Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

88 
 
-
 vergi  dərəcələrini  təkmilləşdirmək,  sahibkarlıq  fəaliyyəti  üçün  əlverişli  vergi 
mühitinin yaradılması; 
-
 vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin 
genişləndirilməsi; 
-
 vergi  inzibatçılığının,  vergi  nəzarətinin  (kameral,  səyyar  vergi  yoxlamaların 
təkmilləşdirilməsi 
-
 operativ vergi nəzarəti təkmilləşdirilməsi və elektron auditin, elektron ticarətə 
nəzarətin həyata keçirilməsi ilə vergidən yayınmaların aradan qaldırılması; 
-
 ümumi bəyannamə sisteminə keçidlə bağlı tədbirlərin təkmilləşdirilməsi; 
-
 müasir informasiya kommunikasiyalardan istifadə etməklə elektron xidmətlərin 
genişləndirilməsi və təkmilləşdirilməsi;  
-
 vergi  dərəcələrinin  optimallaşdırılması,  vergidən  azadolmaların  və  vergi 
güzəştlərinin minimuma endirilməsi yolu ilə vergitutma bazasının genişləndirilməsi; 
-
 vergi  yükünün  tədricən  istehsaldan  istehlaka  keçirilməsi  üçün  təkliflərin 
hazırlanması; 
-
 ƏDV-də  güzəşt  və  imtiyazların  aradan  qaldırılması  və  onun  dərəcələrinin 
differensasiyasına keçilməsinin təmin edilməsi; 
-
 əmlak  və  torpaq  vergilərinin  bazasında  daşınmaz  əmlak  vergisinin  tətbiqi  və 
tədricən  bazar  qiymətinə  əsasən  vergilərin  hesablanıb  tutulmasına  keçidin  təmin 
edilməsi; 
-
 beynəlxalq  əməkdaşlığın  inkişaf  etdirilməsi  və  vergi  qanunvericiliyinin 
beynəlxalq vergi sisteminə inteqrasiyasının daha da gücləndirilməsi. 
Aşağıdakı  cədvəldə  2013  və  2014-ci  illər  üzrə  dövlət  büdcəsinin  faktiki 
göstəriciləri ilə 2015- cilin proqnoz göstəriciləri  müqayisəli şəkildə verilmişdir. 
 
 
 
 
 


89 
 
Göstərici 
 
2013 
 
2014 
 
2015 
2015- ci illə müqayisə 
2013  2014 
ÜDM (mln.AZN) 
58182.0  58977.8 
61549.2 
3367.2 
2571.4 
ÜDM-in real artım tempi,% 
5.8 
2.8 
4,4 
-1.4 
1.6 
Adambaşına düşən ÜDM 
həcmi (AZN) 
6207.3 
6264.1 
6618.19 
410.89 
354.09 
Dövlət büdcəsinin gəlirləri 
(mln.AZN) 
19496.3  18400.6 
19 438 
-58.3 
1037.4 
Dövlət büdcəsinin 
gəlirləri  ÜDM-də xüsusi çəkisi, 

33.5 
31.2 
31,6 
-1.9 
0.4 
Dövlət büdcəsinin xərcləri 
(mln.AZN) 
19143.5  18699.3 
21100 
1956.5 
2400.7 
Dövlət büdcəsinin 
xərcləri ÜDM-də xüsusi çəkisi, 

32.9 
31.7 
34,3 
2.4 
3.6 
Büdcə kəsiri (mln.AZN) 
352.8 
298.7 
1662 
-1309.2 
1363.3 
Büdcə kəsirinin ÜDM-də 
xüsusi çəkisi, % 
0.6 
0.5 
2,8 
2.2 
2.3 
Vergi daxilolmaları 
(mln.AZN) 
7492.7 
8177.5 
7112.0 
-380.7 
-1065.5 
Vergi daxilolmalarının ÜDM-ə 
nisbəti % 
12.9 
13.9 
11.55 
-1.35 
-2.35 
Vergilərin gəlirlərdə payı % 
38.4 
44.4 
36.59 
-1.81 
-7.81 
     
            Cədvəl www.stat.gov.az internet saytının statistik məlumatlarına 
                              əsasən müəllif tərəfindən tərtib olunmuşdur. 
 
2015-ci  il  dövlət  büdcəsinin  gəlirləri  ümumi  daxili  məhsulun  35,5%  həcmində 
olmaqla nominal ifadədə 19 milyard 438 milyon manat, dövlət büdcəsinin xərcləri isə 
ümumi  daxili  məhsulun  35,3%-i  təşkil  etməklə  21  milyard  100  milyon manat 
proqnozlaşdırılır. Nominal ifadədə dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon 
manat proqnozlaşdırılır ki, bu da 2014-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 54 
milyon manat və ya 5,7% çoxdur. 
“Dövlət  büdcəsinin  qeyri-neft  gəlirlərinin  qeyri-neft  ÜDM-də  xüsusi  çəkisini 
yüksəltmək,  vergi  daxilolmalarının  yığım  əmsalını  artırmaq,  vergi  borclarının  ləğv 
edilməsi  və  vergidən  yayınmaların  qarşısının  alınması  istiqamətində  tədbirləri 
gücləndirmək, ölkənin şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlışdırılması 


90 
 
istiqamətində işləri növbəti illərdə də davam etdirmək prioritet vəzifələrdəndir”,-2015 
-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatında deyilir. 
Dövlət  büdcəsinin  kəsiri 1  milyard  662 milyon  manat  nəzərdə  tutulur.  Dövlət 
büdcəsi  kəsirinin  maliyyələşdirilməsi  qiymətli  kağızların  yerləşdirilməsindən, 
özəlləşdirmədən  daxilolmalar,  xarici  qrantlar  və  dövlət  büdcəsinin  vahid  xəzinə 
hesabının qalığı hesabına həyata keçiriləcəkdir. 2015-ci ildə dövlət büdcəsi kəsirinin 
ÜDM-ə nisbəti 2,8 faiz təşkil edəcəkdir. 
Kəsirin maliyyələşmə mənbələri (1 milyard 662 milyon manat) və Azərbaycan 
Respublikasının  Dövlət  Neft  Fondundan  ayrılan  transfert  (10  milyard  388  milyon 
manat) nəzərə alınmaqla, 2015-ci il dövlət büdcəsinin xərcləri 21 milyard 100 milyon 
manat proqnozlaşdırılır ki, bu da  2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 1 
milyard 956,5 milyon manat və ya 10,2 faiz, 2014-cü illə müqayisədə isə 1 milyard 
37  milyon manat və yaxud 5,2 faiz çoxdur. 
Azərbaycan  Respublikasının  2015-ci  il  icmal  büdcəsinin  gəlirləri 20  milyard 
716,8 mln. manat,  xərcləri 25 milyard 911 milyon manat proqnozlaşdırılır. 2014-cü 
illə müqayisədə  icmal büdcəsinin gəlirləri 1 milyard 269,1 milyon manat və ya 5,8% 
az, xərcləri isə 1 milyard 467,1 milyon manat və ya 6,0 faiz çox nəzərdə tutulmuşdur. 
cmal  büdcənin tərkib  hissəsi olan  Azərbaycan  Respublikası Dövlət  Sosial  Müdafiə 
Fondunun  büdcəsinin  xərcləri  3  milyard  56,3  milyon  manat  proqnozlaşdırılır  ki,  bu 
da  2014-cü  illə  müqayisədə  127,8  milyon  manat  və  ya  4,4  faiz  çox,  2013-cü  ilin 
faktiki  icra  göstəriciləri  ilə  müqayisədə   468  milyon  manat  və  ya  18,1  faiz  çoxdur. 
Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  2015-ci  il  büdcəsinin  xərcləri  12 
milyard  304,8  milyon  manat  proqnozlaşdırılır  ki,  bu  da  2014-cü  illə  müqayisədə  1 
milyard 13  milyon manat və ya 9,0 faiz çoxdur. 
Azərbaycan  Respublikası  Vergilər  Nazirliyinin  xətti  ilə  dövlət  büdcəsinə 7 
milyard  112   milyon  manat daxilolma  proqnozlaşdırılır  ki,  bunun  da  4  milyard 
812  mln. manatı və ya 67,7 faizi qeyri-neft sektorunun, 2 milyard 300 mln. manatı və 
ya 32,3 faizi isə neft sektorunun payına düşür.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə