Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

26 

 

adlandırmaq  olar.  nformasiya  iqtisadiyyatını  xarakterizə  edən  xüsusiyyətlərə: 



qlobal  xarakter;  biliklərə  istiqamətlənmə;  innovasiya  təbiəti;  “istehlakçı  – 

istehsalçı”  münasibətlərinin  dəyişməsi;  əməyin  yaradıcı,  intellektual  xarakteri  aid 

edilir. Mahiyyət etibarı ilə informasiya iqtisadiyyatı bazar iqtisadiyyatı xüsusiyyət-

lərinə  malikdir.  Yəni  burada  istehlakçının  müstəsna  səlahiyyətləri  təmin  edilir, 

bazarda  rəqabət  mövcuddur,  ”görünməz  əl”  prinsipi  işləyir  və  dövlət  bazarın 

fəaliyyətinə  müdaxilə  etmir.  Lakin  sadalanan  xüsusiyyətlərin  reallaşdırılması 

özəlliklərə  malikdir.  Bu  baxımdan,  ən  vacibi  istehlakçının  sərbəstliyinin  təmin 

olunması  hesab  edilməlidir.  Müvafiq  bazarın  xüsusiyyətləri  baxımından  isteh-

lakçının  sərbəstliyinin  təmin  olunmasında  əsas  məqam  onun  məhsul  və  bazar, 

həmçinin firmaların davranışı haqqında məlumatlılığıdır. Hesab olunur ki, burada 

mühüm problem informasiyanın asimmetrikliyi potensialı ilə bağlıdır. Asimmetrik 

informasiya  nəzəriyyəsinə  görə,  istehlakçılar  məlumatlılıq  baxımından  iki  qismə 

ayrılır:  simmetrik  informasiyaya  malik  olan  güclü  istehlakçılar  və  asimmetrik 

informasiya şəraitində bazara uyğunlaşmağa çalışan digər istehlakçılar. 

“Təmiz”  mübadilə  iqtisadiyyatında  istehlakçı  və  onun  davranışı  “simmetrik 

informasiya”  şəraitində  qiymətləndirilir.  Bu  zaman  hesab  olunur  ki,  istehlakçı 

aşağıdakı 4 xüsusiyyətə malikdir: 

1) onun istehlak çoxluğu əmtəə çoxluğunun alt çoxluğudur; 

2) onun seçimi zövqü və istəyi ilə müəyyənləşir; 

3) o əvvəlcədən müəyyən təminata malikdir və bu təminat mövcud qiymətlər 

şə

raitində onun rifahını tənzimləyir; 



4)  faydalılığın  maksimumlaşdırılmasına  istiqamətlənmiş  rasional  istehlakçı 

istəyi onun təmin olunma səviyyəsi ilə məhdudlaşır. 

nformasiya o zaman simmetrik olur ki, qərar qəbulu zamanı bütün agentlərin 

qeyri-əminlik  səviyyəsi  eyni  olsun.  Həm  obyektiv,  həm  də  subyektiv 

informasiyanın  ehtimallığı  eynidir,  sanki  simmetriya  təşkil  edir.  Obyektiv 

informasiya,  adətən,  bazarın  bütün  agentləri  üçün  simmetriya  təşkil  edir,  ancaq 

subyektiv  informasiya  asimmetriya  yaradır.  Həmişə bazara uyğunlaşmağa  çalışan 

istehlakçılar  satıcılarla  nisbətdə  daha  çox  informasiyaya  malik  olur.  Asimmetrik 




27 

 

informasiya  problemi  XX  əsrin  70-ci  illərindən  iqtisadi  nəzəriyyədə  müxtəlif 



praktiki nümunələrlə izah edilir. 

Ə

sas  nəticə  ondan  ibarətdir  ki,  asimmetrik  informasiya  şəraitində 



tərəfdaşlardan biri daha əlverişli imkanlara malikdir. 

Asimmetrik informasiya konsepsiyası aşağıdakı nəticələrlə ifadə olunur: 

1) əgər bazarda asimmetriya varsa, onda firmaya yalnız əmtəə və xidmətlərin 

satıcısı kimi, istehlakçıya isə əməyin və əmtəələrin alıcısı kimi baxmaq – düzgün 

deyil, bu halda bazar agentlərinin qarşılıqlı fəaliyyəti üçün yeni faktordan-onların 

məlumatlılığı faktorundan istifadə olunmalıdır; 

2) simmetrik informasiya şəraitində istehlakçının davranışı kifayət qədər sadə 

aksiomlar toplusu ilə izah edilirsə, asimmetrik informasiya şəraitində istehlakçının 

davranışını  onun  müxtəlifliyi,  çoxcəhətliliyi  səbəbindən  proqnozlaşdırmaq  və 

tənzimləmək  praktiki  olaraq  mümkün  deyil,  çünki  bu  zaman  o,  öz  risklərini 

azaltmaq  və  maraqlarını  müdafiə  etmək  üçün  çox  ehtiyatlı  və  düşünülmüş 

hərəkətlər edir; 

3) simmetrik informasiya şəraitində istehlakçının davranışında özünə əminlik 

olduğundan  “istehlakçı  –  bazar”  vektoru  fərddən  bazara  doğru  istiqamətlənmiş 

olur,  asimmetrik  informasiya  şəraitində  isə  agentlərin  optimal  davranışı  onların 

qeyri-əminliyi  ilə  müəyyənləşir  və  münasibətlər  vektoru  bazardan  istehlakçıya 

doğru istiqamətlənir; 

4) istehlakçı mübadilə zamanı az və ya daha çox məlumatlıdırsa, kəmiyyət və 

qiymətlər  kifayət  qədər  aşkar  deyilsə,  onda  güclü  istehlakçı  haqqında  danışmaq 

olmaz:  belə  ki,  istehlakçı  özünün  əmin  olmaması  səbəbindən  və  digər  agentlərin 

reaksiyaları baxımından şəraitə uyğunlaşmağa məhkumdur. 

Asimmetrik  informasiyanın  bütün  hallarının  nəzərə  alınması  praktiki  olaraq 

mümkün olmadığından onları aşağıdakı 4 qrupda birləşdirirlər: 

1) tarazlığın rasional gözlənilməsi; 

2) mənəvi risklər; 

3) passiv seçim; 

4) axtarış. 



28 

 

Birinci  qrupa  insanların  proqnoz  modellərinə  əsasən  davranış  halları  aid 



edilir.  Bu  halda  modellərin  rolu  ikilidir:  bir  tərəfdən,  onlar  davranışın 

proqnozlaşdırılmasına  xidmət  edir;  digər  tərəfdən  isə  bu  davranışı  əvvəlcədən 

müəyyənləşdirir və onu tənzimləyir. Belə yanaşma tərəfdarları hesab edir ki, həm 

hökumət,  həm  də  fərdlər  səviyyəsində  bütün  mümkün  informasiyaların  istifadə 

olunması  rasional  gözləmələri  daha  böyük  ehtimallı  edir.  Lakin  bu  yanaşmanın 

ə

leyhdarları hesab edir ki, əvvəla, belə informasiyanın əldə edilməsi kifayət qədər 



baha  başa  gəlir,  ikincisi,  çəkilmiş  zəhmət  itə  bilər,  çünki  informasiya  onun  əldə 

edildiyi məqamda öz aktuallığını itirir. 

Mənəvi risklər müəyyən şərtlər daxilində ödəmələrin alınması zamanı yarana 

bilir, çünki həmin şərtlər bilərəkdən və ya təsadüfən dəyişə bilər. Passiv seçim isə 

ondan  ibarətdir  ki,  böyük  qrup  insanların  eyni  şərtlərdən  yararlanması  fərqli  ola 

bilər.  Axtarış  modelində  isə  bazar  qiymətləri  müqayisə  edilir  və  ilk  növbədə 

keyfiyyət meyarları nəzərə alınır. Adətən, hesab olunur ki, keyfiyyət, ilk növbədə 

qiymətdə əks olunur. 

qtisadi  nəzəriyyənin  informasiya  paradiqması  əsas  iqtisadi  kateqoriyaların 

dinamikası  və  məzmununun  dəyişmələrini  tədqiq  etməyə,  iqtisadi  indikatorların 

böyük qrupunun proqnoz əhəmiyyətini və mühümlüyünün dəyişməsini qiymətlən-

dirməyə  imkan  yaradır.  nformasiya  iqtisadiyyatında  ənənəvi  mahiyyəti  daha  tez 

dəyişən iqtisadi kateqoriyalar aşağıdakılar hesab olunur: dəyər, faydalılıq, kapital, 

istehlak, istehsal və mülkiyyət münasibətləri. 

Bir sıra tədqiqatçıların fikrincə, informasiya iqtisadiyyatında istehsalın maddi 

elementlərinin  yığımı  yox,  bilik  və  müxtəlif  informasiyaların  yığımı  baş  verir. 

Ə

nənəvi olaraq iqtisadiyyatın əsas birləşdirici ideyası olan yığım prosesi öz yerini 



kommunikasiyalara  verir.  Bu,  ilk  növbədə,  onunla  əlaqədardır  ki,  elmi-texniki 

tərəqqi  inkişaf  etdikcə  kapitalın  da  sürəti  artır.  Ona  görə  də  investisiyaların 

müxtəlif  istiqamətlərə  paylanması  baş  verir  və  pulun  yeni  texnologiyalara 

qoyulması imkanları artır. 

Beləliklə, deyilənləri ümumiləşdirərək, qeyd etmək olar ki: 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə