Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə132/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   128   129   130   131   132   133   134   135   ...   140

__________________________________________ 

442


 

ədəbi məktəb yaratmışdır. Nizami Gəncəvi həm də dövrünün görkəmli 

mütəfəkkiri olmuşdur. Onun bütün əsərlərində  şəxsiyyət azadlığı, insanın 

mənəvi azadlığı tərənnüm olunur. - 128,175,179,256. 

 

  

131. Firdovsi, Firdovsi Əbülqasim (təqr. 934-1020, yaxud1030) - böyük 



fars və tacik şairi. Farsdilli ədəbiyyatın monumental eposu, dünya 

ədəbiyyatının möhtəşəm abidələrindən olan «Şahnamə»nin müəllifidir. - 

128,175,176,178. 

 

132. Ayətullah Xamnei, Hüseyn Xamnei Seyid Əli (d.1939) - İranın dini 

və dövlət xadimi. 1981-89-cu illərdə İranın prezidenti, 1989-cu ildən isə İran 

İslam Respublikasının dini rəhbəridir. - 130. 

 

133. Bibiheybət piri - Bakının  Şıx kəndində türbə. Rəvayətə görə

türbədə  şiələrin yeddinci imamı Museyi Kazmım qızı Hökumə  və onun 

Heybət adlı nökəri dəfn olunmuşdur. «Bibiheybət» adının da buradan 

yarandığı güman edilir. Başqa rəvayətə görə, səkkizinci imam Rzanın qızı və 

bacısı Bakı yaxınlığında məskən salmış, burada da vəfat etmişlər. Onların 

dəfn olunduğu yerdə türbə, onun yanında isə 20 metrlik minarəsi olan məscid 

tikilmişdi. Məscidin XIII əsrin sonunda tikildiyi ehtimal edilir. Məscid 

sovetlər vaxtında yerlə yeksan edilmişdi. Respublikamız müstəqillik 

qazandıqdan sonra prezident Heydər  Əliyevin təşəbbüsü ilə yenidən 

tikilmişdir. - 131. 

  

134. Həzrəti Hökumə, H ə k i m ə - imam Rzanın bacısı. VII əsrdə 

yaşamışdır. Təxminən 1257-ci ildə  Şirvanşah Fərrux Zal tərəfindən 

Bibiheybətdə onun şərəfınə birinci türbə tikilmişdir. - 131. 



 

135,  Şirvanşahlar - Şirvanşahlar hökmdarları sülaləsi.  Ərəb işğalına 

qədərki  Şirvan hakimləri ilk Şirvanşahlar adlanır. IX əsrdən hakimiyyət 

sürmüş  Şirvanşahların isə elmi ədəbiyyatda son zamanlaradək Məzyədilər, 

Kəsranilər və  Dərbəndilər adı ilə ayrı-ayn sülalələrdən ibarət olduğu 

göstərilirdi. Son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub 

olduğunu sübut edir. 

Şirvanşahlar ərazisi, əsasən Şirvan tarixi vilayətini, ayrı-ayrı vaxtlarda isə 

qərbdə  Şəki-Gəncə, cənubda Beyləqan  əyalətlərini,  şimalda isə  Dərbənd və 

Xəzər dənizi sahilindəki  əraziləri  əhatə edirdi. Paytaxtı  Şamaxı (bir müddət 

Bakı) olmuşdur. - 131. 

 

 



__________________________________________ 

443


136.  Museyi-Kazım. şiəlik məzhəbinə etiqad edənlərin yeddinci imamı- 

131. 


 

137.  Əlizadə (1871-1954) - burada 2 dəfə (1918-20, 1944-54) Qafqaz 

Müsəlmanları Ruhani İdarəsinə rəhbərlik etmiş görkəmli maarifçi, ruhani və 

ictimai xadim, Şeyxühslam Ağa Cavad oğlu Əlizadə nəzərdə tutulur. - 133. 

 

138. Məkkə  - Səudiyyə  Ərəbistanının qərbində  şəhər. Salınma tarixi 

məlum deyildir. İslamın banisi həzrəti Məhəmməd peyğəmbər Məkkədə 

doğulmuşdur. VII əsrdən müsəlmanların müqəddəs şəhəri və ziyarətgahıdır. - 

135. 


 

139. Mədinə - Səudiyyə  Ərəbistanının  şimal-qərbində  şəhər. Qədim 

zamanlarda adi Yəsrib, erkən orta əsrlərdən Mədinədir. 622-ci ildə islamın 

banisi Məhəmməd əleyhissəlam Məkkədən Mədinəyə hicrət etmiş və burada 

müsəlman icmasını yaratmışdı. Məhəmməd  əleyhissəlamın qəbri 

Mədinədədir. VII əsrdən müsəlmanların iki müqəddəs  şəhərindən biridir. - 

135. 

  

140.  Əbiyev Ağaçan, A ğ a c a n Qulam oğlu (d.I937) - 1987-ci ildən isə 



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  İdman Akademiyasının rektoru. 

1982-ci ildən A.Əbiyev Avropa və Dünya Boks Federasiyasının üzvü, 

Avropa Boks Federasiyasının vitse-prezidenti və Hakimlər Komitəsinin sədri

Azərbaycan Boks Federasiyasının prezidenti və Milli Olimpiya Komitəsinin 

Baş katibidir. - 139. 

 

141. «Mərmərə» qrupunun Strateji   və Sosial Araşdırmalar Vaqfi - 

1985-ci ildə  İstanbulda yaradılmışdır. Hazırda 200-dən çox üzvü olan bu 

qrupa tanınmış  sənət və  iş adamları, nazirlər və millət vəkilləri daxildirlər. 

Qrup xarici ölkələrin prezidentləri, görkəmli dövlət xadimləri, nüfuzlu 

siyasətçiləri ilə mütəmadi olaraq görüşlər keçirir. - 141. 

  



__________________________________________ 

444


 

142. Corc Robertson (d. 1946) - İngiltərənin siyasi və dövlət xadimi. 

Müxtəlif illərdə 6 dəfə parlamentə deputat seçilib. 1999-2004-cü illərdə 

NATO-nun Baş katibi olmuşdur. - 143. 

 

143. Şimali Atlantika Müqaviləsi Təşkilatı - bax NATO  

 

144. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) - hərbi-siyasi ittifaq. 

1949-cu il aprelin 4-də Vaşinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika, 

Niderland, Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, Danimarka, 

İslandiyanın imzaladıqları 

Şimali Atlantika müqaviləsi 

əsasında 

yaradılmışdır. 1952-ci ildə Yunanıstan və Türkiyə, 1955-ci ildə Almaniya 

Federativ Respublikası, 1982-ci ildə  İspaniya NATO-ya qoşulmuşlar. 

Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan (1990) sonra əvvəllər sosialist 

ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya üzvlüyə qəbul 

edilmiş, digər qismi isə ilkin mərhələ kimi NATO-nun «Sülh naminə 

tərəfdaşlıq» proqramına qoşulmuşlar. Ali orqanı NATO Şurasının 

sessiyasıdır. Mənzil-qərargahı Brüsseldədir. - 143,157,298,302. 

 

145. NATO-nun «Sülh naminə  tərəfdaşlıq» proqramı - NATO ilə  Şərqi 

Avropa və keçmiş SSRİ ölkələri arasında siyasi və  hərbi sahələrdə 

əməkdaşlıq sənədi, 1994-cü il yanvarın 10-11-də NATO Şurasının dövlət və 

hökumət başçıları səviyyəsində Brüsseldə keçirilən görüşdə ABŞ tərəfindən 

təklif edilmişdir. 

Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü il mayın 4-də NATO-nun 

Brüsseldəki mənzil-qərargahında Azərbaycanın «Sülh naminə  tərəfdaşlıq» 

proqramına qoşulması haqqında sənədi imzalamışdır. 1996-cı ilin aprelində 

Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO-nun Baş 

katibi Xavyer Solana ilə görüşündə Azərbaycan Respublikasının təqdimat 

sənədini ona vermişdir. Həmin sənəd  əsasında Azərbaycanın NATO ilə 

tərəfdaşlığının fərdi proqramı hazırlanmışdır. - 143. 

 

146. Fələstin dövləti - BMT Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli 

qərarına  əsasən B.Britaniya mandatlığı  ləğv edilərək Fələstin  ərazisində 

müstəqil ərəb və yəhudi dövlətləri yaradılmalı idi. Fələstin ərəb dövləti üçün 

ayrılmış  ərazinin böyük hissəsini 1948-49-ci illərdə, 1967-ci ildə  İsrail 

tərəfindən zəbt edilmişdir. 1988-ci ildə Fələstin Azadlıq Təşkilatı  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə