Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

33 

 

üçün bilik əhəmiyyətli olduğundan ədəbiyyatda bəzən ekspert sistemlərini   “bilik 



ə

saslı sistemlər” də adlandırırlar. 

Biliyin növləri 

Bilik bir neçə istiqamətdən təsnif oluna bilər. 

Sadə nisbi bilik (Simple RelationalKnowledge) 

rsi Bilik (Inheritable Knowledge)  

Məntiqi olaraq alınan bilik (Inferential Knowledge) 

Prosedural bilik (Procedural Knowledge) 

Dekleratif bilik (Declerative Knowledge) 

Ekspert sistemlərinin biliyin  ən ümumi təsnifatında 2 növ bilik ayırd edilir. 

Prosedural bilik ( fakt və proseslerin toplanması )   

Dekleratif  bilik ( faktların göstərilməsi )  

Dekleratif  üsulda  “nələr  bilinməli?”  sualının  cavabını  verərkən,  prosedural 

üsulda  isə  “necə,  nə  şəkildə  meydana  gəlib?”  sualına  cavab  verilir. 

        Dekleratif    bilik  -  xüsusi  bir  problem  sahəsindəki  obyektlər,  hadisələr  və  

bunların bir-biri ilə əlaqələri haqqındakı faktları təsvir edir. Dekleratif üsul, məntiq 

ə

saslı əlaqəli yanaşmalara söykənər. Əlaqəli  modellər, ağac strukturlar, qraflar ya 



da  semantik  şəbəkələrlə  ifadə  oluna  bilər.  Bu  bilik  predikatlar  məntiqini  özundə 

saxlayır.  

          Prosedural  bilik  isə  təsvir  olunmuş  biliyin  necə  istifadə  edilməsi  ilə    bağlı 

bilikdir. "Nə cür edilməli?" ya da "Nə cür reallaşdırılmalı?"  sualına  cavab verir. 

Bu,    qrammatikal  ya  da  prosedural  “rule-based”  sistemlər  şəklində  ifadə  olunur. 

Bunlar daha çox qarşılaşdığımız IF-THEN strukturudur. 

Biliyi qəbuledilmə dərəcələrinə görə isə üç qrupa bölmək mümkündür. 

Faktoloji bilik  

ntuitiv bilik (intuisiyaya əsaslanan bilik) 

Metabilik  

Faktoloji bilik 



34 

 

Ə



laqədar olduğu sahənin bütün ekspertləri tərəfindən qəbul edilən, hər hansı 

problem  sahəsindəki  anlayışları,  ilk  prinsipləri,  ümumi  qanunları  əhatə  edən 

bilikdir. 

ntiutiv bilik 

Ekspertlərin illərin təcrübəsiylə əldə etdiyi təcrübi biliklərdir. 

Metabilik 

Biliyin  quruluşuna, necə  təşkil  edildiyinə və  nə  zaman  istifadə  ediləcəyi    ilə 

bağlı bilikdir. “Bilik  haqqında bilik”  adlandıra biləcəyimiz bu cür bilik problemin 

həlli üçün ümumi bir həll təmin edər. Bir ekspertdən əldə olunan bilik  bəlkə də ən 

çətin bilik  növüdür. Ayrıca ekspertdən ekspertə də fərqlilik vardır. 

Bilik  mühəndisi və bilik  mühəndisliyi 

Bilik    mühəndisliyi  -  müxtəlif  mənbələrdən  biliyi  yığıb,  bu  biliyi  istifadə 

edərək bilik bazası  yatarma prosesidir. Bilik , müxtəlif mənbələrdən toplana bilər. 

Ə

n  əhəmiyyətli  bilik    mənbəyi  ekspertlərdir.  Ayrıca    nternet,    kitablar,    texniki 



məqalələr də əhəmiyyətli bilik mənbələridir. 

Bilik  mühəndisi  -  bütün  məmbələrdən  biliyi  yığıb,  bu  bilik  əsasında  bilik 

bazası yaradan adamdır. Bilik bazasının yaradılmasında hal-hazırda istifadə edilən 

ə

n əhəmiyyətli vasitələrdən biri verilənlər bazası sistemləridir.  



Bilik  mühəndisi ekspert sistemdə iki fərqli vəzifə daşıyır. Birinci vəzifə hər 

hansı  bir  sahənin  ekspertindən  biliyi  əldə  etməkdir.  kinci  vəzifə  isə  əldə  olunan 

biliyi  istifadə  edərək,  proqramlaşdırma  texnikalarının  köməyilə  bilik  bazasını  

yaratmaqdan ibarətdir. 

Bilik Toplama 

Bilik  toplama,  bir problem sahəsinə aid ekspert sistemi yaratmaq  üçün başda 

ekspertlər  olmaq  üzrə  bu  problem  sahəsinə  aid  olan  bütün  məlumat 

mənəbələrindən  biliyin    əldə  edilməsi,  analizi,  şərh  olunması  və  sonra  bu  biliyin  

biliklər bazasında təsvir edilmə prosesidir.  

nsan  beynində  bilik  bağlı  şəkildə  saxlanılır.  Başqa  sözlə,  bilik  struktur 

baxımından  dəyişməz  deyil  və  ümumiyyətlə,  saxlandığı  quruluşda  təsvir  edilə 

bilməz.  Digər  tərəfdən,  kompüterlər,  yalnız  açıq  bilik  ilə  işləyirlər.  Bu  səbəbdən, 




35 

 

ekspertlərdən  toplanan  biliyin    kompüterə  uyğun  formaya  çevrilməsi  zəruriyyəti 



yaranır. Bu mənada bilik  toplama işi, “bağlı biliyi  açıq biliyə çevirmə əməliyyatı” 

kimi başa düşülə bilər. 

Ə

nənəvi kompüter proqramlarının gücü proqramlaşdırma texnikalarıdır. Buna 



qarşılıq  ekspert  sistemlərinin  gücü  bilik  bazasındakı  bilikdir.  Bu  mənada  bir 

ekspertdən  məlumatın  toplanması  və  bu  məlumatın  kompüterə  lazımlı  şəkildə 

köçürülməsi, ekspert sisteminin gücünü və fəaliyyətini təyin edər. 

Biliyin Təsviri (Knowledge Representation) 

Bilik bazası, müəyyən bir sahə ilə əlaqədar biliyi  özündə əks etdirən  ekspert 

sisteminin bir parçasıdır. Biliyin bu sistemdə necə təsvir ediləcəyi də “Knowledge  

Representation”  mövzusuna daxildir. 

Biliyin  təsviri  (Knowledge  Representation)  həqiqi  biliyin  kodlaşdırma 

elmidir.  

Kompüterlərin insan qədər ağıllı olmaları üçün çox böyük miqdarda dekleratif 

və prosedural bilik lazımdır. Buna qarşılıq olaraq insan biliyinin təbiəti tam olaraq 

aydın  ola  bilməmişdir  və  biliyi  bir  kompüterdə  sintez  etmək  -  toplamaq  olduqca 

çətindir. Hal-hazırda  süni intellekt tətqiqatları nəticəsində inkişaf etdirilən biliyin 

bir  çox  təsvir  metodu  vardır.  Bu  metodlardan  ən  çox  istifadə  edilənləri 

aşağıdakılardan ibarətdir:  

Semantik şəbəkələr 

Produksion model 

Obyekt-xüsusiyyət-dəyər üçlüləri  

Freymlər 

Prediktar məntiqi 

Hər  bilik  təsviri  metodunun  digərlərinə  görə  üstünlükləri  və  çatışmazlığı 

mövcuddur.  

        Prediklar  məntiqi  metodundan  başqa  digər  metodlar  varislik  prinsipindən 

faydalanırlar.  

Semantik  şəbəkələr  -  Biliyin  qrafiki  təsvir  metodudur.  Başlanğıcda  insan 

zehninin  psixoloji  metodları  olaraq  istifadə  üçün  inkişaf  etdirilən  bu  üsul,  hal-




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə