Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

67 
 
 
Göstərici 
1995 
2000 
2005 
2011 
2012 
2013 
2014 
Xalis ixrac 
(mln.AZN) 
-446.4  84.6 
1257.3 
16846.4  15156.5  12890.7  10070.1 
xrac (mln.AZN) 
693.2 
1895.3  7881.8 
29388.3  29000.3  28169.3  25537.5 
dxal (mln.AZN) 
1139.6  1810.7  6624.5 
12541.9  13843.8  15278.6  15467.4 
Xalis ixracın ÜDM-
də xüsusi çəkisi, % 
-20.9 
1.8 
10.0 
32.3 
27.7 
22.2 
17.1 
xracın ÜDM-də 
xüsusi çəkisi, % 
32.5 
40.2 
62.9 
56.4 
53.0 
48.4 
43.3 
dxalın ÜDM-də 
xüsusi çəkisi, % 
53.4 
38.4 
52.9 
24.1 
25.3 
26.3 
26.2 
        Cədvəl www.stat.gov.az internet saytının statistik məlumatlarına  
                        əsasən müəllif tərəfindən tərtib olunmuşdur. 
 
1995-ci ildə xarici ticarət balansı mənfi  -446.4 mln  manat olmuşdur,  2000-ci 
ildə isə 84.6 mln manat olmuş, 1995- ci illə müqayisədə 361.8 mln manat artmışdır. 
2005-ci  il  ərzində  ticarət  əməliyyatları  137  ölkə  aparılmışdır.  lə  ərzində  2102 
adda  mal  ixrac,  5740  adda  mal  isə  idxal  olunmuş,  ixrac-idxal  əməliyyatları  üzrə 
müsbət saldo 1257.3 mln manat təşkil etmişdir.  
2011-ci  ildə  Azərbaycanın  xarici  ticarət  dövriyyəsi  2010-cu  illə  müqayisədə 
29,92% artmışdır. Ölkədən ixrac edilən malların həcmi 29,39 mlrd. manat təşkil edib 
ki, bu da 2010-cu ilin göstəricilərindən 24,39% çoxdur.  dxal həcmi isə 12.54 mlrd 
manata bərabər olmuşdur. Bu isə 2010-cu ilin göstəricisindən 47,81% artıq olmuşdur.  
Ümumilikdə,  2011-ci  ildə  Azərbaycandan  2082  adda  məhsul  ixrac,  6233  adda 
məhsul  isə  idxal  olunmuşdur.  Əmtəə  dövriyyəsində  müsbət  saldo  16,814  mlrd. 
manata bərabər olmuşdur. 
Dövlət  Statistika  Komitəsinin  məlumatına  əsasən,  2013-cü  ilin  yanvar-noyabr 
aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 148 ölkəsinin hüquqi və 
fiziki  şəxslərilə  ticarət  əməliyyatları  həyata  keçirmiş,  102  ölkəyə  əmtəə  ixrac 
olunmuş, 140 ölkədən idxal olunmuşdur.  


68 
 
2013 –cü ildə xarici ticarət dövriyyəsi 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4 
faiz artmışdır. Dövriyyənin 28.2 ixracın, 15.28 milyard manat idxalın payına düşmüş, 
nəticədə 12.9 milyard manatlıq müsbət saldo yaranmışdır. 
2014-cü  ilin  yanvar-oktyabr  aylarında  Azərbaycan  Respublikasının  rezidentləri 
dünyanın  146  ölkəsinin  hüquqi  və  fiziki  şəxsləri  ilə  ticarət  əməliyyatları  həyata 
keçirmiş,  107  ölkəyə  əmtəə  ixrac  olunmuş,  133  ölkədən  idxal  olunmuşdur.  Ixracın 
həcmi    25,5  milyard  manat,    idxalın  həcmi  15,  5  milyard  manat,    xalis  ixrac  10,1 
milyard manat olmuşdur.  
Cədvəldən göründüyü kimi ixracın həcmində 2011-ci ilədək artım olsa da 2011-
ci ildən sonrakı dövrdə azalma, baş vermişdir. Son dövrlərdə neftin qiymətinin aşağı 
düşməsi xarici ticarət balansının mənfi olmasına gətirib çıxara bilər. Bu da maliyyə 
sabitliyinin pozulmasına öz təsiri göstərəcəkdir.  
2020-ci  ilə  qədər  Azərbaycanın  iqtisadi  inkişaf  konsepsiyasında  qeyri-neft 
sektorunun  həcminin  adambaşına  1000  ABŞ  dollarına  və  yaxud  ümumilikdə  10 
milyard  dollara  qədər  artacağı  hədəf  olaraq  müəyyənləşdirilmişdir.  Eyni  zamanda, 
2020-ci  ildə  ölkəmizin  qeyri-neft  ixracının  ümumi  idxala  bərabər  olacağı  da 
proqnozlaşdırılır.  Bu  isə  Azərbaycanın  xarici  iqtisadi  əlaqələrinin  genişlənməsində, 
neft  hasilatının  tükəndiyi  dövrdə  ticarət  saldosundakı  üstünlüyün  qorunub 
saxlanmasında müsbət rol oynayacaq . 
Milli  iqtisadiyyatın  maliyyə  sabitliyinin  təmin  edilməsinin    əsas 
göstəricilərindən biri ölkənin daxili və xarici borclanma səviyyəsidir. Hazırda inkişaf 
səviyyəsindən  asılı  olmayaraq  hər  bir  dövlət  bu  və  ya  digər  məqsədlər  üçün 
ölkədaxili və ölkəxarici mənbələrdən borc vəsaitləri cəlb edir ki, bu da dövlət borcu 
münasibətlərini formalaşdırır.  
Azərbaycanın xarici borclarını əsasən dörd kateqoriya üzrə təsnifləşdirmək olar: 
Birinci  kateqoriyaya  beynəlxalq  valyuta-maliyyə  təşkilatlarına  (BVF,  DB,  B, 
AY B və s.) olan borclar daxildir. 


69 
 
kinci  qrup  borclara  rəsmi  kreditorlar  tərəfindən  verilən  borclar  aiddir.  Bu 
zaman  Qərb  ölkələrinin  kommersiya  bankları  dövlət  zəmanəti  ilə  kreditlər  təqdim 
edirlər.  
Üçüncü qrup borclara Qərb ölkələrinin kommersiya banklarının dövlət zəmanəti 
olmadan verdikləri kreditlər daxildir.  
Dördüncü qrupa müxtəlif kommersiya strukturlarının əmtəə satışı və ya xidmət 
göstərilməsi ilə əlaqəli olan kreditləri aiddir. 
Dövlətin cəlb etdiyi borc vəsaitlərinin bir qismi  dövlət büdcəsinin boşluqlarına-
büdcə  kəsri  və  büdcənin  kassa  icrası  zamanı  meydana  çıxan  vəsait  boşluqlarına 
yönəldilir.  
Dövlət  büdcəsi  kəsrinin  maliyyələşdirilməsində  xarici  kredit  vəsaitlərindən 
istifadənin təkmilləşdirilməsi probleminin əsasında bir neçə amil durur ki, bunlardan 
biri də bu istiqamətli vəsaitlərin ümumi dövlət büdcəsi kəsrində payı ilə bağlıdır.  
Yüksək  inkişaf  səviyyəsinə  malik  dölətlərdə  dövlət  büdcəsi  kəsrinin  əksər 
hissəsi (demək olar ki, bütünlüklə) daxili maliyyə-borc mənbələri hesabına ödənilir. 
Daxili borc mənbələri kifayət etmədikdə xarici borc mənbələrindən istifadə olunur. 
Azərbaycanda  fiskal  ehtiyaclara  yönəldilən  birbaşa  xarici  kreditlər  bir  qayda 
olaraq  büdcə  kəsrinin  maliyyələşdirilməsinə  xidmət  edir.  Hazırda  dövlət  büdcəsi 
kəsrinin əsas hissəsi birbaşa xarici kreditlər hesabına maliyyələşdirilir ki, bu da həm 
müasir dünya təcrübəsi, həm də elmi nəzəri baxımdan məqbul hesab oluna bilməz. 
Dünya praktikası göstərir ki, xarici borcun həcminin ÜDM-yə nisbəti 20-25%-i 
keçmirsə ölkənin maliyyə sabitliyi və iqtisadi artım üçün heç bir təhlükə təşkil etmir.  
Lakin,    xarici  borcun  həcminin  ÜDM-yə  nisbəti  50  %-i ötərsə  ölkənin  iqtisadi 
təhlükəsizliyi şübhə altında qalır [40, səh.39]. Xarici borcun həcminin ixraca nisbəti 
isə  200-250%-i  keçmirsə,  xarici  borca  cari  xidmətin  həcmi  isə  ixracın  20-25%-dən 
çox deyilsə, onda xarici borc ölkənin iqtisadi artımı üçün heç bir təhlükə təşkil etmir.  
Aşağıdakı cədvələ əsasən xarici dövlət borclarının həcmini, büdcə gəlirlərində, 
ÜDM-də xüsusi çəkisini və adambaşına düşən xarici borcu təhlil edək. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə