Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   ...   14   15   16   17   18   19   20   21   22

65 

 

müqayisəli  təhlil  metodudur.  Adətən,  bu  metod  əsasında    müəssisənin  maliyyə 



təhlili  zamanı  həmin  müəssisənin  müxtəlif  dövrlər  üçün  maliyyə  əmsalları 

müqayisə  edilir  və  ya  eyni  sahəyə  aid  digər  müəssisənin  göstəriciləri  ilə 

müqayisəsi aparılır.   

Müəssisənin  bir  neçə  maliyyə  əmsallarının  məzmununa  baxaq.  Likvidlik 

göstəriciləri  müəssisənin  qısa  müddətli  öhdəliklərinin  onun  cari  öhdəlikləri 

ə

sasında  yerinə  yetirmək  bacarığını  xarakterizə  edir.  Əgər  müəssisənin  cari 



aktivləri onun cari öhdəliklərindən çoxdursa, bu müəssisə likvid sayılır. Ona görə 

də  ümumi  likvidlik  əmasalı  cari  aktivlərin  carı  öhdəliklərə  nisbəti  kimi  təyin 

olunur. 

Müəssisənin  cari  aktivləri  ilə  material  ehtiyyatlarının  fərqinin  onun  carı 

öhdəliklərinə nisbəti möhlətli likvidlik  əmsalı adlanır. 

Müəssisənin  ödəniş  qabiliyyətlilik  göstəriciləri  ümumi  aktivlərin  xarici 

öhdəliklərə nisbəti kimi təyin olunur. 

 Ümumi aktivlər> xarici öhdəliklə

Uzunmüddətli  öhdəliklərdə  borcun  qaytarılma  səviyyəsinin  əmsalı 

müəssisənin  mənfəətinin  il  ərzində  ödənilən    ssuda  faizlərinə  nisbəti  kimi  təyin 

olunur: 

Mənfəət/Ödənilən faizlə

Müəssisənin  mənfəətlilik  və  rentabellik  göstəriciləri  aşağıdakı  kimi 

öyrənildikdə daha məqsədəuyğun olur: 

 -Müəyyən  mənfəət  növünün  təqdim  olunmuş  məhsulların  həcminə  olan 

nisbəti satışın mənfəətlilik göstəricisidir; 

-Müəyyən  mənfəət  növünün  müəyyən  qrup  aktivlərə  nisbəti  aktivlərin 

rentabellik göstəricisidir; 

-  Müəyyən  mənfəət  növünün  müəyyən  qrup  öhdəliklərə  nisbəti  kapitalın 

maliyyə mənbələrinin rentabellik göstəricisidir. 

Müəssisənin fondlardan istfadəetmənin səmərəlilik göstəriciləri mal-material 

ehtiyyatlarının dönərlilik əmsalı, debitor və kreditor borclarının dönərlilik əmsalı, 

ümumi satışın ümumi aktivlərə nisbəti əmsalı və s. ilə xarakterizə olunur.  




66 

 

Ümumi  satışın  debitor  borcların  məbləğinə  olan  nisbəti  debitor  borcların 



dönərlilik  əmsalı  adlanır.  Bu  göstəricinin  yüksək  olması  müəssisənin  ödəniş 

qabiliyyətliliyini göstərir. 

Bazar  münasibətlərinin  inkişafı  nəticəsində  müəssisələrin  maliyyə  vəziy-

yətinin təhlili ən mühüm yerlərdən birini tutur. Məsələn, banklar kredit götürmüş 

müəssisənin  onu  geri  qaytara  bilib-bilməməsi  kimi  bir  çox  risk  faltorları  ilə 

qarşılaşırlar.  Ona  görə  də  kredit  qabiliyyətliyinin  analizi  zamanı  götürülmüş 

borcun  tam  və  vaxtında  qaytarılması  vəziyyəti  təyin  edilir,  banklar  tərəfindən  bu 

zaman  hansı  risk  daxilində  nə  qədər  kredit  verilməsi,  eyni  zamanda  digər  şərtlər 

təyin  olunur.  Müasir  şəraitdə  müəssisənin  kredit  qabiliyyətliyinin  təhlili    təkcə 

onun  müəyyən  tarixə  ödəniş  qabiliyyətli  olması  deyil,  həm  də  gələcəkdə  kredit 

ə

məliyyatlarının  mümkün  risklərinin  nəzərə  alınması  ilə  həmin  müəssisənin 



maliyyə dayanıqlığının proqnozlaşdırılması ilə də  əlaqəlidir. Bu şəklidə hər tərəfli 

analiz  aparılması  banka  öz  kredit  resurslarını  səmərəli  idarəetməyə  və  gəlir 

götürməyə  imkan  verir.  Bankların  kreditləşmə  sahəsində  tətbiq  etdiyi  metodlar 

mühasibat  hesabatlarına  əsaslandığından  kredit  götürən  müəssisənin  ancaq  kredit 

qabiliyyətliliyini  qiymətləndirməyə  imkan  verir,  bankların  risk  faktorunu 

minimallaşdırmaq məqsədi ilə daha optimal kredit götürən müəssisəni seçməyə və 

gələcəkdə öz fəaliyyətlərini səmərəli planlaşdırmağa imkan vermir. 

 Kreditləşmə  sahəsində  qəbul  edilmiş  qərarların  əsaslılıq  səviyyəsini 

artırmağa  imkan  verən  mümkün  variantlar  çoxluğundan  ən  rasionalını  seçməyə 

imkan  verən  və  qeyri-səlis  çoxluqlara  əsaslanan  qərar  qəbuletmə  metodunun 

tətbiqinə  baxaq.  Tutaq  ki,  hər  hansı  bir  banka  kredit  almaq  üçün  dörd  müəssisə 

müraciət etmişdir. Bankın vəsaitləri məhdud olduğundan bu müəssisələrdən ancaq 

birinə  kredit  verilə  bilər.  Ona  görə  də  bu  müəssisələrdən  ən  yaxşısını  seçmək 

bankın  qarşısında  bir  məsələ  kimi  qoyulmuşdur.  Bu  məsələdə  müəssisələr 

alternativ variantlardan biridir və bunlardan ən yaxşısı seçilməlidir, а

1

, ...,a

4

 

 ilə bu 


alternativləri işarə edək. Borc alan müəssisələrin kredit qabiliyyətliliyini müəyyən 

etmək üçün onların mühasibat hesabatlarından aşağıdakı cədvəli tərtib edək.

  

 



67 

 

 



Maliyyə göstəriciləri 

Müəssisələr üçün göstəricilərin qiymətləri, manat 

 

a

1

 

a



2

 

a



3

 

a

4

 

Pul vəsaitləri (PV) 

229,1 

946,2 


947,0 

1442


Qısamüddətli  maliyyə  qoyuluşları 

(QMQ) 


394,1 

462,7 


466,4 

2066


,0 

Debitor borcları (DB) 

4639,8 

8391,


8514,

1090


Ehtiyatlar  və xərclər (EX) 

6028,1 


21557

21370


1742

Xüsusi kapital (XK) 

12395,

35247


41244

5393


Qısamüddətli öhdəliklər (QÖh) 

4058,1 


13834

16827


2502

Balansın cəmi (BC) 

16453,

49082


58071

7896


Ümumi gəlir (ÜG) 

59438,


38567

43589


2834

Mənfəət (M) 

16642,

4442,


65384

3401


 

Cədvəl 1. Mühasibat hesabatlarının verilənləri 

 

Bu  verilənlər  əsasında



 

borc  alanın  kredit  qabiliyyətliliyini  xarakterizə  edən 

maliyyə  əmsalları  hesablanır:  (F1)  mütləq  likvidlik  əmsalı,  (F2)  aralıq  örtük 

ə

msalı,  (F3)  ümumi  örtük  əmsalı,  (F4)  maliyyə  sərbəstlik  əmsalı,  (F5)  məhsulun 



rentabellik  əmsalı.  Bu  sayılan  əmsallar  müəssisənin  kredit  qabiliyyətlilik 

keyfiyyətinin kriteriyalarıdır və aşağıdakı formulalarla hesablanır:

 

F

1



௉௏ାொெொ


ொÖ௛

;       F

2



௉௏ାொெொା஽஻



ொÖ௛

;   F


3

௉௏ାொெொା஽஻ାா௑



ொÖ௛

;            

 F

4

=



 

௑௄

஻஼



;               F

5



 ெ

Ü

;            



 

Bu keyfiyyət kriteriyalarının qiymətləri aşağıdakı cədvəldə göstərilmişdir



 

Keyfiyyət kriteriyası 

 

Müəssisə üçün kriteriyaların qiymətləri 



Normativ qiymətlər 

 

а



1

 

a



2

 

a



3

 

a

4

 

F

1

 

0,15


0,10

0,0


0,1

0,1-0,25 



F

2

 

1,29



0,71 

0,5


0,5

0,5-1,0 


F

3

 

2,78 



2,27 

1,8


1.2

1,0-2,5 


F

4

 

0,75 



0,72 

0,7


0,6

0,6 


F

5

 

 

0,28 



 

0,11 


 

0,1 


 

0,1 


 

Nə qədər böyük olsa, 

 yaxşıdır 

 

Cədvəl  2.    Müəssisənin  keyfiyyət  kriteriyalarının  hesablama  və  normativ 



qiymətləri 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə