Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   ...   14   15   16   17   18   19   20   21   22

68 

 

Bu cədvəldə kriteriyaların normativ qiymətləri də verilmişdir. Hesablanmış 



və  normativ  qiymətlərin  təhlili  göstərir  ki,  bütün  müəssisələr  bu  krediti  almağa 

iddia  edə  bilərlər.  Ona  görə  də  alınmış  nəticənin    qeyri-səlis  çoxluqlar 

nəzəriyyəsinin riyazi aparatını tətbiq etməklə işlənməsi tələb olunur. Bu aşağıdakı 

kimi üç mərhələdə həyata keçirilir.  

-

  Birinci mərhələ. «Mütləq likvidlik əmsalının daha yaxşısı», «aralıq örtük 



ə

msalının arzu olunanı», «rentabellik əmsalının ən yaxşısı», «maliyyə sərbəstliyi», 

«tam örtük» anlayışlarına uyğun gələn aiddiyyat funksiyasının qurulması aşağıdakı 

şə

kildə.  Belə  funksiyaların  qurulması  müxtəlif  istiqamətlərdə  fəaliyyət  göstərən  



müəssisələrin  kraditləşməsi  sahəsində  biliklərə  malik  olan  ekspertlər  tərəfindən 

qurulur. 

-

  kinci mərhələ. (F1), (F2), (F3), (F4), (F5) keyfiyyət kriteriyalarına görə 



aiddiyyat  funksiyasının  konkret  qiymətləri  təyin  olunur.  Şəkildə  baxılan 

alternativlərə uyğun gələn aiddiyyat funksiyasının qiymətləri verilmişdir. Bu dörd 

analiz  olunan  alternativin  daxil  olduğu  beş  baxılan  kriteriya  üçün  qeyri-səlis 

çoxluq aşağıdakı şəkildədir:    

 

1

F



µ

 = 0,61/0,154 + 0,41/0,102 + 0,33/0,084 + 0,46/0,140; 

2

F

µ



 = 1,0/1,297 + 0,71/0,71 + 0,59/0,59 + 0,57/0,57; 

3

F



µ

 = 1,0/2,78 + 0,91/2,27 + 0,75/1,86 + 0,51/1,27; 

4

F

µ



 = 1,0/0,75 + 0,96/0,72 + 0,94/0,71 + 0,90/0,68; 

5

F



µ

 = 0,93/0,28 + 0,38/0,115 + 0,5/0,15 + 0,4/0,12. 




69 

 

 



          Şəkil 5. Keyfiyyət kriteriyalarının aidiyyət funksiyası 

 

-



 

Üçüncü  mərhələ.  Ən  yaxşı  alternativin  seçilməsi  məqsədi  ilə 

informasiyaların    kompozisiyası  həyata  keçirilir.  Optimal  alternativlər  çoxluğu  B 

seçmə kriteriyaları əsasında alternativlərin qiymətləndirilməsi daxil olan qeyri-səlis 

çoxluqların kəsişməsi yolu ilə təyin edilir. 

 

  Əgər  variantların  seçilməsini  həyata  keçirən  kriteriyalar  QQŞ  üçün  eyni 



dərəcədən əhəmiyyətlidirsə, ən yaxşı variantın seçilmə qaydası aşağıdakı kimidir:

 

В



 = F

1

 ∩ F



2

 ∩ F



3

 ∩ F



4

 



 F

5

.

 

B  çoxluğunda  aiddiyyat  funksiyasının  qiymətinin  ən  böyüyü  optimal 



alternativ  hesab  edilir.  Qeyri-səlis  çoxluqların  kəsişmə  əməliyyatı   

j

-

 

alternativ 

üçün minimal qiymətin seçilməsi ilə uyğun gəlir: 

µ

B

(a

j

)=

݉݅݊




µ

ி



)  



Baxılan  məsələ  üçün  optimal  alternativlər  çoxluğu  aşağıdakı  şəkildə 


70 

 

formalaşır:



 

В

 =

 {min { 0,61; 1,0; 1,0; 1,0; 0,93 }, 

min { 0,41; 0,71; 0,91; 0,96; 0,38 }, 

min { 0,33; 0,59; 0,75; 0,94; 0,50 },  

min { 0,46; 0,57; 0,51; 0,90; 0,40 }}. 

Bu alternativlər içərisində prioritetlərin nəticə vektoru aşağıdakı şəkildədir:

 

max µ ( )



B

j

a

j

 = max {0,61; 0,38; 0,33; 0,4}. 

Beləliklə,  ən  yaxşı  alternativ 

 

а



1

-dir,  buna  uyğun    qiymət

  0,61

-dir.  Müvafiq 



olaraq

  

а



 0,4, а



2

 

 0,38, а



3

 



 0,33.  Deməli, krediti birinci müəssisəyə vermək 

daha məqsədəuyğundur. 

 

 

 




71 

 

NƏT CƏ VƏ TƏKL FLƏ

 

Qloballaşma  əsrində  informasiya  və  kommunikasiya  texnologiyaları, 



mütərəqqi yenilikləri özündə ehtiva edən çoxşaxəli innovasiya sistemləri hər bir 

dövlətin  ümumi  inkişaf  səviyyəsindən  və  potensialından  xəbər  verən,  sosial-

iqtisadi,  mədəni-intellektual  yüksəlişi  təmin  edən  vacib  meyarlardan  birinə 

çevrilmişdir.  qtisadi  tərəqqi,  demokratikləşmə  və  insan  hüquqlarının  etibarlı 

təminatı  baxımından  özünün  yüksək  inkişaf  mərhələsinə  çatmış  dövlətlərin  bu 

nailiyyətləri  eyni  zamanda  informasiya  iqtisadiyyatına  əsaslanan  mütərəqqi 

biliklər nəticəsində əldə etdiyi danılmaz həqiqətdir. Təcrübə göstərir ki, iqtisadi 

inkişaf  strategiyasını  elmi-texniki  əsaslar  üzərində  qurmaqla  innovasiya 

inkişafını  dövlət  quruculuğu  prosesinin  mühüm  təminatı  sayan,  hər  zaman 

proqressiv  ənənələrə  istinad  edən  dövlətlər  milli  tərəqqiyə  sahib  olur,  dünya 

arenasında özünəlayiq yer tutur. 

nformasiya  texnologiyalarının  müasir  inkişaf  mərhələsi  idarəetmə 

məsələlərinin həllinin və iqtisadi informasiyanın işlənilməsinin ayrı-ayrı sahələr 

üzrə  avtomatlaşdırılmasından,  onun  müasir  kompüter  sistemləri  və  şəbəkələri 

bazasında  kompleks  şəkildə  avtomatlaşdırılmasına  keçilməsi  ilə  xarakterizə 

olunur.  Bu  zaman  yüksək  məhsuldarlıqlı  kompüterlərdən  və  elektron 

kommunikasiya vasitələrindən geniş istifadə olunur. Elektron hesablama, rabitə 

və  təşkilat  texnikası  vasitələrindən  istifadənin  forma  və  üsullarına, 

informasiyanın yığılmasından başlayaraq idarəetmə qərarlarının hazırlanması və 

reallaşdırılmasına  nəzarət  funksiyalarının  həyata  keçirilməsinədək  bütün 

proseslərin avtomatlaşdırılmasına xüsusi diqqət yetirilir. 

Aparılan  tədqiqatlar  nəticəsində  məlum  oldu  ki,  iqtisadiyyatın  inkişafının 

bütün səviyyələrində bazar problemlərinin həlli və səmərəli idarəetmənin təşkili 

məqsədilə  etibarlı  informasiya  olması  vacib  məsələdir.  Ona  görə  də  səmərəli 

idarəetmənin  təşkili  və  bazar  problemlərinin  həlli  məqsədilə  informasiyaları 



72 

 

öyrənmək və lazımi qərarların qəbulu üçün ondan istifadə etmək rəhbər işçilərin 



ə

n  mühüm  vəzifələrindən  biri  olmalıdır.  Lakin  müasir  dövrdə  daim  artan 

informasiya  axınlarının  toplanmasında,  işlənilməsində  və  ondan  istifadə 

edilməsində  insan  faktorunun  psixoloji  imkanları  məhduddur.  Bu  səbəbdən  də 

informasiya  axınlarının  səmərələşdirilməsi  proseslərinin  avtomatlaşdırılması 

böyük əhəmiyyət kəsb edir.  

nformasiya  olmadan  bazar  problemlərini  həll  etmək,  müəssisələrin 

fəaliyyətlərinin  səmərəli  idarəetməsini  təşkil  etmək,  idarəetmənin  əsas 

məqsədini  müəyyən  etmək,  vəziyyəti  müəyyənləşdirmək,  qarşıda  duran 

problemi həll etmək, müvafiq qərarlar qəbul etmək və onun yerinə yetirilməsinə 

nəzarət etmək mümkün deyildir. 

Müasir  dövrdə    informasiya    və  telekommunikasiya  texnologiyalarının 

tətbiq  sahəsi  həddindən  artıq  genişdir.  Bir  çox  kommersiya  və  biznes 

təşkilatları,  həmçinin  dövlət  müəssisələrində  bütün  əməliyyatlar  kompüter-

ləşdirilməkdədir.  Ona  görə  də  informasiyanın    mühafizəsi  özündə  nəinki 

administrativ  –  təşkilati  və  proqram  –  texniki,  həmçinin  qanunverivilik 

tədbirlərinin  də  saxlamalıdır.  Ümumiyyətlə,  hər  bir  təşkilatda  informasiya 

mühafizəsi  sahəsi  üzrə  ayrıca  mütəxəssisin  olması  bu  problemin  həllini  çox 

asanlaşdırardı. 

Bazar  iqtisadiyyatı  şəraitində  fəaliyyət  göstərən  firma  və  müəssisələr 

mürəkkəb  təşkilati  sistem  olmaqla  bərabər,  onların  ayrı-ayrı  tərkib  hissələri  - 

ə

sas  və  dövriyyə  fondları,  əmək  və  material  resursları,  maliyyə  və  digər 



resurslаrı daim dəyişməklə bir-birilə mürəkkəb qarşılıqlı əlaqədə olurlar. Müasir 

iqtisadiyyatda  istehsalın  təşkili  planlaşdırma  və  təhlil  prosesləri,  maliyyə-bank 

işi, mal göndərənlər və istehlakçılar arasındakı əlaqələr həll edilən məsələlərin 

həcminin  artmasına  və  mürəkkəbləşməsinə  səbəb  olur.  Həmin  proseslərin 

operativ  idarə  edilməsi  yeni  informasiya  sistemləri  və  texnologiyaları  tətbiq 

etmədən mümkün deyildir. 




73 

 

  



Verilənlərin  intellektual  analizi  və  ya  verilənlərin  hasilatı  (Data  Mining) 

modulu  vasitəsilə  verilənlərin  daha  dərindən  araşdırılması  mümkündür. 

Məsələn, bu metodun köməyi ilə verilənlər arasındakı əlaqəni, stabil dayanıqlı 

müştərilər qrupunun üzə çıxarılması, müəssisənin maliyyə, istehsalat, təsərrüfat 

və  digər  iqtisadi  göstəricilərinin  dəyişməsinin  proqnozlaşdırılması,  qəbul 

edilmiş  qərarların  müəssisənin  biznes  mühitinə  təsirini,  biznes  vəziyyətinin 

ümumi analizi, risklərin analizi və anamaliyaların axtarışı mümkündür. 

Məlumatların  işlənilmə  texnologiyasının  metodologiyası  bu  sahədə  əldə 

edilən  nəzəri  və  praktiki  nailiyyətlərə,  habelə  elmi  yanaşma  prinsiplərinə 

ə

saslanmalıdır. Belə ki, texnoloji prosesin təşkilində sistemli təhlil, komplekslilik 



(yəni  idarəetmə  sisteminin  bütün  bölmələri,  səviyyələri  və  obyektlərinin  təyin 

edilməsi), optimallaşdırma, tipləşdirmə, unifikasiya və standartlaşdırma, perspektiv 

və fasiləsiz inkişaf prinsipləri gözlənilməlidir. 

Bununla  yanaşı  iqtisadi  informasiyanın  avtomatlaşdırılmış  işlənilməsi 

sahəsində  inteqrasiya  prinsipi  və  istifadəçilər  üçün  əlverişli  şərait  yaradılması, 

informasiyanın  ötürülməsinin  inkişaf  etmiş  sisteminin  bazasında  məlumatların 

işlənilməsi, idarəetmənin və hesablama sistemlərinin mərkəzləşdirilməsi və qeyri-

mərkəzləşdirilməsinin  səmərəli  əlaqələndirilməsi,  məlumatların  təsviri  və 

çevrilməsi  prosedurlarının,  istifadəçilərin  funksiyaları  və  iş  yerlərinin 

modelləşdirilməsi  və  formalizə  edilməsi,  texnoloji  proseslərin  tipləşdirilməsi  və 

standartlaşdırılması da nəzərə alınmalıdır. 

Aparılan  tədqiatlar  nəticəsində  aşağıdakı  təkliflərin  irəli  sürülməsini 

məqsədəuyğun hesab edirik: 

-

  Bazar  probleminin  həlli,  qeyri-səlis  mühitdə  müəssisənin  maliyyə 



vəziyyətinin təhlili, idarəetmənin  səmərəli  təşkili  məqsədilə informasiyanın 

toplanması  və  təşkili  prosesi  fasiləsizz  məlumat  verilməklə  ticarətin  idarə 

edilməsi prosesini təmin edə bilsin. 



74 

 

-



  nformasiyalar  müəyyən  faktlara  əsaslanmalı,  faktlar,  həqiqi  rəqəmlərlə 

təsdiq edilməlidir. 

-

  darəetmədə  işlədilən  informasiyalar  dərin  olmalı,  ticarətin  təşkilinin 



planlaşdırılmasını,  ümumi  vəziyyətini  sistem,  kompleks  halında 

qiymətləndirməyə imkan verməlidir.  



 

 


75 

 

ƏDƏB YYAT S YAHISI 



 

1.

 



Abbasov  Ə.M.,  Bayramov  Z.Z.,  Quliyev  H.X.  « qtisadi 

informasiyanın işlənməsinin kompüter texnologiyası». Dərs vəsaiti, Bakı, 2002. 

2.

 

Аббасов



 А. М.  Мамедова М. Г.  Методы организации баз знаний 

с

 нечеткой реляционной структурой .   Баку: "Элм". 1997. -  256 c. 



3.

 

Korneyçuk B.V. « nformasiya iqtisadiyyatı». Sankt-Peterburq. 



4.

 

Quliyev  H.X.,  Balayev  R.Ə.  « qtisadi  informatika  və  hesablama 



texnikası». Dərs vəsaiti, Bakı, 1998; 

5.

 



Kərimov  Ş.Q.  « nformasiya  sistemləri  və  verilənlər  bazaları».  Bakı, 

Elm, 1999; 

6.

 

Кə



rimоv  S.Q.,  Həbibullаyеv  S.B.,  brаhimzаdə  T. .    « nfоrmаtiка». 

Dərsliк, Bакı, 2002; 

7.

 

Андрейчиков



  А.В.,  Андрейчикова    О.Н.  Анализ,  синтез  и 

планирование

 решений в экономике. М.: Финансы и статистика, 2000.-368 с. 

8.

 



Орлов

 А. И. Теория принятия решений: учебник. — М.: Экзамен, 

2006. — 576 с; 

9.

 



Орлов

  А.  И.  Принятие  решений.  Теория  и  методы  разработки 

управленческих

 решений. Учебное пособие. — М.: Март, 2005. — 496 с; 

10.

  Сараев  А.Д.,  Щербина  О.А.  Системный  анализ  и  современные 



информационные

  технологии  //Труды  Крымской  Академии  наук.  - 

Симферополь

: СОНАТ, 2006. - С. 47-59; 

11.

  Друкер Питер Ф.  « Практика Менеджмента » Пер. с англ. : Уч. 



пос

. -  М.: Издательский дом «Вильямс» - 398 с. Москва 2000; 

12.

  В.М.Попов, С.И.Ляпунов, В.В.Филиппов, Г.В.Медведев.  «Ситуа-



ционный

 анализ бизнеса и практика принятия решений » Уч. пос. для ВУЗов. 

– М.: КноРус, Москва 2001. – 384 с;  

13.


  Герберт А. Саймон.  “Теория принятия решения в экономической 

теории


 и науке о поведении”.  Источник: Вехи экономической мысли. Теория 


76 

 

потребительского



 поведения и спроса. Т.1. Под ред. В.М.Гальперина.- СПб.: 

Экономическая

 школа. 1999.  

14.


  Дзюбенко  А.Л.  «  Информационные  системы  в  экономике  » 

Москва


 2007; 

15.


  Ханенко В.Н. «Информационные системы» Л.: Машиностроение. 

1988, 127 с; 

16.

  Чуйкин  А.М  «Разработка  управленческих  решений»    Уч.  пос. 



Калининград

 2000, 150 с; 

17.

  Лепа  Р.Н.  «Информационные  технологии  в  финансовом 



Менеджменте

 » Донецк 2001, 86 с; 

18.

  Барановская  Т.П.  и    др.  «  Информационные  системы  и  



технологии

 в экономике » Учебник. Москва 2006, 416 с; 

19.

  Петров В. Н. “Информационные системы”, СПб.:  Питер, 2003. — 



688 с.  

20.


  R.Əliquliyev,  Əlövsət  Əliyev  “ qtisadi  proseslərdə  informasiya 

texnologiyaları” Bakı 2001 

21.

  Qasımov  V.Ə.  “Elm  və  təhsilin  informasiya  təminatı  sistemləri” 



[monoqrafiya/Qasımov V. red. Abbasov Ə.M.] Bakı: Elm 2005 

22.


 

nternet resursları. 



 

 

 


77 

 

РЕЗЮМЕ 



 

В

  новейшее  время  дальнейшей  судьбе  каждого  народа  и  страны 



зависит

  не  только  от  природных  богатств,  даже  это  зависит 

информационной

  экономики,  информационных  и  коммуникационных 

технологий

 и другие вопросы. 

В

  условиях  рыночной  экономики  конечной  цели  каждой  фирмы 



является

  доступ  много  дохода.  Доходы  каждой  фирмы,  зависит  от 

экономики

 политического и анализа финансовой деятельности. 

Развитие

  экономики  страны  зависит  от  развития  фирмы.  Для  этой 

связи

  анализа каждой фирмы финансовой деятельности является очень 



важным

В



  этом  мастер  диссертации  информационной  экономики 

концептуальные

 

основы


 

изучали


и

 



применения

 

нечетких



 

информационных

  технологий  на  развитие  информационной  экономики 

был


 исследован. 

 

  



 

 



78 

 

SUMMARY 

 

At  the  contemporary  time  future  fate  of  every  people  and  country  not 



only  depends  on  the  natural  wealth,  even  it  depends  information  economy, 

information and communication technologies and other issues. 

In the market economy final goal of every firm is access lot of income. 

Income  of  every  firm  is  depends  on  economy  politic  and  analisy  of  the 

financial activity. 

Development of country economy depends on firm’s development. For 

this regard analisys of every firm financial activity is very important  

At  this  master  dissertation  information  economy  conceptual  bases  was 

studied,  and  applying  fuzzy  information  technologies  on  development  of 

information economy was researched. 

 

 

 

 



 

 

 


79 

 

REFERAT 



 

Qloballaşma  əsrində  informasiya  və  kommunikasiya  texnologiyaları, 

mütərəqqi  yenilikləri  özündə  ehtiva  edən  çoxşaxəli  innovasiya  sistemləri  hər  bir 

dövlətin  ümumi  inkişaf  səviyyəsindən  və  potensialından  xəbər  verən,  sosial-

iqtisadi,  mədəni-intellektual  yüksəlişi  təmin  edən  vacib  meyarlardan  birinə 

çevrilmişdir.  qtisadi  tərəqqi,  demokratikləşmə  və  insan  hüquqlarının  etibarlı 

təminatı  baxımından  özünün  yüksək  inkişaf  mərhələsinə  çatmış  dövlətlərin  bu 

nailiyyətləri eyni zamanda informasiya iqtisadiyyatına əsaslanan mütərəqqi biliklər 

nəticəsində  əldə  etdiyi  danılmaz  həqiqətdir.  Təcrübə  göstərir  ki,  iqtisadi  inkişaf 

strategiyasını  elmi-texniki  əsaslar  üzərində  qurmaqla  innovasiya  inkişafını  dövlət 

quruculuğu  prosesinin  mühüm  təminatı  sayan,  hər  zaman  proqressiv  ənənələrə 

istinad  edən  dövlətlər  milli  tərəqqiyə  nail  olur,  dünya  arenasında  özünəlayiq  yer 

tuturlar. 

 

Müasir  dövrdə  hər  bir  xalqın,  dövlətin  gələcək  taleyini  təkcə  onun  malik 



olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, 

bütün  bunların  da  fövqündə  dayanan  insan  kapitalı  müəyyənləşdirir.  Funksional 

imkanları  elm  və  təhsilin  ictimai  həyatın  ən  müxtəlif  sahələrində  tətbiqi  yolu  ilə 

gerçəkləşdirilən bu əvəzsiz kapital hazırkı  mərhələdə fərd və ictimai toplumların, 

geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı 

nailiyyətlərin  rəhni  kimi  çıxış  edir.  Müstəqil  Azərbaycan  dövləti  də  qloballaşan 

dünyanın  bərabərhüquqlu  subyekti  kimi,  öz  inkişafını,  sadəcə,  təbii  sərvətlərin 

gətirdiyi  dividendlərə  bağlamır  və  mövcud  resurslarını  sırf  insan  faktorunun 

prioritetə  çevrilməsi  yönümündə  qurur.  Bu  baxımdan  da  hər  bir  ölkə  öz  iqtisadi 

fəaliyyətini lazımi səviyyədə qurmaq məqsədilə, ölkədə iqtisadi inkişafın davamlı 

və dayanıqlı olması baxımından, habelə ölkənin ixrac potensialının artırılması üçün 

müasir  texnologiyalardan  istifadə  etməklə  informasiya  iqtisadiyyatının  inkişafını 

təmin  etməyə  çalışır.  Informasiya  iqtisadiyyatının  inkişafını  təmin  etmək 

məqsədilə  bir  sıra  amillərdən  istifadə  edilməlidir,  bunlardan    biri  qeyri-səlis 




80 

 

informasiya  texnologiyalarıdır.  Məhz  bu  səbəbdən  də  təqdim  edilən  magistr 



dissertasiya işinin mövzusu mühüm aktuallıq kəsb edir.  

Təqdim  edilən  magistr  dissertasiya  işi  giriş,  üç  fəsil,  nəticə  və  təkliflər  və 

ə

dəbiyyat siyahısından ibarətdir. 



Magistr  dissertasiya  işinin  birinci  fəslində  informasiya  iqtisadiyyatının 

inkişafının konseptual əsasları geniş şəkildə tədqiq edilmişdir. 

Dissertasiya  işinin  ikinci  fəslində  qeyri-səlis  informasiya  texnologiyalarına 

təsir edən amillər araşdırılmışdır. 

Magistr  dissertasiya  işinin  sonuncu  üçüncü  fəslində  isə  informasiya 

iqtisadiyyatında  qeyri-səlis  informasiya  texnologiyalarının  tətbiq  istiqamətləri 



öyrənilmişdir. 

 

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə