Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   28   29   30   31   32   33   34   35   36

91 
 
Makromaliyyə  sabitliyinin  təmin  edilməsi  və  qorunub  saxlanması  makro  və 
mikro səviyyə iqtisadiyyatın düzgün qurulmasından asılıdır. Makromaliyyə sabitliyin 
möhkəmləndirilməsi və davamlı iqtisadi inkişaf sahibkarlığın inkişaf etdirilməsindən 
asılıdır.  Sahibkarlıq  fəaliyyətini  inkişaf  etdirmək  və  əlverişli  investisiya  mühitini 
yaratmaq  üçün  vergi  dərəcələri,  vergi  yükü  yol  verilən  həddə  olmalıdır.  Vergi 
dərəcələrinin  yüksək  olması  ölkəyə  investisiya  axınının  qarşısını  alır  və    nəticədə 
tədiyə balansının pozulmasına gətirib çıxarır.  Müxtəlif ölkələrin təcrübəsinə əsasən 
demək  olar  ki,  vergi  tutulmalarının  səviyyəsi  artdıqca  iqtisadi  artım  tempi  aşağı 
düşür.  Əksinə  vergi  yükü  azaldıqca  həm  mikro  həm  də  makro  səviyyədə  iqtisadi 
inkişafa nail olmaq olar.  
Cari  il  üzrə  proqnoz  məlumata  görə  vergilərin  ümumi  həcmi,  vergi  yükü, 
vergilərin gəlirlərdə payı azalmışdır. Vergi yükü 20 %-dən, büdcə kəsiri 2-3 %-dən 
aşağı  proqnozlaşdırılır.  Yol  verilən  həddədir,  büdcə-vergi  sistemində  sabit  vəziyyət 
gözlənilir. 
Lakin dövlət büdcəsinin əsas gəlirləri neft gəlirləri olduğundan son zamanlar da 
neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərinə təsir edə bilər. Bunun üçün büdcə-
vergi  siyasətinin  əsas  istiqaməti  qeyri-neft  sənayesinin  inkişafına  yönəldilməlidir. 
Ə
ks halda proqnoz göstəriciləri özünü doğrultmaya bilər.
 
Bu  gün  Azərbaycanda    qeyri-neft  sektorunun  inkişaf  strategiyasının  işlənib 
hazırlanması və həyata keçirilməsinə xüsusi diqqqət yetirilir. Respublikada qeyri-neft 
sektorunun inkişafı üzrə strategiya iki əsas istiqamətidir: 
- bu sektorda struktur islahatların aparılması ilə onun inkişafının dəstəklənməsi; 
-  neft  gəlirlərin  düzgün  idarə  olunması  vasitəsilə  makroiqtisadi  sabitliyin 
qorunub saxlanılması. 
Qeyri-neft  sektorunun  stimullaşdırılması  strategiyası  isə  öz  növbəsində  bir  çox 
kompleks  tədbirlərin  həyata  keçirilməsini  tələb  edir.  lk  növbədə  qeyri-neft 
sektorunda  biznesin  daha  da  həvəsləndirilməsi,  onun  kreditləşdirilməsi 
mexanizmlərinin yaradılması və bu istiqamətdə neft gəlirlərindən fəal istifadə mühüm 
şə
rtdir.  Digər  tərəfdən,  qeyri-neft  sektorunda  vergi  dərəcələrinin  neft  sektoruna 


92 
 
nisbətən  aşağı  salınması,  investisiyaların  stimullaşdırılması,  özəlləşdirilən 
müəssisələrdə  texnoloji  yeniliklərin  həvəsləndirilməsi  və  bununla  bağlı  layihələrin 
kreditləşdirilməsi də diqqət mərkəzində saxlanılır.  
Respublikamızda qeyri-neft sektorunun inkişafı ilə bağlı ikinci strateji istiqamət 
isə  neft  bumu  nəticəsində  makroiqtisadi  sabitlik  üçün  yarana  biləcək  təhlükələrin 
aradan  qaldırılmasıdır.  Burada  əsas  vəzifə  milli  valyutanın  möhkəmlənməsi  və 
inflyasiyanın  normal  səviyyədə  saxlanılmasıdır.  Bizcə  bu  məqsədlə  müvafiq  dövlət 
siyasəti aşağıdakı prinsiplərə əsaslana bilər: 
•  neft  gəlirlərinin  nəzərdə  tutulmuş  səviyyəsindən  artıq  hissəsinin  yığım 
fondunda  cəmləşdirilməsi,  az  olan  hissəsinin  isə  həmin  fondun  vəsaiti  ilə 
kompensasiya olunması;  
•  dövlət  xərclərinin  orta  və  uzunmüddətli  sosial-iqtisadi  inkişaf  proqramlarına 
uyğun həyata keçirilməsi və onun kəskin artmasına yol verilməməsi;  
•  büdcə  xərclərinin  artırılması  zamanı  onun  məcmu  tələbin  komponentlərinə 
ayrılıqda göstərdiyi təsir və təklifin strukturu ilə uyğunluğuna diqqət yetirilməsi;  
•  dövlət  xərcləmələrinin  idarə  olunmasının  təkmilləşdirilməsi  və  maliyyə 
intizamının möhkəmləndirilməsi. 
Tədqiqatlar  göstərir  ki,  kiçik  və  orta  sahibkarlığın  qeyri-neft  sektorunda 
sürətləndirilməsi  “Hollanda  sindromu”  ilə  üzləşmiş  bütün  ölkələrdə  iqtisadi  artımın 
və məşğulluğun hərəkətverici qüvvəsinə çevrilməklə həlledici rol oynamışdır. Bunun 
üçün kiçik və orta sahibkarlığın inkişafının dövlət maliyyəsi hesabına dəstəklənməsi 
mühüm şərtlərdəndir. Bu mənada hal-hazırda Azərbaycanda sahibkarlığın inkişafına 
dövlətin  müxtəlif  forma  və  metodlarla  maliyyə  dəstəyinin  artırılması  təqdirə  layiq 
haldır. Lakin, dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin mövcud həcmi kiçik 
və orta sahibkarlığın inkişafının kompleks dəstəklənməsi baxımından kifayət deyildir. 
Dövlət  vəsaitlərinin  kiçik  və  orta  sahibkarlıq  subyektləri  arasında  səmərəli 
yerləşdirilməsi  mexanizmində  də  çatışmamazlıqlar  və  problemlər  mövcuddur.  Bu 
baxımdan,  məqsədli  kreditlərin  yerləşdirilməsi  üzrə  kommersiya  banklarının 


93 
 
fəallığının  artırılmasına,  bu  məqsədlə  müxtəlif  formada  güzəşt  tədbirlərinə  ehtiyac 
duyulur. 
Azərbaycanda  qeyri-neft  sektorunun  inkişafı  potensialının  tam  reallaşmasına 
yönəlmiş  bütün  tədbirlərin  kompleks  şəkildə  həyata  keçirilməsi  ixracyönümlü  və 
idxal  əvəz  etmə  inkişaf  strategiyalarının  effektiv  sintezinə  imkan  verən  müvafiq 
iqtisadi  mexanizmlərin  işlənməsi  və  realizasiyası  əsasında  mümkündür.  Belə  ki, 
müvafiq modellərin əksəriyyəti ilkin olaraq  xarici bazarlara texnoloji baxımdan sadə 
məhsulların  çıxarılması  ilə  xarakterizə  olunur.  Həmin  məhsulların  əsas  hissəsini 
yüngül sənaye malları təşkil edir. Sənayeləşmə prosesi dərinləşdikcə isə bu ölkələrin 
ixracı texniki baxımdan daha mürrəkkəb və kapitaltutumlu məhsullarla, o cümlədən 
istehsal  təyinatlı  məhsullar  ilə  zənginləşir.  Şübhəsiz  ki,  bütün  bunlar  Azərbaycanda 
yerildiləcək  müvafiq  strategiyanın  işlənməsində  nəzərə  alınmalıdır.  Çünki,  mövcud 
potensial,  ölkədə  sintez  olunmuş  modelin  tətbiqi  üçün  imkanlar  yaradır.  Beləliklə, 
yaxın illər ərzində Azərbaycan höküməti qarşısında ixracyönümlü və idxalı əvəz edən 
sahələrin  dövlət  dəstəyi  mexanizminin  formalaşdırılması  çərçivəsində  inkişaf 
etdirilməsi kimi mühüm vəzifə dayanır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə