Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

23 

 

olmaması  və  bu  tip  məlumatlara  adekvat  reaksiyaların  vaxtında  baş  verməməsini 



aid  edirlər.  Ona  görə  də  indi,  dünya  iqtisadiyyatının  böhrandan  sonrakı  dövrdə 

idarə  edilməsində  aparılmalı  olan  ən  zəruri  tədbirlər  sırasında  iqtisadi  inkişafın 

yeni  statistik  və  analitik  informasiya  bazasının  yaradılması  aktual  məsələ  hesab 

edilir.  Bu  baxımdan,  yeni  informasiya  standartlarının  yaradılması,  o  cümlədən 

Beynəlxalq  Valyuta  Fondunun  keçən  əsrin  90-cı  illərində  Meksikada  baş  vermiş 

böhrandan  sonra  tətbiq  etməyə  başladığı  “Məlumatların  xüsusi  yayılma 

standartları”  və  “Məlumatların  ümumi  yayılma  standartları”  təcrübəsinin 

genişləndirilməsi  nəzərdə  tutulur.  nformasiya  standartlarının  yaradılması  yalnız 

mövcud göstəricilər sistemi üzrə məlumatların vaxtında, düzgün və tam toplanması 

ilə məhdudlaşmır, burada daha vacib məsələ iqtisadi inkişafın hər bir mərhələsində 

baş  verənlərlə  onların  doğura  biləcəyi  nəticələrin  əlaqələndirilməsi  hesab  olunur. 

Başqa  sözlə,  iqtisadi  inkişafın  qiymətləndirilməsində  iqtisadi  informasiyaya  olan 

münasibətin  köklü  dəyişikliyi  baş  verir.  Artıq  bir  çox  tanınmış  iqtisadçılar  bu 

baxımdan  iqtisadi  proseslərdə,  hətta  atılan  addımların  nəticələrinin  qeyri-

müəyyənliyinin 

böyük 


olduğunu 

nəzərə 


alaraq 

belə 


proseslərin 

qiymətləndirilməsində, 

cümlədən 



proqnozlaşdırılmasında 

hadisələrin 

ehtimallığına deyil, onların mümkünlüyü dərəcələrinə əsaslanmağı düzgün sayırlar. 

Başqa sözlə, iqtisadi inkişafın qiymətləndirilməsində qeyri-səlis məntiqə əsaslanan 

yanaşmaların, o cümlədən modelləşdirmənin tətbiqi getdikcə aktuallaşmaqdadır. 

Beləliklə,  çağdaş  dünya  iqtisadiyyatının  inkişafında  və  o  cümlədən  iqtisadi 

nəzəriyyədə  yeni  iqtisadi  paradiqmanın  konturları  artıq  görünməkdədir.  Yeni 

paradiqma  “yeni  iqtisadiyyat”,  “informasiya  iqtisadiyyatı”  və  s.  kimi  müxtəlif 

anlayışlarla, bir çox hallarda müxtəlif, ziddiyyətli və fikrimizcə, yanlış izah edilir. 

Belə  yanlış  izahların  ən  çox  yayılmış  nümunələrinə  görə  “yeni  iqtisadiyyat”  – 

“ nternet  iqtisadiyyatdır”.  Digər  tərəfdən  bəziləri  hesab  edir  ki,  yeni  iqtisadiyyat 

iqtisadi nəzəriyyənin əsas və fundamental prinsip və kateqoriyalarını gərəksiz edir, 

digərləri  isə  hesab  edir  ki,  yeni  iqtisadiyyat  əslində  heç  bir  yeni  prinsip  və  ya 

qanunauyğunluq  yaratmır,  yalnız  mövcud  texnoloji  yanaşmalarda  informasiya 

texnologiyaları  üstünlük  təşkil  edir,  başqa  sözlə,  sadəcə  olaraq,  indi  bir  texnoloji 



24 

 

ukladın digəri ilə əvəzlənməsi baş verir. Lakin bu mövqeləri düzgün hesab etmək 



olmaz.  Dünya  Bankının  yeni  iqtisadiyyat  haqqındakı  konsepsiyasına  görə,  Yeni 

qtisadiyyat  elə  iqtisadiyyatdır  ki,  burada  innovasiya  prosesi  sosial-iqtisadi 

inkişafın əsas aparıcı qüvvəsinə çevrilir. 

Kompüter  texnikasının  və  informasiya  texnologiyalarının  inkişafı  nəinki 

insanların yeni fəaliyyət sahəsinin yaranmasına səbəb olmuşdur, bu, eyni zamanda, 

onların  yaşayış  imkanlarının,  şəraitinin  bütövlükdə  dəyişməsinə  gətirmişdir.  Baş 

verən  proseslərin  qlobal  xarakteri  onların  təhlili  və  qiymətləndirilməsinə  yeni 

yanaşmalar  tələb  edir.  Belə  yeni  yanaşma,  fikrimizcə,  informasiya  paradiqmalı 

iqtisadi inkişaf modelinin qəbul edilməsi anlamına gətirilməlidir. 

Məlum olduğu kimi, iqtisadi paradiqma dedikdə, sosial dəyərlər; o cümlədən 

istehsal,  bölgü,  maddi  nemətlərin  mənimsənilməsi  və  istehlakının  xarakteri  və 

strukturu  da  daxil  olmaqla,  cəmiyyətin  iqtisadi  sisteminin  fəaliyyət  qanunları  və 

kateqoriyaları; ictimai və iqtisadi institutlar; iqtisadi proseslərin idarə olunmasının 

təsərrüfat  mexanizmini  əhatə  edən  əsas  prinsiplər  başa  düşülür.  Bu  baxımdan, 

informasiya paradiqması sosial dəyərlər sırasında təhsil və biliklərə malik olmanı 

ön  cərgəyə  çıxarır  və  bununla,  Frensis  Bekonun  məşhur  “Kim  informasiyaya 

malikdirsə,  dünyaya  malikdir”  fikri  bir  daha  təsdiqlənir.  qtisadi  nəzəriyyədə 

informasiya  paradiqmasının  yaranması,  intellektual  xidmətin  yaranması  hesabına 

iqtisadi fəaliyyətin yeni sahəsinin yaranmasına və bununla, iqtisadiyyatda struktur 

dəyişmələrinə  səbəb  olur.  Yeni  iqtisadi  paradiqmada,  təbii  ki,  əsas  rol  oynayan 

kateqoriya  –  informasiya  kateqoriyasıdır.  qtisadiyyatın  informasiyalaşması  onun 

kompüter  texnikası  və  informasiya  texnologiyaları  əsasında  texniki  cəhətdən 

yeniləşməsi  ilə  yanaşı,  informasiyanın  mühüm  əhəmiyyətli  iqtisadi  resursa 

çevrilməsi deməkdir. 

nformasiya iqtisadi resurs kimi aşağıdakı formalarda çıxış edir:  

bazarın vəziyyətini xarakterizə edən (əmtəə və xidmətlərin qiymət səviyyələri 

və  onların  dəyişməsi  dinamikası,  qiymətli  kağızların  kursları,  bank  faizləri,  birja 

kotirovkaları) konyuktura məlumatları/informasiyaları; əmtəə və xidmətlərin tələb 

və  təklifi  haqqında,  onların  xarakteri,  rəqabət  qabiliyyətliliyi,  bazarın  agentləri, 



25 

 

idxal  və  ixrac,  daxili  və  xarici  bazarların  qarşılıqlı  təsirini  əhatə  edən  məlumat 



toplusundan  ibarət  kommersiya  informasiyaları;  tərəfdaşların  və  bazardakı 

rəqiblərin  tədiyyə  və  kredit  qabiliyyətliliyi  haqqında  maliyyə  informasiyaları; 

innovasiyalara  şərait  yaradan  elmitexniki  informasiyalar;  statistik  informasiyalar; 

istehlakçıların  prioritetlərinə  və  bazarlardakı  şəraitə  təsir  edən  kütləvi 

informasiyalar (qəzetlər, teleradio,  nternet və s.). 

nformasiya  əmtəə  kimi  bir  sıra  özəl  xüsusiyyətlərə  malikdir:  onun  istehsalı 

şə

bəkə xarakterlidir, yəni hər bir iştirakçı bu məhsula yeni məlumat əlavə etməklə 



onun  yeni  məhsula  çevrilməsinə,  daima  zənginləşməsinə,  daxilən  ziddiyyətli 

olmayan tam və doğru informasiyanın yaranmasına səbəb olur, bu məhsulu, tələb 

olarsa,  dəfələrlə  satmaq  olar,  digər  məhsullarla  müqayisədə  informasiya  məhsulu 

üçün  “limit  faydalılığının  azalması”  qanunu  işləmir,  informasiya  məhsulunun 

qiyməti onun hazırlanmasının maya dəyəri ilə müəyyənləşmir və s. 

nformasiya  kateqoriya  kimi,  əhəmiyyətinə  görə  heç  də  zəif  olmayan  başqa 

bir kateqoriyanın – biliklərin əsasını təşkil edir. Bilik dərk olunmuş informasiyadır. 

Yəni  bilik  zaman  və  təcrübə  ilə  sınaqdan  çıxmış  əsaslı  informasiya  olaraq  elmi 

dünyagörüşün  əsasını  təşkil  edir,  elmi-texniki  tərəqqinin  inkişafını  təmin  edir  və 

istehsal innovasiyaları formasında maddiləşir. 

Biliyin unikallığını qiymətləndirən müasir menecmentin aparıcı nəzəriyyəçisi 

P.Drukerin  fikrincə,  “bir  biznesi  digərlərindən  fərqləndirən  əsas  məqam  müxtəlif 

sahələrə  aid  olan  biliklərin  iqtisadiyyat  və  menecmentin  ayrı-ayrı  sahələrində 

istifadə olunmasıdır.” Onun qənaətinə görə, pul və avadanlıqlar, əslində, heç nə ilə 

fərqlənmir,  yalnız  informasiya  və  ya  bilik  həlledici  resurs  ola  bilər.  Bir  sıra 

mütəxəssislər  isə  yeni  iqtisadiyyatın  ən  mühüm  nailiyyətləri  sırasına  biznesin 

informasiya  və  fiziki  tərkib  hissələrinə  ayrılmasını  aid  edir.  Hesab  olunur  ki, 

ə

slində, belə yanaşma ənənəvi biznesdə də faydalıdır. Məsələn, məşhur Bill Qeyts 



hesab  edir  ki,  “biznesin  bir  çox  problemləri,  əslində,  informasiya  problemidir, 

lakin heç kəs bu problemə layiqincə yanaşmır”. 

nformasiya  paradiqmasını  müasir  sosial-iqtisadi  sistemə  tətbiq  etməklə,  bu 

sistemi  cəmiyyətlə  münasibətdə  olduğu  kimi,  informasiya  iqtisadiyyatı 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə