Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   28   29   30   31   32   33   34   35   36

100 
 
ə
məliyyatlar  hesabının  profisitli  olması  gözlənilir.  Lakin  tədiyə  balansının  mənfi 
olma təhlükəsi vardır.  
Tədiyə balansında yaranmış mənfi saldo aşağıdakı mənbəələr vasitəsi ilə ödənilə 
bilər: 

Aktivlərin  bir  hissəsinin  xaricilərə  satılması,  yə’ni  ölkə  iqtisadiyyatına 
birbaşa və ya portfel investisiyalar qoyulması; 

Xarici banklar, hökumətlər və ya beynəlxalq təşkilatlardan borc almaqla; 

Mərkəzi  bankda  saxlanılan  rəsmi  valyuta  ehtiyatlarının  istifadəsi 
vasitəsilə. 
Tədiyyə  balansı  ikiqat  qeyd  prinsipi  ilə  tərtib  olunduğuna  görə  əslində  sıfıra 
bərabər  olmalıdır,  yəni  dövlət  bütün  borclarını  ödəməlidir.  Ona  görə  də  cari 
ə
məliyyatlar  üzrə  kəsir  kapital  əməliyyatları  üzrə  müsbət  artıma  bərabər  olmalıdır. 
Ə
ks halda tədiyyə balansı mənfi yekuna – kəsirə malik olur.    
2015-ci  ildə iqtisadi artımın  4.4% təşkil  etməsi  proqnozlaşdırılır.  qtisadi  artım 
ə
sasən  qeyri-neft  sektoru  hesabına  təmin  ediləcək,  qeyri-neft  sektoru  üzrə  artım 
proqnozu 8.2% təşkil edir.  
Bu  gün  Azərbaycanda  qeyri-neft  sektorunun  inkişafına  xüsusi  diqqət  yetirilir. 
Ölkədə  qeyri-neft  sektorunun  inkişafı  yeni  iş  yerlərinin  yaradılması,  milli 
iqtisadiyyatın  dünya  neft  bazarının  konyukturundan  asılılığının  aradan  qaldırılması, 
makroiqtisadi  sabitliyin  davamlılığının  təmin  olunması  və  ölkədə  yoxsulluq 
səviyyəsinin əsaslı şəkildə aradan qaldırılması kimi sosial-iqtisadi vəzifələrin həllində 
hələ  də  əsas  vasitə  olaraq  qalmaqdadır.  Bu  baxımdan  qeyri-neft  sektorunun  inkişaf 
strategiyasının hazırlanması eyni zamanda, bu problemin əsaslarının tədqiq olunması, 
sahənin  inkişaf  meyllərinin  araşdırılması  ilə  onun  zəif  və  üstün  cəhətlərinin,  habelə 
neft sektorunun sıçrayışlı inkişafı nəticəsində qeyri-neft sektorunun qarşısında yarana 
biləcək problemlərin aşkara çıxarılması zərurəti yaradır. 
Belə  bir  faktı  göstərmək  lazımdır  ki,  keçid  dövrünün  ilk  illərində  qeyri-neft 
sektoru  ciddi  tənəzzülə  məruz  qalmışdır.  Belə  ki,  böhran  illərində  bu  sahə  özünün 
istehsal  həcminin  təxminən    80%-ə  qədərini  itirmişdir.  Son  illərdə  aparılan  struktur 


101 
 
dəyişikllikləri  bu  sahədə  ciddi  dəyişikliklərə  səbəb  olmuşdur.  Belə  ki,  yüngül  və 
yeyinti sənaye sahələrində canlanma baş vermişdir.  
BVF-nun  son  proqnozlarına  görə  2015-ci  ildə  qlobal  iqtisadi  artımın  3.8% 
olacağı  gözlənilir.  O  cümlədən  EÖ  üzrə  2.3%,  EOÖ  üzrə  isə  5%  artım 
proqnozlaşdırılır. 2015-ci ildə inflyasiya proqnozu  EÖ üzrə 1.8%,  EOÖ-də isə 5.6% 
təşkil edir.  
2015-ci  ildə  qlobal  ticarətin  5%  artacağı  proqnozlaşdırılır.  Beynəlxalq  kapital 
axınlarının  növbəti  ildə  də  daha  çox  EÖ-lərə  istiqamətlənəcəyi  gözlənilir. 
Proqnozlara  görə  2015-ci  ildə  birbaşa  xarici  investisiya  axınları  EÖ-lərə  16.3%, 
EOÖ-lərə isə cəmi 1.6% artacaqdır.  
qtisadi  artımda  daxili  tələbin  rolu  əhəmiyyətli  səviyyədə  qalacaqdır. 
Proqnozlara görə 2015-ci ildə daxili investisiyalar 6.1%, əhalinin pul xərcləri isə real 
olaraq 5.2% artacaqdır.  
Proqnoz  götəriciləri  özünü  doğrultmaya  bilər,  ümumiyyətlə  uzunmüddətli 
makroiqtisadi sabitləşmə və iqtisadi artıma nail olmaq üçün vergi-büdcə və pul-kredit 
siyasəti daha da təkmilləşməli, bir- biri ilə səmərəli şəkildə əlaqələndirilməli, mövcud 
şə
raitə uyğun iqtisadi siyasət həyata keçirilməlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


102 
 
                                            NƏT CƏ  
 
Makromaliyyə  sabitliyinin  təmin  edilməsi  ölkənin  iqtisadi  inkişafının,  iqtisadi 
müstəqilliyinin əsasını təşkil edir.  
Makromaliyyə  sabitliyi  maliyyə  sisteminin  sabit  fəaliyyətidir.  Makromaliyyə 
sabitliyinə nail olmaq üçün maliyyə sistemi bazar iqtisadiyyatına uyğun qurulmalıdır. 
Makromaliyyə sabitliyi bütünlüklə maliyyə sisteminin sabitliyi olduğundan, makro və 
mikro səviyyədə tarazlığının təmin etməklə makromaliyyə sabitliyinə nail olmaq olar. 
Makro səviyyədə maliyyə sabitliyini təmin etmək üçün səmərəli şəkildə maliyyə 
siyasəti  və  xarici  iqtisadi  siyasət həyata  keçirməklə  ölkədə  qiymət  sabitliyi,  valyuta 
sabitliyi,  büdcə  tarazlığı,  tədiyə  balansında  tarazlıq,  ixrac-idxal  tarazlığı,  pul 
tədavülündə  tarazlıq,  pul  və  maliyyə  bazarında,  həmçinin  bütün  bazarlarda  ümumi 
tarazlıq təmin edilməlidir. 
Bazar  iqtisadiyyatında  makroiqtisadi  sabitləşmə  fiskal  və  monetar  siyasətinə 
ə
saslanmalıdır.  qtisadi təhlilə əsasən demək olar ki, Azərbaycanda səmərəli şəkildə 
tətbiq  olunan  büdcə-vergi,  pul-kredit  siyasəti  ölkədə  qismən  büdcə  tarazlığını, 
manatın  məzənnəsinin  sabitliyini,  pulun  sabit  dövriyyəsini  təmin  etmiş  və  nəticədə 
ölkədə uzunmüddət maliyyə sabitliyinin əldə edilməsinə səbəb olmuşdur.  
Lakin,  son  dövrlərdə  dünya  maliyyə  böhranı  Azərbaycana  da  öz  təsirini 
göstərmişdir. Maliyyə sabitliyinin qismən pozulmasına səbəb olmuşdur. 
Ümumiyyətlə  araşdırmalar  göstərir  ki,  ölkədə  maliyyə  sabitliyini  tam  şəkildə 
təmin  etmək  mümkün  deyil.  Makromaliyyə  sabitliyi  büdcə  kəsirinin,  dövlət 
borclarının,  inflyasiyanın,  valyuta  kursunun,  tədiyə  balansının,  xarici  ticarət 
balansının  kəsirliliyinin  minimum  həddə  olmasını,  iqtisadi  inkişafın  optimal 
səviyyədə təmin edilməsini əhatə edir. 
Tədqiqatın  nəticəsinə  əsasən  demək  olar  ki,  2014-ci  ildə  ölkədə  büdcə  kəsiri, 
dövlət  borcu,  vergi  yükü  yol  verilən  həddə  olmuş,  infliyasiyanın  təkrəqəmli,  aşağı 
səviyyədə  olması  ilə  dünya  ölkələri  içərisində  fərqlənmişdir.  2015-ci  ilin  əvvəlində 
makroiqtisadi  vəziyyət    xeyli  dəyişmişdir.  Neftin  qiymətinin  aşağı  düşməsi  valyuta 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə