Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

40 
 
siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikasının Milli Məclisinə də 
məlumat  verir.  Mərkəzi  Bankın  illik  fəaliyyəti  Azərbaycan  Respublikasının 
Prezidenti tərəfindən təyin edilmiş auditor tərəfindən yoxlanılır və maliyyə hesabatı 
Prezidentə  təqdim  edilir.  Mərkəzi  Bankın  illik  hesabatı  ictimaiyyətə  də  açıqlanır. 
Belə ki, illik hesabat, o cümlədən audit yoxlamasından keçmiş maliyyə hesabatı hər il 
kütləvi informasiya vasitələrində (Mərkəzi Bankın internet saytında) dərc etdirilir 
Lakin onu qeyd etmək də lazımdır ki, bəzən hesabatların dərc olunması maliyyə 
sistemində neqativ təsirlərə gətirib çıxarır. Bir sıra ölkələr maliyyə sabitliyi haqqında 
hesabat çıxarmaqdan imtina ediblər. Bunun bir sıra səbəbləri ola bilər[78,səh.17]. 
Azərbaycanda  maliyyə  sahəsi  üzrə  qəbul  edilən  qanunlar  ölkədə  maliyyə 
sabitliyini  təmin  olunmasında  mühüm  rol  oynasa  da  qanunvericilik  sisteminində 
mövcud  qüsurların  aradan  qaldırılması  və  daha  da  təkmilləşdirilməsi 
məqsədəuyğundur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


41 
 
II FƏS L. Müstəqil milli iqtisadiyyatın formalaşması və inkişafına  
                  maliyyə sabitliyinin təsirinin qiymətləndirilməsi 
 
     
2.1. Milli iqtisadiyyatın formalaşması və inkişafında maliyyə siyasətinin rolu 
 
Makromaliyyə sabitliyinin  təmin  edilməsində  bilavasitə  çevik  və  məqsədyönlü 
maliyyə siyasəti həlledici rol oynayır.  qtisadi məqsədlərin mövcud imkanlara uyğun 
seçilməsi  iqtisadi  sabitliyinin  ən  əsas prinsipi hesab  oluna  bilər.  Çünki  real  resurs 
təminatına uyğun gəlməyən iqtisadi məqsədlərin seçilməsi gələcəkdə nəinki sabitliyi 
pozur, eləcə də sabitliyi  təmin etmək  imkanları məhdudlaşdırır. 
Maliyyə siyasəti makromaliyyə sabitliyi ilə iqtisadi artımın qarşılıqlı əlaqəsinin 
təmin edilməsinin əsas vasitəsidir. 
Maliyyə  siyasətini  -  dövlətin  öz  funksiyalarını  həyata  keçirmək  üçün  maliyyə 
resurslarının səfərbər edilməsinə, onların məqsədəuyğun bölüşdürülməsi və səmərəli 
istifadə  edilməsinə  yönəldilən  xüsusi  fəaliyyət  sahəsi  kimi  nəzərdən  keçirmək 
lazımdır.  Maliyyə  siyasəti  ictimai  həyatın  bütün  tərəflərini,  yəni  həm  iqtisadi,  həm 
sosial və həm də beynəlxalq münasibətləri əhatə edir. 
Hər hansı bir iqtisadi sistemin nоrmal fəaliyyətinin təmin edilməsində dövlətin 
rоlu  əvəzsizdir[28,səh.28].
 
Dövlət  həyata  keçirilən  maliyyə  siyasətinin  başlıca 
subyektidir.  O,  perspektiv  üçün  maliyyə  inkişafının  əsas  istiqamətlərinin 
strategiyasını,  qarşıdakı  dövrə  fəaliyyət  taktikasını,  iqtisadi  məsələlərə  nail  olmağın 
vasitə və yollarını müəyyən edir. 
Maliyyə siyasəti iki yerə ayrılır: maliyyə strategiyası; maliyyə taktikası. 
Maliyyə strategiyası - uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq 
iri  miqyaslı  məsələlərin  həllini  nəzərdə  tutan  maliyyə  siyasətinin  uzunmüddətli 
xəttidir.  
Maliyyə taktikası - maliyyə strategiyasının ən mühüm sahələrində qarşıya çıxan 
maliyyə  məsələlərinin  həlli  metodlarıdır.  Maliyyə  strategiyası  nisbi  sabit  olduğu 
halda  maliyyə  taktikası  çevik  olmalıdır.  Maliyyə  siyasətinin  strategiya  və  taktikası 


42 
 
qarşılıqlı surətdə əlaqədardır. Maliyyə strategiyasının nisbətən sabitliyi üçün maliyyə 
taktikası möhkəmliyi ilə fərqlənməlidir. 
Respublikada  maliyyə  sabitliyi  sahəsində  işlər  əsasən  1994-cü  ilin  sоnundan 
başlanmışdır.  Maliyyə  siyasətində  1995-ci  ildən  başlayaraq  perspektiv  istiqamətlər 
müəyyən edildi ki, burada da aşağıdakılar nəzərdə tutulmuşdur. 
 
1. büdcə kəsirinin azaldılmasına nail olmaq; 
2. vergiqoyma sistemini təkmilləşdirmək; 
3. inflyasiyanın səviyyəsini azaltmaq; 
4. ölkədə sənaye və kənd təsərrüfatı istehsalını canlandırmaq; 
5.  iqtisadiyyatın  sabitləşdirilməsi  üzrə  tədbirlərdə  bankların  və  digər  kredit 
idarələrinin rolunu artırmaq; 
6. Kredit münasibətləri sistemini təkmilləşdirmək; 
7.  stehsal  və  qeyri  -  istehsal  sferalarında  dövlət  tədbirlərini  maliyyələşdirmək 
üçün ölkənin maliyyə resurslarının xeyli hissəsini dövlətin əlində (dövlət büdcəsində) 
təmərküzləşdirməkdirmək. 
Makromaliyyə  sabitliyinin  təmin  edilməsi  üçün  dövlətin  həyata  keçirdiyi 
maliyyə  siyasətinin  əsas  iki  istiqamətini  büdcə-vergi,  pul-kredit  siyasəti  təşkil  edir. 
Büdcə-vergi  siyasəti  dövlətin  maliyyə  siyasətinin  tərkib  hissəsi  olmaqla  büdcə 
formalaşması siyasətini ifadə edir və bir çox ədəbiyyatlarda fiskal siyasət adlanır.  
Fiskal  siyasət  dedikdə,  dövlət  xərclərinin  və  vergitutmanın  səviyyəsinin 
dəyişdirilməsi istiqamətində dövlət orqanlarının həyata keçirdiyi tədbirlərin məcmusu 
başa  düşülür.  Fiskal  siyasətdən  optimal  nəticə  əldə  etmək  üçün  vergi  dərəcələrinin 
dəyişməsinin işgüzar aktivliyə, büdcə xərclərindəki dəyişikliklərin inflyasiya və faiz 
dərəcələrinə, büdcə kəsirinin isə makroiqtisadi tarazlığa təsiri nəzərə alınmalıdır. 
Fiskal siyasət iqtisadi tsikllərdən və monetar siyasətdən də asılıdır. Bu siyasətin 
hazırlanmasına tələbat dövlət maliyyəsinin stabil iqtisadi inkişafın təmin edilməsində 
mühüm rol oynadığı XX əsrin ikinci yarısında xüsusilə güclənməyə başlamışdır.  
Azərbaycan  Respublikasında  büdcə  siyasətinin  həyata  keçirilməsindən  əsas 
məqsəd  ölkədə  makroiqtisadi  göstəricilərin  sabit  saxlanılmasını  təmin  etməklə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə