onun  qiymətini  toplamaq  üçün  müəssisənin  özünəməxsus  dövriyyə  

vəsaitlərini    özünəməxsus    kapitalın    həcminə    bölmək    lazımdır.  Bu    əmsalın  

qiymətinin  vahidə    bərabər    olması,  yəni    müəssisənin  cari  aktivlərinin  

özünəməxsus    kapital    hesabına    təmin    etməsi    qeyri  -  sabit    kreditləşdirmə  

mühitində  maliyyə  vəziyyətinin  dayanıqlığının  zəmanətidir.  Əmsalın    qiymətinin  

yüksək  olması  müəssisənin  maliyyə  vəziyyətinin  yaxşı  olduğunu  xarakterizə  

edir. Bəzən  əmsalın  0,4-0,6  qiymətlərini  optimal  kimi  qəbul  edirlər. 3. Daimi  



aktivlə

inkdeksi

 

müəssisənin 



özünəməxsus 

vəsaitlərinin 

ə

mələgəlmə  



mənbələrində    əsas    və    dövriyyədən    kənar    aktivlərinin    payını    göstərir.  Onun  

qiymətini    tapmaq    üçün  dövriyyədən  kənar    aktivlərin    dəyərini    müəssisənin  




58 

 

özünəməxsus    kapitalına    bölmək    lazımdır.  4.  Borc    vəsaitlərinin    uzunmüddətli  



cəlb    edilməsi    əmsalını

    tapmaq    üçün    uzunmüddətli    passivlərin    dəyərini  

müəssisənin    cari    öhdəçilikləri    ilə    özünəməxsus    kapitalın    cəminə    bölmək  

lazımdır.  Bu    əmsal    istehsal    istehsal    proseslərinin    yeniləşdirilməsi    və  

genişləndirilməsi    məqsədilə    borc  vəsaitlərindən    müəssisənin    nə  dərəcədə  

intensiv istifadə  etdiyini  göstərir. 5. Avtonomluq, maliyyə  asılılığının  olmaması, 



kapitallaşdırma    və    yaxud    özünəməxsus  kapitalların    konsentrasiya    əmsalı

  

müəssisənin  özünəməxsus  kapitalının  balansın  yekununa  bölünməsi  yolu  ilə  



tapılır.  Bu    göstərici    müəssisənin    maliyyə    vəziyyətini    xarakterizə    edən    əsas  

ə

msallardan    biri    olmaqla    müəssisənin    borc    vəsaitlərindən    asılı    olmadığını, 



kreditləşdirmə  ilə  əlaqədar  maliyyə  riskinin  nə  dərəcədə  olduğunu  göstərir. O, 

müəssisənin  öz kapitalının  balansın ümumi  yekunda  xüsusi  çəkişini  əks  etdirir. 

Avtonomluq    əmsalının    minimal    qiymətinin    0,5-dən    yüksək    olması    qəbul  

edilmişdir. Bu  şərtin ödənməsi  müəssisənin  borc  vəsaitlərinin  öz  vasitələri  ilə  

ödəmə  qabiliyyətinə  malik  olduğunu  göstərir. Onun  qiymətinin  yüksək  olması  

müəssisənin  maliyyə  dayanıqlığının  yüksək  olmasını  əks  etdirir. ABŞ-da  və  

Qərb  ölkələrində  əmsalın  0,6-dan  çox  olması  norma  kimi  qəbul  olunmuşdur. 

6. Borc  vəsaitlərinin  özünəməxsus  vəsaitlərə  nisbəti  əmsalı  və  yaxud  özünə-



məxsus    vəsaitlərlə    müqayisədə    borc    əmsalı

    müəssisənin    fəaliyyətinin    hansı  

hissəsinin    kreditorlar    tərəfindən    maliyyələşdirildiyini    göstərir.  Başqa    sözlə,  

müəssisənin  bir  manatlıq  öz  vəsaitinin  payına  nə  qədər  borc  vəsaiti  düşdü-

yünü  əks  etdirir. Bu  göstəricidən  istifadə  edərək  müəssisənin  borc  və  yaxud  

özünəməxsus  vəsaitlərinin  çox  olduğunu  müəyyən  edirlər. Əmsalın  ən  böyük  

qiyməti (vahidə bərabər  olması)   müəssisənin  aktivlərinin  yarısından  çoxunun  

borc  vəsaitləri  hesabına  formalaşdığını  əks  etdirir  və  xoşagəlməz  hal  kimi  

qiymətləndirilir. 

Yuxarıda    göstərilən    mütləq    göstəricilərə    əlavə    olaraq    müəssisənin  

maliyyə  dayanıqlığını  əks  etdirən  bir  sıra  göstəricilərin  dinamikasını da  təhlil  

etmək  məqsədəuyğundur. Belə göstəricilərdən  istifadə  edərək  tədqiqat  dövründə  

müəssisənin    maliyyə    vəziyyətində    baş    verən    müsbət    və  yaxud    mənfi  



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə