Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   28   29   30   31   32   33   34   35   36

103 
 
kursunun  aşağı  düşməsinə  səbəb  olmuşdur.  2015-ci  ildə  maliyyə  sabitliyinin 
pozulması təhlükəsi yaranmışdır. 
2015-ci  il  ərzində  də  dünya  üzrə  inkişaf  meyilləri  də  nəzərə  alınmaqla 
uzunmüddətli  dövrdə  ölkədə  makroiqtisadi  sabitlik  qorunması,  möhkəmləndirilməsi 
üçün müvafiq tədbirlər həyata keçirilməsi vacibdir. 
Milli iqtisadiyyatın maliyyə sabitliyinin təmin edilməsi, möhkəmləndirilməsi və 
uzunmüddət qorunub saxlanması üçün apardığımız tədqiqatın nəticələri və bu sahədə 
verdiyimiz konkret təklif və tövsiyələr aşağıdakılardır: 
1.
  qtisadi  sabitləşmə  siyasəti  olaraq  fıskal  və  monetar  siyasətin  bu  və  ya 
digərinin seçilməsi heç də makroiqtisadi müvazinət problemindən kənar fərqli nəzəri 
-  metodoloji  əsas  kimi  qəbul  olunmamalıdır.  Əslində  iqtisadi  siyasət  metodlarının 
seçilməsi  hər  şeydən  əvvəl  makroiqtisadi  sabitləşməyə  imkan  yaratmaqla  eyni 
zamanda  makroiqtisadi  sabitliyin  təmin  olunmasına  xidmət  göstərməlidir.  Lakin 
tətbiq olunan iqtisadi siyasət metodunun seçilməsi və həyata keçirilməsi imkanı hə- 
yata  keçirilən  iqtisadi  siyasətin  səmərəlilik  meyarı  ilə  əsaslandırılmalıdır.  Belə  ki, 
büdcə-vergi  və  pul-kredit  siyasəti  təkmilləşdirilməli,  bir-biri  ilə  qarşılıqlı  sürətdə 
ə
laqələndirilməlidir.  Makromaliyyə  sabitliyi  möhkəmləndirmək  üçün  bu  siyasətlər  
sintezləşdirilmiş şəkildə və mövcud şəraitə uyğunlaşdırılaraq həyata keçirilməlidir.  
2.
 Büdcə  xərclərinin  məqsədi  və  ünvanı  dəqiq  müəyyən  olunmalı,  büdcə 
gəlirlərindən  qənaətlə  istifadə  olunmalıdır.  Büdcə  gəlirlərindən  israfçılıqla  istifadə 
həddindən artıq büdcə kəsirinə yol verə bilər. Çünki, əsas gəlir mənbəyimiz neftdir. 
Neftin isə qiyməti getdikcə çox aşağı düşə bilər. Artıq neft dövrü başa çatır.  Bunun 
üçün büdcə gəlirlərindən səmərəli istifadə etmək lazımdır. 
3.
 Neftin ucuzlaşması ilə əlaqədar büdcə gəlirləri azala, büdcə kəsiri yol verilən 
həddən  artıq  ola  bilər.  Qeyri-neft  sektorunun  inkişafı  maliyyə  sabitliyinin  təmin 
olunmasına  öz  tövhəsini  verə  bilər.  Xüsusilə  də  kənd  təsərrüfatı,  tikinti  sənayesi, 
yüngül  sənaye  inkişaf  etdirilməlidir.  Çünki,    bu  sahələrin  inkişaf  etdirilməsi  üçün 
Azərbaycanda  mövcud  şərait  var.  Lakin,  bu  şəraitdən  düzgün  və  məqsəduyğun 
istifadə olunmur. 


104 
 
Qeyri-neft  sektorunun  inkişaf  strategiyası  öz  növbəsində  bir  çox  kompleks 
tədbirlərin həyata keçirilməsini tələb edir. Qeyri-neft sektorunu inkişaf etdimək üçün 
bu  sahədə  biznesin  daha  da  həvəsləndirilməsi,  onun  kreditləşdirilməsi 
mexanizmlərinin  yaradılması,  vergi  dərəcələrinin  neft  sektoruna  nisbətən  aşağı 
salınması, investisiyaların stimullaşdırılması lazımdır. 
Azərbaycanın neft ixracdan əldə edilən vəsait aşağıdakı məqsədlər üçün istifadə 
edilməsi  daha  məqsədəuyğundur:  infrastrukturun  inkişaf  etdirilməsi;  təhsil  və 
səhiyyənin inkişaf etdirilməsi; digər sənaye sahələrinin inkişaf etdirilməsi; 
4.
 Büdcə kəsirinin maliyyələşməsində xarici borclara üstünlük verilməsi düzgün 
deyil.  Büdcə  kəsirinin  maliyyələşməsində  daxili  borclara  üstünlük  verilməsi  daha 
məqsədə  uyğundur.  Xarici  borclanma,  borc  ödəmək  üçün  təkrar  borclanma  ölkənin 
iqtisadi təhlükəsizliyinə mənfi təsir edə bilər.  
5.
 Vergi  dərəcələri  sahələr  və  regionlar  üzrə  fərqləndirilməli,  bütövlükdə 
vergiqoyma  baxımından  konkretləşdirilməlidir.  Büdcə  tarazlığını  qoruyub  saxlamaq 
üçün  vergi yayınmalarının qarşısı alınmalı, vergi nəzarəti gücləndirilməlidir.  
Aparılan tədqiqatlar göstərir ki, vergi sisteminin təkmilləşdirilməsi istiqamətində 
son  dövrlərdə  aparılan  islahatlar  əsasən  ölkədə  sahibkarlıq  fəaliyyətinin  inkişaf 
etdirilməsinə  yönəldilmişdir. Burada  əsas diqqət  vergi  sisteminin sadələşdirilməsinə 
və  dəyişdirilməsinə,  qeyri-səmərəli  və  əsaslandırılmamış  vergi  güzəştlərinin  ləğv 
olunmasına,  vergiqoyma  şərtlərinin  bərabərləşdirilməsinə,  nominal  vergi  yükünün 
azaldılmasına  yönəldilmişdir.  Hesab  edilir  ki,  vergi  islahatları  istiqamətində,  ilk 
növbədə vergi ödəyiciləri arasında vergi yükünün nisbətən bərabər bölüşdürülməsinə 
üstünlük verilməli, vergi islahatları kompleks şəkildə aparılmalıdır. 
6.
  Büdcə  gəlirlərini  formalaşdırmaq  üçün  mənfəət  və  əlavə  dəyər  vergisinin 
gəlirdə payının artırmaq, əhalidən alınan gəlir vergisininin isə payını azaltmaq daha 
məqsədəuyğundur.  
7.
 AMB  valyuta  kursunun  tənzimlənməsində  də  bazar  əməliyyatından  istifadə 
edir.  Xarici  valyutanın  təklifi  artırsa,  bu  milli  valyutanın  möhkəmlənməsi,  milli 
valyutanın möhkəmlənməsi isə ölkənin ixrac potensialına mənfi təsir ilə nəticələnir, 


105 
 
idxala  üstünlük  verilir.  Xarici  valyutanın  təklifi  azaldıqda  isə  milli  valyutanın 
ucuzlaşması, bununla da ölkədə maliyyə sabitliyinin pozulması, inflyasiya təhlükəsi 
meydana gəlir. Son dövrdə valyuta məzənnəsinin aşağı düşməsi ilə əlaqədar ixracın 
stimullaşdırılması,  idxalın  məhdudlaşdırılması  ölkədə  maliyyə  sabitliyinin  yenidən 
möhkəmləndirilməsinə  şərait  yarada  bilər  -  xüsusəndə  qeyri-neft  sektorunda    ixracı 
stimullaşdırılması. 
8.
 Manatın məzənnəsinin düşməsi nəticəsində bank əmanətçilərinin çox hissəsi 
öz  manat  hesablarını  dollar  hesabına  çevirməsi,  bunun  nəticəsində  dollara  olan 
tələbin  artması  manatın  növbəti  illərdə  dollarlaşma  prosesi  güclənərək,  manatın 
sabitliyini  təhlükə  qarşısında  qoya  bilər.  Bunun  üçün  dollarla  olan  əmanətlərə  görə 
faiz dərəcəsi manata nisbətən aşağı olması manatın sabitliyinin möhkəmləndirilməsi 
baxımından daha məqsədəuyyğundur.  
9.
  Azərbaycana  xarici  investisiyaların  qoyulması  istehsal  olunan  məhsulların 
dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsinə gətirib çıxarır. Ancaq xarici 
investisiyaların  yalnız  neft  sektoruna  deyil,  həm  də  iqtisadiyyatın  qeyri-neft 
sektorlarına  qoyuluşu  genişlənməli  və  dövlət  nəzarətinə  götürülməlidir.  Hal-hazırda 
ölkə  regionları  üzrə xarici investisiyaların  qeyri-bərabər  yerləşdirilməsi  davam  edir. 
Bu səbəbdən, regionlar üzrə investorlara bir sıra güzəştlər edilməlidir.  
10.
  Ölkədə  ödəniş  sisteminin  inkişafı  üzrə  bank  sisteminin  maliyyə 
dərinliyinin daha da artmasına xidmət edəcək yeni dövlət proqramının qəbul edilməsi 
zəruridir.  Proqram  həyata  keçirilməsi  ortamüddətli  dövrdə  ölkədə  inteqrasiya 
olunmuş  vahid  elektron  ticarətin  inkişafının  sürətlənməsinə  və  nağdsız  dövriyyənin 
artmasına imkan verəcəkdir. 
Azərbaycan  dünyada  aparıcı  mövqeye  malik  olan  inkişaf  etmiş  ölkələrdə  baş 
verən proseslərə uyğunlaşmalı, gələcək üçün elə bir çevik və optimal iqtisadi siyasət 
yeridilməlidir  ki,  bir  tərəfdən  maksimum  mənfəət  götürməyə  imkan  versin,  digər 
tərəfdən onun mənfi nəticələrini minimumlaşdıra bilsin.  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə