Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

61 
 
Azərbaycanın  xarici  iqtisadi  siyasətinin  2  yanaşması  var:  azad  ticarət  və  ya 
proteksionizm.  Azərbaycanın  müstəqilliyinin  ilk  illərində  azad  ticarət  prinsipləri 
üstünlük  təşkil  etsə  də,  hazırda  getdikcə  hər  iki  yanaşmanın  optimal  nisbətindən 
istifadəyə çalışılır. 
Azərbaycanın  iqtisadi  tərəqqisinə  nail  olmaq  üçün  həyata  keçirilən  xarici 
iqtisadi siyasət aşağıdakıları əhatə etməlidir:  
1. maliyyə sabitliyi və sabit maliyyə sisteminin yaradılması; 
2.  milli  ixracatçıların  bir  çox  növ  məhsullar  üzrə  dünya  bazarlarında  köklü 
mövqe əldə etmələri üçün aktiv struktur siyasəti;  
3. ixracatçılar üçün güclü dövlət dəstəyinin təmin edilməsi;  
4.  xarici  kapitalın  cəlbinin  aktivləşdirilməsi  üçün  sahibkarlıq  mühitinin 
təkmilləşdirilməsi. 
Tədiyə  balansının  tənzimlənməsi  nəzarətini  həyata  keçirən  orqanlardan  biri 
Mərkəzi  Bankdır.  Dövlət  bir  neçə  metodla  tədiyə  balansını  tənzim  edir.  Bu 
metodlardan  birbaşa  nəzarət  (idxal,  ixrac,  gömrük  nəzarəti,  pul  köçürmələri, 
investisiyalar və s. üzərində nəzarət), deflyasiya (inflyasiya ilə mübarizə) valyutanın 
mübadilə kursunun dəyişməsi və s. göstərmək olar. 
Dövlət  həmçinin  pul-kredit  bazarına  təsir  vasitəsi  və  ölkənin  tədiyə 
qabiliyyətinin  möhkəmlənməsi  amili  kimi  valyuta  tənzimlənməsindən  geniş  istifadə 
edir.  Bütün  sivil  ölkələrdə  olduğu  kimi,  maliyyə  bazarı  inkişaf  etdikcə  dövlət  öz 
monetar  məqsədlərinə  daha  çox  qiymətli  kağızlar  bazarında  əməliyyatlar  aparmaq 
hesabına nail olmağa üstünlük verir. 
Daxil olan pul, ödəmələrdən artıq olduqda tədiyə balansı aktiv, əski olduqda isə 
passiv  adlanır.  Tədiyə  balansının  passiv  qalığı  adətən,  öz  valyuta  hesabına,  ya  da 
xarici istiqraz, kreditlərin və idxal edilmiş  xarici kapitalın köməyilə ödənilir.  
Tədiyə  balansının  göstəriciləri  ölkənin  real  tədiyə  qabiliyyətini  göstərməklə 
yanaşı, həm də həmin ölkənin xarici dövlətlərdən nə dərəcədə asılı olduğunu göstərir.  
Xarici ölkələrdən asılılıq isə makromaliyyə sabitliyə öz təsirini göstərir. 


62 
 
Tədiyə balansı ölkənin makroiqtisadi durumunun qiymətləndirilməsi, ölkəyə və 
ölkədən əmtəə, kapital, valyuta, xidmət axınlarının izlənməsi baxımından son dərəcə 
vacib iqtisadi vasitədir.  
2013-cü ilin yekunlarına görə, cari əməliyyat hesablarının profisiti 12,3 milyard 
dollar təşkil edib. Bu rəqəm 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 
17,22  faiz  azalıb.  O  cümlədən,  həmin  dövrdə  neft-qaz  sektorunun  cari  əməliyyat 
hesablarının profisiti 22,1 milyard dollar olub. 
Neft-qaz  sektorunun  cari  əməliyyat  hesablarının  profisiti  qeyri-neft  sektorunun 
cari əməliyyat hesablarının 9,8 milyard dollar həcmində kəsirini tam ödəyir. 
Tədiyyə balansının ümumi profisiti 20,48 faiz azalaraq 3,84 milyard dollar olub. 
Sektorlar  üzrə  tədiyyə  balansının  təhlili  göstərdi  ki,  əvvəlki  illərdə  olduğu  kimi, 
2013-cü  ildə  də  neft-qaz  sektorunda  xarici  iqtisadi  əməliyyatlar  müsbət  saldoya, 
qeyri-neft sektorunda isə mənfi saldoya malik olub. 
2013-cü  ildə  xarici  ticarət  dövriyyəsinin  ümumi  həcmi  42,9  milyard  manat, 
xarici ticarət balansının müsbət saldosu isə 20,6 milyard dollar təşkil edib. 
2014-cü ilin I yarısının yekunlarına əsasən, cari əməliyyat hesablarının profisiti 
6,4 milyard dollar təşkil edib. Bu rəqəm 2013-cü ilin müvafiq dövrünün göstəricisi ilə 
müqayisədə  4,5  faiz  azalıb.  O  cümlədən,  həmin  dövrdə  neft-qaz  sektorunun  cari 
ə
məliyyat hesablarının profisiti 10,3 milyard dollar olub. 
Neft-qaz  sektorunun  cari  əməliyyat  hesablarının  profisiti  qeyri-neft  sektorunun 
cari əməliyyat hesablarının 3,9 milyard dollar həcmində kəsirini tam ödəyir. 
Tədiyyə  balansının  ümumi  profisiti  ötən  ilin  eyni  dövrünə  nisbətən  1,88  dəfə 
artaraq 4,4 milyard dollar olub. 
Sektorlar  üzrə  tədiyə  balansının  təhlili  göstərir  ki,  əvvəlki  illərdə  olduğu  kimi, 
2014-cü  ilin  yanvar-iyun  ayında  da  neft-qaz  sektorunda  xarici  iqtisadi  əməliyyatlar 
müsbət saldoya, qeyri-neft sektorunda isə mənfi saldoya malik olub. 
2014-cü ilin I yarısında xarici ticarət dövriyyəsinin ümumi həcmi 20,1 milyard 
dollar, xarici ticarət balansının müsbət saldosu isə 11,1 milyard dollar təşkil edib. 


63 
 
2009-cu  ilin  böhranından  sonra  cari  əməliyyatlar  hesabında  ən  aşağı  müsbət 
saldo 2014-cü ildə qeydə alınıb - 10.4 milyard dollar. 2010-2013-cü illlər aralığında 
bu göstərici 12.3-17.1 milyard intervalında dəyşib. 2014-cü il üzrə tədiyyə balansının 
ümumi saldosu +4.2 milyrd dollar təşkil edib.  
Xarici neft şirkətlərinin mənfəət neftindən əldə etdikləri və ölkədən çıxardıqları 
vəsait təxminən 2.5 millyard dollar olub - bu, 2013-cü ildəkindən 1.9 milyard dollar 
azdır.  Öz  növbəsində  xaricilərin  ölkə  iqtisadiyyatını  qoyduğu  investisiyalar  üzrə 
repatriasiya (geriçəkim) 3.6 milyard dollar olub.  
Vətəndaşlarımıza  xaricdən  təxminən  1.7  milyard  dollar  pul  göndərişləri  olub  - 
bu  2013-ə  nisbətən  130  milyon  dollar  çoxdu.  Azərbaycan  vətəndaşları  xaric 
səfərlərdə  (həm  turist,  həm  işgüzar)  3  milyard  dollardan  çox  xərcləyib,  amma 
xaricilərin Azərbaycanda xərcləmələri təxminən 2.4 milyard dollar olub.  
Xaricilərin  Azərbaycanda  göstərdiyi  tikinti  xidmətlərinin  dəyəri  3.9  milyard 
dolları aşıb,  amma  Azərbaycan biznesinin  xaricdə  göstərdiyi  tikinti xidmətləri  cəmi 
67 milyon dollar olub - fərq 60 dəfədi.  
Azərbaycana  2014-cü  ildə  8  milyard  dollardan  çox  birbaşa  xarici  investisiya 
yatırdılıb  ki,  bunun  84%-i  neft  sektoruna  gedib.  2014-cü  ildə  Azərbaycana  1.5 
milyard  kredit  xətti  vasitəsilə  valyuta  vəsaiti  daxil  olub.  Bundan  423.5  milyonu 
dövlət zəmanəti ilə alınan kreditlər, 449.4 milyon dolları bankların aldığı borclar, 671 
milyon  isə  dövlət  zəmanəti  olmadan  müsəssisə  və  şirkətlərin  aldığı  borclar  olub. 
Diqqətçəkən  məqam  budur  ki,  müsəssisə  və  şirkətlərin  dövlət  zəmanəti  olmadan 
aldığı borcların həcmi 2013-cü ilə nisbətən 2 dəfə artıb.  
Neftin qiymətinin aşağı düşməsi nəticəsində cari əməliyyatlar hesabının ümumi 
saldosu 2  milyard  dollardan  çox  azalmışdır.  Azərbaycanın tədiyyə  balansının  mənfi 
saldoya  keçməsi  təhlükəsi  var.  Bu  da  maliyyə  sabitliyinə  pozulmasına  öz  təsirini 
göstərə bilər. 
Xarici  ticarət  balansı  tədiyə  balansının  mühüm  tərkib  hissəsi  olmaqla  maliyyə 
sabitliyinin təmin olunmasına təsir göstərən amillərdəndir. Maliyyə sabitliyinin təmin 
olunması  əsas  göstəricilərindən  biri  xarici  ticarət  balansının  kəsirlilik  səviyyəsidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə