Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   ...   14   15   16   17   18   19   20   21   22

53 

 

həyata keçirilir. Redaktorlar funksional imkanlarına görə mətn, qrafik və nəşriyyat 



sisteminin redaktorlarına ayrılır. 

Mətn  redaktorları  mənt  informasiyasının  işlənməsi  üçün  nəzərdə  tutulmaqla 

aşağıdakı  əsas  funksiyaları  yerinə  yetirir:  mətnin  fayla  yazılması;  mətnə  əlavələr 

edilməsi,  fraqmentlərin  çıxarılması,  simvolların,  sətrlərin  və  fraqmentlərin 

dəyişdirilməsi;  mətndə  orfoqrafiya  qaydalarının  yoxlanılması;  müxtəlif  şriftlərlə 

mətnin  formatlaşdırılması;  mətnin  formasının  qaydaya  salınması;  başlıqların 

hazırlanması;  mətnin  səhifələrə  bölünməsi;  sözlərin  və  ifadələrin  axtarışı  və 

dəyişdirilməsi;  mürəkkəb  olmayan  təsvirlərin  mətnə  daxil  edilməsi;  mətnin  çap 

edilməsi. 

Qrafik redaktorlardan qrafik sənədlərin, o cümlədən, diaqramların, təsvirlərin, 

cizgilərin  və  cədvəllərin  işlənilməsi  üçün  onların  köməyilə  fiqur  və  şriftlərin 

ölçülərinin,  fiqur  və  hərflərin  yerdəyişmələrinin  idarə  edilməsi  və  ixtiyari 

təsvirlərin formalaşdırılması mümkündür. 

Nəşriyyat  sistemləri  mətn  və  qrafik  redaktorların  imkanlarını  özündə 

birləşdırir,  qrafik  materialların  formalaşdırılması  va  sonradan  onların  çapa 

çıxarılması sahəsində əlavə geniş imkanlara malikdır. Ona görə də bu sistemlərdən 

nəşriyyat işində daha çox islifadə olunur. 

Cədvəl  məlumatlarının  işlənməsi  üçün  nəzərdə  tutulan  tətbiqi  proqram 

paketlərinə  elektron  cədvəllər  deyilir.  Cədvəl  məlumatları  onun  sütun  və 

sətirlərinin  kəsişmələrində  yerləşən  yuvalarda  saxlanılır.  Həmin  yuvalarda  ədədi 

məlumatlar, simvol məlumatları və düsturar saxlanıla bilər. Düsturlar bir yuvanın 

qiymətinin  digər  yuvalardakı  məlumatlardan  asılılığını  göstərir.  Bir  yuvanın 

məlumatının  dəyişməsi  ondan  asılı  olan  digər  yuvanın  qiymətlərinin  dəyişməsinə 

səbəb olur. 

nteqrasiya  edilmiş  paketlər  ümumi  təyinatlı  tətbiqi  proqram  paketlərini 

funksiyalarına  görə  fərqləndirən,  müxtəlif  proqram  komponentlərini  özündə 

birləşdirən  TPP-dir.  Müasir  inteqrasiya  edilmiş  TPP-nin  tərkibinə  mətn 

redaktorları,  elektron  cədvəllər,  qrafik  redaktorlar,  mərkəzləşdirilmiş  bazanı 

idarəetmə  sistemləri  və  kommunikasiya  modulu  daxildir.  nteqrasiya  edilmiş 



54 

 

paketə əlavə modullar kimi, digər komponentlər də daxil edilə bilər. Komponentlər 



arasında  informasıya  əlaqələri  müxtəlif  məlumatların  təqdım  edilməsi 

formatlarının  unifikasiyası  yolu  ilə  təmin  olunur.  Müxtəlif  komponentlərin  vahıd 

sistemdə inteqrasiyası istifadəçiyə sözsüz böyük imkanlar verir. 

CASE-texnologiyadan,  adətən,  layihələrin  kollektiv  reallaşdırılması  və  bu 

layihələrdən  müxtəlif  peşələrdən  olan  mütəxəssislərin  (sistem-analitiklərin, 

layihəçilərin,  proqramlaşdırıcıların  və  s.)  iştirakı  tələb  olunan  mürəkkəb 

informasiya  sistemləri  yaradılan  zaman  istifadə  olunur.  CASE-texnologiya 

dedikdə,  predmet  sahəsinin  təhlili,  layihələndirilməsi,  proqramlaşdırılması  və 

informasıya  sisteminin  istismarı  metodologiyasını  özündə  birləşdirən  və  bu 

sistemin işlənib hazır1anma prosesinın avtomatlaşdırılması vasitələrinin məcmusu 

başa  düşülür.  Bu  vasitələrin  sistemin  fəaliyyətinin  bütün  mərhələlərində  tətbiq 

edilməsi qarşıya cıxan məsələlərin həllini xeyli sadələşdirir. 

qtisadiyyatda  və  sosial  sferada  informasıyanın  işlənməsi  vasitələrinə  qarşı 

qoyulan  tələblərin  daim  artması  mütəxəssislərin  məntiqinə  və  təcrübəsinə 

ə

saslanan 



evristik 

və 


qeyri-formal 

məsələlərin 

həlli 

proseslərinin 



kompüterləşdirilməsini stimullaşdırır. 

 

 



 

 



55 

 

 



FƏS L III.  NFORMAS YA  QT SAD YYATINDA QEYR -SƏL S 

NFORMAS YA TEXNOLOG YALARININ TƏTB Q  ST QAMƏTLƏR  

 

3.1. Qeyri-səlis mühitdə informasiya texnologiyalarından istifadə 

etməklə müəssisənin maliyyə fəaliyyətinin təhlilinin əsas xüsusiyyətləri 

 

Müəssisənin    maliyyə    dayanıqlığının    olması    həmin    müəssisənin  



uzunmüddətli    stabil    fəaliyyət    göstərə    bilməsini    əks    etdirir.  O    müəssisənin  

kreditorları    və    investorları    ilə    əlaqəsini    xarakterizə    edir.  Müəssisənin  

özünəməxsus    kapitalı    ilə    borc  vasitələri    arasında    olan    nisbəti    göstərir. 

Müəssisənin    özünəməxsus    likvid    kapitalı    onun    bütün    borc    öhdəçiliklərini  

örtmədiyi  hallarda  və  iri  kreditorları  öz  vəsaitlərinin geri qaytarılmasını  tələb 

etdikdə  müəssisənin  müflisləşməsi  təhlükəsi  yaranır. Eyni  zamanda  da  borc  

vəsaitlərindən  istifadə  edilməsi  müəssisənin  maliyyə  dayanıqlığı  təhlil  etdikdə  

onun  gəlirlilik və  risklilik  səviyyəsini  əks  etdirən  göstəricilər  sistemini  təhlil  

edilib  qiymətləndirilməlidir. 

Elə    müəssisələrin    maliyyə    dayanıqlığı    mövcud    olur    ki,  onlar    öz  

vəsaitləri  hesabına  aktivlərini (əsas fondlarını, dövriyyə  vəsaitlərini, qeyri-maddi  

aktivlərini)  formalaşdırır,  özünü    doğrultmayan    debitor    və    kreditor    borc  

öhdəçilikləri  yaratmır, borc  öhdəçiliklərini  vaxtında  və  öz  vəsaitləri  hesabına  

yerinə  yetirir, ödəyir. 

Maliyyə    dayanıqlığının    təhlil    edilməsinin    başlıca    məsələlərinə  

müəssisənin  aktivlərinin  və  passivlərinin  dəyərinin  və  strukturunun  müəyyən  

edilməsi    aid  edilir.  Bu    yolla    müəssisənin    maliyyələşmə    baxımından    nə  

dərəcədə    asılı    olmasını;  kreditorlardan,  investorlardan    asılılığının    artması    və  

yaxud    da    azalmasını;  onun    aktivlərinin    və    passivlərinin    sərbəst    maliyyə-

təsərrüfat    fəaliyyəti    göstərməsi    üçün    şərait    yaradıb-yaratmamasını    müəyyən  

etmək  və müvafiq  nəticə  əldə  etmək  olar. Müəssisənin  aktivlərinin  hər  birinin  

həcminə    və    əmlakının    ümumi    dəyərinə    görə    müəssisənin    maliyyə  




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə