4
Maşınları (EHM), müasir kompüterlər, məlumatları maşın daşıyıcılarında
hazırlayan vasitələr, intellektual sistemlər, informasiyanı yığan və qeyd edən
vasitələr, məlumatları rabitə kanalları ilə ötürən vasitələr, digər köməkçi
avadanlıqlar və təşkilat texnikası vasitələri) aiddir. Lakin informasiya
texnologiyalarının inkişaf etdiyi bir dövrdə qeyri-səlis informasiyanın işlənməsi öz
aktuallığı ilə mühüm əhəmiyyətə malikdir.
Tədqiqatın məqsədi: Tədqiqatın əsas məqsədi informasiya iqtisadiyyatının
inkişaf
xüsusiyyətlərinin
araşdırılması
və
qeyri-səlis
informasiya
texnologiyalarının informasiya iqtisadiyyatının inkişafına təsir imkanlarının
öyrənilməsindən ibarətdir.
Tədqiqatın predmeti: Tədqiqatın predmeti kimi informasiya iqtisadiyyatı,
qeyri-səlis informasiya texnologiyaları, informasiya və kommunikasiya
texnologiyalarının iqtisadiyyatda tədbiq istiqamətlərinin tədqiqi çıxış edir.
Tədqiqatın nəzəri əsaslarını iqtisadi elmi klassiklərinin, müasir Qərb
iqtisadçılarının əsərləri ilə yanaşı müasir dövrdə rus və Azərbaycan iqtisadçı
alimlərinin tədqiqatları, həmçinin tədqiqatçının fərdi yanaşması təşkil edir. Magistr
dissertasiyasının yazılmasında iqtisadi nəzəriyyə, informasiya iqtisadiyyatı,
informasiya cəmiyyəti, qeyri-səlis mühit, biliklərə əsaslanan iqtisadiyyat və digər
elmlərin müddəalarından geniş istifadə edilmişdir.
Tə dqiqatın metodoloji bazasını iqtisad elminin əsaslandığı elmi - tədqiqat
metodlarının geniş spektri və problemin tədqiqində elmi abstraksiya, tarixi və
məntiqi əlaqə, induksiya, deduksiya, analiz və sintez metodlarından istifadə
edilməklə faktlar yığılıb-ümumiləşdirilmiş, onlar arasında qanunauyğun və
təsadüfi əlaqələr müəyyənləşdirilmiş xarakterik əlamətlər aşkara çıxarılmış,
həmçinin müasir inkişaf xüsusiyyətlərini və təmayüllərini izah edən bir çox xarici
ölkə alimlərinin elmi mülahizələri və nəticələri təşkil edir.
Elmi yenilik: Magistr dissertasiyasının elmi yeniliyi informasiya
iqtisadiyyatının formalaşması xüsusiyyətləri, informasiya iqtisadiyyatının
inkişafına təsir edən amillər, informasiya iqtisadiyyatının inkişafında qeyri-səlis
5
informasiya texnologiyalarının tətbiq istiqamətlərinin öyrənilməsi və tətbiqi
barəsində təklif və tövsiyələrin hazırlanmasından ibarətdir.
Nə zə ri və tə crübi ə hə miyyə ti aparılan tədqiqatın əsas nəticə və elmi
müddəalarından təkliflər və tövsiyələrdən, informasiya iqtisadiyyatının inkişaf
edilməsi və qeyri-səlis informasiya texnologiyalarının tətbiqinin perspekivləri və
problemlərinin öyrənilməsində lazımi modernləşdirmənin həyata keçirilməsidir.
nformasiya mə nbə yi müxtəlif beynəlxalq təşkilatların dövrü nəşrləri,
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Mərkəzi Bankın, Rabitə
və
nformasiya
Texnologiyaları
Nazirliyinin,
qtisadiyyat
Nazirliyinin
məlumatlarından ibarətdir.
şin strukturu və həcmi.
Aparılmış tədqiqat işi giriş, üç fəsil, nəticə və
təkliflərdən ibarətdir. Girişdə işin aktuallığı, tədqiqatın istiqamətləri göstərilir və
tədqiq ediləcək problemlər müəyyənləşdirilir.
Magistr dissertasiya işinin birinci fəslində informasiya iqtisadiyyatının nəzəri
aspektləri və informasiya iqtisadiyyatının formalaşmasının əsas xüsusiyyətləri
tədqiq edilmişdir.
Dissertasiya işinin ikinci fəslində qeyri-səlis informasiya texnologiyalarında
süni intellekt proqramı və qeyri-səlis informasiya texnologiyalarının inkişafına
təsir edən proqram təminatı araşdırılmışdır.
Magistr dissertasiya işinin üçüncü fəslində qeyri-səlis mühitdə informasiya
texnologiyalarından istifadə etməklə müəssisənin maliyyə fəaliyyətinin təhlilinin
ə
sas xüsusiyyətləri və qeyri-səlis mühitdə müəssisənin maliyyə fəaliyyətinin
təhlilinin inkişaf perspektivləri öyrənilmişdir.
ş
in sonunda isə məntiqi yekunu olaraq nəticə və təkliflər və ədəbiyyat
siyahısı verilmişdir.
6
FƏ S L I. NFORMAS YA QT SAD YYATININ NK Ş AFININ
KONSEPTUAL Ə SASLARI
1.1. nformasiya iqtisadiyyatının nə zə ri aspektlə ri
nformasiya iqtisadçı elm adamları üçün artıq yarım əsrdən çoxdur ki, böyuk
maraq doğurur. Hələ XX əsrin 40-cı illərində Amerika alimləri Klod Şennon
(1916-2001) və Nobert Viner (1894-1964) tərəfindən informasiyanın kəmiyyət
nəzəriyyəsi formalaşdırılmışdır. Lakin bununla belə müasir zamanda
“informasiya” anlayışına birmənalı təyinat vermək yenə də çətin olaraq qalır.
Ensiklopedik nəşrlərdə “informasiya” anlayışının latınca “informatika”
sözündən yarandığı gostərilir. Materialist fəlsəfə nöqteyi-nəzərindən informasiya
məlumatların (məlumatvermənin) köməyi ilə real dünyanın təsviri kimi nəzərdən
keçirilərək dəyərləndirilir.
Məlumatvermə isə informasiyanın nitq, mətn, şəkil, rəqəmsal göstərici,
qrafik, cədvəl və s. təqdimatlar forması kimi səciyyələndirilir. Çağdaş zamanda
informasiya çox mühüm resurs kimi bəşər cəmiyyətinin əsas hərəkətverici
qüvvələrindən biri hesab olunur. O, idrakımızdan asılı olmadan mövcuddur və
bizim qavrayışda mütaliənin, siqnal formasında alınmanın, stimulların qarşılıqlı
təsirinin nəticəsi kimi əksini tapır. nformasiya çoxtəsvirlik vəziyyətində istənilən
material obyektdə mövcuddur və bir obyektdən digərinə qarşılıqlı hərəkət prosesi
ilə öturulur. Maddi dunyada, canlı təbiətdə, bəşər cəmiyyətində baş verən
informasiyalaşdırma prosesləri demək olar ki, elmin bütün sferalarında nəzərə
alınır və öyrənilir. Ayrılıqda isə informasiya özünün konseptual təyinatını
“informatika” elmində tapır. Ötən əsrin ortalarında kibernetikadan ayrılaraq
müstəqil elm sahəsinə cevrilən informatikanın predmetini də məhz informasiyanın
yaranma metodu, qəbulu, emalı və ötürülmə göstəriciləri xarakterizə edir.
Umumi elmi anlamda informasiya insanlar arasında, həmçinin insanlar və
qurğular arasında məlumat, canlı və cansız təbiətlə siqnallar mübadiləsini əks
Dostları ilə paylaş: |