Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

55 
 
2015-ci ilin əvvəlinə manatın məzənnəsi avro və dollara nəzərən kəskin sürətdə 
aşağı düşmüşdür. Mərkəzi Bankın  darə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı 
ilə 1ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib. 
Mərkəzi  Bankdan  verilən  məlumata  görə,  bu  qərar  milli  iqtisadiyyatın 
ş
axələndirilməsinə  əlavə  stimullar  yaratmaq,  onun  beynəlxalq  rəqabət  qabiliyyətini 
və  ixrac  potensialını  daha  da  gücləndirmək,  bu  əsasda  tədiyə  balansının  və  ölkənin 
beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək  məqsədilə qəbul 
edilib.  Manatın  məzənnəsinin  korreksiyası  həmçinin  xarici  ticarət  tərəfdaşımız  olan 
ə
ksər  ölkələrin  milli  valyutalarının  son  dövrlərdə  əhəmiyyətli  ucuzlaşmasının  milli 
iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib.
  
Pul-kredit  sferasının  mövcud  vəziyyətini  isə  pul  bazarı,  pula  məcmu  tələb, 
məcmu  pul  təklifi,  kredit  bazarı,  valyuta  bazarı  və  digər  bu  kimi  amillər 
səciyyələndirir. Bu baxımdan hökumətin iqtisadi siyasətində mühüm yer tutan və pul-
kredit tənzimlənməsinin əsas təminedicisi olan Mərkəzi bankın qarşısında duran əsas 
vəzifə  bu  parametrləri  iqtisadi  inkişafın  davamlılığı  və  makroiqtisadi  sabitlik 
baxımından yolverilən səviyyədə saxlamaq və tənzimləməkdir. Məlum məsələdir ki, 
pul  təklifi  zəruri  səviyyədən  çox  artarsa,  bu  inflyasiyaya  gətirib  çıxarar,  əksinə 
azalarsa,  bu  defilyasiyaya  səbəb  olar.  Bunların  hər  ikisi  iqtisadi  inkişaf  üçün 
zərərlidir.  Bir  sözlə,  pul  bazarında  təkliflə  iqtisadiyyatdakı  inflyasiya  arasında  düz 
mütənasiblik mövcuddur. Bu mütənasiblikdə isə elə bir nöqtə mövcuddur ki, bu halda 
müşahidə edilən inflyasiya tempi iqtisadi inkişaf üçün yolverilən və zəruridir. AMB 
məhz bu nöqtəyə uyğun pul təklifi formalaşdırmalıdır.  
Pul  kütləsinin  artımı  ÜDM-in  artım  tempini  üstələdiyi  halda  inflyasiyanın 
güclənməsinə gətirib çıxarır. Buna görə ÜDM –in artım tempi ilə pul kütləsinin artım 
tempi uyğunlaşmalıdır.  
Yuxarıda  qeyd  edilən  məqsədlərə  çatmaq  üçün  bazarın  tənzimlənməsində 
müxtəlif  alətlərdən  istifadə  edilir.  Bu  alətlərə  misal  kimi  AMB  tərəfindən  faiz 
dərəcələrinin müəyyənləşdirilməsini, açıq bazarda əməliyyatların aparılmasını, kredit 
təşkilatları  üçün  məcburi  ehtiyat  normalarının  müəyyən  edilməsini,  depozit 


56 
 
ə
məliyyatları,  bank  əməliyyatlarının  məhdudlaşdırılmasını  və  digər  əməliyyatları 
göstərmək olar. 
AMB  qiymətli  kağızlar  bazarında  alqı-satqı  əməliyyatlarını  həyata  keçirir.  Bu 
fəaliyyətlərin  də  əsas  məqsədi  pul  bazarına  zəruri  təsir  etməkdir.  Açıq  bazar 
ə
məliyyatları  adlanan  bu  cür  əməliyyatlar  AMB-nin  tədavüldəki  pul  kütləsini 
azaltmaq  və  ya  çoxaltmaq  üçün  apardığı  əməliyyatdır.  Qiymətli  kağızlar  bazarının 
inkişaf  etdiyi  ölkələrdə  mərkəzi  bankların  pul-kredit  tənzimlənməsində  açıq  bazar 
ə
məliyyatları  xüsusi  əhəmiyyətə  malikdir.  Əgər  mərkəzi  bank  qiymətli  kağızları 
bazarda satırsa və kommersiya bankları bunu alırsa, belə olan halda bankların kredit 
vermə imkanları azalır. Bu da öz növbəsində iqtisadiyyatda pul təklifinin azalmasına 
imkan verir. Bununla yanaşı, kredit üçün vəsait azaldığına görə, kreditlər üzrə faizlər 
artır. Əks halda, yəni açıq bazarda kommersiya banklarından qiymətli kağızların geri 
alınması  ilə  banklara  əlavə  likvidlik  verilir.  Banklara  kredit  bazarında  canlanma  və 
pul  kütləsində  artım  müşahidə  edilir.  Bu  proses  borc  faizinin  azalması  və  iqtisadi 
fəaliyyətin stimullaşması üçün əsasa çevrilir. 
Ə
sas  pul-kredit  siyasəti  alətləri  ilə  yanaşı,  AMB  maliyyə  aktivlərinin  yenidən 
nizamlanması  da  həyata  keçirə  bilər.  O  cümlədən,  kassa  ehtiyatları  ilə  depozitlər 
arasında  nisbət,  likvid  aktivlərlə  depozitlər  arasında  nisbət,  səhmdar  kapitalı  ilə 
borclar  arasında  nisbət  və  s.  aid  edilir.  Bu  nisbətləri  AMB  müəyyən  edə  və  ona 
nəzarət həyata keçirə bilər. 
AMB  kommersiya  bankları  üçün  kredit  limitləri  də  müəyyənləşdirir.  Belə 
limitlər  iqtisadiyyatın  ayrı-ayrı  sektorları  üzrə  müəyyən  edilir.  Məsələn,  AMB 
kommersiya bankları qarşısında kreditlərin real sektora, yaxud real sektora yönəldilən 
kreditlərin nə qədər hissəsinin kənd təsərrüfatına verilmə limitini təyin edə bilər və s. 
AMB-nin  pul-kredit  siyasətinin  "məcburi ehtiyat  normaları"  aləti  əsasən  kredit 
resurslarından  istifadənin  tənzimlənməsində  istifadə  edilir.  Bu,  həm  də  bank 
sektorunda  risklərin  idarə  edilməsi  üçün  əla  vasitədir.  "Məcburi  ehtiyat  normaları" 
qaydasına əsasən, AMB kommersiya banklarını onların resurslarının müəyyən faizini 
mərkəzi  bankın  hesabında  "dondurulmuş"  vəziyyətdə  saxlamağa  məcbur  edir. 


57 
 
Banklar  bu  vəsaitlərdən  kredit  kimi  istifadə  edə  bilmir.  Deməli,  mərkəzi  bank 
məcburi ehtiyat normasını yüksəltdikdə bank kreditləri və pul kütləsi azalır, bankların 
borcları  üzrə  faizlər  yüksəlir.  Bu  məcburi  normanın  azaldılması  isə  banklara  əlavə 
likvidlik  verməklə  kreditlərin  və  pul  kütləsinin  genişlənməsinə,  bazar  faizinin  aşağı 
düşməsinə gətirib çıxarır. 
Mərkəzi  Banklar  tərəfindən  məcburi  ehtiyat  normaları  aşağıdakı  prinsiplər 
ə
sasında müəyyən edilir: 
•  məcburi ehtiyat normasına bağlı ehtiyatların likvidlik səviyyəsi; 
•  ehtiyata bağlı öhdəliklərin həcmi; 
•  öhdəliklərin müddəti 
•  öhdəliklərin məxsus olduğu valyuta növü 
•  öhdəliklərin kimə məxsus olması 
•  bankların növü[75, səh.39]. 
AMB-nin fəaliyyətinin və onun pul-kredit siyasətinin mühüm istiqamətlərindən 
biri  də  bank  sisteminin  inkişaf  etdirilməsi,  bu  sektorda  risklərin  azaldılması, 
likvidliyin yüksəldilməsi, bankların pul yaratma kimi keyfiyyət göstəricisinin daha da 
artırılmasıdır. 
Makromaliyyə sabitliyini  təmin  etmək  məqsədilə  həm  strateji,  həm  də  cari 
dövrün  tələbatına  uyğun  gələn  iqtisadi  məqsədlər  seçilməli  və  onlar  bir-biri  ilə 
uzlaşdırılmalıdır.      Makromaliyyə  sabitliyi  büdcə-vergi  və  pul-kredit  siyasətlərinin 
dövrü  olaraq  səmərəli  tətbiqindən  asılıdır.  qtisadiyyatın  müasir  mərhələsində 
dövlətin büdcə-vergi siyasəti, pul-kredit siyasəti stimullaşdırıcı xarakter daşımalı və 
iqtisadi artımı təmin etməlidir.  
qtisadi  təhlilə  əsasən  demək  olar  ki,  Azərbaycanda  səmərəli  şəkildə  tətbiq 
olunan  büdcə-vergi,  pul-kredit  siyasəti  ölkədə  qismən  büdcə  tarazlığını,  manatın 
məzənnəsinin  sabitliyini,  pulun  sabit  dövriyyəsini  təmin  etmiş  və  nəticədə  ölkədə 
uzunmüddət  maliyyə  sabitliyinin  əldə  edilməsinə  səbəb  olmuşdur.  Lakin,  son 
dövrlərdə  dünya  maliyyə  böhranı  Azərbaycana  da  öz  təsirini  göstərmişdir.  Maliyyə 
sabitliyinin qismən pozulmasına səbəb olmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə