Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

37 
 
ekvivalentindən  artıq  olduqda  gömrük  orqanları  müvafiq  rnəlumatı  Mərkəzi  Banka 
təqdim  etməlidir.  Valyuta  məhdudiyyətlərinin  qoyulmasınında  məqsəd  valyuta 
sabitliyini təmin etməkdir. 
10 dekabr 2004-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Bank 
haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Qanuna sonuncu 
dəfə 28 oktyabr 2014-cü il tarixli qanunlara əsasən dəyişikliklər edilmişdir. Qanun 12 
fəsil  66  maddədən  ibarətdir.  Qeyd  edək  ki,  Milli  Bank  2009-cu  ildə  Mərkəzi  Bank 
adlandırılmışdır. 
Qanunun  4-cü  maddəsinə  əsasən  Mərkəzi  Bankın  əsas  məqsədi  olaraq, 
qiymətlərin  sabitliyinin  təmin  edilməsidir.  Qiymətlərin  sabitliyinin  təmin  edilməsi 
dedikdə  qiymətlərin  ümumi  səviyyəsinin  kəskin  şəkildə  artması  və  ya  azalmasının 
qarşısının  alınması  nəzərdə  tutulur.  Qiymətlərin  ümumi  səviyyəsinin  kəskin  artımı 
ə
halinin  və  müəssisələrin  gəlirlərinin  və  yığımlarının  dəyərsizləşməsinə  səbəb  olur. 
Qiymətlərin davamlı  azalması  isə iqtisadi  tənəzzülə  yol  aça bilər.  Belə ki, bu halda 
insanlar  ucuzlaşmanın  davam  edəcəyini  zənn  edərək  öz  alışlarını  təxirə  salacaqlar. 
Nəticədə  müəssisələr  öz  məhsullarını  yaxşı  sata  bilməyəcək,  bununla  da  istehsalın 
həcmini  və  iş  yerlərini  ixtisar  etmək  məcburiyyətində  qalacaqlar.  Qiymətlərin 
sabitliyi şəraitində iqtisadi subyektlər öz işlərini daha yaxşı planlaşdıra bilirlər. Ona 
görə  də  hesab  olunur  ki,  Mərkəzi  Bank  tərəfindən  ölkədə  iqtisadi  inkişafın 
dəstəklənməsinin ən optimal yolu qiymətlərin sabitliyinin təmin edilməsidir.  
Qanunun  4-cü  maddəsinin  qiymət  sabitliyi  ilə  bağlı  abzasında  “səlahiyyətləri 
daxilində” sözlərindən istifadə edilməsi də təsadüfi deyildir. Məsələ burasındadır ki, 
bir  sıra  məhsul  və  xidmətlərin  qiymətləri  dövlət  tərəfindən  inzibati  qaydada 
tənzimlənir. Eyni zamanda qiymətlər bir sıra vergi və rüsümların dəyişiminin, eləcə 
də mövsümi amillərin təsiri ilə dəyişə bilər. Ona görə də Mərkəzi Bank qiymətlərin 
səviyyəsinə sərəncamında olan alət və mexanizmlərin yaratdığı imkanlar çərçivəsində 
təsir göstərməyə çalışır.  
Bu  qanuna  görə  Mərkəzi  Bankın  əsas  funksiyası  dövlətin  pul  və  onun  tərkib 
hissəsi  olan  valyuta  siyasətinin  müəyyən  edilməsi  və  həyata  keçirilməsidir.  Pul 


38 
 
siyasəti müxtəlif alətlərdən istifadə etməklə aparılır. Bu alətlərə dövlətin və Mərkəzi 
Bankın buraxdığı qiymətli kağızlarla alqı-satqı əməliyyatlarının aparılması, Mərkəzi 
Bankın  banklara  verdiyi  kreditlər  üzrə  faiz  dərəcələrinin  müəyyənləşdirilməsi, 
bankların məcburi ehtiyatları üzrə tələblər və s. daxildir. Monetar alətlərin vasitəsi ilə 
Mərkəzi Bank dövriyyədə olan pulun həcmini tənzimləməklə qiymətlərin sabitliyinə, 
iqtisadiyyatın artımına, həmçinin ölkədə maliyyə sabitliyinin təmin olunmasına təsir 
imkanlarından istifadə edir.  
Mərkəzi  Bankın  mühüm  funksiyalarından  biri  də  Azərbaycan  Respublikasının 
milli  valyutasının  (manatın)  emissiya  edilməsidir.  Azərbaycan  Respublikası 
Konstitusiyasının  19-cu  maddəsinə  əsasən  Mərkəzi  Bank  bu  hüququn  müstəsna 
sahibidir. Bu səlahiyyət çərçivəsində Mərkəzi Bank manatda olan kağız və metal pul 
nişanlarını  tədavülə  buraxır  və  tədavüldən  çıxarır,  həmçinin  onların  dövriyyəsinin 
təşkili üzrə tədbirlər görür.  
Mərkəzi  Bank  manatın  xarici  valyutalara  nisbətdə  rəsmi  məzənnəsini  də 
müəyyən  edir.  Məzənnə  ölkənin  xarici  iqtisadi  əlaqələrinə  təsir  edən  amillərdən 
biridir.  Mərkəzi  Bankın  funksiyalarından  biri  ölkənin  tədiyə  balansı  statistikasının 
toplanması və hesabat tədiyə balansının tərtib edilməsidir.  
Milli  valyutanın  məzənnəsinin  qorunmasında  və  tədiyə  balansının 
tənzimlənməsində Mərkəzi Bank qızıl-valyuta ehtiyatlarından aktiv istifadə edir. Eyni 
zamanda  Mərkəzi  Bank  ölkənin  ona  həvalə  olunan  qızıl-valyuta  ehtiyatlarının 
qoruyucusu  kimi  çıxış  edir  və  bu  zaman  onların  idarə  edilməsi  funksiyasını  həyata 
keçirir.  Belə  ki,  hazırda  beynəlxalq  hesablaşmalarda  qızıl-valyuta  ehtiyatları 
stabilləşmə və “təminatçı” rolunu oynayır. Mərkəzi Bankın qızıl-valyuta ehtiyatlarına 
qızıl, qiymətli metallar və qiymətli daşlar, xarici valyutalar, xarici dövlətlərin mərkəzi 
banklarının  və  ya  digər  maliyyə  idarələrinin  hesablarında  saxladığı  xarici  valyuta 
vəsaitləri və beynəlxalq aləmdə qəbul olunmuş digər aktivlər daxildir. Mərkəzi Bank 
rübdə  bir  dəfədən  az  olmayaraq  idarə  etdiyi  qızılvalyuta  ehtiyatlarının  ümumi 
miqdarı barədə kütləvi informasiya vasitələrində məlumat dərc etdirir.  
Mərkəzi  Bank  banklar,  kredit  ittifaqları  və  digər  bank  olmayan  kredit 


39 
 
təşkilatları,  habelə  poçt  rabitəsinin  milli  operatoru  üzərində  Azərbaycan 
Respublikasının müvafiq qanunlarına uyğun olaraq lisenziyalaşdırma, tənzimləmə və 
nəzarət funksiyasını həyata keçirir. Bu funksiyanın həyata keçirilməsi üçün Mərkəzi 
Bank məcburi hüquqi qüvvəyə malik normativ xarakterli aktlar qəbul edir və onların 
icrasına  dövri  olaraq  təqdim  olunan  hesabatlar  və  yerlərdə  yoxlamalar  vasitəsilə 
nəzarət  edir.  Bu  funksiya  çərçivəsində  Mərkəzi  Bank  ölkədə  banklararası 
hesablaşmaların  təşkili  üçün  ödəniş  sistemlərini  yaradır,  onları  idarə  edir, 
ə
laqələndirir və sistemlər üzrə nəzarəti həyata keçirir.  
Ölkədə  nağdsız  hesablaşmaların  və  pul  köçürmələrinin  həyata  keçirilməsi 
qaydaları,  habelə  bankların  istifadə  etdiyi  ödəniş  sistemləri  üzrə  təhlükəsizlik 
tələbləri Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edir.  
Bank  fəaliyyətinin  tənzimlənməsi  və  nəzarəti  Ödəniş  sistemlərinin  təşkili  və 
tənzimlənməsi Mərkəzi Bank Qanunla müəyyən edilmiş müstəqillik statusuna malik 
olsa  da,  öz  fəaliyyətini  digər  iqtisadi  dövlət  orqanları  ilə  qarşılıqlı  surətdə 
ə
laqələndirir.  Eyni  zamanda  Mərkəzi  Bank  dövlətin  iqtisadi  siyasətinin  müxtəlif 
istiqamətləri  üzrə  məsələlərin  müzakirəsində  iştirak  edir,  müvafiq  təkliflər  verir. 
Mərkəzi  Bank  dövlətin  bankı  olaraq  Mərkəzi  Xəzinədarlıq  hesablarına  xidmət 
göstərir, həmin hesablar üzrə mədaxil-məxaric əməliyyatlarını aparır.  
Mərkəzi  Bank  istisna  hallarda  dövlətə  kredit  verir.  Bu  hallar  əsasən  dövlət 
büdcəsində vəsait çatışmazlığı yaranmasından irəli gəlir. Bu zaman dövlət yaranmış 
kəsiri ölkədə qiymətlərin artımına səbəb ola biləcək əlavə pul çapı (əlavə emissiya) 
hesabına  deyil,  digər  borclanma  üsullarından,  məsələn  borc  qiymətli  kağızlarının 
buraxılması, xarici dövlətlərdən və ya beynəlxalq təşkilatlardan kreditin alınması və 
s. hesabına bağlayır. 
Mərkəzi  Bank  fəaliyyətinin  şəffaflığını  artırmaq  və  ictimai  etimadı 
gücləndirmək  üçün  ictimaiyyəti  öz  məqsəd  və  funksiyalarının  həyata  keçirməsi  ilə 
bağlı  daim  məlumatlandırır.  Mərkəzi  Bankın  sədri  ölkə  iqtisadiyyatına,  o  cümlədən 
maliyyə sektorunun inkişafı üzrə görülən işlərə dair ölkə Prezidentinə hesabat verir. 
Dövlət  büdcəsi  layihəsinin  müzakirəsi  zamanı  Bankın  sədri  qarşıdakı  il  üçün  pul 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə