Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

50 

 

Ə



S-nın      ən      mühüm      funksiyalarından      biri     islifadəçilər tərəfındən həll 

edilən məsələlərdə informasiyanın girişi və çıxışı proseslərinin, tətbiqi məsələlərin 

yerinə yetirilməsinin idarə edilməsinin avtomatlaşdırılmasından ibarətdir. 

Şə

bəkə  əməliyyat  sistemləri  lokal  və  qlobal  hesablama  kompüter 



şə

bəkələrinin  meydana  gəlməsilə  əlaqədardır  və  istifadəçinin  hesablama 

şə

bəkəsinin bütün resurslarına müraciətini təmin etmək üçündür. Şəbəkə əməliyyat 



sistemlərinə isə Net Ware, Windows NT, Banyan Vines, IBMLAM, UNIX, Solaris 

və s. aid etmək olar. 

Servis  proqram  təminatı  kompüterlə  iş  zamanı  istifadəçiyə  əlavə  xidmətlər 

göstərilməsini  təmin  edən  və  əməliyyat  sistemlərinin  imkanlarını  genişləndirən 

proqram  məhsullarının  məcmusundan  ibarətdir.  Servis  proqram  vasitələri 

funksional imkanlarına görə aşağıdakı vasitələrə ayrıla bılər: istifadəçi interfeysini 

yaxşılaşdıran vasitələr, məlumatları dağılmaqdan və yol verilməyən müraciətlərdən 

mühafızə  edən  vasitələr;  məlumatları  bərpa  edən  vasitələr;  disklə  əməli  yaddaş 

qurğusu arasında məlumatlar mübadiləsini sürətləndirən vasitələr; arxivləşdırən və 

arxivləri açan vasitələr və antivirus vasitələri. 

Təşkilati  və  reallaşdırma  üsullarına  görə  servis  proqraın  vasitələri  örtüklər, 

utilitlər və avtonom proqramlar şəklində verilə bılər. Örtüklər və utilitlər arasındakı 

fərq  çox  zaman  örtüklərin  universallığında  və  sonrakıların  ixtisaslaşdırılmasında 

özünü göstərir. 

Örtüklər ƏS-nin üstqurumu olmaqla əməliyyat örtükləri adlandırılır. 

Utilitlər  və  avtonom  proqramlar  dar  çərçivədə  ixtisaslaşmaqla  hər  biri 

özünəməxsus  funksiyaları  yerinə  yetirir.  Lakin  utilitlər  avtonom  proqramlardan 

fərqli  olaraq  müvafiq  örtüklər  mühitində  yerinə  yetirilir.  Bununla  yanaşı  onlar 

(utilitlər)  öz  funksiyalarında  əməliyyat  sisteminin  proqramları  və  digər  utilitlərlə 

rəqabət  aparır.  Ona  görə  də  servis  proqram  vasitələrinin  bu  cür  təsnifləşdirilməsi 

kifayət qədər səthi və son dərəcə şərtidir. 

Örtüklər istifadəçiyə keyfıyyətcə yeni interfeys təqdim etməklə onu əməliyyat 

sisteminin əməliyyallarını və əmrlərini detallarına qədər öyrənməkdən azad edir. 

Antivirus  proqram  vasitələri  vırusların  diaqnostikasını,  yəni  aşkara 




51 

 

çıxarılmasını və müalicəsini (neytrallaşdırılmasını) təmin edir. 



Proqramlaşdırma 

dilinin 


transilyatoru 

dedikdə 


proqram 

mətninin 

proqramlaşdırma dilindən maşın dilinə tərcümə edilməsini həyata kecirən proqram 

nəzərdə  tutulur.  Özündə  geniş  proqram  dilini,  translyatoru,  maşın  dilini,  standart 

proqramlar  kitabxanasını,  translyasiya  edilmiş  proqramların  sınaqdan  keçirilməsi 

vasitələri  və  onların  vahid  tam  halına  gətirilməsi  vasitələrini  birləşdirən 

kompleksinə  proqramlaşdırma  sistemi  deyilir.  Proqramlaşdırma  sistemində  olan 

translyator  giriş  dilındə  yazılmış  proqramı  konkret  EHM-in  maşın  əmrləri  dilinə 

tərcümə edir. Proqramlaşdırmanın giris dilindən tərcümə edilməsi üsulundan asılı 

olaraq translyator kompilyatorlara və interpretatorlara ayrılır.  

Kompilyasiya  prosesində  proqram  maşın  dilində  olan  obyekt  modulları 

yığımına  çevrilir,  sonradan  onlar  yerinə  yetirilmək  üçün  hazır  olan  və  maqnit 

diskində  fayl  şəklində  saxlanılan  vahid  maşın  proqramında  yığılır.  Bu  proqram 

təkrar translyasiya edilmədən dəfələrlə yerinə yetirilə bilər.   

nterpretator  ilkin  proqramın  addım-addım  translyasıya  edilməsini  və 

operatorların  təxirə  salınmadan  yerinə  yetirilməsini  həyata  keçirir.  Bu  zaman 

proqramlaşdırmanın giriş dilinin hər bir operatoru maşın dilinin bir və ya bir neçə 

ə

mrinə translyasiya edilir və onlar da diskdə saxlanmadan dərhal yerinə yetirilir. 



Beləliklə,  proqram  interpretasiya  edilən  zaman  maşın  dilində  saxlanılmır  və 

ona  görə  də  ilkin  proqram  hər  dəfə  yerinə  yetirilməyə  buraxılarkən  onu  yenidən 

(addım-addım)  translyasiya  etmək  lazım  gəlir.  Kompilyatorla  müqayisədə 

interpretatorun başlıca üstünlüyü onun sadə olmasıdır. 

Proqramlaşdırmanın  giriş  dili  aşağı  səviyyəli  dil  hesab  edilən  maşın  dilinə 

nisbətən daha yüksək səviyyəli dil sayılır. Proqramlaşdırma sistemində Assembler 

giriş  proqramlarşdırma  dilindən  və  Assembler-kompilyatordan  ibarət  kompleks 

olan Assemblerlər xüsusı yer tutur. Assembler maşın əmrlərinin mnemonik (şərti) 

yazılışından  ibarət  olmaqla  maşın  dilində  yüksək  effektli  proqramları  almağa 

imkan  verir.  Bununla  yanaşı  Assemblerdən  isrifadə  edilməsi  proqramlaşdırıcıdan 

yüksək  ixtisas  səviyyəsi,  proqramın  tərtibinə,  sazlanmasına  çoxlu  vaxt  sərf 

olunmasını tələb edir. 




52 

 

Texniki  xidmət  proqramları  kompüterlərin  iş  prosesində  və  ya  bütövlükdə 



hesablama  sistemində  səhvlərin  diaqnostikası  və  aşkara  çıxarılmasının  proqram-

aparat  vasitələrinin  məcmusundan  ibarətdir.  O,  özünün  tərkibində  EHM-nin  və 

onun  ayrı-ayrı  hissələrinin  düzgün  işləməsinin  diaqnostikası  və  test  nəzarəti 

vasitələrini,  bu  hissələrin  EHM-də  avtomatik  üsulla  səhvlərin  və  nasazlıqların 

axtarılıb  tapılması,  onların  müəyyən  qaydada  lokallaşdırılması,  bütövlükdə 

informasıya  sisteminin  hesablama  mühitinin  diaqnostikası  və  nəzarətinin  xüsusi 

proqram vasitələrini, o cümlədən hesablama sisteminın iş növbəsi başlanana qədər 

məlumatların  işlənmə  sisteminin  iş  qabiliyyətinin  avtomatik  yoxlanmasını  həyata 

keçirən proqram-aparat nəzarəti vasitələrini birləşdirir. 

qtisadi  informasıyanın  işlənmə  fexnologiyalarının  tətbiqi  proqram 

təminatının  başlıca  təyinatı,  istifadəçinin  konkret  məsələlərinin  işlənıb 

hazırlanması  və  yerinə  yetirilməsindən  ibarətdir.  Tətbiqi  proqram  təminatı  baza 

proqram təminatının  və xüsusilə əməliyyat sistemlərinin idarəçiliyi altinda işləyir. 

Onun  tərkibinə  aşağıdakılar  daxildir:  müxtəlif  təyinatlı  tətbiqi  proqram  paketləri; 

istifadəçinin və bütövlükdə informasiya sisteminin işçi proqramları. 

Tətbiqi  proqram  paketləri  (TPP)  istifadəci  tərəfindən  həll  edilən  məsələlərin 

avtomatlaşdırılmasının  ən  güclü  vasitəsi  olmaqla  informasıyanın  işlənməsində 

kompüterin  yerinə  yetirdiyi  bu  ya  digər  funksiyalar  və  proseduralar  haqqında 

zərurı  biliklərə  yiyələnməsi  lüzumunu  praktiki  surətdə  tamamilə  aradan  qaldırır. 

Hazırda özlərinin funksional imkanlarına və onların reallaşdırılması üsullarına görə 

biri-birindən fərqlənən TPP-nin geniş spektri mövcuddur. 

Tətbiqi  proqram  paketləri  müəyyən  sinfə  aid  olan  məsələlərin  həlli  üçün 

nəzərdə tutulmuş proqramlar kompleksindən ibarətdir, 

Ümümi  təyinatlı  TPP  istifadəçinin  funksional  məsələlərinin,  bütövlükdə 

informasıya  sisteminin  işlənib  hazırlanması  və  istismarının  avtomatlaşdırılması 

üçün nəzərdə tutulan universal proqram məhsullarıdır. 

Redaktorlar  ümumi  təyinatlı  TPP-də  mətnlərin,  sənədlərin,  qrafiki 

məlumatların və təsvirlərin yaradılması və dəyişdirilməsi məqsədilə istifadə edilir. 

Onların  vasitəsilə  müəssisədə  (fırmada)  sənəd  dövriyyəsinin  avtomatlaşdırılması 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə