29
1) müasir qloballaşma şəraitində iqtisadiyyatın idarə edilməsində
informasiyanın rolu sürətlə artır və onun xarakterinə olan tələb dəyişir;
2) informasiya iqtisadiyyatı iqtisadi resurs kimi çıxış edən informasiya
kateqoriyasını ön sıraya çıxarır;
3) iqtisadi sistemin bütün həlqələrində baş verən dəyişikliklər yeni
informasiya paradiqmasına əsaslanan informasiya iqtisadiyyatının yaranmasını
təsdiqləyir;
4) informasiya paradiqması bazarın fəaliyyətinin bütün prinsiplərinin,
xüsusilə istehlakçıların əmtəə və xidmətlər bazarında davranışı prinsiplərində olan
dəyişmələri əks etdirir və istehlakçının məlumatlılığını ilk sıraya çıxarır.
Hesab olunur ki, informasiya paradiqmasının tətbiqi, fundamental iqtisadi
kateqoriyaların indiyədək məlum olmayan cəhətlərini aşkar etməklə, yeni şəraitdə
iqtisadi sistemin inkişaf qanunlarını müəyyənləşdirməyə və bütövlükdə,
iqtisadiyyatın və dövlətin idarə olunması prinsiplərini müəyyənləşdirməyə imkan
verər.
30
FƏ S L II. QEYR -SƏ L S NFORMAS YA TEXNOLOG YALARINA
TƏ S R EDƏ N AM LLƏ R
2.1. Qeyri-sə lis informasiya texnologiyalarında süni intellekt proqramı
Süni intellektin tarixi Aris, Leybis, Dekart, Paskal, Bul, Sayman və
başqalarının adı ilə bağlıdır. Aristotelin süni intellektə verdiyi tövhə o olmuşdur ki,
o ilk dəfə olaraq yeni qanunların yaranmasında insanın rasional biliklərinə əsasən
məntiqi nəticə çıxarma mexanizmini əsaslandırmışdır. Daha sonra Dekart süni
intellektin digər bir vacib məqamını, yeni biliklərin ortaya qoyulmasında irrasional
biliklərlə yanaşı insanın intuisiyasının iştirak etdiyini qeyd etmişdir ki, yeni
qanunların irəli sürülməsində insan həm biliklərinə həm də intuisiyasına əsaslanır.
Daha sonra 1642-cı ildə Paskal ilk dəfə olaraq insanın edə biləcəyi əməliyyatları –
toplamanı və çıxmanı edə bilən maşın yaratdı. Bu insanın intellekt fəaliyyətini
yamsılayan ilk prototip oldu. Az sonra Leybnis tərəfindən həmin qurğu daha da
inkişaf etdirildi, vurma və bölməni də yerinə yetirdi. Leybnisin verdiyi tövhələrdən
biri də ilk dəfə olaraq tərcümə edə bilən sistemin yaradılması ideyası olmuşdur.
Süni intellektə Bull cəbrinin meydana çıxması böyük sıçrayışa, yeni
ideyaların yaranmasına səbəb olmuşdur.
1845-ci ildə ildə ilk EHM yarandı. EHM-in meydana gəlməsi kibernetikanın
və onunla yanaşı süni intellekt sistemlərinin inkişafının başlanğıcı oldu. Bu
istiqamətdə tədqiqatlar ilk olaraq oyunlar sisteminin və tərcümə sistemlərinin
yaranması istiqamətində özünü göstərir.
Ekspert sistemləri süni intellekt proqramıdır. Ümumi olaraq bir alqoritmdən
istifadə etməzlər, mühüm olan informasiyadır. Əsasən süni intellekt üçün nəzərdə
tutulmuş Prolog və Lisp-dən istifadə olunur. stənilən dildə də kodlaşdırılma
aparıla bilər. Süni intelektlə ekspert sistemi arasında əsas fərq ondan ibarətdir ki,
süni intellekt insan kimi fikirləşərək problemi həll edər, ekspert sistemi isə yalnız
və yalnız ekpert kimi davranaraq problemi həll edən kompüter proqramıdır.
31
Fuzzy ekpert sistemi:
Verilənlər üzərində fikirləşən və qəti bir nəticəyə gəlməyən kompüter
proqramlarıdır. Fuzzy Ekspert Sistem, məlumatların qeyri-kafi və az olduğu
sistemlərdə qeyri-səlis giriş və çıxış verilənlərindən qeyri-səlis məntiq qaydaları
çərçivəsində məntiqli həllini tapar. Qeyri-səlis məntiq komponentlərindən biri olan
qeyri-səlis çoxluqlar anlayışı bu mərhələdə istifadə edilir, çünki bilik bazası
ə
vəzinə bu altçoxluqlarda təyin olan funksiyalar işləyir.
Süni sinir şəbəkələri:
Giriş və çıxışları olan bir-birləri ilə möhkəm bir şəkildə əlaqələnmiş olub
insan beynindəki hüceyrələrin iş prinsipini modelləşdirən bir kompüter sistemidir.
Genetik alqoritmlər:
Geniş, kompleks, çoxölçülü və s. problemlərin xüsusiyyətləri və ehtimala
söykənən, axtarışda olan sistemlərdir.
Ekspert sistemlərinin tətbiq olunduğu sahələr:
Ekspert Sistemlərin istifadə sahələri:
Şə
rh etmə: Sensor vericilərindən gələn vəziyyətlərin təyin olunması
stifadə sahəsi: Səs tanıma, görüntü analizi, yoxlama
Təxmini-proqnoz: Verilmiş vəziyyətlərə bənzər nəticələrin çıxarılması
stifadə sahəsi: Hava proqnozu
Diaqnoz: Müşahidə nəticələrinə görə sistem nasazlıqların təsbiti
stifadə sahəsi: Tibb, elektronika
Səhv ayırd etmə: Səhvlərə səbəb olan pozuntuların təqdim edilməsi
stifadə sahəsi: Kompüter proqramı
Təhsil: Şagird davranışlarının təsbiti və nəzarəti
stifadə sahəsi: Məsləhətləşmə, islah, müalicə
darə: Sistem davranışının şərhi, proqnozu, təmiri və nəzarəti
stifadə sahəsi: Hava nəqliyyatı
Ekspert sistemlərinin üstünlükləri və çatışmazlığı
Üstünlükləri
32
stehsal artımı: Ekspert insanlardan daha sürətli olduğundan ötəri zaman
anında istehsal artımı gözlənilə bilər.
Davamlılıq: Məlumat itkisi əsla yoxdur. Dinamik quruluşlu olduğu təqdirdə
öz-özünə bilik qazana bilər.
Xərc qənaəti: Hər dəfə bahalı ekspertlərdən istifadəyə ehtiyac qalmaz. nsan
ekspertinə çəkilən xərc yalnız bir dəfə ekspert sisteminin yaradılmasına çəkilər.
Sonra isə adi bir tətbiqi proqram kimi istifadə edilər, bir başa xərcə qənaət edilər.
Bilik vermə: Mövzu haqqında məlumatı olmayanlara öyrətmə bacarığı. Sistem
ə
hatə etdiyi predmet sahəsini ondan istifadə etməzdən əvvəl istifadəçiyə ilkin
anlayışları çatdıra bilər.
Etibarlılıq: Ekspert sistemləri heç bir detalı yaddan çıxarmadan son detalına
qədər analiz etdikdən sonra nəticə çıxarar. nsan - ekspert qərar verərkən ona
müxtəlif amillər təsir göstərə bilər, nəticədə yekun qərar verərkən faktorlar yaddan
çıxa bilər. Ekspert sistemlərində isə belə problem yoxdur.
Ekspert sisteminin quruluşunda ən əhəmiyyətli faktor, qərar vermək, inkişaf
etdirilə bilmək və məlumatı yığıb onu işlədə bilməkdir. Bu qurulan sistem
müəyyən predmet sahəsinə aid olan biliklərə sahib olmalıdır.
Hazırlanmış bir ekspert sistemində alqoritm yoxdur. Hər zaman biliyə
söykənən əməliyyatlar həyata keçirilər. Bilik bazasından məlumat çağırılır, emal
edilib, axtarış reallaşdıqdan sonra nəticəyə çatıb çatmadığı haqda şərh edilər.
Sistem doğru şəkildə hazırlanarsa, sistem öz-özünü inkişaf etdirə bilər, öyrənmə
qabiliyyəti qazandırıla bilər. Bilik bazasını daim yeniləyə bilər. Bir problemi həll
etmək üçün əvvəl o problemə aid model yaradılır. Modeli yaradılmayan
problemlerin həlli hardasa qeyri-mümkündür. Həllə başlamadan əvvəl ilk
ə
məliyyat modelin yaradılması, hazırlanması və işlək hala gətirilməsidir.
Süni intellekt proqramlarının ortaq xüsusiyyətlərindən biri, bu proqramların
hamısının əsasında biliyin dayanmasıdır. Bilik insan beyninin olduğu kimi
kompüter beyninin də təməl daşıdır. Süni intellektin əhəmiyyətli qolu olan ekspert
sistemləri üçün biliyin əhəmiyyəti, digər süni intellektin digər qollarına görə daha
böyükdür, çünki ekspert sisteminin özü sahib olduğu bilikdir. Ekspert sistemləri
Dostları ilə paylaş: |