Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   28   29   30   31   32   33   34   35   36

97 
 
artımda  daha  effektiv  iştirakının  stimullaşdırılması  istiqamətində  də  fəaliyyət 
gücləndirilməlidir.  
Dövlətin  pul-kredit  siyasətinin    əsas  xətti  banklara  olan  etmadın  artırılmasıdır. 
Ə
vvəlki  illərdə  olduğu  kimi,  ortamüddətli  dövrdə  də  bank  sisteminə  etimadın, 
sistemin  dayanıqlığının,  bank  sektorunun  iqtisadiyyatda  maliyyə  vasitəçisi  rolunun 
dəstəklənməsi,  iqtisadi  subyektlərin  bank  sisteminə  inamını  qorumaq  və  daha  da 
artırmaq  mühüm  prioritetlər  olmalıdır.  Bunun  üçün  bank  sisteminin  likvidliyinin 
adekvat səviyyədə saxlanması siyasəti davam etdirilməlidir. 
2015-ci  ildə  ödəniş  sistemlərinin  inkişaf  etdirilməsi,  elektron  ödəniş 
sistemlərindən  daha  fəal  istifadə  olunması,  dövriyyədə  olan  nağd  pul  kütləsinin 
nağdsız dövriyyə ilə əvəz edilməsi istiqamətində işlər davam etdiriləcəkdir. 
Regional  bankçılığın  inkişafı  2015-ci  ildə  də  diqqətdə  saxlanılacaq,  kredit 
institutlarının  regional  şəbəkəsinin  genişləndirilməsi  təşviq  olunacaqdır.  Fiziki  filial 
şə
bəkəsi  ilə  yanaşı  distansion  bankçılıq  mexanizmlərinin,  o  cümlədən,  elektron 
bankçılıq alətlərinin inkişaf etdirilməsi mühüm prioritetlərdən olacaqdır 
Dövlət pul-kredit  siyasəti  vasitəsi  ilə  qiymət  sabitliyinə,  vayuta  sabitliyinə,  pul 
tədavülündə  tarazlığa,  xarici  ticarət  balansında,  tədiyə  balansında  tarazlığa  nail 
olmağa çalışır.  
Beynəlxalq təcrübəyə görə inflyasiyanın birbaşa hədəflənməsi qiymət sabitliyini 
təmin  etməyin  ən  effektiv  çərçivəsidir.  Mərkəzi  Bankın  faiz  dərəcələri  vasitəsilə 
məcmu tələbə, iqtisadi artıma və inflyasiyaya yüksək təsir imkanlarını nəzərdə tutan 
bu  siyasət  çərçivəsi  inflyasiya  gözləntilərini  sabitləşdirir  və  makroiqtisadi  şokların 
təsirlərini  çevik  neytrallaşdırmağa  imkan  verir.  Bunun  üçün  müvafiq  şərait 
formalaşdıqca  (xarici  valyuta  mənbələrinin  şaxələnməsi,  maliyyə  və  kapital 
bazarlarının  dərinləşməsi,  bank  sektorunun  maliyyə  dərinliyinin  artması  və  s.)  faiz 
dərəcəsindən  məcmu  tələbə  təsir  edən  operativ  hədəf  kimi  istifadə  olunması 
imkanları  yaranacaqdır.  nflyasiyanın  aşağı  təkrəqəmli  səviyyədə  saxlanması  pul 
siyasətinin əsas hədəfini təşkil edəcəkdir.  


98 
 
Pul  siyasəti  çərçivəsinin  təkmilləşdirilməsi  zamanı  son  vaxtlar  dünyada  pul 
siyasəti dizaynında baş verən dəyişikliklər də nəzərə alınmalıdır. Son qlobal böhran 
göstərdi  ki,  mərkəzi  banklar  dayanıqlı  iqtisadi  inkişafı  yalnız  qiymət  sabitliyi  ilə 
dəstəkləməklə  kifayətlənməməli,  ümumi  makroiqtisadi  sabitliyə  nail  olmağa 
çalışmalıdırlar. 
Manatın  məzənnəsinin  sabitliyi  növbəti  ildə  mühüm  prioritetlərdən  biri 
olacaqdır.  qtisadi  situasiyadan  asılı  olaraq  iqtisadi  artıma  effektiv  dəstək  vermək 
üçün pul siyasətinin çevikliyi artırılacaqdır. 
2015-ci ildə məzənnə siyasətini həyata keçirərkən Mərkəzi Bank  makroiqtisadi 
sabitliyin  təmin  edilməsi,  maliyyə  sabitliyinin  və  qeyri-neft  iqtisadiyyatının  rəqabət 
qabiliyyətinin qorunması kimi hədəfləri əsas götürəcəkdir. Manatın sabit məzənnəsi 
aşağı  təkrəqəmli  inflyasiya  hədəfinə  nail  olunmasında,  sosial  rifahın  və  investisiya 
aktivliyinin  qorunmasında  mühüm  rol  oynayır.  Bunu  nəzərə  alaraq  2015-ci  ildə 
manatın məzənnəsinin sabitliyi mühüm prioritetdir.  
Məzənnə  rejimi  əsasən  dəyişməz  saxlanacağını  hədəfləyirdi.  Lakin  əvvəlcədən 
müəyyən  olunmuş  strategiya,  proqnoz  göstəriciləri  özünü  doğrultmaya  bilər.  Son 
zamanlarda  baş  verən  proseslər    manatın  məzənnəsinin  kəskin  sürətdə  aşağı 
düşməsinə səbəb oldu. Mərkəzi Bank yumşaq valyuta siyasəti yeritməyə başladı.  
2015-ci ildə iqtisadi artım 4,4 faiz, növbəti üç ildə isə orta illik iqtisadi artım 5 
faiz  proqnozlaşdırılır.  Beynəlxalq  Valyuta  Fondunun  proqnozlarına  əsasən  dünya 
iqtisadiyyatının artım tempinin 2015-ci ildə isə 3,8 faiz təşkil edəcəyi gözlənilir. 
Belə  ki,  qeyri-neft  sektorunun  2015-ci  ildə  8,2  faiz,  növbəti  üç  ildə  isə  orta 
hesabla 7 faiz artacağı gözlənilir. Bu da “Azərbaycan 2020: Gələcəyə baxış”  nkişaf 
Konsepsiyasının  əsas  hədəflərindən  biri  olan  qeyri-neft  sektorunun  inkişafı 
göstəricisinin təmin olunması ilə nəticələnəcək. 
Növbəti  illərdə  məqsədli  dövlət  proqramlarında  nəzərdə  tutulmuş  tədbirlərin 
icrası ölkə iqtisadiyyatının dinamik inkişafına təkan verməklə, qeyri-neft sektorunun 
artımına münbit şərait yaradacaq və onun ümumi daxili məhsuldakı payı 2015-ci ildə 
66,0%-dən  2018-ci  ildə  71,3%-ə  çatacaq.  Qeyri-neft  sektorunun  və  qeyri-neft 


99 
 
ixracının lokomotivlərindən biri olan qeyri-neft sənayesinin inkişafının ortamüddətli 
dövrdə də davam etdirilməsi nəzərdə tutulur. Belə ki, bütövlükdə qeyri-neft sənayesi 
üzrə 2015-ci  ildə  7,6%,  növbəti  üç ildə  isə  orta  hesabla 7,8% artıma  nail olunacağı 
proqnozlaşdırılır. 
Azərbaycan  2020:  Gələcəyə  baxış"  nkişaf  Konsepsiyasında  da  qeyd  olunduğu 
kimi, əsasən ixrac yönümlü iqtisadi model əsas götürülərək, qeyri-neft məhsullarının 
ixracının  genişləndirilməsi  məqsədilə  xarici  ticarətdə  daha  əlverişli  şəraitin  təmin 
edilməsi,  bu  məhsulların  potensial  bazarı  olan  ölkələrdə  ixrac  imkanlarının  və 
sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər 
həyata keçiriləcək.  
Xarici ticarətin müsbət saldosunun 2015-2018-ci illər ərzində orta hesabla 16,7 
milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Ölkənin ödəmə qabiliyyətini müəyyən 
edən  tədiyə  balansı  üzrə  müsbət  meyllərin  növbəti  illərdə  də  davam  edəcəyi 
gözlənilir.  Ortamüddətli dövrdə ölkə iqtisadiyyatının dinamik inkişafını  şərtləndirən 
ə
sas  amillərdən  biri  də  investisiyalar  olacaq.  Yaradılmış  münbit  investisiya  mühiti 
nəzərə alınaraq 2015-2018-ci illər ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 
yönəldiləcək vəsaitin 79,4 milyard manat olacağı proqnozlaşdırılır. 
2015-ci  il  ərzində  investisiya  qoyuluşlarının  5%  artaraq  19,8  milyard  manat, 
növbəti 3 ildə isə 59,6 milyard manat olacağı proqnozlaşdırılır. Xarici investisiyaların 
gələn il 5,4 milyard manat olmaqla növbəti 3 ildə 15,5 milyard manat təşkil edəcəyi 
proqnozlaşdırılır:  "Gələn  il  neft  sektoruna  5,8  milyard,  qeyri-neft  sektoruna  isə  14 
milyard manat investisiya yatırılacağı gözlənilir.  
2015-ci  ildə  Azərbaycan  iqtisadiyyatında  artım  davam  edəcək,  dövlətin  strateji 
inkişaf  proqramlarının  həyata  keçirilməsi  iqtisadi  artıma  təsir  edən  mühüm 
amillərdən  biri  olacaqdır.  qtisadiyyatın  şaxələnməsində  qeyri-neft  sektorunda 
investisiya fəallığı və ixrac potensialının reallaşdırılması mühüm rol oynayacaqdır. 
2015-ci  ildə  ölkənin  xarici  iqtisadi  mövqeyi  əlverişli  qalacaqdır.  Ölkə 
iqtisadiyyatının  makroiqtisadi  sabitliyi  təmin  edən  yüksək  maliyyə  dayanıqlığı 
qorunacaqdır.  Mövcud  makroiqtisadi  proqnozlar  çərçivəsində  tədiyə  balansının  cari 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə