Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

64 
 
Xarici ticarət balansı ölkənin xaricdən asılılığını müəyyən etməyə imkan verir.  xrac 
və idxalın səviyyəsi ölkənin iqtisadi inkişaf səviyyəsinə təsir edir.  
Ə
gər idxal həcmi ixracdan çox olarsa bu zaman xarici ticarət balansı mənfi olur, 
və  iqtisadiyyatda  mütləq  qeyri-sabitlik  vəziyyətinin  olmasına  şərait  yaradır.  xracın 
həcmi idxaldan çox olarsa xarici ticarət balansı müsbət olur və iqtisadiyyatda mütləq 
sabitlik vəziyyətinin olmasına şərait yaradır.  dxal və ixrac bərabər olması isə narmal 
iqtisadi sabitlik vəziyyətinin olmasına şərait yaradır. 
Bazar  münasibətlərin  formalaşdırıldığı  hazırkı  mərhələdə  Azərbaycan 
Respublikasının  xarici  iqtisadi  strategiyasının  mühüm  istiqamətlərini  onun  ixrac 
imkanlarının artırılması, tək ixrac deyil, həm də idxal əməliyyatlarının strukturunun 
təkmilləşdirilməsi,  dünya  bazarına  rəqabətqabiliyyətli  məhsullarla  çıxılması  təşkil 
edir  və  bütün  bu  proseslər  isə  ölkənin  maliyyə  durumunun  yaxşılaşması,  ölkə 
iqtisadiyyatının inkişafı, maliyyə sabitliyinin möhkəmlənməsi üçün şərait yaradır[28, 
səh.287]. 
Xarici  ticarət  siyasətinin  mühüm  istiqamətlərindən  biri  də  ixracın 
stimullaşdırılması siyasətidir. Azərbaycanda fikrimizcə, ixracın stimullaşdırılmasının 
bir neçə metodundan istifadə etmək məqsədəuyğun olardı: 
1.vergi və gömrük güzəştlərinin tətbiq edilməsi; 
2. xarici ticarət ilə əlaqədar olan sahələrdə məqsədli investisiya proqramlarının 
hazırlanması və həyata keçirilməsi;  
3. ixracın stimullaşdırılmasında lizinq mühüm rol oynaya bilər; 
4. ixracı stimullaşdırmaq üçün istehsalçılara dövlət yardımlarının verilməsi. 
5.  ixrac-idxal  əməliyyatlarının  kreditləşdirilməsinin  həyata  keçirilməsi  üçün 
güclü kredit təşkilatlarının yaradılması; 
6.  azad  iqtisadi  zonaların  bir  növü  olan  xüsusi  ixracyönümlü  və  elmi-texniki 
zonaların yaradılması. 
Azərbaycan  Respublikasında  xarici  ticarət  dövriyyəsinin  tərkibində  mühüm 
dəyişikliklər  baş  vermişdir.  Belə  ki,  ölkəmizdə  yeni  istehsal  sahələrində  buraxılan 
məhsullar  daxili  bazarda  satılan  analoji  xarici  malları  tədricən  sıxışdırıb  çıxarmış, 


65 
 
hətta  bəzi  hallarda  ixraca  da  yönəldilmişdir.  Bu  da  son  nəticədə  daxili  bazarın 
idxaldan asılılığının azaldılmasına imkan yaradır.  
Azərbaycanda  ixracın  böyük  bir  qismini  neft,  neft  məhsulları  və  qazın  satışı 
təşkil  etsə  də,  xarici  ticarətdə  qeyri-neft  sektorunun  payı  getdikcə  artır.  Bu 
istiqamətdə atılan ən mühüm addımlardan biri Nazirlər Kabinetinin 8 fevral 2011-ci il 
tarixli  qərarı  ilə  “2011-2013-cü  illər  üçün  qeyri-neft  məhsullarının  ixracının 
stimullaşdırılmasına  dair  Tədbirlər  Planı”nın  təsdiq  edilməsidir.  Həmin  planda 
qanunvericilik 
bazasının 
təkmilləşdirilməsi, 
ixrac 
malları 
istehsalının 
stimullaşdırılması,  ixracın  infrastruktur  təminatının  yaxşılaşdırılması,  keyfiyyətə 
nəzarət sisteminin gücləndirilməsi kimi vacib məsələlər öz əksini tapmışdır. Bundan 
başqa, Sumqayıtda Sənaye Parkının yaradılması, Gəncədə isə hazırda bu istiqamətdə 
işlərin  aparılması  rəqabətədavamlı  və  elmtutumlu  istehsalın  təmin  edilməsi,  başqa 
sözlə,  qeyri-neft  sektorunun  inkişafı,  o  cümlədən  qeyri-neft  ixracının  artırılması 
məqsədi daşıyır. 
xrac  məhsulları  arasında  xam  neft,  neft  məhsulları,  təbii  qaz,  meyvə-tərəvəz, 
bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, 
qara  metallar  və  onlardan  hazırlanan  məmulatlar,  maşın,  mexanizm,  elektrik 
avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. 
dxal olunan mallarda isə nəqliyyat  vasitələri və onların hissələri, elektrotexnika 
avadanlığı,  quru,  ərzaq  malları,  az  qiymətli  metallar  və  onlardan  hazırlanan 
məmulatlar, hava və su nəqliyyatı vasitələri, mebel və onun hissələri, kimya sənayesi 
məhsulları,  əçzacılıq məhsulları üstünlük təşkil edir.  
Azərbaycanın iqtisadi gücünü göstərən daha bir məqam ölkənin elektrik enerjisi 
sferasında  da  əsas  ixracatçı  statusunu  daşımağa  başlamasıdır.  Ölkənin  elektrik 
enerjisi satışını və mübadiləsini həyata keçirdiyi ölkələr - Rusiya,  ran, Gürcüstan və 
Türkiyədir.  
Azərbaycan  dövləti  son  illər  ayrı-ayrı  ölkələrlə  ikitərəfli  əlaqələrin  inkişafına 
xüsusi  əhəmiyyət  verir.  Artıq  bu  sahədə  müsbət  nəticələr  əldə  edilmiş,  qarşılıqlı 
faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilmişdir.  


66 
 
Ə
vvəllər Azərbaycanın əsas ticarət partnyorlarını MDB ölkələri təşkil edirdisə, 
indi  bu  nisbət  Avropa  Birliyi  ölkələrinin  xeyrinə  dəyişib.  MDB  ölkələri  arasında 
Azərbaycanla ən cox ticarət dövriyyəsinə malik olan ölkə Rusiya Federasiyasıdır. Bu 
ölkənin Azərbaycanın ticarət dövriyyəsindəki payı 50%-dir. Digər MDB ölkələri ilə 
müqayisədə  Rusiyanın  daha  böyük  üstünlüyə  malik  olmasının  səbəbi  bu  ölkənin 
Azərbaycanın  kənd  təsərrufatı  məhsulları  üçün  böyük  bazara  sahib  olmasıdır. 
Azərbaycanla Rusiya arasında keçmişdə mövcud olmuş iqtisadi-ticari əlaqələr də bu 
dövriyyənin artmasında başlıca rol oynayır.  
Son dövrlərdə, xüsusilə xarici neft şirkətlərinin Azərbaycanın neft sektoruna iri 
həcmli  investisiyalarından  sonra  ölkənin  xarici  ticarət  dövriyyəsində  Avropa  Birliyi 
ölkələrinin  rolu  artmağa  başlayıb.  Bu  tendensiya  Bakı-  Tbilisi-Ceyhan  boru 
kəmərinin işə düşməsindən sonra xüsusilə nəzərə çarpır.  
Azərbaycan  Avropa  Birliyi,  ABŞ,  Norveç,  Kanada,  Türkiyə,  sveçrə  və 
Yaponiyanın  Ümumiləşdirilmiş  Preferensiyalar  Sisteminə  qoşulmuşdur  ki,  bu   da 
Azərbaycan  malların  bu  bazarlara  rüsumsuz  və  ya  aşağı  rüsumlarla  daxil  olmasına 
imkan verir. Bununla yanaşı Azərbaycan Respublikası Rusiya, Qazaxıstan, Ukrayna, 
Moldova,  Belarus,  Qırğızıstan,  Özbəkistan,  Türkmənistan,  Tacikistan  ilə  Sərbəst 
ticarət  haqqında  Saziş  imzalamışdır.  Yalnız  Rusiya  və  Qazaxıstan  ilə  imzalanmış 
sazişlərdə  spirtli  içkilər  və  tütün  məmulatları  sərbəst  ticarət  rejimindən  istisna 
edilmişdir.  
Xarici ticarət dövriyyəsində  taliya, Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyənin 
xüsusi  çəkisinin  böyük  olduğu  müşahidə  olunur.  Belə  ki,  2011-ci  ildə  xarici  ticarət 
dövriyyəsinin 26,4%-i  taliya,  12,8%-i Fransa, 7,8%-i Rusiya, 6,7%-i ABŞ 4,8 %-i 
Türkiyə,  4%  Ukrayna,  3,8%-i  isə  Almaniya  ilə  olmuşdur.    Xarici  ticarət 
dövriyyəsində ixracatda 35.2%-lə  taliya, idxalda isə 16.8%-lə Rusiya öndə durur.  
2002-ci  ildən  başlanan  yeni  dövr  maliyyə  sabitliyinin  möhkəmlənməsi 
nəticəsində sosial - iqtisadi inkişafın dayanıqlı xarakter alması, bazar iqtisadiyyatına 
keçid  dövrünün  başa  çatması  və  ölkənin  beynəlxalq  əmək  bölgüsündə  layiqli  yer 
tutması xarici ticarət dövriyyəsinin yüksəlişinə səbəb olmuşdur.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə