47
Məlumatların işlənmə sistemlərində informasıyanın saxlanması, axtarışı
və verilməsi məqsədilə ən primitiv üsul və vasitələrdən başlayaraq ən mütərəqqi
üsul və vasıtələrin çoxsaylı variantları tətbiq edilir.
qtisadı informasıyanın avtomatlaşdırılmış işlənmə sistemlərinin təşkilati-
texniki bazasında periferiya texnikası vasitələrinin xüsusi yeri vardır. Bu texniki
vasitələrə identifıkatorları dərk edən və maşına daxil edən qurğular, fakt və
hadisələri, təsərrüfat əməliyyatlarını ölçmək və hesablamaq üçün qurğular, pul-
hesablaşma əməliyyatlarını avtomatlaşdıran qurğular, müxtəlif istehsal
qeydediciləri və s. aiddır. dentifıkatorların dərk edilməsi və maşına daxil edilməsi
proseslərinin avtomatlaşdırılması üsullarını nəzərdən keçirərkən daha geniş
yayılmış ştrixli kodlaşdırma və kodların maqnit yazılışı üsullarına xüsusi dıqqət
yetirmək lazımdır.
Ş
trix kodlaşdırma üsulunun geniş yayılması onun bir sira üstünlüklərə və
vasitələrə malik olması ilə əlaqədardir: qrafikanın sadəliyi, təsvirlərin və eləcə də,
informasıya daşıyıcılarının keyfıyyətinə qarşı ciddi tələblərin qoyulması;
informasıyanı oxuyan qurğuların sadəliyi və ucuz başa gəlməsi. Ştrixli
kodlaşdırma vasitələrinin qeyd edılən üstünlükləri onların tətbiq dairəsini daha da
genişləndirır (ticarət sahəsində, sənaye müəssisələrində, malların və əmək
cisimlərinin hərəkəti zamanı istifadə olunan ştrixli kodlar, identifikatorlar
qeydiyyat nömrələrini özündə birləşdirir). Bu məqsədlə xüsusi proqram
vasitələrindən və cihazlardan istifadə edilir.
Maqnit kartları plastmas lövhədən ibarət olmaqla onun üst səthində
identifikasıyaedici yazılar və identifıkasiyanın maqnit yazısı olan ferro-maqnit
örtük vardır. Maqnit kartı informasıyanı oxuyan qurğunun qəbuledicisinə qoyulur
və ötürücü mexanizm vasitəsilə maqnit başlığın yanından keçir. Bu zaman maqnit
kartında olan isarələr oxunaraq tələb olunan xəbər formasına çevrilir.
Maqnit kartlarının da tətbiq edildiyi sahələri çoxdur.
Fakt və hadisələrin əməliyyatların ölçülməsi və hesablanması məqsədilə
istifadə edilən qurğulara elektron tərəziləri, müxtəlif sayğacları, xammal və
material sərfini və axınlarını ölcən cihazları və s. aid etmək olar. Elektron tərəziləri
48
ə
n çox iri ərzaq malları satışı mağazalarında, malların çəkilməsi və qablaşdırılması
tələb olunan yerlərdə istifadə olunur.
Konstruksiyasına görə elektron tərəziləri çəki mexanızmi ilə çəkinin
nəticələrini rəqəm formasına çevirən qurğunun birləşməsi, elektron bloku,
klaviaturalı idarəetmə paneli və zəruri indikatordan ibarətdir. Bu tərəzilər aşağıdakı
ə
məliyyatları yerinə yetirə bilir: qablaşdırılmış malın çəkilməsi; çəkinin malın
qiymətinə vurulması (qiymət elektron blokun yaddaşında saxlanılır), qablaşdırılmış
malın etiketinin çap edilməsi, xəbərin malların hərəkətinin uçotunu həyata keçirən
kompüterə verilməsi, malların nomenklaturası və qiymətlərindəki dəyişmələr
haqqındakı məlumatların kompüterdən qəbul edilməsi, aparılmış çəkilər
haqqındakı məlumatların yığılması, saxlanması.
Belə tərəzilər həm ayrılıqda və həm də malların hərəkətinin uçotu sisteminin
tərkibində istifadə edilə bilər. Əgər tərəzi mağazanın informasıya sisteminin
tərkibinə daxil olarsa, tərəzinin sayğac göstəricisi dövri olaraq, yaxud da iş
növbəsinin sonunda malların hərəkətinin ümumi uçotunu aparan mərkəzi
kompüterə verilir. Beləliklə, mağazanın rəhbəri çeşidlər üzrə malların hərəkətini
operativ surətdə izləmək və mal axınlarının tənzimlənməsi üçün vaxtında tədbir
görmək imkanı əldə edir.
Sayğaclardan iri seriyalı və axınlı xarakter daşıyan istehsal obycktlərində və
ə
l üsulları ilə malların, məhsulların hesablanması məqsədəuyğun və etibarlı
olmayan sahələrdə istifadə edilir.
Bir qayda olaraq sayğac məmulatların və ya detalların hazırlanması texnoloji
prosesinin başa çatdığı yerlərdə və əsas texnoloji avadanlıqların üzərində
quraşdırılır.
Xammal və material sərfini və axınlarını ölçən cihazlardan maye və qaz
şə
klində olan obyektlərin ölçülməsində istifadə olunur.
Hazırda periferiya texnikası vasitələri kimi elektron kassa aparatlarından və
banknotları hesablayan cihazlardan da geniş istifadə edilir.
Elektron kassa aparatları kassa əməliyyatlarının sürətini artırmaq və
məlumatların dəqiqliyini təminin etməklə yanaşı, malların hərəkətinin uçot
49
sistemini əsaslı surətdə təkmilləşdırməyə imkan verır. Elektron kassa aparatları
kassir əməyinin yüksək səviyyədə avtomatlaşdırılması üçün, alıcılara xidmətin
səviyyəsinin yüksəldilməsi və yekun məlumatların rabitə kanallarına və texniki-
informasıya daşıyıcılarına cıxarılması ücün əlverışli sərait yaradır. Banknotların,
müxtəlif pul nişanlarının və məbləğlərin hesablanması prosesində tətbıq edılən
cihazlar əvəzsizdir. Bu cür sayğacların konsrtuksiyası ixtiyari valyuta nümunələrini
yüksək sürət və dəqiqliklə hesablayır (saniyədə təqribən 100 vərəq besablama
sürətinə malikdir). Qalınlığı 0,1 mm-ə bərabər olan bərk kağız vərəqələri 100%
dəqiqliklə hesablaya bilir.
nformasiyanın işlənmə texnologiyalarının proqram təminatı dedikdə, müasir
hesablama texnikası vasitələrinin köməyilə məlumatların işlənmə sistemlərinin
yaradılması məqsədləri üçün istifadə edilən proqram vasitələrinin və sənədlərin
məcmusu başa düşülür. Proqram təminati vasitələrinin yerinə yetirdiyi
funksiyalardan asılı olaraq onu iki yerə ayırmaq olar:
a) baza və ya sistem proqram təminatı;
b) tətbiqı proqram təminatı.
Baza və ya sistem proqram təminatı iqtisadi informasıyanın kompüterdə
işlənməsi prosesini təşkıl etməklə yanaşı tətbiqi proqram vasitələri üçün normal iş
mühitini də təmin edir. Baza proqram təminatı sistemin aparat vasitələri ilə o
dərəcədə bağlıdır ki, bəzən onu kompüterin bir hissəsi hesab edirlər.
Tətbiqi proqram təminatı istifadəçinin konkret məsələlərinin həlli və
bütövlükdə informasıya sisteminin hesablama prosesinin təşkil edilməsini nəzərdə
tutur.
Baza proqram təminatının tərkibinə aşağıdakılar daxildir:
- əməliyyat sistemləri;
- servis proqramları;
- proqramlaşdırma dillərinın translyatorları;
- texniki xidmət proqramları.
Ə
məliyyat sistemləri (ƏS) informasıyanın işləmə proseslərinin idarə
edilməsini və aparat vasitələri istifadəçilərin qarşılıqlı fəaliyyətini təmin edir.
Dostları ilə paylaş: |