Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

82 
 
15245.3  mln.  manat  təşkil  etmişdir  (2012-ci  ilin  dekabr  ayının  1-nə  kredit 
qoyuluşlarının artımı 22.1% olmuşdur). 
2014-cü ildə ÜDM-in real artım tempi 2,8% təşkil etmiş və cari qiymətlərlə 59,0 
milyard  manat  olmuşdur.  Adambaşına  düşən  ÜDM-in  həcmi  6264.1  manat  (7985.9 
ABŞ dolları) təşkil etmişdir. 
 
MƏNBƏ: Azərbaycan Respublikasının  qtisadiyyat Və Sənaye Nazirliyi.   
                                          economy.gov.az 
 
Neft-qaz  sektoru  üzrə  2014-cü  ildə  2013-cü  ilə  nisbətən  2.9%  azalma  qeydə 
alınmışdır.  Bu  sektorun  ÜDM-də xüsusi  çəkisi  39.0%  (2013-cü  ildə: 42.9  %) təşkil 
etmişdir.  2014-cü  ildə  qeyri-neft  sahələrinin  inkişaf  dinamikası  ümumilikdə  bu 
sahənin  real  ifadədə 7.0%  artması  ilə  nəticələnmişdir.  Belə  ki,  2013-cü  ilə  nisbətən 
2014-cü  ildə  rabitə  sahəsi  15.1%,  nəqliyyat  sahəsi  4.7%,  tikinti  sahəsi  9.1%, 
turistlərin  yerləşdirilməsi  və  ictimai  iaşə  sektoru  18.2%,  ticarət  sahəsi  isə  10.0% 
artmışdır. 
2014-cü  ildə  ölkədə iqtisadiyyatın və  sosial  sahələrin  inkişafına  bütün  maliyyə 
mənbələri  hesabına  17615.8  mln.  manat  investisiya  yönəldilmişdir.  Əsas  kapitala 
qoyulmuş  vəsaitin  72.3%-ni  daxili  investisiyalar,  27.7%-ni  isə  xarici  investisiyalar 
təşkil  etmişdir.  2014-cü  ildə  əsas  kapitala  yönəldilmiş  ümumi  investisiyaların 
11651.6  milyon  manatı  (66.1%-i)  qeyri-neft  bölməsinin,  5964.2  milyon  manatı 


83 
 
(33.9%-i)  isə  neft  bölməsinin  inkişafında  istifadə  edilmişdir.  2014-cü  ilin  1  dekabr 
tarixinə  iqtisadiyyata  banklar  tərəfindən  kredit  qoyuluşlarının  həcmi  keçən  ilin  1 
dekabr tarixinə nisbətən 19.1% artaraq 18151.9 mln. manat təşkil etmişdir (2013-cü 
ilin dekabr ayının 1-nə kredit qoyuluşlarının artımı 30.0% olmuşdur). 
Azərbaycanın  əvvəlki  illərdə  əldə  etdiyi  iqtisadi  artım  göstəriciləri  bilavasitə 
neft gəlirləri ilə bağlıdır. Son illərdə ölkə iqtisadiyyatının neftdən asılılığı azalmışdır. 
Neftdən  asılılıq  son  bir  neçə  ildə  neftin  qiymətinin  əvvəlki  illərlə  müqayisədə 
azalması, manatın sabitliyi üçün təhlükə törədə bilər. Bu da iqtisadi artıma mənfi təsir 
edə  bilər.  Neft  gəlirlərinin  ölkəyə  axını  Mərkəzi  Bankı,  manatın  kəskin 
möhkəmlənməsinin  qarşısını  almaq  məqsədi  ilə  xarici  valyutanın  sterilizasiyasını 
həyata  keçirməyə  məcbur  edir.  Bu  isə  manatın  emissiyasını  artıraraq  ölkədə 
inflyasiyanı stimulaşdırır.  
 Neftin qiymətinin azalması hətta son dövrdə manatın məzənnəsi kəskin sürətdə 
aşağı  düşməsinə  səbəb  oldu.  Lakin,  bunu  qeyd  etmək  lazımdır  ki,  manatın 
məzənnəsinin kəskin sürətdə aşağı düşməsini sadəcə neftin qiymətinin azalması bağlı 
deyil. Onun bir sıra başqa səbəbləri də vardır.  
Neftdən  gələn  gəlirlərin  əmək  haqlarının  artırılmasına,  dövriyyəyə  əlavə  pul 
buraxılmasına,  ümumiyyətlə,  istehlaka  yönəldilən  vəsaitlərin  həcminin  artmasına 
istiqamətləndirilməsi  də  infliyasiyanın  yaratma  amillərini  genişləndirir.  Bu  da 
qiymətlərin qalxmasına səbəb olur. 
qtisadi  artımın  səviyyəsi  hər  şəraitdə  məşğulluğun  artması  və  inflyasiyanın 
yüksəlməsi ilə müşahidə оlunur[28, səh.20 ].  
qtisadiyyatımızın  strukturunda  müsbətə  doğru  yüksək  dərəcədə  irəliləyiş 
olmuşdur. Yeni müstəqillik əldə etmiş ölkə üçün bu böyük nailiyyətdir. Bu da düzgün 
aparılmış  maliyyə  islahatlarının  nəticəsidir.  Əvvəlki  dövrdə  görülmüş  və  bundan 
sonra  görüləcək  işlər,  düzgün  islahatlar  nəticəsində  iqtisadiyyatımız  tam  şəkildə 
çoxşaxəli iqtisadiyyat kimi özünü göstərəcəkdir. 
 
 


84 
 
III FƏS L.
 Azərbaycanda maliyyə sabitliyinin möhkəmləndirilməsinin   
                                           
ə
sas istiqamətləri 
 
 
3.1.  Büdcə-vergi  siyasətinin  təkmilləşdirilməsi  makromaliyyə  sabitliyin   
dayanıqlığının təmin olunmasında proiritet istiqamət kimi 
 
 
Dövlətimiz öz milli iqtisadiyyatını yaratmaq, iqtisadi cəhətdən sərbəst olmaq və 
müstəqil inkişaf etmək vəzifəsini qarşısına qoymuşdur. Müasir Azərbaycan dövləti bu 
gün dinamik inkişaf yolu gedir və səmərəli şəkildə fəaliyyət göstərir.  
2014-cü ildə milli iqtisadiyyatda dinamik inkişaf və şaxələnmə prosesləri davam 
etmiş, müxtəlif sosial-iqtisadi göstəricilər üzrə ölkənin beynəlxalq reytinqləri daha da 
yaxşılaşmışdır.  Milli  iqtisadiyyat  qlobal  gərginliyə  və  risklərə  qarşı  daha  yüksək 
dayanıqlıq  nümayiş  etdirmiş,  iqtisadi  artım  davam  etmişdir.  Lakin  dünya  maliyyə 
böhranları  makromaliyyə  sabitliyinə,  milli  iqtisadi  inkişafına  getdikcə  öz  təsiri 
göstərir.  2015-ci  il  ərzində  də  dünya  üzrə  inkişaf  meyilləri  də  nəzərə  alınmaqla 
uzunmüddətli  dövrdə  ölkədə  makroiqtisadi  sabitlik  qorunması,  möhkəmləndirilməsi 
üçün müvafiq tədbirlər həyata keçirilməsi vacibdir. 
Makromaliyyə sabitliyinin möhkəmləndirilməsi və qorunub saxlanmasının əsas 
istiqamətləri aşağıdakılardır: 
1. büdcə-vergi siyasətinin təkmilləşdirilməsi; 
2. pul-kredit sisteminin dəyişən şəraitə uyğunlaşdırılması; 
3. pul-kredit və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi. 
Makromaliyyə  sabitliyi  büdcə-vergi  və  pul-kredit  siyasətlərinin  dövrü  olaraq 
səmərəli  tətbiqindən  asılıdır.  Əgər  iqtisadçılar  iqtisadiyyatın  inkişaf  perspektivlərini 
heç olmasa bir il əvvəl qabaqcadan dəqiq görə bilmək imkanına malik ola bilsəydilər, 
hətta vaxt amillərini nəzərə almaqla fiskal və monetar siyasətin vasitələrinin istifadəsi 
heç  bir  etiraza  rast  gəlməzdi.  Lakin  tənəzzül  və  böhran  xəbardarlıqsız  gəlir.  Ən 
düzgün iqtisadi siyasət  iqtisadi problemlər yarandıqca onları həll etməkdir[52, səh. 
631]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə