Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

85 
 
Dövlət  qarşısında  duran  mühüm  məsələlərdən  biri  makroiqtisadi  sabitliyinin 
həm  milli  iqtisadiyyat,  həm  də  regional  səviyyədə  təmin  olunması  və  qorunub 
saxlanmasıdır.  Lakin  regional  səviyyədə  istehsalın  qeyri-bərabər  yerləşdirilməsi 
makroiqtisadi sabitliyin regional səviyyədə təmin edilməsinin qarşısını alır. Regional 
səviyyədə  makroiqtisadi  sabitliyi  təmin  etmək  üçün  məqsəduyğun  pul-kredit  və 
büdcə-vergi siyasəti həyata keçirilməlidir. 
Makromaliyyə sabitliyi möhkəmləndirmək üçün uzunmüddətli strategiya işlənib 
hazırlanmalı  və  daima  təkmilləşdirilməlidir.  Büdcə  strategiyasının  və  bütövlükdə 
dövlətin  maliyyə-iqtisadi  siyasətinin  alternativ  ideyalarının  işlənib  hazırlanması 
mühüm  əhəmiyyət  kəsb  edir.  qtisadi  tənzimlənmənin  mühüm  vasitəsi  kimi,  büdcə 
siyasətinin  işlənib  hazırlanmasında  çoxvariantlılıq  ölkə  iqtisadiyyatının  davamlı 
inkişafının  təmin  edilməsində  mühüm  əhəmiyyət  kəsb  edir.  Təcrübə  göstərir  ki, 
büdcə  layihələrinin  başlıca  çatışmazlığı  məhz  onların alternativsiz xarakter  daşıması 
ilə bağlıdır[39]. 
Büdcə  gəlirlərinin  həcm  və  quruluşunda  baş  verən  dəyişikliklər  digər  sosial-
iqtisadi göstəricilərin dinamikasına ciddi təsir göstərir. Bu baxımda büdcə siyasətinin 
düzgün və səmərəli aparılması vacibdir. 
qtisadi  təhlil  nəticəsində  büdcə-vergi  siyasətində  müşahidə  olunmuş  meyllər 
bunlardır:  bu  sahədə  qanunvericiliyin  hələ  də  lazımı  səviyyədə  olmaması;  büdcə 
kəsirinin, dövlət borcunun yol verilən səviyyədə olması; vergi dərəcələrinin və vergi 
yükünün  azaldılması;  vergidən  yayınmalara  qarşı  ciddi  mübarizə  tədbirinin 
aparılmaması;  ölkənin  büdcə  gəlirlərində  vergilərin  payının  azaldılması;  mənfəət 
vergisinin  gəlirlərdə  payının  artırılması;  büdcə  gəlirlərində  qeyri-neft  sektorunun 
payının  hələdə  lazımı  səviyyədə  olmaması;  büdcə  gəlirlərində xarici ticarətdən  əldə 
olunan vergilərin payının artırılması. 
Büdcə-vergi  siyasətinin  təkmilləşdirilməsi  məqsədilə  həyata  keçirilməli  əsas 
tədbirlər  aşağıdakı  prioritet  istiqamətlərdə  olmalıdır:  büdcə  qanunvericiliyinin 
təkmilləşdirilməsi;  büdcə  gəlirlərinin  artırılması;  büdcə  xərclərinin  səmərəliliyinin 
yüksəldilməsi;  dövlət borcunun idarə edilməsi mexanizminin təkmilləşdirilməsi. 


86 
 
Makro  səviyyədə  uzunmüddətli  sabitləşməyə  nail  olmaq  üçün  milli 
iqtisadiyyatın xarakterinə uyğun iqtisadi inkişaf modeli seçilməlidir. Hər bir ölkənin 
özünə məxsus makroiqtisadi sabitləşmə proqramı olmalıdır. 
2014-2017  sosial-iqtisadi  inkişaf  konsepsiyanın  əsas  məqsədi  uzunmüddətli 
dövrdə  makromaliyyə  sabitliyini  təmin  edilməsinə  şərait  yaratmaqla  iqtisadiyyatın 
davamlı inkişafına və əhalinin layiqli həyat səviyyəsinə nail olmaqdan ibarətdir.  
Büdcə-vergi  siyasəti  ölkənin  sosial-iqtisadi  inkişaf  konsepsiyasına  uyğun 
müəyyənləşdirilməlidir. Büdcə- vergi siyasəti hansı məqsədlərdə və kimlər tərəfindən 
istifadə  ediləcəyindən  asılı  olaraq  milli  iqtisadiyyatın  stabilləşməsinə  həm  müsbət, 
həm də mənfi təsir göstərə bilər. 
2015-ci ildə maliyyə sabitlliyinin möhkəmləndirilməsində büdcə siyasətinin əsas 
prioritetləri aşağıdakılardır:    
-
 
Ümumi Daxili Məhsulda qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi 
çəkisini yüksəltmək; 
-
 
büdcə gəlirlərinin yığım əmsalını artırmaq; 
-
 
dövlət  büdcəsi  xərclərinin  strukturunun  təkmilləşdirilməsi  üzrə 
qanunvericilik bazasının gücləndirilməsi istiqamətində işləri davam etdirmək; 
-
 
dövlət  büdcəsi  xərclərinin  ümumi  daxili  məhsulda  xüsusi  çəkisinin 
optimallaşdırılması istiqamətində işləri davam etdirmək; 
-
 
büdcə  xərclərinin  son  nəticəyə  əsaslanan  məqsədli  proqramlar  əsasında 
tərtibi işini davam etdirmək; 
-
 
dövlət büdcəsi kəsirinin maliyyələşdirmə  strukturunun təkmilləşdirilməsi 
işini  davam  etdirmək,  qiymətli  kağızlar  bazarının  daha  da  inkişaf  etdirilməsi 
hesabına  dövlət  istiqrazlarının  buraxılması  yolu  ilə  dövlət  büdcəsi  kəsirinin 
maliyyələşdirilməsinə üstünlük vermək; 
-
 
dövlət borclarının idarə olunmasında səmərəliliyi daha da artırmaq, dövlət 
zəmanəti  ilə  kreditlərin  alınması  və  istifadəsinə,  eləcə  də  təşkilatların  maliyyə 
fəaliyyətinə nəzarəti gücləndirmək; 


87 
 
-
 
dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə 
daxilolma əmsalını artırmaq; 
-
 
dövlət rüsumu haqqında qanunvericiliyi təkmilləşdirmək; 
-
 
dövlət büdcəsindən müəssisə və təşkilatlara verilən maliyyə yardımlarının 
və transfertlərin istifadə mexanizmini təkmilləşdirmək   
-
 
dövlət  əsaslı  vəsait  qoyuluşunun  strukturunu  daha  da  təkmilləşdirməklə 
bu  məqsəd  üçün  daxili  maliyyə  ehtiyatlarının  daha  çox  cəlb  edilməsinə  üstünlük 
vermək, vəsaitdən istifadənin səmərəliliyini artırmaq. 
Milli  iqtisadi  inkişaf  strategiyasına  uyğun  olaraq  son  illər  vergi  sisteminin 
təkmilləşdirilməsi,  vergi  xidmətinin  müasir  Avropa  standartlarına  uyğunlaşdırılması 
sahəsində  əhəmiyyətli  işlər görülmüş,  vergi qanunvericiliyi  və  vergi  inzibatçılığının 
müasir  şəkildə  qurulmasında  çox  mühüm  nailiyyətlər  əldə  edilmişdir.  Bu 
nailiyyətlərin konseptual əsasları vergi ödəyicilərinin  hüquqlarının genişləndirilməsi, 
vergi güzəştlərinin  minimuma endirilməsi, vergidən yayınma hallarına qarşı səmərəli 
mübarizənin  təşkili  və  əlverişli  investisiya  mühitinin  yaradılmasından  ibarət 
olmuşdur. 
Eyni zamanda, bütün vergi ödəyiciləri üçün bərabər iqtisadi şəraitin yaradılması, 
ölkədə sahibkarlığın inkişafı və azad rəqabətin formalaşması vergi qanunvericiliyi və 
inzibatçılığının təkmilləşdirilməsinin əsas prinsiplərindəndir. 
Vergitutma  sahəsində  strateji  məqsəd  və  hədəflərə  nail  olmaq  üçün  son 
dövrlərdə  səmərəli  vergi  siyasəti  həyata  keçirilmişdir.  Vergi  siyasəti  əsasən  dövlət 
vergilərinin  və  digər  büdcə  daxilolmalarının  düzgün  hesablanmasına,  onların 
vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyi və 
inzibatçılığının  təkmilləşdirilməsinə,  vergi  nəzarətinin  gücləndirilməsinə,  vergi 
ödəyicilərinə  xidmətin  keyfıyyətinin  yüksəldilməsinə  və  vergi  sistemində  insan 
resurslarından istifadənin səmərəliyinin artırılmasına yönəldilmişdir. 
2015-ci  il  və  növbəti  illərdə  maliyyə  sabitlliyinin  möhkəmləndirilməsi  üzrə 
Azərbaycan  Respublikasının  vergi  siyasətinin  əsas  istiqamətləri  aşağıdakılardan 
ibarətdir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə