Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   28   29   30   31   32   33   34   35   36

94 
 
3.2.  Milli  iqtisadiyyatın  sabitliyinin  möhkəmləndirilməsində  pul  –kredit  
siyasəti alətlərinin təsirinin gücləndirilməsi  
 
Arxada qoyduğumuz 2014-cü ilin hər bir sahə üzrə yekunları da Azərbaycanın 
möhtəşəm  uğurlarından,  o  cümlədən  sosial-iqtisadi  nailiyyətlərini  davam 
etdirməsindən,  dünyada  artan  nüfuzundan,  regional  iqtisadi  məsələlərin  həllində 
ə
vəzolunmaz iştirakından xəbər verir.  
Ümumdünya  qtisadi  Forumunun  2014-ci  il  sonu  üçün  hazırladığı  “Qlobal 
Rəqabət  Qabiliyyəti  ndeksi”ndə  respublikamız  makroiqtisadi  sabitlik  indeksi  üzrə 
dünyada  ilk  onluqda  yer  almışdır.  Əsas  makroiqtisadi  göstəricilərdən  sayılan 
inflyasiyanın  birrəqəmli  və  aşağı  səviyyəsinə  görə  Azərbaycan  dünya  ölkələrinə 
liderlik etməklə yanaşı, dövlət borcunun ümumi daxili məhsula nisbətinə görə 13-cü 
yeri tutmuşdur. 
Pul-kredit  siyasətinin  əsas  öhdəliklərindən  biri  iqtisadi  inkişafın  davamlılığını 
təmin  etməkdir.  qtisadi  təhlilə  əsasən  demək  olar  ki,  ölkədə  aparılan  düzgün  pul-
kredit  siyasəti  inflyasiyanın  səviyyəsinin  aşağı  düşməsinə,  ölkədə  iqtisadi  artımın 
yüksəlməsinə və iqtisadi inkişafa şərait yaradıb.  
Lakin  iqtisadiyyat  daim  bir  xətt  üzrə  inkişaf  etmir.  Davamlı  iqtisadi  inkişafı 
təmin 
etmək 
üçün 
makromaliyyə 
sabitliyinin 
qorunub 
saxlanması, 
möhkəmləndirilməsi  vacibdir.  qtisadiyatın  uzunmüddətli  sabit  inkişafı  pul-kredit 
siyasətinin təkmilləşdirilməsi, iqtisadi şəraitə uyğunlaşdırılmasını tələb edir. 
Qlobal  risklərin  milli  iqtisadiyyatın  inkişaf  səviyyəsinə  mənfi  təsirlərini 
qabaqlayıcı  rejimdə  məhdudlaşdıran  çevik  makroiqtisadi  tənzimləmənin  həyata 
keçirilməsi vacib şərtdir. Bu baxımdan növbəti ildə ölkə iqtisadiyyatının inkişafının 
davam etməsi və maliyyə dayanıqlığının təmin olunması üçün makroiqtisadi siyasətin 
bütün istiqamətlərinin daha güclü konsolidasiyası və koordinasiyası zəruridir. 
Artıq 
postböhran 
dövrünün 
pul-kredit 
siyasətinin 
strategiyası 
da 
müəyyənləşdirilmişdir. Bu strategiyada 2 cəhət maraq doğurur: 
1. dünya valyuta sisteminin perspektivlərinin nəzərə alınması; 


95 
 
2. milli iqtisadiyyatın inkişaf etdirilməsi [23, səh.406]. 
Pul-kredit və büdcə-vergi siyasətinin hər hansı birinə üstünlük verilməsi düzgün 
deyildir.  Makromaliyyə  sabitliyini  qoruyub  saxlamaq  üçün  mövcud  şəraitə  uyğun 
pul-kredit  və  büdcə-vergi  strategiyası  hazırlanmalı  və  səmərəli  şəkildə  həyata 
keçirilməlidir.  
2015-ci  ildə  də  Mərkəzi  Bankın  fəaliyyətində  makroiqtisadi  və  maliyyə 
sabitliyinin qorunması əsas hədəflərdəndir. Mərkəzi Bank pul-kredit siyasətini həyata 
keçirməklə ölkədə maliyyə sabitliyini təmin etməyə, onu qoruyub saxlamağa çalışır. 
Mərkəzi Bank qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas istiqamətlərini oktyabr 
ayının  1-dən  gec  olmayaraq  Azərbaycan  Respublikası  Prezidentinə  təqdim  edir  və 
dekabr ayının 31-dək kütləvi informasiya vasitələrində ictimaiyyətə açıqlayır.  
Pul-kredit  siyasətinin  başlıca  istiqamətlərində  Azərbaycan  Respublikasının 
maktoiqtisadi və makromaliyyə vəziyyəti təhlil edilir, pul-kredit siyasətinin və bank 
sisteminin  inkişafının  əsas  istiqamətləri  əks  etdirilir.  Pul-kredit  siyasətinin  başlıca 
istiqamətlərində  inflyasiyanın  səviyyəsinin  azaldılması  və  manatın  xarici  dönərli 
valyutalara  nisbətən  məzənnəsinin  möhkəmləndirilməsi  kimi  əsas  vəzifələrin  yerinə 
yetirilməsi üçün aşağıdakılar nəzərdə tutulur: 
1. qarşıdakı il üçün pul-kredit siyasətinin məqsəd və vəzifələrinin, bunlara nail 
olmaq yollarının müəyyənləşdirilməsi; 
2.  inflyasiyanın  proqnozlaşdırılan  səviyyəsinə  nail  olmaq  üçün  pul  kütləsi 
həcminin və strukturunun tənzimlənməsi; 
3. daxili aktivlərin və ehtiyat pulun maksimum və xarici ehtiyatların minimum 
səviyyəsinin təmin olunması tədbirləri; 
4.  ölkənin  tədiyə  qabiliyyətinin  sabitliyi  və  valyuta  bazarının  tənzimlənməsi 
üçün valyuta ehtiyatlarının zəruri səviyyəsinin müəyyənləşdirilməsi; 
5.  həyata  keçirilən  pul-kredit  siyasətinə  uyğun  olaraq  bank  işinin 
təkminləşdirilməsi tədbirləri. 
Pul-kredit  siyasəti  yalnız  makromaliyyə  sabitliyi  naminə  deyil,  istehsalın 
canlandırılması  və  sağlamlaşdırılmasına  və  bütövlükdə  iqtisadi  konyukturanın 


96 
 
yaxşılaşdırılmasına  kömək  etməlidir.  Manatın  sabitliyinin  və  inflyasiyanın 
cilovlanmasını  təmin  edən  sərt  pul-kredit  siyasəti  elə  aparılmalıdır  ki,  bu  siyasətin 
iqtisadiyyata olan mənfi təsirini minimuma endirmək mümkün olsun. Bu gün iqtisadi 
islahatları  uğurla  aparmaq  üçün  sabit  manat  və  inflyasiyanın  aşağı  olması  vacibdir. 
Buna  nail  olmaq  üçün  möhkəm  iqtisadiyyata  söykənən  əsl  maliyyə  sabitliyi  olan 
mikromaliyyə  sabitliyinin  yaradılması  zəruridir.  Bunun  üçün  pul-kredit  siyasəti 
iqtisadi  siyasətin  digər  blokları  ilə  əlaqə  aparmalı  və  bütövlükdə  iqtisadiyyatın 
səmərəli fəaliyyət göstərməsinə xidmət etməlidir. 
Pul-kredit siyasətinin əsas istiqamətləri aşağıdakılardır. 
1.
  məzənnə sabitliyi; 
2.
  ixracın stimullaşdırılması; 
3.
  inflyasiyanın  qarşısının  alınması,  aşağı  təkrəqəmli  inflyasiya  səviyyəsinin 
qorunması; 
4.
  qeyri-neft sektorunun inkişaf etdirilməsi; 
5.
  tədiyyə balansının tarazlığının qorunub saxlanması; 
6.
  əlverişli investisiya mühitinin yaradılması. 
Ölkə  iqtisadiyyatının  pul-kredit  siyasətinin  həyata  keçirilməsi  zamanı  labüd 
olaraq  infliyasiya  qarşı  mübarizə  ilə  iqtisadi  artımın  stimullaşdırılması  problemi 
arasında  obyektiv  ziddiyyət  yaranır.  Bu  baxımdan  pul-kredit  siyasəti  ən  sıx  şəkildə 
dövlətin  investisiya  maliyyə  siyasəti  ilə  əlaqələndirilməli,  vergi  tənzimləmə  sistemi 
ilə tamamlanmalıdır[25, səh.337]. 
Yuxarıda  qeyd  olunduğu  kimi  yüksək  iqtisadi  artım  infliyasiyanın  artmasına 
səbəb ola bilər. Yüksək iqtisadi artımı təmin etməklə inflyasiya səviyyəsini qorumaq 
üçün  büdcə-vergi  və  pul-kredit  siyasəti  bir-biri  ilə  əlaqələndirilərək  sistemli  şəkildə 
həyata keçirilməsi daha məqsədəuyğundur. 
qtisadi artım çevik pul siyasəti ilə dəstəkləklənməli, Mərkəzi Bank o cümlədən 
risklərin minimallaşdırılmasını, bank sektorunda maliyyə dayanıqlığının qorunmasını 
təmin  etməlidir.  Bank  sektorunun  maliyyə  dərinliyinin  artırılması  və  onun  iqtisadi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə