Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

36 

 

hazırda  ekspert  sistemləri  və  süni  intellekt  sahəsində  standart  bir  təsvir  halına 



gəlmişdir. 

Bir  şəbəkə,  təpə  kimi  təyin  olunan  obyektlərin  tamıdır.  Təpələr  bir-birinə 

oxlarla və bağlayıcılarla birləşdirilir. Şəbəkədəki təpələr, obyektlərə, hadisələrə və 

ya anlayışlara qarşılıq gəlir. Oxlar göstəriləcək biliyin  növünə görə bir çox şəkildə 

təyin  oluna  bilər.  Obyektlər,  ümumi  termin  olaraq  iş  sahələri  və  əlamətlər, 

ümumiyyətlə,  təpə  olaraq  göstərilir.  Təpələr  arasını  birləşdirən  istiqamətlənmiş 

bağlayıcılar, belə təsnif olunurlar. 

“HAS_A”  BAĞLAYICISI: “HAS_A” bağlayıcıları, əlamət  təpələrini ümumi 

termin təpələrinə və ya obyekt təpələrinə bağlayırlar. Beləcə o, ümumi terminin və 

ya  obyektin  bir  əlamətə  sahib  olduğunu  ifadə  edir.  "Mavi  Göz"  ifadəsində 

obyektin,  "Aysenlin  bir  çantası  var"    ifadəsində  ümumi  bir  terminin  bir  əlamətə 

sahib olduğu ilə əlaqədar nümunələrdir. 

“IS_A”    BAĞLAYICISI:  Obyekt  təpələrini  ümumi  termin  təpələrinə  və  

ə

ksinə ümumi termin təpələrini obyekt təpələrinə bağlayır. 



Bunlardan başqa  istifadə edilən başqa bağlayıcılar da vardır. Bunlardan biri 

“WORK-FOR”  bağlayıcısı  olub,  bir  işçinin,  məsələn,  kim  üçün  işlədiyini 

göstərmək üçün istifadə edilir. Digər bir bağlayıcı “CAUSED-BY”  bağlayıcısıdır 

ki,  ondan  bir  hadisənin  səbəbini  göstərmək  üçün  istifadə  edilir.  ki  obyekt 

arasındakı bağlılığı göstərmək üçün istifadə edilən digər bağlayıcı isə “IS-PART-

OF” bağlayıcısıdır. 

Semantik  şəbəkələrin  iki  üstünlüyü  vardır.  Bunlardan  birincisi,  elastiklikdir. 

Bu  xüsusiyyəti  sayəsində  yeni  bir  düyün,  quruluşa  əlavə  oluna  bildiyi  kimi, 

mövcud olan düyünlər arasında yeni əlaqələr də təyin oluna bilər. Digər üstünlüyü 

isə  düyünlərdən  əlaqələri  irsi olaraq  ala  bilmə  qabiliyyətidir.  Semantik şəbəkənin 

ə

n  pis  tərəfi  isə,  əlaqələrin  və  düyünlərin  təyin  olunması  üçün  standart  bir 



quruluşun olmamasıdır.  

Semantik şəbəkəyə aid aşağıdakı nümunəyə baxaq. 




 

Şə

kil 1. Masa üz



 

Biliklərin  təsvirinin  produksion  modeli 

sistemlərinin  yaradılmasında 

sahəsinə aid olan biliklə

tərəfi  olur  ki,  sağ  hiss

 

Masa üzərindəki qutular və aralarındakı semantik 



svirinin  produksion  modeli  ən  sadə  model  olub

rinin  yaradılmasında  ən  çox  istifadə  olunur.  Bu  model 

ə

r qaydalar şəklində təqdim olunur, bu qaydaların sa



ğ

  hissədə  predmet  sahəsini  xarakterizə

37 

aralarındakı semantik əlaqə 



model  olub,  ekspert 

olunur.  Bu  model  əsasında  predmet 

qdim olunur, bu qaydaların sağ və sol 

ə

  edən  göstəricilərin 




38 

 

vəziyyəti,  sol  hissədə  isə  o  vəziyyətə  uyğun  olan  nəticə  qeyd  olunur.  Modelin 



ümumi yazılış forması  

Ə

gər (şərt ), onda (nəticə



 

formasında  olan  qaydalara  istinad  edir.  Şərt  hissəsində  predmet  sahəsinin 

atributları onların müəyyən halına uyğun olaraq təsvir olunur. 

Nəticə hissəsində isə bu hala uyğun olan vəziyyət və yaxud hərəkət göstərilir. 

Bu baxımdan produksion model hərəkət modeli də adlanır. 

Bilikləri  qaydalar  şəklində  təsvir  etmək  üçün  predmet  sahəsinə  aid  olan 

müəyyən  müəyyən    fikir,  mülahizə  şərt  cümləsinə  gətirilir.  Məs:  “Uçan  obyektin 

qanadı varsa, bu ya quşdur ya da təyyarədir”.  Bu mülahizələri qaydalar şəklində 

ifadə etdikdə onun şərt və nəticə hissəsi dəqiqləşdirilir və konkret ifadə olunur. 

Produksion  modelin  şərt  hissəsinə  onun  anti-insident,  nəticə  hissəsinə 

konsepdent deyilir. Bu hissələr bir və ya bir neçə hissədən ibarət ola bilər. 

Produksion  modelin  digər  modellərdən  bir  sıra  üstün  cəhətləri  vardır.  Ən 

üstün cəhəti odur ki, predmet sahəsinə aid olan yeni bir qaydanın əlavə olunması  

və yaxud bazadan çıxarılması digər qaydalara təsir göstərmir. Bu modelin sadə və 

çox işlək olmasına baxmayaraq bir sıra çatışmazlığı vardır. Ən böyük çatışmazlığı 

qaydaların  sayının  çox  olması  ilə  bağlıdır.  Qaydaların  sayı  çox  olduqca  şərtlərin 

təkrarlanma  ehtimalı  müəyyən  nəticələrin  alınması  üçün  şərtlərin  ziddiyətlilik 

problemi ortaya çıxır. 

Obyekt-Xüsusiyyət-Dəyər üçlüyü 

Biliyin təsvirinin digər forması olan bu üsul, biliyin  hansı mövzuda olduğuna, 

növünə və dəyərinə görə biliyi  saxlama məntiqinə  əsaslanır. Məsələn "Əhmədin 

iki gözü var" faktı  bu bilik təsviri vasıtəsi ilə aşağıdakı şəkildə göstərilə bilər. 

Obyekt 

Ə

hməd 




39 

 

Xüsusiyyət 



Göz sayı 

Dəyər 


ki (2) 

 

Obyekt-xüsusiyyət-dəyər  (OXD)  ölçüləri  ilə  semantik  şəbəkələr  arasında 



oxşarlıqlar  vardır.  OXD  ölçülərindəki  obyekt  və  dəyərlər  semantik  şəbəkələrdə 

düyünlərə,  xüsusiyyət  isə  bu  düyünlər  arasındakı  bağa  qarşılıq  olur.  Qeyri-

müəyyən  bilik    nəzərə  alınsa,  bu  vəziyyətdə  haqqında  danışılan  ölçülər  daha  da 

genişləndirilə bilər. 

“Frame” modeli 

Biliyin daha çox istifadə olunan təsvir metodlarından biri də Frame modelidir. 

Freymler  xüsusilə  interaktiv  biliyi    bilik  bazasında  saxlamaq  üçün  istifadə  edilir. 

Freymlər hər hansı bir şəxs ya da hadisə haqqında yaxşı bilinən ya da ümumiləşmiş 

xüsusiyyətləri  bir  yerə  gətirməkdə  olduqca  əlverişlidir.  Bir  Frame 

standartlaşdırılmış  bir vəziyyəti göstərmək üçün bilik quruluşudur. Hər bir freymə 

bağlı olan bir çox bilik növü vardır. Bu biliklərin bir qismi freymin necə istifadə 

ediləcəyi  ilə    əlaqə  bilikdir,  digər  bir  qismi  istifadəçinin  sonrakı  mərhələdə  nə 

olacağını təxmin etməsi ilə əlaqədardır. Bəziləri isə bu təxminlər reallaşmadığında 

nələr ediləcəyini ilə bağlıdır. 

Freymlər  ierarxik  şəkildə  təşkil  olunur.  Bu  səbəbdən  freymlərin  daha  üst 

səviyyədəki  təpələrlə  əlaqələri  irsi  quruluşa  malikdir,  freymin  quruluşu  biliyin 

təsviri  üçün  güclü  bir  mexanizmdir.  Xüsusilə  irsi  olma  xüsusiyyətləri  səbəbi  ilə 

freymlər  daha  yığcam  biliyin  saxlanmasına  imkan  verir.  Biliyin  yığcam 

saxlanması,  axtarış  üçün  də  daha  az  vaxtın  sərfinə  səbəb  olur.  Freymlərin  mənfi 

cəhətləri onların çətin olmasıdır. 

Freymin  quruluşu  da  daha  əvvəl  təyin  olunan  biliyin  təsvir  metodlarına 

bənzəyir. Bir freym,  ierarxiya içində təşkil edilən düyünlər və tillər şəbəkəsidir. 

 Freym nümunəsi aşağıda göstərilmişdir.  



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə