Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   ...   14   15   16   17   18   19   20   21   22

62 

 

Müəssisənin  maliyyə  təsərüfat  fəaliyyətinin  nəticələrinin  daha  tam  şəkli 



onun  bir  necə  illik  fəaliyyətinin  ğöstəricilərinin  dinamikasında  və  əlavə  olaraq, 

onun  göstəricilərinin  orta  sahə  ğöstəriciləri  ilə  müqayisəsində  görünür.



 

Maliyyə 


təhlili  əsasən  gələcəyə  yönəlməlidir.

 

Maliyyə  təhlili  müəssisənin  büdcəsinin 

qurulmasında,  faktiki  ğöstəricilərin  plan  göstəricilərdən  kənara  çıxmalarınının 

səbəblərinin öyrənilməsində istifadə olunur.  

Müəssisənin maliyyə təhlilinin əsas xüsusiyyətləri aşağıdakılaran ibarətdir.   

1. Maliyyə göstəricilərinin böyük əksəriyyəti nisbi kəmiyyətlərdir, ona görə 

də müəssisənin müxtəlif fəaliyyət sahələrini  müqayisə etməyə imkan verir.  

2.  Maliyyə  təhlili  zamanı  müqayisə  üçün  aşağıdakı  kimi  faktorları  tətbiq 

etmək lazımdır: 

 - Müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin göstəricilərınin müxtəlif vaxt 

periodlarında  müqayisəsinin tendensiyasına baxılmalıdır ;  

-  Müəssisənin  göstəricilərinin  onun  aid  olduğu  sahə  üzrə  orta  statistik 

göstəricilərlə müqayisəsi təmin olunmalıdır.        

3.  Maliyyə  təhlili  ücün  müəssisənin  seçilmiş  periodda  (adətən  ildə)  tam 

maliyyə təsviri olmalıdır. Əgər təhlil zamanı ancaq bir periodun məlumatları varsa, 

onda bu məlumatlar mütləq həmin periodun əvvəlinə və axırına aid olmalıdır. Əsas 

alət kimi horizontal  (dinamik göstəricilər) və vertikal (maddələrin struktur analizi) 

analizlərdən istifadə olunur.  

 Müəssisənin  aktivləri,  passivləri  və  xüsusi  kapitalının  arasındakı  əlaqə 

mühasibat  uçotunun  əsas  tənliyi  olmaqla  analiz  zamanı  da  əsas  elementlərdən 

biridir: 

                              Aktivlər=Passivlər+Xüsusi kapital 

Maliyyə  analizi  zamanı  əsas  məsələ  ğöstəricilərin  hesablanması  deyil, 

alınmış  nəticələrin  düzgün  şərh  olunmasıdır.  Bu  prosesin  özündə  bir  çox 

ə

məliyyatlar həmçinin də risklidir. Ona görə də müəssisənin maliyyə fəaliyyətinin 



daha  düzgün  təhlili  üçün  maliyyə  tələbatının  təhlili,  maliyyələşmə  mənbələrinin 

təhlili və risklərin təhlilinin də aparılmasını tələb edir.  




63 

 

Beləliklə,  müəssisənin  daha  ümumi  maliyyə  təhlilini  sxemdə  olan  kimi 



təsvir etmək mümkündür: 

   


 

 

 



 

 

 



 

 

 



 

  

                   Şəkil 4. Müəssisənin ümumi maliyyə təhlili sxemi. 



 

AR  “Mühasibat  uçotu”

 

haqqında  qanunda  “maliyyə”  hesabatlarının  tərkibi 



ə

sasən mühasibat balansından və ona əlavə edilən maliyyə nəticələri (mənfəət və 

zərərlər)  və  onların  istifadəsi,  əmlakın,  fondların,  dövriyyə  vəsaitlərinin,  xüsusi 

kapitalın,  pul  vəsaitlərinin,  qeyri-maddi  aktivlərin,  maliyyə  və  kapital 

qoyuluşlarının və s. aktiv və passivlərin hərəkəti haqqında hesabatlardan ibarətdir.  

Ona  görə  də  müəssisənin  maliyyə  təsərrüfatı  fəaliyyətini  təhlil  etmək  üçün 

aşağıdakı maliyyə - mühasibat hesabatlarını istifadə etmək lazımdır.  

1.

  Müəssisə balansı ( Forma № 1) 



2.

  Maliyyə  nəticələri  və  onların  istifadəsi  haqqında  hesabatı                 

(Forma № 2) 

3.

  Müəssisə balansına əlavə  ( Forma № 5) 



Təhlil  zamanı  vergi  bəyannamələrini  də  araşdırmaq  məqsədəuyğun  hesab 

edilir.  

Müəssisənin 

maliyyə 


vəziyyətinin təhlili 

Müəssisənin 

maliyyə 

resurslarına 

tələbatının təhlili 

Maliyyələşdirmə 

mənbələrinin 

təhlili 


Risklərin          

təhlili 


Yeni məqsədlərin, maliyyə   planlarının 

və maliyyə  ehtiyaclarının 

müəyyənləşməsi 

Maliyyə resurslarına tələbatın 

ödənilməsi 



64 

 

Balans  müəssisənin  müəyyən  vaxtda,  məsələn,  hesabat  dövrünün  sonuna 



maliyyə vəziyyətini əks etdirir. AR “Mühasibat uçotu”

 

haqqında qanunda  hesabat 



dövrü  1  yanvar  –  31  dekabr  dövrünü  əhatə  edir,  maliyyə  hesabatları  da  bu 

müddətin əvvəlinə və sonuna olan nəticələri əks etdirir.  

Maliyyə  nəticələri  və  onun  istifadəsi  haqqında  hesabat  müəyyən  müddət 

ə

rzində  müəssisənin  gəlir  və  xərclərini  göstərir,  bütövlükdə  onun  fəaliyyətinin 



səmərəliliyinə qiymət verir.  

Müəssisə  balansına  əlavədə  (Forma  №  5-də)  müəssisənin  xüsusi 

kapitallarının  hərəkəti,  borc  vəsaitlərinin  hərəkəti,    debutor  və  kreditor  borcların 

dəyişməsi, maliyyə qoyuluşları və s. öz əksini tapır.  

Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  müəssisənin  maliyyə  hesabatları 

həmin  müəssisənin  maliyyə  vəziyyətinin  əksidir.  Bu  hesabatlara  baxdıqda 

müəssisənin  xalis  mənfəəti,  debutor  və  kreditor  borcları,  məhsul  satışından  daxil 

olmalar,  müəssisənin  büdcə  qarşısındakı  öhdəlikləri  və  s.  kimi  məlumatlar  bəlli 

olur.  Ancaq  bu  nəticələr  müəssisənin  maliyyə  təhlili  üçün  kifayət  etmir.  Daha 

dərindən təhlil aparmaq üçün müxtəlif üsul və metodlardan istifadə edilir. Hazırda 

ə

saslı maliyyə təhlilləri aparmaq üçün maliyyə əmsalından istifadə edilir. Maliyyə 



ə

msalı  bir  mühasibat  göstəricisinin  digərinə  nisbətidir.  Məlumdur  ki,  müqayisəsi 

heç  bir  iqtisadi  məzmuna  malik  olmayan  göstəricilər  əsasında  maliyyə  əmsalları 

formalaşmır.  Məsələn,  satılan  məhsulun  maya  dəyərinin  qisa  müddətli  borca 

nisbəti  təhlil  üçün  heç  bir  lazımlı  nəticə  vermir.  Ona  görə  də  maliyyə  əmsalları 

müəssisənin fəaliyyətini səmərəli təhlil etmək üçün daha uyğun göstəricilər tətbiq 

edilməlidir. Ümumiyyətlə, müəssisənin fəaliyyətinin səmərililiyinin beş aspektini: 

rentabellik, aktivlərin dövriyyəsi, xüsusi və borc vəsaitləri hesabına maliyyələşmə 

mənbəyi,  likvidliyi  və  bazar  dəyərini  təhlil  etmək  lazımdır.  Maliyyə  əmsallarının 

təhlili həm müəssisənin bu günkü vəziyyətini qiymətləndirməyə imkan verir, həm 

də onun gələcək fəaliyyətini planlaşdırmağa kömək edir.  

Müəssisənin  maliyyə  əmsalları  əsasında    müxtəlif    metodlarının  tətbiqi  ilə 

daha dərin  təhlillər aparmaq mümkündür. Əmsalların analizi müəssisənin bir neçə 

maliyyə təsərrüfat göstəricilərinin əlaqələndirilmə bacarığıdır. Bu metodlardan biri 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə